Giriş
Model
Eksteryer
İnteryer
Texnologiya
AMG
Bizimlə əlaqə saxlayın
    Polar White
    Night Black
    Spectral Blue Metallic
    Rose Gold
    Mountain Grey Metallic
    Iridium Silver Metallic
    Cosmos Black Metallic
    Digital White Metallic
    MANUFAKTUR Mountain Grey MAGNO
    MANUFAKTUR Patagonia Red Metallic
    Model A-Class Sedan
    Başlayaraq 70 982 AZN ƏDV daxil deyil
    Model cərgəsi
    LeftRight

    Mercedes-Benz

    Close X
    Növbəti
    Əvvəlki
      A 180 Saloon
      A 180 d Saloon
      A 200 Saloon
      A 200 d Saloon
      A 250 e Saloon
      A 220 Saloon 4MATIC
      A 250 4MATIC Saloon
      Mercedes-AMG A 35 AMG 4MATIC Saloon

      Mercedes-AMG

      Close X
      Mercedes-AMG A 35 AMG 4MATIC Saloon

      Mercedes-EQ

      Close X
      Strapline Content

      Mercedes-Maybach

      Close X
      Strapline Content
      Eksteryer “A-Class Saloon” avtomobilinin eksteryeri Cəlbedici radiator qəfəsli yeni proqressiv ön hissədən tutmuş düz LED faralara[1]və eleqant salon arxa profilinə kimi: yeni “A-Class Saloon” avtomobili hər yerdə öz izini qoyur. [1] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
      LeftRight

      Xətlər və üslub

      Dizayn və Avadanlıq əsas məqamları

      Close X
      Növbəti
      Əvvəlki
        “Mercedes-Benz” nişanlı radiator qəfəsi və çıxıntılı kapot Ön hissədə ulduz: “A-Class” avtomobilinin radiator qəfəsini bəzəyən “Mercedes-Benz” nişanı. İdman, proqresiv təəssürat önə doğru maili kapotla davam edir və burada maililik yeni “A-Class Saloon” avtomobilinin dinamik aurasını vurğulayır.
        LED arxa faralar və diffuzor “A-Class” avtomobili hətta gecələr belə parlayır: yüksək keyfiyyətli LED faralar[1] və arxa işıqlar. Yeni arxa diffuzor və “AMG Line”[1] əlavə dinamik vurğular təyin edir.
        [1] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
        Proqresiv yeni təkər dizaynı Yeni “A-Class” avtomobilinin dinamik təbiətindən xəbər verən daha dörd səbəb: 43,2 sm (17")[1] ilə 48,3 sm (19")[1] arasında dəyişən ölçülərə uyğun yeni yüngül lehimli disklər “A-Class” avtomobilinə daha çox idman xarakteri bəxş edir.
        [1] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
        Klassik forma “A-Class Saloon” avtomobilinin dizaynında kompakt dinamika və klassik salon xətti birləşərək balanslaşdırılmış sənət əsəri yaradır: aydın, azaldılmış xətlər və uzun təkər bazası yan xətdə və arxa hissədə zərifliklə birləşərək avtomobilin idman xüsusiyyətini qabardır.
        KEYLESS-GO Sizin KEYLESS-GO xüsusiyyətinə malik avtomobilinizin açarı cibinizdə qala bilər, sizin hətta onu əlinizdə saxlamağınıza belə ehtiyac yoxdur. Avtomobil yaddaşında qalan giriş və sürüş icazəsi sayəsində sahibini tanıyır. Qapının dəstəyindən yapışın, qapını açın, əyləşin, sürün – KEYLESS-GO hər zaman rahatlıq təcrübəsidir.[1]
        [1] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
        Standart avadanlıq Avadanlıq xəttinin əsas xüsusiyyətləri:
        - Çıxıntılı kapot
        - Parlaq qara rəngdə “Mercedes-Benz” nişanlı radiator qəfəsi və mərkəzdə “Mercedes” ulduzu, gümüşü tək element
        - Qara rəngdə dənəvər örtüklü yan kandar
        - Mühərrik variantından asılı olaraq: 40,6 sm (16") çox milli yüngül lehimli disklər və ya 43,2 sm (17") 10-milli yüngül lehimli disklər
        - İnteqrasiya olunmuş LED gündüz işıqları ilə halogen ön faralar
        “Progressive” xətti Avadanlıq xəttinin əsas xüsusiyyətləri[1]:
        - “Mercedes-Benz” nişanlı radiator qəfəsi, parıldayan qara və mərkəzi hissədə “Mercedes” ulduzu, xrom əlavələri olan tutqun boz rəngli tək element
        - Xrom bəzək elementi olan ön önlük
        - Aşağı olan arxa önlük parıldayan qara rəngdə işlənmiş hissə, xaricetmə boruları və xromda bəzək
        - Yan kandarlar kuzov rəngində işlənmişdir
        - Xromda kəmər xətti və pəncərə xətti
        43,2 sm (17") diametrli 10-milli yüngül lehimli disklər.
        “AMG Line” Avadanlıq xəttinin əsas xüsusiyyətləri [1]:
        - Tutqun iridium gümüşü ön splitterli AMG ön önlükdən, kuzovun rəngində AMG yan panellərdən və gözlə görünən xaricetmə boruları və xrom bəzəkli AMG arxa önlükdən ibarət AMG kuzov forması
        - Xromda “Mercedes-Benz” nişanlı radiator qəfəsi, mərkəzi hissədə “Mercedes” ulduzu və xrom əlavəli tək element
        - Yüksək parlaq alüminiumdan kəmər xətti və pəncərə xətti bəzək zolağı
        - 45,7 sm (18") ölçülü AMG 5 qoşa milli yüngül lehimli disklər
        “Night Package” (Gecə Paketi) Paketin əsas xüsusiyyətləri[1]:
        - Mərkəzi hissədə “Mercedes” ulduzu və xrom əlavə ilə parlaq qara rəngli fərdi radiator qəfəs elementi
        - Qeyri-metal “gecə” qara boyası olan yan güzgü korpusları, əgər “kosmos” qara metal boyası göstərilibsə, avtomobilin rəngində olmalıdır.
        - Parlaq qara rəngdə kəmər xətti və pəncərə xətti bəzək zolağı
        - B sütunundan arxaya doğru istilik izolyasiyalı tünd rəngli şüşə
        İnteryer Yeni “A-Class Saloon” avtomobilinin interyeri. Yeni “A-Class Saloon” avtomobilində hər şey sürücünün ətrafında cəmlənir: burada təkmilləşdirilmiş MBUX multimedia sistemindən tutmuş komfortlu oturacaqlara kimi geniş çeşidli əlaqə və təhlükəsizlik innovasiyaları individual sürüş komfortu üçün nəzərdə tutulub
        LeftRight

        Xətlər və üslub

        Dizayn və Avadanlıq əsas məqamları

        Close X
        Növbəti
        Əvvəlki
          Yeni sükan Siz həmçinin yeni nəsil “A-Class Saloon” avtomobilində sükan çarxının yeni nəslini səbirsizliklə gözləyə bilərsiniz. Yeni 3-milli sükan qüsursuz inteqrasiya olunmuş sensor idarəetmə və intuitiv əməliyyat loqikasına malikdir.
          Burmester® həcmli səs sistemi İstəyə görə, əfsanəvi Burmester® səs sistemi ilə daha çox performans və eksklüzivlik əldə edin. Yüksək performanslı dinamiklər yüksək keyfiyyətli səslənmə imkanı təklif edir. Siz bunu xüsusilə ön və arxa oturacaqlar üçün optimallaşdıra və bununla da dinləmə təcrübəsini gücləndirə bilərsiniz. Gözəl Burmester® yazısı sayəsində görə biləcəyiniz keyfiyyət.[1]
          [1] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
          Rahat oturacaqlar İstər uzun məsafəyə səyahət edin, istərsə də bir neçə dəqiqəlik yol gedin, bu zaman əyləşdiyiniz rahat oturacağı heç bir şeyə dəyişməzsiniz. Buna görə də rahat oturacaqlar yeni “A-Cass Saloon” avtomobilində standart avadanlıq hesab olunur.
          İnnovativ təkrar email olunan materiallar Son dərəcə davamlı: “A-Class Saloon” avtomobilində ARTICO süni[1] dəri/parça üzlüklərindən, orta oturacaq və arxa dayaq sahəsi isə 100% təkrar emal olunan PET plastik materialdan hazırlanmışdır.
          [1] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
          Yüksək genişlənməyə malik geniş media displey İnnovativ MBUX əyləncə [1]sisteminin ikinci nəsli “A-Class Saloon” avtomobilinin interyerinin daha da rəqəmsal olmasını təmin edir. Standart 26 sm (10,25") ölçülü böyük media displeydə təkmilləşdirilmiş əməliyyatı təcrübədən keçirin. Media displeyi daha böyük alət displeyi[1] ilə birləşdirildikdə, geniş ekranlı idarəetmə paneli əldə edirsiniz.
          [1] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
          Standart avadanlıq Avadanlıq xəttinin əsas xüsusiyyətləri:
          - Qara ARTICO süni dəri/”Bertrix” parça üzlüklü rahat oturacaqlar
          - “Seat Comfort” paketi (Oturacaqların komfort paketi), o cümlədən sürücü və ön sərnişin üçün oturacaqların 8 tərəfli mexaniki tənzimlənməsi
          - Dəri çoxfunksiyalı idman üslublu sükan, o cümlədən sensorlu ekran, sükanın yanında sürət qutusu ötürücüsü və gümüşü bəzək
          - Genişləndirilmiş MBUX funksiyalarına malik MBUX multimedia sistemi
          “Progressive” xətti Avadanlıq xəttinin mütərəqqi əsas xüsusiyyətləri[1]:
          - ARTICO süni dəri/“Bertrix” qara parça və ya ARTICO süni dəri/”Norwich” kristal boz/qara parçadan oturacaq örtükləri seçimi ilə rahat oturacaqlar
          - Dəri çoxfunksiyalı idman üslublu sükan, o cümlədən sensorlu idarəetmə, sükanın yanında sürət qutusu ötürücüsü və xrom örtüklü
          - Tünd karbon lifli bəzək elementi
          - Qara parçadan tavan üzlüyü
          “AMG Line” Avadanlıq xəttinin əsas xüsusiyyətləri[1]:
          - Hündürlüyü tənzimlənən başaltılı idman üslublu oturacaqlar və ARTICO süni dəri/MICROCUT qara mikrofiberdən qırmızı rəngli kontrastlı üst tikişli oturacaq örtükləri
          - Nappa dəri üzlüklü çoxfunksiyalı idman sükanı, yastılaşdırılmış aşağı hissəli, tutacaq hissəsində perforasiya edilmiş, sükan çarxının gümüş xromda sürət qutusu ötürücüsü ilə
          - MICROCUT mikrofiber bəzəyi
          - Qara rezin dirsəklərlə fırçalanmış paslanmayan poladdan AMG idman pedalı
          Avadanlıq “A-Class Saloon” avtomobilinin avadanlıq xüsusiyyəti.
          Növbəti
          Əvvəlki
            Ön displey Avtomobili idarə etməkdən idman zövqü almaq və möhtəşəm hisslər yaşamaq üçün ideal imkan: ön displey [1] ön güzgünüzü gözəl rəqəmsal panelə çevirir. Nəticədə, əsas məlumatlar daim gözünüzün qarşısında olur. Siz isə bütün diqqətinizi yola və qarşınızdakı nəqliyyat vasitələrinə yönəldə bilirsiniz.
            [1] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
            Rəqəmsal əlavələr Rəqəmsal əlavələr və müvafiq “Mercedes me” tətbiqləri ilə daha rahatlıq, təhlükəsizlik, sürmə həzzi və rəqəmsal dəstək qazanmış olacaqsınız. Belə ki, vacib məlumatlar və “Mercedes”inizin praktik funksiyaları həm avtomobildə, həm də smartfonunuzda əlçatandır.[1]
            [1] "Mercedes me connect" xidmətlərindən yararlanmaq üçün fərdi "Mercedes me ID" yaratmalı və "Mercedes me connect" xidmətindən istifadə şərtlərinə razılıq verməlisiniz. Təqdim olunan xidmətlər, onların əlçatanlığı və funksionallığı avtomobilin modelindən, buraxılış ilindən, seçilmiş əlavə avadanlıqlardan və ölkədən asılıdır.
            Naviqasiya üçün "MBUX Augmented Reality” (MBUX əlavə reallıq) funksiyası Mürəkkəb yol şəraitində istiqaməti rahat müəyyənləşdirə bilməyinizi təmin etmək məqsədilə naviqasiya üçün "MBUX Augmented Reality” funksiyası [1] virtual dünyanı real dünya ilə birləşdirir. Texnologiya qrafik naviqasiyanı və yoldakı şərait haqqında məlumatları canlı təsvirlərə çevirir.
            [1] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
            “Smartphone Integration” (Smartfon inteqrasiyası) funksiyası Simsiz enerji doldurma: mobil cihazınızı sadəcə olaraq mərkəzi konsola yerləşdirirsiz və enerji doldurma prosesi dərhal başlayır. “Smartphone Integration” funksiyası[1] cihazınızın funksionallığını media ekranına gətirir. Daha sonra istifadəçi interfeysi vasitəsilə çoxlu funksiyaları həmişə etdiyiniz kimi idarə edə bilərsiniz.
            [1] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
            Fərdiləşdirmə Beləliklə, “A-Class” sizin “A-Class”a çevrilir: daxili işıqların rəngi və ya oturacağın vəziyyəti kimi müəyyən fərdi parametrləri birbaşa profilinizdə yadda saxlayın və aktivləşdirin.
            MULTIBEAM LED faralar Adaptiv MULTIBEAM LED[1] ön faraları fərdi idarə olunan LED-lər sayəsində yoldakı vəziyyətə reaksiya verir. Uzaq işıqlar göz qamaşdırmadan digər hərəkət iştirakçılarını xəbərdar etməyə imkan verir. Dönmə və künc işıqları, həmçinin işıqlandırma funksiyaları da vəziyyətdən asılı olaraq baxış sahəsini ən yaxşı şəkildə işıqlandırır

            [1] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
            “Active Brake Assist” (Aktiv tormoz dəstəyi sistemi) Sistem hərəkət edən və ya hərəkət etməyən avtomobillər, dönmə zamanı qarşıdan gələn nəqliyyat vasitələri, piyadalar və velosipedçilərlə toqquşmanın qarşısını almağa kömək edir. Bunun üçün sistem təhlükəsiz məsafənin pozulması və toqquşma təhlükəsi barədə xəbərdarlıq etməklə yanaşı, ehtiyac olduqda, təcili tormozlamaya qədər tormoz dəstəyi göstərə bilir.
            .[1][2]

            [1] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq

            [2] Sürücüyə dəstək və təhlükəsizlik sistemlərimiz yalnız köməkçi vasitələrdir və sürücü olaraq sizi məsuliyyətindən azad etmir. Zəhmət olmasa, təlimat kitabçasındakı məlumatlarla tanış olun və orada təsvir olunmuş sistem məhdudiyyətlərini nəzərə alın.
            360° kamera ilə parklama paketi Avtomobilinizi arxayın və rahat parklayın və manevrlər edin: 360° kamera[1] hərtərəfli və quş uçuşu hündürlüyündən görünüşü təmin edir. Bu, dar, narahat və çətin parklama yerlərinin öhdəsindən inamla gəlməyə imkan verir. PARKTRONIC funksiyası ilə parklama zamanı aktiv dəstək sistemi parklama yerini tapmaqda, həmçinin parklama yerinə daxil olmaqda və oranı tərk etməkdə sizə kömək edir. [2]
            [1] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq

            [2] Sürücüyə dəstək və təhlükəsizlik sistemlərimiz yalnız köməkçi vasitələrdir və sürücü olaraq sizi məsuliyyətindən azad etmir. Zəhmət olmasa, təlimat kitabçasındakı məlumatlarla tanış olun və orada təsvir olunmuş sistem məhdudiyyətlərini nəzərə alın..
            Aktiv zolaqda saxlama köməkçisi Aktiv Zolaqda Saxlama Yardımçısı[1] diqqətli müşahidəçidir: əgər siz bilmədən zolağınızı tərk etsəniz və ya digər yol iştirakçılarına təhlükəli şəkildə yaxınlaşsanız, sistem sükan çarxının köməyi ilə sizi yenidən zolağınıza gətirə bilər. müdaxilə. Hələ də zolağı tərk etsəniz, sükan çarxının vibrasiyası şəklində əlavə xəbərdarlıq gələcək.[2]

            [1] Konfiqurasiyadan asılı olaraq isteğe bağlı seçilə bilən avadanlıq.

            [2] Bizim sürücülük yardımı və təhlükəsizlik sistemlərimiz sadəcə köməkçilərdir və sizi sürücü kimi məsuliyyətinizdən azad etmir. Zəhmət olmasa, istifadəçi təlimatındakı məlumatı və orada təsvir olunan sistem məhdudiyyətlərini nəzərə alın.
            Kor Nöqtə Köməkçisi Blind Spot Assist[1] sizə çox yaxından baxır – xüsusən də siz dönmə göstəricisini aktivləşdirən kimi. Sistem kor nöqtədə digər yol istifadəçiləri ilə potensial yan toqquşmalara dair sizə vizual və səsli xəbərdarlıq verə bilir. Səyahətinizdən sonra sistem hələ də xəbərdar olaraq qalır və qapını səhv vaxtda açmağınız barədə xəbərdarlıq edir.[2]

            [1] Konfiqurasiyadan asılı olaraq isteğe bağlı seçilə bilən avadanlıq.

            [2] Bizim sürücülük yardımı və təhlükəsizlik sistemlərimiz sadəcə köməkçilərdir və sizi sürücü kimi məsuliyyətinizdən azad etmir. Zəhmət olmasa, istifadəçi təlimatındakı məlumatı və orada təsvir olunan sistem məhdudiyyətlərini nəzərə alın.
            THERMOTRONIC avtomatik iqlim nəzarəti THERMOTRONIC[1] iki zonada fərdi temperatura nəzarət edir. Siz və ön sərnişininiz bir-birinizdən asılı olmayaraq istədiyiniz iqlimi təyin edə bilərsiniz. Təkrar tənzimləməyə isə ehtiyac yoxdur, çünki həssas sensorlar günəş işığının düşməsi kimi dəyişiklikləri qeydə alır.


            [1] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
            “Seat Comfort” paketi “Seat Comfort” paketi (Oturacaq komfort paketi)[1] bir çox tənzimləmə variantları ilə sizə optimal oturma mövqeyini tapmağa imkan verir və o, həmişə şəxsi istəklərinizə uyğunlaşdırılır. Uzadıla bilən oturacaq yastığı uzun boylu sürücülər üçün xüsusi olaraq nəzərdə tutulur.
            [1] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
            KEYLESS-GO Sizin KEYLESS-GO[1] xüsusiyyətinə malik avtomobilinizin açarı cibinizdə qala bilər, onu əlinizdə saxlamağınıza belə ehtiyac yoxdur. Avtomobil yaddaşında qalan giriş və sürüş icazəsi sayəsində sahibini tanıyır. Qapının dəstəyindən yapışın, qapını açın, əyləşin, sürün – KEYLESS-GO hər zaman rahatlıq təcrübəsidir.[1]
            [1] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
            “GUARD 360° Vehicle Protection” (GUARD 360° avtomobil mühafizəsi) “GUARD 360° Vehicle Protection”[1] yedəkləmədən qorunma ilə oğurluğa qarşı siqnalizasiya kimi funksiyalarla avtomobilinizin ətrafında hərtərəfli monitorinqi təmin edir. Salondakı hərəkətlər vizual və səsli xəbərdarlıqları işə salır. "Mercedes me" tətbiqi toqquşma riski barədə sizi məlumatlandırır. [2]
            [1] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
            [2] Bu xidmətlərdən istifadə etmək üçün fərdi "Mercedes me ID" yaratmalı və "Mercedes me connect" xidmətindən istifadə şərtlərinə razılıq verməlisiniz. Bundan başqa, avtomobili müvafiq istifadəçi hesabı ilə əlaqələndirmək tələb olunur. İlkin 1 illik müddət başa çatdıqdan sonra əlavə ödəniş müqabilində xidmətlərin müddəti uzadıla bilər, bir şərtlə ki, xidmət məhz həmin avtomobilə göstərilmiş olsun. Müştəri tərəfindən xidmətlərin ilk aktivləşdirilməsi avtomobilin ilkin qeydiyyata alındığı və ya istismara verildiyi tarixdən (hansının daha əvvəl baş verməsindən asılı olaraq) 1 il ərzində mümkündür.
            Arxa sərnişin salonunda yan zərbəyə qarşı hava yastıqları Arxa sərnişin salonunda yan zərbəyə qarşı hava yastıqları[1] güclü yan zərbə zamanı xarici arxa oturacaqlarda əyləşmiş sərnişinlərin döş qəfəsini qoruyur. Standart pəncərə hava yastıqları ilə birlikdə onlara xəsarət hallarının qarşısını almaq və ya yüngülləşdirmək üçün optimal təhlükəsizlik potensialı təklif edir. Hava yastıqları qapı ilə sərnişin arasında yerləşdirilir.
            [1] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
            DİNAMİK SEÇİM Tam istədiyiniz kimi sürün. Bir düyməyə toxunmaqla DYNAMIC SELECT, məsələn, mühərrik, transmissiya, asma və sükan üçün parametrləri müəyyən edən müxtəlif sürmə rejimləri təklif edir. “İdman” rejimi ilə siz qəti şəkildə dinamik şəkildə yoldasınız, əsas “Rahatlıq” rejimi ilə isə xüsusiyyətlər çox balanslaşdırılmışdır. “ECO” səmərəliliyə, yanacağa və pula qənaətə diqqət yetirir.
            MERCEDES-AMG “Mercedes-AMG A 35 4MATIC Saloon” Klassik idman salonu kimi yeni “Mercedes-AMG A 35 4MATIC” “Mercedes-AMG” modelinin mənşəyinə və tarixi brend missiyasına qayıdır. Kompakt ölçüləri, dinamik proporsiyaları və qısa çıxıntıları ilə bu model sərnişinlər və baqaj üçün komfortlu yer təklif edir. Ekspressiv ön hissə şaquli dayaqları olan AMG-yə xas radiator qəfəsi ilə xarakterizə olunur və brendə xas olan sürücülük dinamikasına aydın bağlılıqdan xəbər verir.
            LeftRight

            Eksteryer Dizaynı

            İnteryer Dizaynı

            Eksteryerin əsas məqamları

            Close X
            Növbəti
            Əvvəlki
              AMG ön hissə AMG-yə xas radiator qəfəsi və xüsusi ön hissə ilə xarakterik AMG ön hissəsi hətta avtomobil hərəkətsiz vəziyyətdə olsa belə, sizə idarəetmə həzzi verir.
              AMG 5 ədəd qoşa milli yüngül lehimli disklər Yeni, aerodinamik cəhətdən optimallaşdırılmış 48,3 sm (19") ölçülü AMG 5 ədəd qoşa milli yüngül lehimli disklər yüksək parlaq örtüklə tutqun qara rəngə boyanmışdır.
              AMG nişanlı kapot Sabit vəziyyətdə olsa belə, idman gücünə malik olan düz kapot avtomobilin dinamik mövcudluğunu vurğulayır. Ön tərəfdəki "AMG nişanı" ənənələrlə zəngin AMG ailəsinə mənsubiyyəti əlavə olaraq vurğulayır.
              AMG arxa önlük Xüsusi diffuzor görünüşü və solda və sağda yuvarlaq xaricetmə borusu da daxil olmaqla dörd şaquli qanadlı AMG arxa ön hissə saf idman xüsusiyyətini əks etdirir.
              “AMG Night Package” Qara və parlaq qara rəngdə diqqəti çəkən dizayn elementləri, məsələn, ön splitter, yan güzgülərinin korpusları və kəmər xətləri, həmçinin B sütunundan arxaya doğru istilik izolyasiya edən tünd rəngli şüşələr avtomobilin ifadəli xarakterini vurğulayır.
              AMG Night Package II “AMG Night Package II” daha çox yüksək keyfiyyətli dizayn detallarını özündə əks etdirir. Radiator qəfəsinin qara elementləri, ön qanadlardakı tipoqrafiya və qara xrom baqaj qapağı sizin avtomobilinizi əsl göz oxşayan edir.
              AMG Aerodinamika paketi Külək tunelində hazırlanmış AMG Aerodinamika Paketi güzəştsiz performansa böyük töhfə verir. Sökülə bilən hissələr və daha geniş AMG arxa spoyler aşağı axın gücünü artırır və avtomobilin yüksək sürətlə idarəetmə xüsusiyyətlərini yaxşılaşdırır.
              AMG 5 ədəd qoşa milli yüngül lehimli disklər 48,3 sm (19") ölçülü AMG 5 qoşa milli yüngül lehimli disklər yüksək parıltılı qara rəngə boyanmışdır və yüksək parıltılıdır.

              İnteryerin əsas məqamları

              Close X
              Növbəti
              Əvvəlki
                "AMG Performance" sükanı Ən son nəsil "AMG Performance" sükanı aşağı hissəsi yastılaşdırılmış çənbər sayəsində avtomobillə ideal qarşılıqlı əlaqəni təmin edir. AMG sükan düymələri AMG avtomobili idarəetmə rejimlərini, eləcə də digər AMG funksiyalarını intuitiv şəkildə və birbaşa sükan üzərində rahat şəkildə idarə etməyə imkan verir.
                Alətlər panelinə və AMG üslubunda displeyə malik MBUX multimedia sistemi İkinci nəsil MBUX multimedia sistemi idman dizaynını, innovativ idarəetmə və təsvir konsepsiyasını özünü göstərir. O, AMG üslubunda ayrı-ayrı displeylərdən istifadə edərək dinamik oriyentasiyanı vizuallaşdırır. Tam rəqəmsal alətlər paneli sayəsində siz üç dinamik AMG displey üslubu arasında keçid edə bilərsiniz.
                AMG Performance oturacaqları İdeal şərait: estetika və rahatlıqla birləşən dinamik sürmə manevrləri üçün mükəmməl yanal idarəetmə - ARTICO süni dəri/MICROCUT mikrofiber üzlüklü isteğe bağlı AMG Performance oturacaqları avtomobilinizin yarış xarakterini vurğulayır.
                Qara/gümüşü rəngdə dekorativ alümin "AMG Design" elementləri Qara/gümüşü rəngdə yüksək keyfiyyətli dekorativ alümin "AMG Design" elementləri interyerə brendə xas rəng çalarları əlavə edir. Onlar idman üslubu ilə əlaqəni vurğulayır və interyerin idman üslubunu tamamlayır.
                AMG TRACK PACE AMG TRACK PACE avtomobilinizi virtual yarış mühəndisinə çevirir. Dönmə, sektor və sürətlənmə vaxtları, həmçinin seçilmiş canlı telemetriya məlumatlarının köməyi ilə siz trasda sürücülük bacarıqlarınızı təhlil edə və təkmilləşdirə bilərsiniz.
                “AMG Performance High-End Seat Package” "AMG Performance High-End Seat Package" oturacaq paketi hər şeyin öhdəsindən gəlir. Multikonturlu oturacaq funksiyasından istifadə edərək oturacaqların yan dayaqlarını yerləşdirin və oturacağın mövqeyini elektrik intiqalı ilə tənzimləyin. Siz həmçinin oturacaqların inteqrasiya olunmuş qızdırılma funksiyasına malik xüsusi dəri üzlük seçə bilərsiniz.
                Sürücü və ön sərnişin oturacaqları üçün iqlim nəzarəti sistemi Oturacaqların iqlim nəzarəti sistemi ön oturacaqları havalandırır və soyudur, həmçinin rütubətə nəzarət edir. Soyuq havalarda oturacaq qızdırıcısı oturacaqları və arxa söykənəcəkləri tez bir zamanda lazımi temperatura çatdırır.[1]
                Nappa dəri/MICROCUT mikrolif ilə üzlənmiş "AMG Performance" sükanı AMG sükanında zərif nappa dərisi MICROCUT mikrolifi ilə birləşərək ideal tutma və dəqiq idarəetmə qabiliyyətini təmin edir. AMG-yə xas yastı forma idman avtomobillərindən götürülüb və panelin idman görünüşünü vurğulayır. Erqonomik olaraq yerləşdirilmiş sensor idarəetmə panelləri intuitiv istifadəni təmin edir və diqqətli idarəetməni təşviq edir
                Üzərində AMG yazısı əks olunan AMG qapı kandar panelləri Avtomobilə minib-düşmə unudulmaz təcrübəyə çevrilir. Yüksək keyfiyyətli paslanmayan poladdan hazırlanan qapı kandarlarını işıqlanan AMG yazısı bəzəyir. Panellərin dəyişdirilə bilən olması sayəsində panelləri "Mercedes-AMG" və ya "Mercedes-Benz"in digər cəlbedici orijinal hissələri ilə əvəz edə bilərsiniz.
                AMG dəri paketi AMG dəri paketi interyerə daha yüksək keyfiyyət hissi bəxş edir. Dəri idman oturacaqları nəinki gözəl görünür, həm də daha davamlıdır. Kəmər xəttinin və alətlər panelinin üzərində üst tikişlər interyerə əlavə çalarlar qatır.
                Bunu yolda yaşayın A-Class Saloon-u sınaqdan keçirin A-Class Saloon-u sınaqdan keçirmək üçün bizə sorğu göndərin və biz tezliklə sizinlə əlaqə saxlayacağıq.