Giriş
Model
Eksteryer
İnteryer
Texnologiya
AMG
Bizimlə əlaqə saxlayın
    Obsidian Black
    Polar White
    Black
    Selenite Grey
    Emerald Green
    High Tech Silver
    Sodalite Blue
    MANFAKTUR Alpine Grey Solid
    MANUFAKTUR Hyacinth Red Metallic
    MANUFAKTUR Opalite White Bright
    Model GLS FL (Refresh)
    Başlayaraq 193 276 AZN ƏDV daxil
    Model cərgəsi
    LeftRight

    Mercedes-Benz

    Close X
    Növbəti
    Əvvəlki
      GLS 350 d 4MATIC
      GLS 450 4MATIC
      GLS 450 d 4MATIC
      GLS 580 4MATIC
      Mercedes-AMG GLS 63 4MATIC+
      Mercedes-Maybach GLS 600

      Mercedes-AMG

      Close X
      Mercedes-AMG GLS 63 4MATIC+

      Mercedes-EQ

      Close X
      Strapline Content

      Mercedes-Maybach

      Close X
      Mercedes-Maybach GLS 600
      Exterior The exterior of the new GLS. Impressive in size and thrilling modern design: the new GLS is an absolute eye-catcher, not just when on the road. The MULTIBEAM LED headlamps radiate pure elegance, its new front and rear lamps as well as the large light-alloy wheels give it a powerful presence – on and off the road. Find out more about its exterior highlights and the different equipment lines.
      LeftRight

      Xətlər və üslub

      Dizayn və Avadanlıq əsas məqamları

      Close X
      Növbəti
      Əvvəlki
        MULTIBEAM LED Outstanding radiance: as well as being part of the luxurious GLS exterior, headlamps with MULTIBEAM LED technology will also illuminate your field of vision in the best possible way. With individually controllable LEDs, the headlamps can react to various traffic situations – whether in corners or off-road.

        New front design With the new front end, the GLS impresses at first glance: the modern front apron, with the striking, enlarged radiator grille with four slats in silver chrome, embodies the strong SUV character and its aesthetic elegance.

        Up to 58.4 cm (23-inch) large-sized light-alloy wheels Wherever your journey takes you, the up to 58.4 cm (23-inch) light-alloy wheels [6] of the GLS make for an eye-catcher and are an elegant companion. The high-sheen AMG light-alloy wheels shown here, in particular, are a genuine design highlight that impresses four times over on every trip.

        [6]Optionally selectable equipment depending on configuration.
        Panoramic sliding sunroof The panoramic sliding sunroof [6] of the GLS makes you feel a little closer to the sky. It not only offers you additional ventilation options on warm days, but also generously floods the entire interior with natural daylight and lends the vehicle interior a bright ambience.

        [6]Optionally selectable equipment depending on configuration.
        New rear lamp design The newly designed rear lamps are more than just a radiant highlight. The light signature with the three horizontal blocks underscores the sublime and first-class character of the SUV.

        İnteryer Yeni GLS avtomobilinin interyeri Macəra ehtirası ilə rahatlığın görüşü: GLS avtomobilinin salonu mərkəzi konsoldakı özünəməxsus tutacaqlar kimi yolsuzluq avtomobilə xas dizayn elementlərini yeni sükan kimi innovativ elementlərlə birləşdirir. MBUX multimedia sisteminə malik geniş ekranlı panel hər səfərdə maksimum idarəetmə rahatlığını təmin edir: dəqiq, sürətli və səmərəli. Müasir işıqlandırma sistemi ilə eksklüzivliyi hiss edin.
        LeftRight

        Xətlər və üslub

        Dizayn və Avadanlıq əsas məqamları

        Close X
        Növbəti
        Əvvəlki
          Yeni sükan İnnovativ istifadə rahatlığı ilə qiymətli materialın ahəngi: yeni GLS sükanı[6] əsl çoxfunksiyalı istedad kimidir. Erqonomik sensor idarəetmə düymələri naviqasiya, telefoniya, sürət və multimedianın intuitiv idarəetməsini təmin edir. Bununla da, sükandan əlinizi çəkmədən hər şey əlinizin altında olacaq.
          Ön displey Ön displey[6] sayəsində siz həmişə baş verənlər barədə xəbərdar olacaqsınız: bütün vacib məlumatlar ön şüşədə virtual əks olunur ki, bu da diqqətinizi yoldan ayırmadan lazımi məqamlarda nə edəcəyinizi qərar verməyə şərait yaradır.
          Yolsuzluq avtomobilinin dizayn elementləri Ağacdan açıq məsaməli bəzək elementləri, parlaq ventilyasiya dəlikləri və mərkəzi konsolun etibarlı tutacaqları sayəsində GLS interyerinin yolsuzluq məziyyətləri sadəcə heyranlıq doğurur.
          MBUX multimedia sisteminə malik geniş ekranlı panel Geniş seçim imkanı: innovativ, yüksək keyfiyyətli geniş ekranlı panel ilə siz sadəcə 4 müxtəlif təsvir üslubu arasında seçim etmirsiniz, həm də "ağıllı" MBUX məlumat-multimedia sistemi sayəsində kontenti öz istəyinizə uyğun fərdi olaraq konfiqurasiya etmək və yerləşdirmək imkanı əldə edə bilərsiniz.
          Salon işıqlandırması Özünüzü rahat hiss edin - salon işıqlandırması ilə hər şey lazımi rəngdə bərq vuracaq. Rəng çalarları işıqlandırma əhvali-ruhiyyəsindən asılı olaraq xoş məkan hissi yaradacaq. Günün qaranlıq vaxtında gizli altişıqlanma baxışlarınızı salondan yola yönəltməyə kömək edəcək.
          Üçüncü sıra oturacaqlar GLS-ni idarəetmə təcrübəsini 7 nəfərlə paylaşın. Üçüncü sıra oturacaqlar sayəsində bu avtomobildə hər kəsə yer çatacaq. Hər oturacaq öz sinfində komfort təklif edir. Oturacaqların ikinci sırasında ayaq boşluğu elektrik ön/arxa tənzimlənməsi ilə çevik şəkildə artırıla bilir.
          Komfortlu tək oturacaqlar İkinci sıra oturacaqlarda əyləşən sərnişinlərə oturacaq mövqeyini şəxsi istəklərinə uyğunlaşdırmaq imkanı bəxş edin. Rahat tək oturacaqlı [6] GLS ilə hər bir səyahət fərdi təcrübə yaşadır.
          Multikonturlu arxa oturacaqlar Məhz sizin üçün yaradılmış rahatlıq: Multikonturlu ikinci sıra oturacaqlar[6], o cümlədən elektrik idarəetmə və inteqrasiya olunmuş hava yastıqları sayəsində oturma mövqeyinizi optimallaşdıra bilərsiniz. Bundan əlavə, siz çoxsaylı masaj proqramlarından, müxtəlif istilik parametrlərindən və ya havalandırılan oturma yerlərinin üstünlüklərindən həzz ala bilərsiniz.
          Arxa sərnişinlər üçün yüksək səviyyəli MBUX multimedia sistemi Artıq əyləncə sizə inanılmaz dərəcədə yaxındır: “MBUX Rear Seat Entertainment” sistemi[6] ilə siz hər səfərin proqramını öz ideyalarınıza uyğunlaşdıra bilərsiniz. Yüksək genişlənmə qabiliyyətinə malik sensor ekranlar internetə və smartfonlara, həmçinin multimedia və naviqasiya sistemlərinə birbaşa və asan çıxışı təmin edir.
          Yük yerinin adaptasiya qabiliyyəti Macəra üçün daha çox sahə: GLS-nin baqaj bölməsi 2400 litrədək baqaj yeri təklif edir. İkinci və üçüncü sıra oturacaqların söykənəcəkləri tək-tək və ya düyməyə bir toxunuş etməklə birlikdə qatlana bilər. Bundan əlavə, arxa hissə asanlıqla endirilə bilər.
          Avadanlıq Yeni GLS avtomobilinin avadanlığı
          Növbəti
          Əvvəlki
            Yüksək keyfiyyətli Burmester® 3D həcmli səs sistemi 29 dinamik və 1610 Vt-luq sistem gücü yeni GLS avtomobilində unikal səs təcrübəsindən həzz almağa imkan verir. Avtomobilin səsboğucu sistemi (VNC) vəziyyətdən asılı olaraq musiqini və tonallığı dinamik şəkildə uyğunlaşdırır, innovativ alqoritmə malik kökləmə dəstəyi sistemi sizinlə birlikdə musiqi istəklərinizi öyrənir və Burmester® səs sistemini arzularınıza uyğun kökləyir.
            “MBUX Voice Assistant” (MBUX Səs Assistenti) “MBUX Voice Assistant” vasitəsilə yeni möhtəşəm səviyyədə səslə idarəetmə funksiyasından zövq alın. Təbii nitqi anlamaq qabiliyyəti sayəsində MBUX Səs Assitenti hər bir əmrə tabe olur. Sistem məlumat, əyləncə və idarəetmə ilə bağlı hər bir tələbi anlayır. Sistem həmçinin vasitəli nitqi emal edir, məsələn, “Mənə soyuqdur” ifadəsinə cavab olaraq havalandırma sistemi temperaturu artırır.
            Əlavə rəqəmsal imkanlar Elə ilk andan "Mercedes-Benz" düşündüyünüzdən daha çox şey təklif edir. Avtomobilinizin modelindən, seçdiyiniz xüsusi avadanlıqdan, buraxılış ilindən və ölkədən asılı olaraq, "Remote", "Navigation", "Charging", "Guard 360° “Vehicle Protection" və "Entertainment" kimi bir çox rəqəmsal əlavə xidmətlər satınalma tarixindən 36 aylıq müddətə xidmətlər siyahısına daxil edilir[7]. Rəqəmsal əlavə xidmətlərin üstünlüklərindən ilkin müddət başa çatdıqdan sonra da istifadə etmək istəyirsinizsə, istifadə müddətini "Mercedes me Store"da cəmi bir neçə kliklə yeniləyə bilərsiniz.
            Naviqasiya üçün "MBUX Augmented Reality” (MBUX Əlavə Reallıq) funksiyası Mürəkkəb yol şəraitində istiqaməti rahat müəyyənləşdirə bilməyinizi təmin etmək məqsədilə naviqasiya üçün "MBUX Augmented Reality” funksiyası [6] virtual dünyanı real dünya ilə birləşdirir. Texnologiya qrafik naviqasiyanı və yoldakı hərəkət haqqında məlumatları canlı təsvirlərə çevirir. Təyinat nöqtəsinə tez, təhlükəsiz və stressiz çatın.
            Ən son nəsil MBUX multimedia sistemi Ən son nəsil MBUX məlumat-multimedia sistemi sayəsində GLS yolsuzluq avtomobili həm aparat, həm də proqram təminatı baxımından irəliyə doğru böyük bir addım atmış oldu. Daha böyük hesablama imkanları və təkmilləşdirilmiş nitqtanıma funksiyası ilə yanaşı, tətbiqlərin mövqeyi və xarici görünüşü ehtiyaclarınıza daha yaxşı uyğunlaşdırılıb.
            “Smart Home” inteqrasiyası “Mersedes, evdə işığı söndür!”
            “Smart Home” sistemini GLS-nizə qoşun və hərəkətdə olarkən temperatur, işıqlandırma, pərdələr və elektrik cihazları kimi “Smart Home” məhsullarına nəzarət edin. MBUX səs köməkçisi[6] sayəsində bu, səs paneli vasitəsilə rahat şəkildə idarə olunur.
            “Active Lane Keeping Assist” sistemi “Active Lane Keeping Assist” funksiyası diqqətli müşahidəçi kimidir: hərəkət zolağını bilmədən tərk etdikdə və ya digər yol istifadəçilərinə təhlükəli şəkildə yaxınlaşdıqda, sistem sükana müdaxilə etməklə sizi yenidən zolağınıza qaytarmağa kömək edə bilər. Bununla belə, zolağı tərk edərsinizsə, sükanın vibrasiyası şəklində əlavə xəbərdarlıq məlumatı alacaqsınız.
            “Active Brake Assist” (Aktiv tormoz dəstəyi sistemi) Bu sistem qarşıda hərəkət edən və ya hərəkət etməyən avtomobillər, hərəkətdə olan piyadalar və velosipedçilərlə toqquşmanın qarşısını almağa kömək edir. Bunun üçün sistem təhlükəsiz məsafənin pozulması və toqquşma təhlükəsi barədə xəbərdarlıq etməklə yanaşı, ehtiyac olduqda, təcili tormozlamaya qədər tormoz dəstəyi göstərə bilir.
            “Traffic Sign Assist” Vəziyyətə tam nəzarət edin: kamera və xəritə məlumatlarının intellektual birləşməsi sayəsində "Traffic Sign Assist" icazə verilən maksimum sürəti, ötmə məhdudiyyətlərini və bu məhdudiyyətləri aradan qaldırmağın yollarını müəyyən etməyə imkan verir. O, həmçinin “Giriş qadağandır” nişanına reaksiya verir və bu nişanın tələblərinin pozulması barədə sizi xəbərdar edir.
            "Blind Spot Assist" (Kor zonalara nəzarət sistemi) Xüsusən də dönmə işığını yandırdığınız zaman "Blind Spot Assist" sistemi ətrafa diqqətlə nəzarət edir. Sistem "kor zonalarda" digər yol iştirakçıları ilə mümkün yan toqquşma barədə sizi vizual və səsli şəkildə xəbərdar edə bilir. Səfəriniz başa çatdıqdan sonra sistem aktiv qalır və əlverişsiz məqamda qapını açmaq istədiklə sizə xəbərdarlıq edir.
            “Driving Assistance Package” (Sürücüyə Yardım Paketi) “Driving Assistance Plus Package Plus” sizə yolda olarkən maksimum komfort və təhlükəsiz təklif etməklə “Mercedes-Benz”inizi düşüncəli tərəfdaşa çevirir. Diqqət çəkən məqamlardan biri DISTRONIC aktiv məsafə dəstəyi sistemidir ki, bu da aktiv sükan idarəetmə sistemi ilə birlikdə hərəkətdə olarkən üzərinizə düşən yükü əhəmiyyətli dərəcədə azaltmaa imkan verir.
            “KEYLESS-GO Convenience” paketi Gündəlik avtomobil həyatı üçün maksimum komfort. KEYLESS–GO komfort paketi[6] ilə siz sadəcə açarı özünüzlə götürməklə avtomobilinizi işə sala və kilidləyə bilərsiniz. HANDS-FREE ACCESS funksiyası baqaj bölməsinin qapağının təmassız və tam avtomatik açılıb-bağlanmasını təmin edir.
            THERMOTRONIC avtomatik iqlim nəzarəti THERMOTRONIC adaptiv iqlim nəzarəti sistemi salonda hər kəs üçün fərdi olaraq komfortlu iqlim yaratmaq məqsədilə 4 iqlim zonasını əhatə edir. Sürücü və ön sərnişin, eləcə də arxa sərnişinlər temperaturu və hava axınının paylanmasını fərdi qaydada tənzimləmək imkanına malikdirlər. Artıq nə siz, nə də digər sərnişinlər kompromisə getməli olmayacaq və istədiyi komfortla əhatə olunacaq.
            Arxa sərnişinlər üçün komfort paketi “Plus” Arxa oturacaqda əyləşən sərnişinlər daha geniş mərkəz qoltuqaltı və mərkəzi konsol kimi komfort elementləri sayəsində əlavə rahatlıq imkanı əldə edirlər. Bir sadə hərəkətlə siz müxtəlif saxlama bölmələrinə və arxa oturacaqda çıxarıla bilən MBUX planşetinə çıxış əldə etmiş olursunuz.
            Akustik komfort paketi Avtomobili idarə edərkən minimum səs səviyyəsindən zövq alın: Akustik komfort paketinin [6] səs izolyasiyası avtomobildən kənardakı qıcıqlandırıcı səs-küyü xeyli azaldır. Artıq yüksək sürət zamanı belə heç nə sakit söhbətinizə mane olmayacaq. Bundan başqa, sakit atmosfer diqqətinizi tamamilə yola yönəltməyinizə və təyinat nöqtəsinə rahat çatmağınıza şərait yaradır.
            “ENERGIZING Plus” paketi Unikal “ENERGIZING Plus” paketi[6] bütün hissiyyat orqanları üçün komfort vəd edir. Bu paket premium keyfiyyətli müxtəlif funksiyaları innovativ zəka ilə bir araya gətirir. "Mercedes" müxtəlif vasitələrlə sükan arxasında uzun və gümrah vaxt keçirməyiniz, yaxud xoş səyahətlərdən zövq almağınız üçün sizi həm ruhlandıracaq, həm də qayğınıza qalacaq.
            Qapı bağlanması funksiyası Avtomobillərin qapılarını açıb-bağlamaq heç vaxt belə rahat və rəvan olmamışdı. Servomühərriklər sayəsində avtomobilin ön və arxa qapıları demək olar ki, səssiz bağlanır. Sizə sadəcə qapını siyirməyədək bağlamaq tələb olunur, qalanını avtomobil özü edəcək.
            PRE-SAFE® sistemi PRE-SAFE® sistemi gözlənilən qəzaya qədər olan vaxtı sizin maraqlarınıza uyğun istifadə edir. Bir sıra tədbirlər yaşadığınız stresi və gərginliyi azaltmağa kömək edir. İnnovativ "PRE-SAFE® Sound" sistemi dinamiklərdən təbii qoruyucu refleks yarada bilən səs-küy generasiya edir ki, bu da qəzanın səsini boğmaqla daxili qulağı qoruyur.
            “PRE-SAFE® Impulse Side” Sizin şəxsi mühafizəçiniz: PRE-SAFE® Impulse Side [6] sizi və ön sərnişininizi yan zərbəyə hazırlaya bilər və bununla da xəsarət riskini azalda bilər. Sistem sizi zərbə tərəfdən avtomobilin mərkəzinə doğru çəkir. Bu, yandan baş verə biləcək qəza zamanı müsbət təsir göstərə bilər.
            “GUARD 360° Plus Vehicle Protection” “GUARD 360° Plus Vehicle Protection” avtomobilinizin ətrafında hərtərəfli monitorinqi təmin edir. Qaçırılma barədə xəbərdarlıq sistemi, həmçinin açarın qəza deaktivasiyası sizə ani hərəkət etməyə imkan verir. Yolda olduqda toqquşmaların aşkarlanması sistemi*[6] sizi tətbiq vasitəsilə məlumatlandırır. “Avtomobilin qaçırılması zamanı yardım” xidməti*[6] isə oğurluq hadisəsi baş verdikdə avtomobilinizi geri qaytarmaq şanslarını artırır.
            AIRMATIC AIRMATIC paketi adaptiv amortizasiya sistemini və müasir pnevmatik asqını özündə birləşdirir. Nəticədə, GLE yolsuzluq avtomobili mövcud vəziyyətə, sürətə və yükə avtomatik uyğunlaşa bilən "ağıllı", rahat asqı ilə heyranlıq doğurur. Bu, həm yaxşı, həm də pis yol şəraitində sabit hərəkətdən və ən yüksək səviyyəli komfortdan zövq almağa şərait yaradır
            DYNAMIC SELECT funksiyası DYNAMIC SELECT düyməyə bir toxunuşla idarə olunan müxtəlif idarəetmə proqramları təklif edir. Bu proqramlar, məsələn, mühərrik, transmissiya, asqı və sükan idarəetməsi üçün parametrləri dəyişməyə imkan verir. "Sport" rejimində avtomobil daha dinamikdir, "Comfort" rejimində isə onun parametrləri son dərəcədə balanslaşdırılmışdır. ECO səmərəliliyə, yanacağa və pula qənaət etməyə imkan verir.
            “Off-Road” yolsuzluq texnologiyaları paketi Bu paketlə siz ideal şəraitdə olmayan yola belə tam əminliklə çıxa bilərsiniz. Hərtərəfli tənzimlənən tam ötürmə sistemi pilləsiz pnevmatik asqı sistemi ilə birlikdə işləyir. Bununla da, siz çeviklik, sabitlik və maksimum dartma qabiliyyəti arasında mükəmməl tarazlığı hiss edəcəksiniz.
            E-ACTIVE BODY CONTROL İstənilən şəraitdə üstün idarəetmə komfortu: komfort, dəqiqlik və dinamikanın sintezi olan E-ACTIVE BODY CONTROL[6] unikal yolsuzluq keyfiyyətlərini özündə birləşdirir. Yol və yolsuzluq şəraitində müstəsna sürmə komfortunu və əla sabitliyi, həmçinin quru, yaş və düz səthlərdə rəvan hərəkəti təmin edir.
            4MATIC tam ötürmə sistemi 4MATIC tam ötürmə sistemi və xüsusi yolsuzluq proqramı [6] sayəsində GLS həm rahat, həm də mürəkkəb ərazilərdə özünü yaxşı tərəfdən göstərir. "Torque on Demand" (“Single Speed”) uzununa paylayıcı qutusunun əlavə dəstəyi otluq, çınqıl və yüngül ərazilərdə dartı qabiliyyətini artırmağa imkan verir.
            48 V-luq elektrik sistemi Daha çox performans, daha çox çeviklik, daha çox səmərəlilik: 48 voltluq sistem ilə GLS əlavə bort elektrik sistemi qazanmış oldu. 48 voltluq batareya akkumulyatorun ümumi həcmini artırır. Bu, hərəkətsiz vəziyyətdə innovativ funksiyalar üçün daha çox elektrik enerjisi deməkdir.
            MERCEDES-AMG Mercedes-AMG GLS 63 4MATIC+ Yeni Mercedes-AMG GLS 63 4MATIC+ idman zərifliyi ilə yolsuzluq avtomobilinin heyrətamiz dizaynını özündə birləşdirir. Kapotu bəzəyən AMG gerbi və özünəməxsus AMG radiator qəfəsi daxili gücü nümayiş etdirir. Yenilənmiş faralar və arxa işıqlar avtomobilin idman xarakterini vurğulayır. AMG loqosunun animasiyalı proyeksiyasının əks olunduğu salon işıqlandırması xüsusi diqqətə layiqdir. Standart xaricetmə sisteminə malik AMG-yə xas arxa hissə dinamik formanı tamamlayır.
            LeftRight

            Eksteryer Dizaynı

            Close X
            Left Right

            İnteryer Dizaynı

            Eksteryerin əsas məqamları

            Close X
            Növbəti
            Əvvəlki
              AMG-yə xas ön hissə Şaquli dayaqlara malik AMG-yə xas radiator qəfəsi avtomobilin üstün idarəetmə dinamikasının əyani göstəricisidir. AMG-yə xas ön önlük və kapotu bəzəyən AMG-nin gerbi yüksək idman qabiliyyətini göstərir.
              23" döymə disklər və qırmızı rəngli tormoz supportları "Himalay bozu" rəngli 58,4 sm (23") diametrli AMG döymə diskləri yolsuzluq avtomobilinin fərdi görünüşünü qabardır. Yüksək performansla yanaşı, standart komplektə daxil olan kompozit tormoz sistemi də vizual olaraq diqqəti cəlb edir: üzərində qara hərflərlə AMG yazısı həkk olunmuş qırmızı supportlar xarici görünüşü effektiv şəkildə tamamlayır.
              AMG loqosunun animasiyalı proyeksiyası Diqqətçəkən detal: giriş sahəsini işıqlandırmaq üçün AMG loqosunun animasiyalı proyeksiyası. O, emosiyaları oyadır və avtomobili tərk etməzdən əvvəl diqqəti cəlb edir.
              AMG-yə xas arxa hissə Tənzimlənən qapaqları olan "AMG Performance" xaricetmə sisteminin xüsusi dizayna malik ikiqat trapesiyaşəkilli AMG xaricetmə boruları diqqəti cəlb edir. Borular həm vizual, həm də idarəetmə proqramından asılı olaraq akustik cəhətdən cəlbedicidir. "Mercedes-AMG GLS"nin arxa hissəsi xüsusi diffuzorlu yenilənmiş arxa önlük və baqaj qapağında modelin nişanı ilə çərçivələnib.

              İnteryerin əsas məqamları

              Close X
              Növbəti
              Əvvəlki
                AMG Performance steering wheel in nappa leather / MICROCUT with AMG steering wheel buttons Excellent material, innovative operating comfort: the AMG Performance steering wheel in nappa leather / MICROCUT [3] is a true multifunctional talent. With the AMG steering wheel buttons, among other things you can directly control the standard AMG drive programs and call up other AMG functions directly on the steering wheel.

                [3]Optionally selectable equipment depending on configuration.
                Widescreen cockpit with AMG-specific display designs With the high-quality widescreen cockpit with AMG-specific display designs and the innovative head-up display, you can not only choose between different display styles, but also have the option, thanks to the intelligent infotainment system MBUX, of positioning and configuring content individually according to your wishes.
                Multi-contour seats for driver and passenger Comfort tailor-made for you: with the multi-contour seats for driver and front passenger, you can optimize your seating position thanks to extensive adjustment options via integrated air cushions. Enjoy pleasant, rapid warmth and eight different massage programs.

                Burmester® surround sound system The upgrade to the Mercedes-AMG GLS 63 4MATIC+ is clearly audible: with its speakers, the Burmester® surround sound system guarantees a unique premium sound experience. The loudspeaker-like exciters in the seats make it possible to perceive the music via an exceptional sound massage. This is how you experience the music throughout your entire body.

                MBUX High-End Rear Entertainment Intelligent entertainment comfort: MBUX Rear Seat Entertainment is available [3] for all seat variants. It includes two touch screens in the 17.8 cm (7") format. This allows passengers in the second row of seats to enjoy movies or music, use the built-in web browser, or retrieve and enter travel information.

                [3]Optionally selectable equipment depending on configuration.
                Third seat row with optional seat heating Whatever your plans, the Mercedes-AMG GLS 63 4MATIC+ is ready for everything: the third row of seats not only accommodates up to 7 people, but also offers an adjustable seat heating option [3] for maximum ride comfort.

                [3]Optionally selectable equipment depending on configuration.
                GLS SUV-u sınaqdan keçirin Bunu yolda yaşayın GLS SUV-u sınaqdan keçirmək üçün bizə sorğu göndərin və biz tezliklə sizinlə əlaqə saxlayacağıq.