Giriş
Model
Eksteryer
İnteryer
Texnologiya
Night Series
Bizimlə əlaqə saxlayın
    Satin Brown - Onyx Black Metallic
    Black Metallic
    White Metallic
    Obsidian Black Metallic
    Velvet Brown Metallic
    Sodalite Blue Metallic
    Opalith White Metallic
    High Tech Silver Metallic
    MANUFAKTUR Alpine Grey Solid
    Emerald Green Metallic
    Selenite Gray Metallic
    Selenite Gray - Obsidian Black Metallic
    High Tech Silver - Nautic Blue Metallic
    Satin Brown - Onyx Black Metallic
    High Tech Silver - Obsidian Black Metallic
    Model Mercedes-Maybach EQS SUV
    Başlayaraq 374 139 AZN ƏDV daxil deyil
    Model cərgəsi
    LeftRight

    Mercedes-Benz

    Close X
    Strapline Content

    Mercedes-AMG

    Close X
    Strapline Content

    Mercedes-EQ

    Close X
    Strapline Content

    Mercedes-Maybach

    Close X
    Mercedes-Maybach EQS 680
    Eksteryer “Mercedes-Maybach EQS SUV” avtomobilinin eksteryeri "Mercedes-Maybach EQS" yolsuzluq avtomobilinin xarici görünüşü proqressiv dizaynı və "Maybach"a xas gözəl elementləri ilə diqqəti cəlb edir. EQS yolsuzluq avtomobilinin optimallaşdırılmış aerodinamik forması "Maybach" radiator qəfəsi, üçölçülü spiralvari LED arxa faralara malik eleqant arxa görünüş və eksklüziv ikiçalarlı rəng seçimi kimi detalları ilə göz qamaşdırır. Elektrik ötürücü misilsiz eleqantlığa və "Mercedes-Maybach"ın təcəssüm etdirdiyi əlavə füsunkarlığa malikdir.
    LeftRight

    Xətlər və üslub

    Dizayn və Avadanlıq əsas məqamları

    Close X
    Növbəti
    Əvvəlki
      Üzərində "Maybach" yazısı olan "Mercedes-Maybach" radiator qəfəsi və kapotu bəzəyən ulduz Üzərində "Maybach" yazısı olan "Mercedes-Maybach" radiator qəfəsi və kapotu bəzəyən ulduz eksklüziv dəbdəbənin simvoludur.
      "Maybach" təkərləri 53,3 sm (21") və ya 55,9 sm (22") diametrə malik eksklüziv "Maybach" təkərləri [11] və qara rəngli təkər tağları xarici görünüşü eleqant şəkildə tamamlayır.
      [11] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
      Proyeksiya funksiyasına malik DIGITAL LIGHT Proyeksiya funksiyasına malik DIGITAL LIGHT sizi xüsusi işıq şousu ilə qarşılayır və yola salır.
      Damında spoyleri və 3D spiral formasında dizayn edilmiş fənərləri olan arxa hissə "Mercedes-Maybach EQS" yolsuzluq avtomobili arxa hissənin eleqant dizaynı, həmçinin "Maybach" dam spoyleri və 3D spiral formasında dizayn edilmiş LED arxa fənərləri kimi dəbli detalları ilə xoş təsir bağışlayır.
      Altişıqlanmalı ayaqaltılar və loqonun proyeksiyası Eksklüziv xarici görünüş: loqonun proyeksiyası və üzərində "Maybach" emblemi əks olunmuş işıqlanan ayaqaltılar avtomobilin xüsusi dəbdəbəsindən xəbər verir.
      Səthlə eyni səviyyədə qapı tutacaqları Əlçatan eleqantlıq: avtomobilə yaxınlaşdıqda qapı tutacaqları[11] irəli çıxır.
      [11] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
      İnteryer “Mercedes-Maybach EQS” yolsuzluq avtomobilinin interyeri İnnovativ materiallar və qabaqcıl texnologiyalar "Mercedes-Maybach EQS" yolsuzluq avtomobilinin interyerini məftunedici komfort adasına çevirir. Elektriklə çalışan dəbli və dəbdəbəli yolsuzluq avtomobili innovativ texnologiyaları ilə heyranlıq doğurur: ekoloji təmiz dəridən ilk dəfə olaraq məhz bu avtomobildə istifadə edilib. Ətraf işıqlandırma effektləri, "Maybach"ın eksklüziv dekorativ elementləri və yüksək keyfiyyətli multimedia sistemləri ideal atmosfer yaradır.
      LeftRight

      Dizayn və Avadanlıq əsas məqamları

      Close X
      Növbəti
      Əvvəlki
        "Maybach" üslubunda dizayn edilmiş və nappa dəri ilə üzlənmiş çoxfunksiyalı sükan Nappa dəri ilə üzlənmiş son nəsil xüsusi "Maybach" çoxfunksiyalı sükanı dəbdəbəli və əvvəlkindən daha intuitiv innovativ istifadə rahatlığını özündə birləşdirir. Erqonomik şəkildə yerləşdirilmiş sensor düymələr smartfonun, sürətin, multimedia sistemlərinin, naviqasiyanın və köməkçi sistemlərin intuitiv idaretməsini təmin edir.
        [11] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
        Oturacaqlar və premium keyfiyyətli arxa hissə "Mercedes-Maybach EQS" yolsuzluq avtomobilinin salonunda sizi dəbdəbəli atmosfer gözləyir. Bu atmosfer yüksək keyfiyyətli komfort funksiyaları və düyməyə sadəcə bir dəfə toxunmaqla rahat vəziyyətə gətirilə bilən oturacaqlar sayəsində əldə olunur
        Arxa oturacaqlar üçün yüksək səviyyəli MBUX əyləncə sistemi Standart olaraq daxil edilən “premium MBUX, arxa oturacaqların əyləncə sistemi” arxa oturacaqları özünəməxsus təcrübəyə çevirir. Birbaşa İnternetə çıxışı olan yüksək rezolyusiyaya malik sensor ekranlar və multimedia sistemindən istər iş, istərsə də əyləncə üçün istifadə edə bilərsiniz
        Səslənməni fərdiləşdirmə funksiyasına malik yüksək keyfiyyətli Burmester® 4D səs sistemi Səslənməni fərdiləşdirmə funksiyasına malik Burmester® 4D səs sistemi "Dolby Atmos" səs texnologiyası sayəsində musiqiyə daha çox məkan, dəqiqlik və dərinlik bəxş edir. "Dolby Atmos" texnologiyası ayrı-ayrı elementləri üçölçülü səs sahəsində yaymağa və onları istənilən oxutma mühitinə uyğunlaşdırmağa imkan verir.
        Ağacdan hazırlanmış dekorativ elementlər və təbii dəri üzlük "Mercedes-Maybach EQS" yolsuzluq avtomobilinin cəlbedici eleqant interyeri ilk dəfə olaraq bitki mənşəli dəri üzlükdən, başqa sözlə ekoloji təmiz dəridən hazırlanıb. "Maybach"a xas dekorativ ağac elementləri ilə birlikdə bu, tam elektrikli avtomobillər seqmentində yeni standart müəyyən edir.
        MBUX hiperekranı “Zero Layer” tətbiqinə və hər 3 displeydə “Maybach”a xas start animasiyalarına malik standart MBUX hiperekranı ön sərnişinlərə inanılmaz təcrübə vəd edir. Avtomobil fərdiləşdirilmiş multimedia və informasiya üçün ən müasir MBUX sistemi ilə təchiz edilib
        Heyrətamiz dəbdəbə: MANUFAKTUR dəri paketi Sifariş əsasında təqdim olunan MANUFAKTUR dəri paketi[11] dəbdəbəli atmosfer yaradır. Zərif nappa dərisi yastıqların və oturacaqların üzlənməsindən tutmuş, nəzərəçarpan bəzək elementlərinə qədər hər yerdə sizi əhatə edir.
        [11] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
        Dəbdəbə həzzi: "MANUFAKTUR Exclusive" dəri paketi "MANUFAKTUR Exclusive" dəri paketi[11] bu avtomobil şedevrini mükəmməl şəkildə tamamlayır. Hətta pəncərə çərçivəsi də çox zərif nappa dərisi ilə işlənmişdir. Sürücü və ön sərnişin tərəfdən alətlər panelinin yan üstlükləri bəzəklə eyni rənglərlə işlənib ki, bu da MAYBACH-ın müstəsna üstünlüyündən xəbər verir.
        [11] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
        “Exclusive” dekorativ elementlər paketi Dekorativ paket avtomobilinizin interyerinə həqiqətən misilsiz görünüş bəxş edəcək. Ön oturacaqların söykənəcəklərindəki əlavə dekorativ elementlər interyerə təbii şəkildə uyğunlaşır və unikal kontrast yaradır.
        MANUFAKTUR söykənəcək bəzəyi Zərif eleqantlıq: MANUFAKTUR söykənəcək bəzəyi[11] salonun arxa hissəsində dəbdəbəli launç atmosferini eleqant şəkildə tamamlayır. Yüksək səviyyəli vizual təcrübə.
        Avadanlıq Yeni Mercedes-Maybach EQS yolsuzluq avtomobilinin avadanlıqları.
        Növbəti
        Əvvəlki
          “MBUX Augmented Reality” ön displeyi Mürəkkəb yol şəraitində hər şeyi nəzarət altında saxlaya bilməyiniz üçün naviqasiya üçün "MBUX Augmented Reality” funksiyası [11] virtual dünyanı real dünya ilə birləşdirir. Texnologiya qrafik məlumatları və yoldakı şərait haqqında məlumatları canlı təsvirlərə çevirir. Bunun sayəsində təyinat məntəqəsinə daha tez və təhlükəsiz şəkildə çatacaqsınız.
          [11] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
          “MBUX Interior Assistant” (MBUX İnteryer Assistenti) “MBUX Interior Assistant” bədən dilinə reaksiya verməklə işi dəstəkləyir. Əllər qapılara yaxınlaşdıqda, o, bunu avtomobili tərk etmək istəyi kimi interpretasiya edir, toqquşma riski olduqda isə xəbərdarlıq edir. Hərəkət etdiyiniz istiqamət sizə hansı xarici güzgünü tənzimləmək istədiyinizə işarə edir. Siz həmçinin təbii əl hərəkətləri ilə işıq funksiyalarını idarə edə bilərsiniz.
          "KEYLESS-GO Convenience Package Plus" rahatlıq paketi "KEYLESS-GO Convenience Package Plus" paketi ilə siz və sərnişinləriniz öz sinfində lider minmə və düşmə komfortundan həzz alırsınız: öndə və arxada elektrik ötürücülü komfortlu qapılar avtomatik açılır və bağlanır - avtomobil sürücü kimi qapını sizin üçün açıq saxlayır. Elektrik ötürücü funksiyası sayəsində qapılar yenidən rəvan və demək olar ki, səssiz şəkildə bağlanır.
          TV tüner TV tuner [11][12] avtomobilinizi ev kinoteatrına çevirir. Fərqi yoxdur, tıxacdasınız, yoxsa avtomobildə fasilə edirsiniz, rəqəmsal qəbul sayəsində həm siz, həm də sərnişinləriniz yüksək genişlənməyə malik multimedia displeyində izləmədən zövq ala bilərsiniz.
          [11] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
          [12]Displeydəki Kontent müştərinin avtomobilinin yekun vəziyyətindən asılı olaraq fərqlənə bilər.
          “MBUX Premium Navigation” “MBUX Premium Navigation” ilə siz qısa zaman ərzində təyinat nöqtəsinə çata və yolüstü ən lazımi məlumatı əldə edə bilərsiniz. Peyk görüntüləri kimi aktual kartoqrafiya məlumatlarına, real zaman rejimində tıxaclar haqqında dəqiq informasiyaya və onlayn rejimdə marşrut haqqında qısa təlimata tamamilə güvənə bilərsiniz. Sonuncu, lakin daha bir vacib məsələ: intellektual şəbəkə funksiyaları səyahətinizi daha təhlükəsiz edir.
          Salona daxil olmazdan əvvəl iqlimə nəzarət sistemi Avtomobilə mindiyiniz andan xoş daxili temperaturdan həzz alın. "Mercedes"iniz salonu vaxtında isidəcək və ya soyudacaq. Bunun üçün sadəcə əvvəlcədən "Mercedes me connect" tətbiqində avtomobili tərketmə vaxtını və istədiyiniz temperaturu qeyd etmək kifayətdir.
          AIR-BALANCE paketi AIR-BALANCE paketi nəyə üstünlük verməyinizdən və ovqatınızdan asılı olaraq salon üçün fərdi qoxu təklif edir. Paketə daxil olan təravətləndirici ionlaşdırıcı sistem və daxili-xarici hava filtrasiyası havanın keyfiyyətini yaxşılaşdırmağa və əhvali-ruhiyyənizi yüksəltməyə xidmət edir.
          “ENERGIZING Plus” paketi Bütün hisslər üçün komfort: bu paket premium keyfiyyətli müxtəlif avadanlıqları innovativ zəka ilə bir araya gətirir. "Mercedes" müxtəlif komfort proqramları və multikontur oturacaqlar kimi cəlbedici əlavələr sayəsində sükan arxasında uzun və gümrah vaxt keçirməyiniz, yaxud xoş səyahətlərdən zövq almağınız üçün sizi həm ruhlandıracaq, həm də qayğınıza qalacaq.[11]
          [11] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
          Avtomobilin açarı Parlaq xrom rəngli dekorativ çərçivəyə malik parlaq qara rəngli avtomobil açarı. [11]
          [11] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
          Akustik komfort paketi Avtomobili idarə edərkən maksimum səs keyfiyyətindən zövq alın: akustik komfort paketinin səs izolyasiyası avtomobildən kənardakı qıcıqlandırıcı səs-küyü xeyli azaldır. Artıq yüksək sürət zamanı belə heç nə sakit söhbətinizə mane olmayacaq. Bundan başqa, sakit atmosfer diqqətinizi tamamilə yola yönəltməyinizə və təyinat nöqtəsinə rahat çatmağınıza şərait yaradır.
          Arxa təhlükəsizlik yastıqları İnnovativ təhlükəsizlik yastıqları elektrik yolsuzluq avtomobilini daha da təhlükəsiz edir. Ön oturacaqların söykənəcəklərinin arxa hissəsinə yerləşdirilmiş arxa təhlükəsizlik yastıqları üzbəüz toqquşma zamanı işə düşür. Onlar yumşaq şəkildə açılır və arxada kəmər taxmış sərnişinləri ön oturacaqlarla toqquşmaqdan qoruyur. Bu, başa və boyuna təzyiqi əhəmiyyətli dərəcədə azaltmağa imkan verir.
          “GUARD 360° Vehicle Protection Plus” “GUARD 360° Vehicle Protection Plus” avtomobilinizin ətrafında hərtərəfli monitorinqi təmin edir. Müdaxilə və oğurluq barədə xəbərdarlıq sistemi, həmçinin açarın qəza deaktivasiyası sizə ani hərəkət etməyə imkan verir. Yolda olduqda toqquşmaların aşkarlanması sistemi sizi tətbiq vasitəsilə məlumatlandırır. “Avtomobilin qaçırılması zamanı yardım” xidməti isə oğurluq hadisəsi baş verdikdə avtomobilinizi geri qaytarmaq şanslarını artırır.
          Məsafədən parklanma funksiyasına malik parklanma paketi Parklanma xidməti tətbiqi: sistem avtomobili rahatlıqla parklanma yerinə yerləşdirməyə və oranı tərk etməyə imkan verir – sistem “Mercedes”inizi avtomatik şəkildə manevr etdirir. Siz bu prosesi kənardan izləyə və smartfonunuzla onu idarə edə bilərsiniz. Nəticədə, parklanma xeyli rahat həyata keçirilir və qapıların açılması zamanı meydana gələ biləcək kiçik zədələnmələrin qarşısını alır.[10][8]
          [8] Sürücüyə dəstək və təhlükəsizlik sistemlərimiz yalnız köməkçi vasitələrdir və sürücü olaraq sizi məsuliyyətindən azad etmir. Zəhmət olmasa, təlimat kitabçasındakı məlumatlarla tanış olun və orada təsvir olunmuş sistem məhdudiyyətlərini nəzərə alın.
          [10]"Mercedes me connect" xidmətlərindən yararlanmaq üçün fərdi "Mercedes me ID" yaratmalı və "Mercedes me connect" xidmətindən istifadə şərtlərinə razılıq verməlisiniz. Təqdim olunan xidmətlər, onların əlçatanlığı və funksionallığı avtomobilin modelindən, buraxılış ilindən, seçilmiş əlavə avadanlıqlardan və ölkədən asılıdır.
          MAYBACH avtomobili idarəetmə proqramı Sürücü DYNAMIC SELECT ECO, SPORT, OFFROAD və INDIVIDUAL idarəetmə rejimlərindən, həmçinin yalnız “Mercedes-Maybach EQS” yolsuzluq avtomobilinə xas unikal MAYBACH idarəetmə proqramından yararlanmaq imkanına malikdir. Klassik COMFORT proqramını əvəz edən bu proqram hərəkət zamanı arxa sərnişinlər üçün maksimum komfortu təmin edir. Bu proqram arxa oturacaqların arxasında kuzovun minimal tərpənməsinə zəmanət verir. Rəqs mərkəzinin orada yerləşməsi amplitudanın minimum olmasını təmin edir. MAYBACH avtomobili idarəetmə proqramı standart funksiyalara daxildir.
          Arxa körpünün idarəetməsi Dönmə bucağının 4,5° tənzimlənməsi ilə arxa təkərlərin standart sükan idarəetməsi sürücüyə eyni zamanda 3 üstünlük qazandırır: yol səthi ilə daha etibarlı ilişmə, daha yüksək dönmə qabiliyyəti və məsələn, parklanma zamanı heç də az əhəmiyyət kəsb etməyən manevr qabiliyyəti. Hərəkət sürətindən asılı olaraq, arxa təkərlər ön təkərlərlə əks və ya eyni istiqamətdə çevrilir.
          Seçimə görə təklif olunan idarəetmə sistemi arxa təkərləri 10 dərəcəyədək bucaq altında döndərməyə imkan verir.[11] Bu, dönmə radiusununu xeyli azaltmağa imkan verir. Avtomobiliniz manevr zamanı kompakt avtomobil kimi görünür. Digər tərəfdən, daha yüksək sürət zamanı siz uzun təkər bazasını inamla idarə edə bilərsiniz.
          [11] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
          “Driving Assistance Plus” paketi Sizi təyinat məntəqəsinə sakit və təhlükəsiz çatdırır: müasir, "ağıllı" sensor şəbəkəsi sayəsində siz yarıavtomatlaşdırılmış idarəetmənin bir çox üstünlüklərindən faydalana bilərsiniz. Çoxsaylı köməkçi sistemlər vəziyyətdən asılı olaraq sizi dəstəkləyir, toqquşma riski barədə xəbərdarlıq edir və bütün yol istifadəçilərinin rihafı naminə lazım gəldikdə müdaxilə edir.[8]
          [8] Sürücüyə dəstək və təhlükəsizlik sistemlərimiz yalnız köməkçi vasitələrdir və sürücü olaraq sizi məsuliyyətindən azad etmir. Zəhmət olmasa, təlimat kitabçasındakı məlumatlarla tanış olun və orada təsvir olunmuş sistem məhdudiyyətlərini nəzərə alın.
          AIRMATIC AIRMATIC pnevmatik asqısı hətta ən mürəkkəb səthlərdə belə misilsiz komfortu təmin edir. Avtomobilin səviyyəsi sürətdən asılı olaraq dəyişir. Bu, sürətli hərəkət zamanı gediş ehtiyatını artıra bilər. Praktik variant: yüklənmədən asılı olaraq sürətin avtomatik tənzimlənməsi. Düyməni bir dəfə sıxmaqla yolun işıq zolağını 25 mm artıra bilərsiniz.
          “Night Series” “Mercedes-Maybach EQS” yolsuzluq avtomobilinin “Night” seriyası “Mercedes-Maybach EQS” yolsuzluq avtomobilinin “Night” seriyası[11] mükəmməl idman üslubu və sirli eleqantlığı ilə diqqətləri özünə cəlb edir. Tünd xrom və qara rəngli detallar, üzlüyün xüsusi rəngləri və dekorativ elementlər, unikal kontrastlar, həmçinin çənbərin gözəl dizaynı avadanlıq xəttinə eksklüziv görünüş bəxş edir. İfadəli dizaynın son dərəcə fərdi görünüşünü kəşf edin.[11] [11] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
          LeftRight

          Eksteryer Dizaynı

          İnteryer Dizaynı

          Eksteryerin əsas məqamları

          Close X
          Strapline Content

          İnteryerin əsas məqamları

          Close X
          Strapline Content
          Bunu yolda yaşayın EQS Suv modelini sınaqdan keçirin EQS Suv modelini sınaqdan keçirmək üçün bizə sorğu göndərin və biz tezliklə sizinlə əlaqə saxlayacağıq.