Giriş
Model
Eksteryer
İnteryer
Texnologiya
AMG
Bizimlə əlaqə saxlayın
    MANUFAKTUR Graphite Gray Magno
    Polar White
    Black
    Spectral Blue
    High Tech Silver
    Graphite Gray Metallic
    Obsidian Black Metallic
    MANUFAKTUR Alpine Gray Solid
    MANUFAKTUR Patagonia Red Metallic
    MANUFAKTUR Opalite White Bright
    Model CLE Cabriolet
    Başlayaraq 114 133 AZN ƏDV daxil deyil
    Model cərgəsi
    LeftRight

    Mercedes-Benz

    Close X
    Növbəti
    Əvvəlki
      CLE 200 Cabriolet
      CLE 200 4MATIC Cabriolet
      CLE 220 d Cabriolet
      CLE 300 4MATIC Cabriolet
      CLE 450 4MATIC Cabriolet

      Mercedes-AMG

      Close X
      Strapline Content

      Mercedes-EQ

      Close X
      Strapline Content

      Mercedes-Maybach

      Close X
      Strapline Content
      Eksteryer Yeni “CLE Cabriolet” avtomobilinin eksteryeri Yeni “CLE Cabriolet” avtomobilinin eksteryeri
      LeftRight

      Xətlər və üslub

      Dizayn və Avadanlıq əsas məqamları

      Close X
      Növbəti
      Əvvəlki
        Proqressiv dizayna malik ön hissə İfadəli ön hissə: “Mercedes-Benz”in gerbi əks olunmuş A-şəkilli konturlara malik radiator qəfəsinə malik maili kapot
        Çıxıntılı kapot İlk baxışdan güclü görünüş: kapotun idman dizaynı ön hissəyə ifadəli və qüsursuz ümumi görünüş bəxş edir
        DIGITAL LIGHT texnologiyası İstənilən şəraitdə hər şey nəzarət altındadır: DIGITAL LIGHT[6] istənilən şəraitdə rahat və təhlükəsiz idarəetməni təmin edir. Texnologiya yolun işıqlandırılmasını lokal işıqlanma şəraitinə, yoldakı vəziyyətə, hərəkət istiqamətinə və hava şəraitinə uyğunlaşdırır.


        [6] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq .


        İki hissəli arxa fənərlər İki hissəli arxa fənərlərə və birləşdirici dizayn elementinə malik kuzovun arxa hissəsinin axıcı dizaynı bütün diqqətləri "CLE Cabriolet"ə yönəldir və ona inamlı idman görünüşü bəxş edir.
        KEYLESS-GO KEYLESS-GO sistemi sayəsində hər səfər maksimum rahatlıqla başlayır. Avtomobilin açarını cibdən çıxarmağa ehtiyac yoxdur. Qapını açmaq üçün dəstəyi tutmaq kifayətdir. “Start/stop” düyməsini sıxın və yola çıxın. HANDS-FREE ACCESS funksiyası baqaj bölməsinin qapağının təmassız və tam avtomatik açılıb-bağlanmasını təmin edir. Bunun üçün arxa bamperin altında ayaq hərəkətinizin hiss olunması kifayətdir.
        Standart 45,7 sm (18") və əlavə 50,8 sm (20") diametrə malik yüngül lehimli disklər Standart 45,7 sm (18") və əlavə 50,8 sm (20") diametrə malik yüngül lehimli disklər təklif edirik. Aerodinamik cəhətdən optimallaşdırılmış yüngül lehimli disklərin diametri "CLE Cabriolet" avtomobilinin xarakterinə uyğundur.


        [6]Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
        İzolyasiyalı tam avtomatik yumşaq səth Səfər zamanı maksimum relaks yaşamağınız üçün 3 rəngdə təklif olunan tam avtomatik, akustik və yumşaq səth[6] yüksək səviyyəli komfortu təmin edir, xarici səs-küyü təcrid edir və avtomobilin içini istidən qoruyur.


        [6]Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
        İnteryer Yeni “CLE Cabriolet” avtomobilinin interyeri Kabrioletin interyeri də dəbdəbəli detalları ilə heyranlıq doğurur: dəri üzlüyə malik yenilənmiş alətlər paneli və salon boyunca uzanan işıq xətləri ilə ətraf işıqlandırma eksklüziv sürücülük təcrübəsi yaradır. Siz həmçinin dəbli görünüşə malik multikonturlu oturacaqlarda 7 zonalı masaj funksiyasından və oturacaqlara quraşdırılmış dinamiklərə malik Burmester® sisteminin yüksək keyfiyyətli səs imkanlarından həzz ala bilərsiniz. [6]Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
        LeftRight

        Xətlər və üslub

        Dizayn və Avadanlıq əsas məqamları

        Close X
        Növbəti
        Əvvəlki
          30,2 sm (11,9") diaqonala malik mərkəzi displey Tam sensorlu ekran: Sürücüyə doğru maili 30,2 sm (11,9") diaqonala malik mərkəzi displey yeni CLE kabrioletinin salonunun yüksək keyfiyyətini vurğulayır. Avtomobili idarə edərkən günəş şüalarının əks olunmaması üçün onun maililiyi tənzimlənə bilər.
          Burmester® 3D həcmli səs sistemi Burmester® 3D həcmli səs sistemi[6] ön və arxa oturacaqlarda yüksək keyfiyyətli səsi təmin edir. Üzərində Burmester® yazısı əks olunan eleqant metal dinamik örtükləri avtomobilin interyerinə dəbli çalarlar əlavə edir və onu gözəlləşdirir. Ön oturacaqlara yerləşdirilmiş əlavə dinamiklər həcmli səsi optimallaşdırır və xüsusi səslənməni təmin edir.



          [6]Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq

          Daxili dinamiklərə malik eleqant ön oturacaqlar İstəsəniz, yeni CLE kabrioletinin ön oturacaqlarını 7 zonalı masaj oturacaqlarına çevirə, həmçinin boğaz və boyun nahiyəsində optimal temperaturu təmin etmək hissi üçün AIRSCARF[6] isitmə funksiyasını aktivləşdirə bilərsiniz. Oturacaqlara quraşdırılmış dinamiklər sürücü və ön sərnişin üçün həcmli səs imkanlarını təmin edir.[6]



          [6]Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
          Yeni nəsil MBUX multimedia sistemi İntuitiv idarəetmənin gələcəyi: Yeni nəsil MBUX[7] sistemi çoxsaylı funksiyalar, qarşılıqlı əlaqə variantları və gündəlik proseslərin avtomatlaşdırılmasını təklif edir. Səs, toxunuş və ya jestlər vasitəsilə intuitiv idarəetmə. Rəqəmsal həyatınıza qüsursuz inteqrasiya və fərdiləşdirilmiş təsvir üslubları ilə fərdiləşdirmə imkanı[6]



          [7]Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq

          [6]"Mercedes me connect " xidmətlərindən istifadə etmək üçün fərdi "Mercedes me ID" yaratmalı və "Mercedes me connect" xidmətindən istifadə şərtlərinə razılıq verməlisiniz. Təqdim olunan xidmətlər, onların əlçatanlığı və funksionallığı avtomobilin modelindən, buraxılış ilindən, seçilmiş əlavə avadanlıqlardan və ölkədən asılıdır.
          Süni dəri olan ARTICO ilə üzlənmiş alətlər paneli və kəmər xətti Yeni CLE kabrioleti standart AVANTGARDE interyer xətti ilə təchiz edilmişdir. Nappa effektli süni ARTICO dərisi ilə üzlənmiş alətlər paneli və kəmər xətti interyerə fərdi və eksklüziv görünüş bəxş edir.
          Kabriolet Komfort Paketi Kabriolet mövsümü il boyu bitməsin: AIRSCARF boyun isitmə funksiyası, AIRCAP küləkdən qorunma sistemi və yük yerinin tam elektrikli arakəsməsi sayəsində “CLE Cabriolet” ilin fəsillərindən asılı olmayaraq, istənilən səyahət üçün optimal komfortu təmin edir.
          Avadanlıq “CLE Cabriolet” avtomobilinin avadanlığı
          Növbəti
          Əvvəlki
            Ön displey Avtomobili idarə etməkdən idman zövqü almaq və möhtəşəm hisslər yaşamaq üçün ideal imkan: ön displey[6] ön güzgünüzü maraqlı rəqəmsal panelə çevirir. Nəticədə, əsas məlumatlar daim gözünüzün qarşısında olur.


            [6]Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq



            31,2 sm (12,3") diaqonala malik sürücü displeyi Bütün vacib məlumatlar yüksək genişlənməli sürücü displeyində əks olunur. Bu, sizin sükan arxasında rahatlığınızı təmin edir. Yüksək keyfiyyətli avtonom displey rəqəmsal, düşünülmüş interyerin vacib elementidir və “Mercedes”inizin müasir dəbdəbəsini vurğulayır.
            Əlavə rəqəmsal imkanlar Elə ilk andan "Mercedes-Benz" düşündüyünüzdən daha çox şey təklif edir. Avtomobilinizin modelindən, seçdiyiniz xüsusi avadanlıqdan, buraxılış ilindən və ölkədən asılı olaraq, "Remote", "Navigation", "Charging", "Guard 360° “Vehicle Protection" və "Entertainment" kimi bir çox rəqəmsal əlavə xidmətlər satınalma tarixindən 36 aylıq müddətə xidmətlər siyahısına daxil edilir[6][7]. Rəqəmsal əlavə xidmətlərin üstünlüklərindən ilkin müddət başa çatdıqdan sonra da istifadə etmək istəyirsinizsə, istifadə müddətini "Mercedes me Store"da cəmi bir neçə kliklə yeniləyə bilərsiniz.



            [7]Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq

            [6]"Mercedes me connect " xidmətlərindən istifadə etmək üçün fərdi "Mercedes me ID" yaratmalı və "Mercedes me connect" xidmətindən istifadə şərtlərinə razılıq verməlisiniz. Təqdim olunan xidmətlər, onların əlçatanlığı və funksionallığı avtomobilin modelindən, buraxılış ilindən, seçilmiş əlavə avadanlıqlardan və ölkədən asılıdır.
            Naviqasiya üçün "MBUX Augmented Reality” (MBUX Əlavə Reallıq) funksiyası Mürəkkəb yol şəraitində istiqaməti rahat müəyyənləşdirə bilməyiniz üçün Naviqasiya üçün "MBUX Augmented Reality” funksiyası [6] virtual dünyanı real dünya ilə birləşdirir. Texnologiya qrafik naviqasiyanı və yoldakı hərəkət haqqında məlumatları canlı təsvirlərə çevirir. Ünvana tez, təhlükəsiz və stressiz çatın.



            [6]Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq.

            “Smartphone Integration” (Smartfon inteqrasiyası) funksiyası “Smartphone Integration” funksiyası Apple CarPlay™ və ya Android Auto™ vasitəsilə mobil telefonunuz və multimedia sistemi arasında simsiz əlaqəni təmin edir. Bu, smartfonunuzdakı ən vacib tətbiqlərə asanlıqla qoşulmağa imkan verir. Siz həmçinin “Spotify” kimi üçüncü tərəf tətbiqlərindən tez və asanlıqla istifadə edə bilərsiniz.[4]



            [4]Bu element həm də avtomobildə sonradan aktivləşdirmək üçün tələb olunan funksiya kimi mövcuddur. Bunun üçün siz "Mercedes me Portal"da qeydiyyatdan keçməli, "Mercedes me connect" xidmətindən istifadə şərtlərinə razılıq verməlisiniz. Bundan başqa, avtomobili ən azı müvəqqəti olaraq öz istifadəçi hesabınızla əlaqələndirmək tələb olunur. Bundan əlavə, aktivləşdirmə üçün avtomobilin istifadəçi hesabına qoşulması və müvafiq avadanlığın avtomobildə quraşdırılması tələb olunur. Bundan sonra "Mercedes me connect" xidmətlərindən istifadəni dayandırsanız və avtomobili istifadəçi hesabınızdan ayırsanız belə, seçilmiş funksiya aktiv olaraq qalacaq. Texniki tələblər haqqında bütün zəruri məlumatları "Mercedes me" vasitəsilə və ya səlahiyyətli "Mercedes-Benz" dilerinizdən əldə edə bilərsiniz.
            360° kameralı parklanma paketi Hərtərəfli görmə imkanı olan eksklüziv parklanma xidməti: PARKTRONIC və 360° kameralı "Active Parking Assist"[3] funksiyası yaxınlıqda olan boş və ayrılmış parklanma yerlərini aşkar edir. Parklanma yerini seçdikdən sonra dinamik təsvir və akustik əlaqə sayəsində arxayınlıqla avtomobili parklaya və ya parklanma dəstəyindən[2] istifadə edərək manevr edə bilərsiniz.


            [2]Sürücüyə dəstək və təhlükəsizlik sistemlərimiz yalnız köməkçi vasitələrdir və sürücü olaraq sizi məsuliyyətindən azad etmir. Zəhmət olmasa, təlimat kitabçasındakı məlumatlarla tanış olun və orada təsvir olunmuş sistem məhdudiyyətlərini nəzərə alın.

            [3]Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq.
            "Active Lane Keeping Assist" "Active Lane Keeping Assist"[3] funksiyası diqqətli müşahidəçi kimidir: hərəkət zolağını bilmədən tərk etdikdə və ya digər yol istifadəçilərinə təhlükəli şəkildə yaxınlaşdıqda, sistem sükana müdaxilə etməklə sizi yenidən zolağınıza qaytarmağa kömək edə bilər. Bununla belə, zolağı tərk edərsinizsə, sükanın vibrasiyası şəklində əlavə xəbərdarlıq məlumatı alacaqsınız.[2]


            [2]Sürücüyə dəstək və təhlükəsizlik sistemlərimiz yalnız köməkçi vasitələrdir və sürücü olaraq sizi məsuliyyətindən azad etmir. Zəhmət olmasa, təlimat kitabçasındakı məlumatlarla tanış olun və orada təsvir olunmuş sistem məhdudiyyətlərini nəzərə alın.

            [3]Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq.
            “Active Brake Assist” (Aktiv tormoz sistemi) Bu sistem qarşıda hərəkət edən və ya hərəkət etməyən avtomobillər, dönmə zamanı qarşıdan gələn nəqliyyat vasitələri, piyadalar və hərəkətdə olan velosipedçilərlə toqquşmanın qarşısını almağa kömək edir. Bunun üçün sistem təhlükəsiz məsafənin pozulması və toqquşma təhlükəsi barədə xəbərdarlıq etməklə yanaşı, ehtiyac olduqda, təcili tormozlamaya qədər tormoz dəstəyi göstərə bilir.[2]


            [2]Sürücüyə dəstək və təhlükəsizlik sistemlərimiz yalnız köməkçi vasitələrdir və sürücü olaraq sizi məsuliyyətindən azad etmir. Zəhmət olmasa, təlimat kitabçasındakı məlumatlarla tanış olun və orada təsvir olunmuş sistem məhdudiyyətlərini nəzərə alın.
            DISTRONIC aktiv məsafə dəstəyi sistemi DISTRONIC aktiv məsafə dəstəyi sistemi təkcə sürəti və məsafəni tənzimləmir, həm də avtomobilin sürətini icazə verilən maksimum sürətə və yoldakı vəziyyətə uyğunlaşdırır. “Ağıllı” funksiyalar üzərinizdən yükü götürə və hərəkət zamanı ehtiyat yürüş məsafəsinə müsbət təsir göstərə bilər.[2][6]


            [2]Sürücüyə dəstək və təhlükəsizlik sistemlərimiz yalnız köməkçi vasitələrdir və sürücü olaraq sizi məsuliyyətindən azad etmir. Zəhmət olmasa, təlimat kitabçasındakı məlumatlarla tanış olun və orada təsvir olunmuş sistem məhdudiyyətlərini nəzərə alın..

            [6]Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq.
            “Driving Assistance Package Plus” Təyinat nöqtəsinə daha az stres keçirməklə çatmağınıza kömək edir: müasir, "ağıllı" sensor sistemlər şəbəkəsi sayəsində siz yarıavtomatlaşdırılmış idarəetmənin bir çox üstünlüklərindən faydalana bilərsiniz. Çoxsaylı köməkçi sistemlər sizi dəstəkləyir, toqquşma riski barədə xəbərdarlıq edir və bütün yol istifadəçilərinin rihafı naminə lazım gəldikdə müdaxilə edir. [2][3]


            [2]Sürücüyə dəstək və təhlükəsizlik sistemlərimiz yalnız köməkçi vasitələrdir və sürücü olaraq sizi məsuliyyətindən azad etmir. Zəhmət olmasa, təlimat kitabçasındakı məlumatlarla tanış olun və orada təsvir olunmuş sistem məhdudiyyətlərini nəzərə alın.

            [3]Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq.
            Kabriolet Komfort Paketi Kabriolet mövsümü il boyu bitməsin: üstüaçıq hərəkət zamanı optimal komfortdan həzz alın və fəsillərin dəyişməsini əyani hiss edin. AIRSCARF boyun isitmə funksiyası, AIRCAP küləkdən qorunma sistemi və yük yerinin tam elektrikli arakəsməsi sayəsində bu paket il boyu qayğınıza qalmaq üçün ideal olan “ağıllı” avadanlığı bir araya gətirir.
            KEYLESS-GO KEYLESS-GO bitib-tükənməyən açar axtarışlarına son qoyur. Fərqi yoxdur, avtomobilin içindəsiniz, yaxud yanında, əsas odur açar üzərinizdə olsun: qapıları sadəcə dəstəyə toxunmaqla aça və bağlaya bilərsiniz.
            THERMATIC avtomatik klimat kontrol İki iqlim zonasına malik standart THERMATIC avtomatik klimat kontrol sistemi 2 zonada fərdi temperatura nəzarət etməyə imkan verir: sürücü və ön sərnişin bir-birindən asılı olmayaraq istədiyi temperaturu təyin edə bilir. Həssas sensorlar sistemi sayəsində salonun temperaturu avtomatik şəkildə olduğu kimi saxlanılır və mexaniki tənzimləməyə ehtiyac duymur.
            Yaddaş paketi Yaddaş paketi sizə 3-dək müxtəlif oturacaq mövqeyini rahat şəkildə seçməyə və yadda saxlamağa imkan verir. Bundan əlavə, sükanın, xarici güzgülərin və seçimə görə ön displeyin mövqeləri yadda saxlanılır. Əgər siz istifadəçi profili yaratmısınızsa, fərdi parametrlərinizə daxil olmaq üçün onu mərkəzi displeydə aktivləşdirməlisiniz.
            “ENERGIZING Plus” paketi Bütün hissiyyat orqanları üçün komfort: bu paket premium keyfiyyətli müxtəlif avadanlıqları innovativ zəka ilə bir araya gətirir. "Mercedes" 7 müxtəlif komfort proqramı və multikontur oturacaqlar kimi cəlbedici əlavələr sayəsində sükan arxasında uzun və gümrah vaxt keçirməyiniz, yaxud xoş səyahətlərdən zövq almağınız üçün sizi həm ruhlandıracaq, həm də qayğınıza qalacaq.[3]



            [3]Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq .



            Şablonlar Sizə uyğunlaşdırılmış fərdi komfort: ilk dəfə olaraq, "CLE Coupé" mültimedia və komfort seçimləriniz əsasında sürücülük davranışı modelini yadda saxlayır. Temperaturdan oturacaq masaj funksiyasına qədər hər şey optimallaşdırıla və avtomatik olaraq sizə uyğunlaşdırıla bilər.
            “GUARD 360° Vehicle Protection” (GUARD 360° hərtərəfli mühafizə) “GUARD 360° Vehicle Protection”[3] yedəkləmədən qorunma və oğurluğa qarşı siqnalizasiya kimi funksiyalarla avtomobilinizin ətrafında hərtərəfli monitorinqi təmin edir. Salondakı hərəkətlər vizual və səsli xəbərdarlıqları işə salır. "Mercedes me" tətbiqi toqquşmaların aşkarlanması barədə sizi məlumatlandırır.


            [3]Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
            Mərkəzi təhlükəsizlik yastığı Mərkəzi təhlükəsizlik yastığı sürücü oturacağının içərisində yerləşir. Yandan güclü zərbə zamanı, o, sürücünü və ön sərnişini qorumaq üçün işə düşə və bununla da xəsarət riskini azalda bilər.
            “PRE-SAFE® Impulse Side” “PRE-SAFE® Impulse Side”[3] sistemi sürücünü və ön sərnişini yan zərbəyə hazırlaya və xəsarət riskini azalda bilər. Sistem sürücünü və ya ön sərnişini avtomobilin içinə doğru çəkərək təhlükəli zonadan uzaqlaşdırır.


            [3]Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
            DIGITAL LIGHT texnologiyası Rahat və təhlükəsiz idarəetməni təmin etmək üçün yol şəraitinə uyğunlaşdırılmış işıqlandırılma: DIGITAL LIGH[6] yolun işıqlandırılmasını lokal işıqlanma şəraitinə, yoldakı vəziyyətə, hərəkət istiqamətinə və hava şəraitinə uyğunlaşdırır. HD sistemi proyektor kimi işləyir və işıqlandırmanı son pikselədək dəqiqliklə hesablayır.


            [6]Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq

            Endirilmiş komfort asqısı Resor və amortizatorların xüsusi köklənməsi komfortu qurban vermədən avtomobili idman üslubunda idarə etməyi dəstəkləyir. Asqının 15 mm endirilməsi avtomobilin yola daha yaxşı yapışması deməkdir. Bu, dinamika və güc təəssüratını artırır.
            Tənzimlənən dempferləmə ilə DYNAMIC BODY CONTROL asqısı Tənzimlənən dempferləmə ilə DYNAMIC BODY CONTROL asqısı[6] sayəsində siz marşruta və idarəetmə tərzinizə uyğun olaraq maksimum manevr qabiliyyəti və yüksək amortizasiya komfortu arasında seçim edə bilərsiniz. 15 mm aşağı salınmış şassi səviyyəsi xüsusilə dinamik sürmə tərzi üçün mükəmməl şəraiti təmin edir.



            [6]Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
            DYNAMIC SELECT funksiyası DYNAMIC SELECT düyməyə bir toxunuşla idarə olunan müxtəlif idarəetmə proqramları təklif edir. Bu proqramlar, məsələn, mühərrik, transmissiya, asqı və sükan idarəetməsi üçün parametrləri dəyişməyə imkan verir. "Sport" rejimində avtomobil daha dinamikdir, "Comfort" rejimində isə onun parametrləri son dərəcədə balanslaşdırılmışdır. ECO səmərəliliyə, yanacağa və pula qənaət etməyə imkan verir.
            Ön oxda böyük tormoz disklərinə malik tormoz sistemi Ön oxda böyük və perforasiya edilmiş tormoz diskləri olan tormoz sistemi[6] hətta bir neçə intensiv tormozlamadan sonra da öz effektivliyini saxlayır. Nəticədə, istənilən vəziyyətdə dağılmağa davamlı tormoza arxalana bilərsiniz.



            [6]Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq


            MERCEDES-AMG Mercedes-AMG C-Class. The Mercedes-AMG C-Class models represent an ideal point of entry to the world of Mercedes-AMG as well as absolute peak performance.
            LeftRight

            Eksteryer Dizaynı

            İnteryer Dizaynı

            Eksteryerin əsas məqamları

            Close X
            Strapline Content

            İnteryerin əsas məqamları

            Close X
            Strapline Content
            Bunu yolda yaşayın CLE Cabriolet-i sınaqdan keçirin CLE Cabriolet-i sınaqdan keçirmək üçün bizə sorğu göndərin və biz tezliklə sizinlə əlaqə saxlayacağıq.