Giriş
Model
Eksteryer
İnteryer
Texnologiya
AMG
Bizimlə əlaqə saxlayın
    Selenite Grey
    Polar White
    Obsidian Black Metallic
    High-Tech Silver Metallic
    Emerald Green
    Sodalite Blue Metallic
    MANUFAKTUR Hyacinth Red Metallic
    MANUFAKTUR Alpine Grey Solid
    MANUFAKTUR Diamond White Bright
    Model GLE
    Başlayaraq 155 000 AZN ƏDV daxil
    Model cərgəsi
    LeftRight

    Mercedes-Benz

    Close X
    Növbəti
    Əvvəlki
      GLE 400 e 4MATIC
      GLE 450 4MATIC
      Mercedes-AMG GLE 53 4MATIC+
      Mercedes-AMG GLE 63 S 4MATIC+

      Mercedes-AMG

      Close X
      Növbəti
      Əvvəlki
        Mercedes-AMG GLE 53 4MATIC+
        Mercedes-AMG GLE 63 S 4MATIC+

        Mercedes-EQ

        Close X
        Strapline Content

        Mercedes-Maybach

        Close X
        Strapline Content
        Eksteryer GLE avtomobilinin eksteryeri Yeni GLE təkcə xarici xüsusiyyətləri ilə ilhamlandırmır: yeni radiator qəfəsinə malik optimallaşdırılmış ön hissə dizaynı onun dinamik yolsuzluq xarakterini vurğulayır. Əlavə 22 düymlük yüngül lehimli disklər və heyrətamiz panoram lyuku ilk baxışdan belə yüksək səviyyəli idarəetmə komfortunu təcəssüm etdirir. Zərif detallarla özünüzə heyranlıq bəxş edin: salon işıqlandırması, qapılar açıldıqda yerə proyeksiya edilən animasiyalı "Mercedes-Benz" nişanı.
        LeftRight

        Xətlər və üslub

        Dizayn və Avadanlıq əsas məqamları

        Close X
        Növbəti
        Əvvəlki
          Ön hissənin yeni dizaynı Özünəməxsus xarakterə malik siluet. “GLE Coupé” avtomobilinin idman üslublu və zərif dizaynı düz ön şüşəsi, fərqli maili dam xətti və idman üslublu arxa hissəsi ilə xarakterizə olunur. “GLE Coupé” hər cəhətdən güclü və eleqantdır.
          22 düymlük yüngül lehimli disklər Yeni "GLE Coupé" avtomobilinin 48,3 sm-lik (19") disklərindən 55,8 sm-lik (22") disklərinədək (əlavə) istənilən diskləri sizi rahatlıqla təyinat nöqtəsinə çatdıracaq.
          Sürüşmə panorama lyuk Açıq havada əla təəssüratlar: elektriklə tənzimlənən sürüşmə panoram lyuku açıldıqda avtomobilin salonunu təmiz hava ilə təmin edir. Açılma hündürlüyü avtomobilin sürətindən asılı olaraq avtomatik tənzimlənə bilər. Lyuk, hətta qapalı halda belə salonda xoş, parlaq atmosfer yaradır.
          "Mercedes-Benz" nişanının proyeksiyası Bu dizayn sayəsində hətta ulduzlar da ayağınızın altında olacaq. İstəsəniz, "GLE Coupé"yə minib-düşməyiniz özünəməxsus "Mercedes-Benz" ulduzunun təsviri ilə müşayiət oluna bilər. Belə ki, sürücü və ya sərnişin qapısı açıldıqda, təsvir yerə proyeksiya edilir və sizi "qırmızı xalı" kimi müşayiət edir.
          Arxa faralar Arxa tərəfdə iki üfüqi bloka malik yeni işıq optikası GLE modelinin heyranedici yolsuzluq xarakterini vurğulayır.
          MULTIBEAM LED ön faralar Adaptiv MULTIBEAM LED ön faralar yeni dizayna malikdir və fərdi idarə olunan LED işıqlar sayəsində əla görünməni təmin edir. Gözoxşayan keyfiyyətə malik isti ağ işıqlara əlavə olaraq, sistem həm də çoxsaylı "ağıllı" işıqlandırma funksiyaları ilə heyranlıq doğurur.
          “Night” paketi Əsas xüsusiyyətlər:
          - "Mercedes-Benz" nişanının əks olunduğu radiator qəfəsi, inteqrasiya olunmuş "Mercedes" ulduzu və parlaq qara rəngli, xrom əlavəli və qara haşiyəli tək element
          - Parlaq qara rəngli 5 qoşa mili olan, 50,8 sm (20'') diametrli AMG üslubunda yüngül lehimli disklər, həmçinin 55,9 sm (22'') diametrədək ölçüsü olan AMG üslubunda əlavə yüngül lehimli disklər
          - İdman üslubunda hava girişləri və parlaq qara rəngdə dekorativ zolağı olan AMG üslubunda ön önlük.
          - Ön bamperin hava girişlərində parlaq qara rəngli əlavələr
          - Qara rəngli diffuzor əlavəli AMG üslubunda arxa önlük və parlaq qara rəngli dekorativ zolaq

          İnteryer Yeni GLE avtomobilinin interyeri Yeni GLE avtomobilinin interyeri ən yüksək səviyyəli komfortu, həmçinin eksklüziv xoş atmosfer yaradan yüksək keyfiyyətli materialları sayəsində ilham mənbəyi rolunu oynayır. Yeni üçmilli, çoxfunksiyalı sükan və ən son nəsil MBUX sistemi ilə təchiz edilmiş GLE avtomobili hər səfərdə əla idarəetmə rahatlığını təmin edir.
          LeftRight

          Xətlər və üslub

          Dizayn və Avadanlıq əsas məqamları

          Close X
          Növbəti
          Əvvəlki
            Yeni çoxfunksiyalı sükan Yeni çoxfunksiyalı dəri sükan sayəsində siz əllərinizi sükandan çəkmədən naviqasiya, telefoniya və ya əyləncə kimi avtomobilin geniş funksiyalarını idarə edə bilərsiniz. Yeni idarəetmə konsepsiyası və sensor idarəetmə panelləri funksional baxımdan inandırıcı olmaqla yanaşı, həm də vizual vurğunu təmin edir.
            Mərkəzi konsol Hər şeyi nəzarət altında saxlamaq çox asandır: iki tutacaqlı mərkəzi konsol sayəsində siz yolsuzluq təcrübəsinə maraqlı və funksional element əlavə etmiş olursunuz. İdeal erqonomikaya əlavə olaraq, sizə dəbdəbəli təəssürat bəxş edəcək zərif dəri səthi təklif olunur. Multimedia funksiyaları daxili sensor paneldən istifadə etməklə idarə oluna bilər.
            Rəngli dəri üzlüklər İstəyinizə uyğun olaraq yeni "GLE Coupé" avtomobilinin interyeri iki rəng kombinasiyasında hazırlana bilər: katalan beji/qarası və bahia qəhvəyisi/qarası. Yüksək keyfiyyətli üzlük sayəsində hər bir sərnişin səfər zamanı müstəsna komforla əhatə olunur.
            Dekorativ bəzək elementləri GLE avtomobilinin interyerində dəbdəbəli görünüş yolsuzluq avtomobilinin proqressiv xarakteri ilə bir araya gəlir: məsələn, rəvan cizgiləri olan parlaq qara piano rəngli əlavə yeni MANUFAKTUR dekorativ bəzəkləri ilə. Dizaynın digər xüsusiyyəti: xrom elementli yeni havalandırma girişləri.
            MBUX Ən son nəsil məlumat-multimedia sistemi: MBUX multimedia sistemi yeni istifadəçi interfeysinə malikdir və GLE avtomobilinin interyerini daha rəqəmsal və "ağıllı" edir. Səs, toxunuş və ya jestlər vasitəsilə daha böyük komfortdan və intuitiv idarəetmədən həzz alın.
            Avadanlıq GLE avtomobilinin avadanlığı
            Növbəti
            Əvvəlki
              Ön displey İdman üslubunda idarəetmə həzzinin və unudulmaz idarəetmə təcrübəsinin perspektivləri çox yüksəkdir: ön displey ön şüşəni gözəl rəqəmsal panelə çevirir. Vacib məlumatların daim gözünüzün qarşısında olması sizə diqqətinizi yola yönəltməyə imkan verir. Siz displeyin hündürlüyünü və parlaqlığını öz seçimlərinizə uyğun tənzimləyə bilərsiniz.
              “Smart Home” inteqrasiyası “Mersedes, evdə işığı söndür!”
              “Smart Home” sistemini GLE-nizə qoşun və hərəkətdə olarkən temperatur, işıqlandırma, pərdələr və elektrik cihazları kimi “Smart Home” məhsullarına nəzarət edin. MBUX səs köməkçisi[1 sayəsində bu, səs paneli vasitəsilə rahat şəkildə idarə olunur.
              MBUX Artırılmış Reallıq Naviqasiya MBUX artırılmış reallıq real aləmi virtual aləmlə birləşdirir və sizi ən çaşdırıcı nəqliyyat vəziyyətlərində belə təhlükəsiz şəkildə istiqamətləndirir. Naviqasiya qrafikləri və tıxac məlumatları ön kamera vasitəsilə canlı görüntülərə əlavə olunur, bu da orientasiyanı və yerinizi daha asan tapmağa imkan yaradır.
              Simsiz enerji doldurma sistemi və smartfon inteqrasiyası Smartfon inteqrasiyası Apple CarPlay™ və Android Auto vasitəsilə mobil telefonu infoteynment sistemi ilə birləşdirir. Bu, smartfonunuzdakı ən vacib tətbiqlərə rahat çıxış imkanı verir. Həmçinin, Spotify kimi üçüncü tərəf tətbiqlərini sürətli və asan şəkildə istifadə edə bilərsiniz. Ön saxlanma bölməsində yerləşən simsiz enerji doldurma sistemi ilə uyğun smartfonunuzu sürərkən rahatlıqla doldura bilərsiniz.
              USB portları Smartfon və ya planşetinizi qısa müddətdə şarj edin: 5 ədəd USB-C portu ilə siz və sərnişinləriniz yolda olarkən mobil cihazlarınızı asanlıqla şarj edə bilərsiniz. Bundan başqa, 100 Vt şarj gücünə malik iki əlavə arxa USB portu əlavə seçim kimi təklif olunur.
              Burmester® əhatəli səs sistemi Yeni ölçüdə dinləmə təcrübəsi. Yüksək keyfiyyətli Burmester® 3D əhatəli səs sistemi ilə birinci dərəcəli səs keyfiyyətini yaşayın. 13 yüksək performanslı dinamik və 590 vat gücündə sistem, Dolby Atmos® dəstəyi ilə həqiqi əhatəli səs yaradır. Dinləmə zövqünüzü artırmaq üçün səsi ön və arxa oturacaqlara xüsusi olaraq optimallaşdıra bilərsiniz.
              “Traffic Sign Assist” Vəziyyətə tam nəzarət edin: kamera və xəritə məlumatlarının intellektual birləşməsi sayəsində “Traffic Sign Assist” icazə verilən maksimum sürəti, ötmə məhdudiyyətlərini və bu məhdudiyyətləri aradan qaldırmağın yollarını müəyyən etməyə imkan verir. O, həmçinin “Giriş qadağandır” nişanına reaksiya verir və bu nişanın tələblərinin pozulması barədə sizi xəbərdar edir.
              360° kamera ilə Parkinq Paketi Park yeri tapmaqda sizə kömək edək. Aktiv Park Yardımı və 360° kamera dəsti park etməkdə, geri getməkdə və manevr etməkdə sizə kömək edir. Hətta sürərkən boş park yerlərini aşkar edə bilir. 360° kameranın yaratdığı ümumi görünüş, o cümlədən virtual quş baxışı xüsusilə təsirlidir.[1]

              [1] Sürücü yardım və təhlükəsizlik sistemləri alətlərdir və sürücü məsuliyyətinizi aradan qaldırmır. Xahiş olunur, istifadəçi təlimatındakı məlumatlara və sistemin təsvir olunan limitlərinə diqqət yetirin.
              Sürmə Yardımı Plus paketi Avtonom sürüşə təhlükəsiz yol: Sürmə Yardımı Plus paketi sürət tənzimləməsi, sükan idarəsi və toqquşma riski ilə vəziyyətə uyğun sizə dəstək olur. Paket Aktiv Uzaqlıq Yardımı DISTRONIC və Aktiv Tıxac Yardımı kimi çoxsaylı yardım sistemlərini əhatə edir. Bu, qəza riskini azalda və sərnişinlər və yol istifadəçilərini effektiv şəkildə qoruya bilər. Beləliklə, təyinat nöqtənizə rahat və təhlükəsiz çata bilərsiniz.[1]


              [1] Sürücü yardım və təhlükəsizlik sistemləri alətlərdir və sürücü məsuliyyətinizi aradan qaldırmır. Xahiş olunur, istifadəçi təlimatındakı məlumatlara və sistemin təsvir olunan limitlərinə diqqət yetirin.
              “Trailer Manoeuvring Assist” sistemi Manevr edərkən vaxtınıza qənaət edin və əsəblərinizi qoruyun: "Trailer Manoeuvring Assist" sistemi ilə hətta təcrübəsiz sürücülər də çətin vəziyyətlərdə belə arxaya hərəkət manevrlərini inamla və dəqiq yerinə yetirə bilirlər.
              Aktiv Uzaqlıq Yardımı DISTRONIC Tıxacda Aktiv Uzaqlıq Yardımı DISTRONIC-in rahatlığını əldən vermək istəməyəcəksiniz. O, avtomatik olaraq önünüzdəki nəqliyyat vasitəsinin sürətinə uyğunlaşır. İstənilən təhlükəsizlik məsafəsini müxtəlif dərəcələrdə təyin etmək mümkündür. Bu, adi sürüş zamanı qarşıdakı trafikə görə daima əyləc və ya qaz pedalına özünüzün toxunmasına ehtiyac qalmamasını təmin edir. Bu da daha rahat bir səfər deməkdir.[1]

              [[1] Sürücü yardım və təhlükəsizlik sistemləri alətlərdir və sürücü məsuliyyətinizi aradan qaldırmır. Xahiş olunur, istifadəçi təlimatındakı məlumatlara və sistemin təsvir olunan limitlərinə diqqət yetirin
              Aktiv Əyləc Yardımı Öncədən proqnozlaşdıran və ağıllı sürüş: Aktiv Əyləc Yardımı, önünüzdə hərəkət edən və ya dayanan nəqliyyat vasitələri ilə arxadakı toqquşmaların, eləcə də hərəkət edən piyadalar və ya velosipedçilərlə qəzalardan qaçmağa kömək edə bilər. Bu sistem məsafə və toqquşma xəbərdarlığı ilə yanaşı, vəziyyətə uyğun əyləc yardımı da təqdim edir – avtonom təcili əyləc etməyə qədər.[1]

              [1] Sürücü yardım və təhlükəsizlik sistemləri alətlərdir və sürücü məsuliyyətinizi aradan qaldırmır. Xahiş olunur, istifadəçi təlimatındakı məlumatlara və sistemin təsvir olunan limitlərinə diqqət yetirin.
              ENERGIZING Package Plus Rahat və canlandırıcı: İstəyə görə mövcud olan ENERGIZING paket Plus, fiziki sağlamlıq və rifahınızı artırmaq üçün müxtəlif komfort xüsusiyyətlərini ağıllı şəkildə əlaqələndirir və fərqli komfort proqramlarında saxlayır. Beləliklə, klimat, səs, atmosfer işığı, hava təmizləyicisi və oturacaq rahatlığı – o cümlədən çoxkontur oturacaqlarda masaj funksiyası – ağıllı şəkildə tərtib olunmuş proqramlarla birləşdirilə bilər.
              ENERGIZING AIR CONTROL sistemi Dərindən nəfəs alın və rahatlanın: Hava keyfiyyəti və toz zərrəcikləri sensorlarından istifadə edərək havanın keyfiyyətinə nəzarət edir. İki mərhələli filtr konsepsiyası toz zərrəciklərini və tənəffüs edilə bilən digər çirkləndiriciləri əhəmiyyətli dərəcədə azaldır. Əldə olunan nəticələrdən asılı olaraq, "Mercedes" avtomatik olaraq təmiz hava rejimi və havanın sirkulyasiya rejimi arasında keçid edir.
              AIR-BALANCE Paket AIR-BALANCE paketi hisslər üçün heyranedici təcrübə təqdim edir və rifahınızı artırır. Avtomobilinizin xarakterinə tam uyğun gələn ətiri gözləyə bilərsiniz və bu, kabinədə hava keyfiyyətinin yaxşılaşmasına da töhfə verə bilər. Ətir generatorunu əl qutusunda Mercedes-Benz Müştəri Həlləri çeşidindən istənilən daxili ətirlərlə doldura bilərsiniz. Standart olaraq, Mercedes-Benz SUV ətiri "Forest Mood" sizi qarşılayır.
              İstilik Komfort Paketi Kabində xoş rahatlıq atmosferi: İstilik Komfort Paketi müəyyən daxili elementləri qısa müddətdə optimal temperatura çatdırır. Oturacaqlar, mərkəzi konsolun qol dayaq hissələri və ön qapıların qol dayaq panelləri hamısı istiliklə təmin olunur.
              Arxa Oturacaq Komfort Paketi Plus Bu paketlə ikinci oturacaq sırası birinci sinifə çevrilir. Arxa oturacaq sərnişinləriniz genişləndirilmiş mərkəzi qol dayağı və mərkəzi konsol kimi komfort əlavələri sayəsində xüsusi rahat səyahət edir. Müxtəlif saxlama bölmələrinə, bağlantılara və çıxarıla bilən MBUX arxa oturacaq planşetinə asanlıqla çıxış əldə edə bilərsiniz. Yüksək keyfiyyətli üzlü lüks mərkəzi qol dayağı arxa oturacaq sərnişinlərinin rahatlıqla arxalanmasına imkan verir. Əlavə yumuşaq bitirmə və əlavə yastıqlarla lüks baş dayaqları baş, boyun və çiyin bölgəsinin rahat mövqeyini dəstəkləyir.
              “PRE-SAFE® Impulse Side” Təhlükəsizlik düz yanınızda: “PRE-SAFE® Impulse Side” sizi və ön sərnişininizi yan zərbəyə hazırlaya və bununla da xəsarət riskini azalda bilər. Sistem sizi zərbə tərəfdən avtomobilin mərkəzinə doğru çəkir. Bu, yandan baş verə biləcək qəza zamanı müsbət təsir göstərə bilər.
              “GUARD 360° Plus Vehicle Protection” “GUARD 360° Plus Vehicle Protection” avtomobilinizin ətrafında hərtərəfli monitorinqi təmin edir. Qaçırılma barədə xəbərdarlıq sistemi, həmçinin açarın qəza deaktivasiyası sizə ani hərəkət etməyə imkan verir. Yolda olduqda toqquşmaların aşkarlanması sistemi sizi tətbiq vasitəsilə məlumatlandırır. “Avtomobilin qaçırılması zamanı yardım” xidməti isə oğurluq hadisəsi baş verdikdə avtomobilinizi geri qaytarmaq şanslarını artırır.
              Arxa sərnişin salonunda yan zərbəyə qarşı hava yastıqları Arxa sərnişin salonunda yan zərbəyə qarşı hava yastıqları güclü yan zərbə zamanı xarici arxa oturacaqlarda əyləşmiş sərnişinlərin döş qəfəsini qoruyur. Standart pəncərə hava yastıqları ilə birlikdə onlara xəsarət hallarının qarşısını almaq və ya yüngülləşdirmək üçün optimal təhlükəsizlik potensialı təklif edir. Hava yastıqları qapı ilə sərnişin arasında yerləşdirilir.
              “Off-Road” paketi "Off-Road" paketi ilə siz yolun cari vəziyyətinə uyğun olaraq tam ötürücü xüsusiyyətlərini və mühüm asqı parametrlərini dəqiq tənzimləyə bilərsiniz. Tənzimlənən asqı səviyyəsi kimi tipik yolsuzluq komponentləri sayəsində siz mürəkkəb yolsuzluq şəraitində aktiv dəstək alırsınız. Bu, sərt yoxuşlarda və enişlərdə, eləcə də boş və ya sürüşkən səthlərdə hərəkət etməyə imkan verir.
              E-ACTIVE BODY CONTROL "Ağıllı" E-ACTIVE BODY CONTROL asqısı sürəti, yükü və yolun vəziyyətini qiymətləndirə və hər təkər üçün ayrıca dempfirləməni və səviyyəyə nəzarəti tənzimləyə bilər. Həm yolda, həm də yolsuzluq şəraitində, quru, yaş və sürüşkən səthlərdə hərəkət zamanı üstün komfortu və xüsusi sabitliyi təmin edir.
              DYNAMIC SELECT Sizin avtomobiliniz, sizin idarəetmə üslubunuz. DYNAMIC SELECT sayəsində düyməyə bir dəfə toxunmaqla GLE avtomobilinin idarəetmə davranışını müəyyən etməyə imkan verir. Bu proqramlar, məsələn, mühərrik, transmissiya, asqı və sükan idarəetməsi üçün parametrləri dəyişməyə imkan verir. GLE yolsuzluq avtomobili "Eco", "Comfort", "Sport", "Offroad" və "Individual" proqramlarından yararlanmağa imkan verir.
              4MATIC tam ötürücüsü 4MATIC tam ötürücüsü güclü mühərrikin gücündən istifadə edir. Daim aktiv olan sistem, xüsusilə mürəkkəb yol şəraitində dartı və idarəetmə qabiliyyətini yaxşılaşdırır. Rütubətli, qarlı və buzlu şəraitdə əsl təhlükəsizlik üstünlüyü. İdman üslubunda idarəetmə həzzi üçün etibarlı əsas.
              MERCEDES-AMG “Mercedes-AMG GLE” avtomobili İdman görünüşünü təkcə AMG üslubunda radiator qəfəsi və 55,9 sm-dək (22'') diskləri ilə fərqlənən ön önlük xarakterizə etmir. AMG-nin başqa bir xüsusiyyəti, ön qapılar açılan zaman AMG nişanını yerə proyeksiya edən əlavə loqo proyektorudur. Yeni faralar sürücünün qaranlıqda görünməsini təmin edir, arxa faralar isə “Mercedes-AMG GLE” avtomobilinin görünmə qabiliyyətini təmin edir.
              LeftRight

              Eksteryer Dizaynı

              İnteryer Dizaynı

              Eksteryerin əsas məqamları

              Close X
              Növbəti
              Əvvəlki
                AMG üslubunda yeni ön önlük (GLE 53 4MATIC+) Xüsusi radiator qəfəsinə malik AMG üslubunda yeni ön önlük, yeni işıq effektinə malik MULTIBEAM LED faralar, həmçinin "Night" paketində qara haşiyəli "Jetwing" dizaynında yenilənmiş hava girişləri.
                AMG 5 ədəd qoşa milə malik yüngül lehimli disklər (GLE 53 4MATIC+) Ekspressiv: 53,3 sm (21”) diametrli, donuq qara rəngli AMG üslubunda yüngül lehimli disklər fərdi görünüşü vurğulayır.
                Üzərini AMG emblemi bəzəyən kapot (GLE 53 4MATIC+) “Mercedes-AMG GLE” avtomobilinin kapotunu bəzəyən AMG emblemi onun əfsanəvi keçmişini xatırladır.
                AMG üslubunda arxa hissə (GLE 53 4MATIC+) Yeni arxa faralar, AMG üslubunda arxa önlük və standart komplektasiyaya daxil olan iki dəyirmi xaricetmə borusuna malik "AMG Performance" xaricetmə sistemi avtomobilin idman görünüşünü vurğulayır.
                AMG üslubunda ön önlük (GLE 63 S 4MATIC+) AMG-yə xas xüsusi radiator qəfəsinə malik AMG üslubunda ön önlük, qara hava girişləri və yeni işıqlanmaya malik MULTIBEAM LED faraları GLE 63 S 4MATIC+ modelinin idman görünüşünü xarakterizə edir.
                Çarpaz milli döymə AMG diskləri (GLE 63 S 4MATIC+) Dəbli görünüş üçün: “Himalay bozu" rəngli, 55,9 sm (22") diametrli AMG döymə diskləri ilə avtomobilinizi təkmilləşdirin. Materialların xüsusi ahəngi incə dizaynı, aşağı çəkini və son dərəcə yüksək möhkəmliyi təmin edir
                Üzərini AMG emblemi bəzəyən kapot (GLE 63 S 4MATIC+) Tarixə ekskursiya: kapotu bəzəyən AMG emblemi avtomobilin AMG ailəsinə məxsusluğunu açıq şəkildə nümayiş etdirir.
                AMG üslubunda arxa hissə (GLE 63 S 4MATIC+) Genişliyin təcəssümü: diffuzorlu AMG arxa önlük, spoyler kənarı və standart komplektasiyaya daxil olan iki trapesiyaşəkilli xaricetmə borusuna malik "AMG Performance" xaricetmə sistemi GLE 63 S 4MATIC+ modelinin ən fərqləndirici xüsusiyyətləridir.
                "AMG Night" paketi "AMG Night" paketində eksteryerin bəzi elementləri parlaq qara rəngə boyanmışdır. Bu, seçilmiş boya rəngindən asılı olaraq ya güclü kontrastlara, ya da rəvan keçidlərə səbəb olur. Həyəcanverici ştrixlər və ya inamlı ifadələr: hər iki halda siz fərdi, dinamik dizayn haqqında anlayışınızı nümayiş etdirirsiniz.
                55,9 sm (22") diametrli, çarpaz milli AMG döymə diskləri (C 63 S E PERFORMANCE 4MATIC+) 55,9 sm (22") diametrli, çarpaz milli AMG döymə diskləri (C 63 S E PERFORMANCE 4MATIC+)
                Eksklüziv dizaynı avtomobil idmanı texnologiyası ilə birləşdirin və avtomobilinizi diqqətlə hazırlanmış AMG döymə təkərləri ilə təkmilləşdirin. Materialın özəl xüsusiyyətləri incə dizayn yaratmağa imkan verir və eyni zamanda, xüsusi möhkəmliyi və aşağı çəkini təmin edir ki, bu da idarəetmə dinamikasını daha da artırır.
                AMG loqosunun animasiyalı proyeksiyası ilə ətraf işıqlandırma Duyğularınıza xitab edən funksiya. Ətraf işıqlandırma “Mercedes-AMG”nin giriş sahəsini heyranedici mənzərəyə çevirir: ön və arxa qapılar açıq olduqda, AMG-nin loqosu yerə animasiya olunur.

                İnteryerin əsas məqamları

                Close X
                Növbəti
                Əvvəlki
                  Yeni sükan Sürücü və avtomobil arasında mükəmməl əlaqə: nappa dərisi kimi lüks materiallar və sükanın alt hissəsinin yastılaşdırılması yeni AMG Performance sükanını xarakterizə edir. AMG sükan düymələri ilə standart AMG sürüş rejimlərini birbaşa idarə edə və digər AMG funksiyalarını sükan üzərindən asanlıqla çağırmaq mümkündür.
                  AMG-ə məxsus ekran tərzləri ilə geniş ekranlı kokpit İntuitiv idman ruhu: geniş ekranlı kokpitdəki alət paneli standart TRACK PACE[1] və AMG başlanğıc menyusu kimi AMG-ə xas məzmunu fərdi tərzinizdə göstərir. Bir neçə ekran tərzi arasında asanlıqla keçid edə bilərsiniz — o cümlədən AMG-ə məxsus “Supersport”.

                  [1] Mercedes-AMG GLE 63 S 4MATIC+ üçün standart avadanlıq kimi mövcuddur.
                  Burmester® ətraflı səs sistemi Əfsanəvi Burmester səsi ilə daha yüksək performans və eksklüzivliyi hiss edin. Yüksək performanslı dinamiklər birinci sinif ətraflı səs təcrübəsi təqdim edir. Standart Burmester® ətraflı səs sisteminin səs təcrübəsi indi şəxsi seçimlərə uyğunlaşdırıla bilər və daha da təsirli surround səs yaradır
                  Panoramik sürüşkən tavan pəncərəsi Açıq və ya bağlı olsun, panoramik sürüşkən tavan pəncərəsi sizə azadlıq hissi və daxildə parlaq, xoş mühit bəxş edir. Xaricdən baxanda, geniş sürüşkən tavan yüngüllük və eksklüzivlik qatır, avtomobilə unikal görünüş verir.
                  Sürücü və ön sərnişin üçün kondisionerli AMG idman oturacaqları İdman komfortu belə görünür: Kondisionerli AMG idman oturacaqları[1] və Memory paketi hər səfəri rahatlıq anına çevirir. Yalnız optimallaşdırılmış yan dəstək yox, həm də nappa dərisi kimi lüks materiallardan hazırlanmış üzlük rahatlığı təmin edir. AMG-ə məxsus oturacaq naxışları və oturacaq arxasındakı AMG loqosu əlavə zəriflik qatır.

                  [1] Mercedes-AMG GLE 63 S 4MATIC+ üçün standart avadanlıq kimi mövcuddur.
                  İşıqlanmış AMG qapı lövhələri Avtomobilə daxil olmaq və çıxmaq özü bir təcrübəyə çevrilir. Yüksək keyfiyyətli paslanmayan poladdan hazırlanmış lövhələr “AMG” yazısı ilə işıqlanır. Dəyişdirilə bilən örtüklər sayəsində qapı lövhələrini Mercedes-AMG və ya Mercedes-Benz-in digər cəlbedici orijinal hissələri ilə əvəzləyə bilərsiniz.
                  AMG karbon lifli bəzək elementləri Avtomobil idman dünyasından gələn yüksək texnologiyalı material daxili dizaynda xüsusi vurğular yaradır. Tipik səth quruluşu performans xarakterini və texnoloji səviyyəni önə çıxarır. Yüksək keyfiyyətli görünüşü və diqqətlə tamamlanmış emalı ilə bəzək elementləri bütün interyeri idman tərzində premium mühitə çevirir.
                  AMG Track Pace AMG TRACK PACE avtomobilinizi virtual yarış mühəndisinə çevirir. Dövrə, sektor və sürətlənmə vaxtları ilə yanaşı seçilmiş canlı telemetriya məlumatları vasitəsilə bağlı yarış yollarında sürücülük bacarıqlarınızı dəqiq təhlil edib təkmilləşdirə bilərsiniz.[1][2]

                  [1] Bu xüsusiyyət avtomobildə sonradan aktivləşdirmə üçün tələb əsasında mövcuddur. Bunun üçün Mercedes me Portalına qeydiyyatdan keçmək, Mercedes me connect xidmətlərinin istifadə şərtlərini qəbul etmək və avtomobili istifadəçi hesabına ən azı müvəqqəti olaraq bağlamaq tələb olunur. Aktivləşdirmə üçün avtomobildə məlumat bağlantısı və müvafiq avadanlıq da lazımdır. Seçilmiş xüsusiyyət avtomobildə daimi istifadəyə açılır, hətta Mercedes me connect xidmətləri dayandırılsa və avtomobil istifadəçi hesabından ayrılsa belə. Texniki tələblər barədə ətraflı məlumatı Mercedes me və ya rəsmi Mercedes-Benz dilerinizdən əldə edə bilərsiniz.
                  [2] Mercedes-AMG GLE 63 S 4MATIC+ üçün standart avadanlıq kimi mövcuddur.
                  Nappa dərisindən / MICROCUT mikrofiberdən AMG Performance sükanı Bu AMG sükanında incə nappa dərisi yüksək tutuşlu MICROCUT mikrofiberlə birləşir — mükəmməl tutuş və dəqiq idarəetmə üçün. AMG-nin yastılaşdırılmış xarakterik forması motosportdan götürülüb və kokpitin idman ruhunu vurğulayır. Erqonomik yerləşdirilmiş toxunma nəzarət panelləri intuitiv istifadə rahatlığı təmin edir və diqqətli sürüşü dəstəkləyir.[2]

                  [2] Mercedes-AMG GLE 63 S 4MATIC+ üçün standart avadanlıq kimi mövcuddur..
                  Karbon lifli / MICROCUT mikrofiberdən AMG Performance sükanı Bu AMG sükanında diqqət çəkən karbon lifli dizayn yüksək tutuşlu MICROCUT mikrofiberlə birləşir — həm vizual, həm də toxunuşlu vurğudur. AMG-nin yastılaşdırılmış forması motosportdan götürülüb və kokpitin idman xarakterini önə çıxarır. Erqonomik yerləşdirilmiş toxunma nəzarət panelləri intuitiv istifadə rahatlığı təmin edir və fokuslanmış sürüşü dəstəkləyir.
                  AMG Exclusive Style nappa dərisindən üzlük İncə nappa dərisi ilə möhtəşəm mühitdən zövq alın. AMG Exclusive nappa dərisindən üzlük, məsələn, panelin yuxarı hissəsi, mərkəzi qoltuqaltı və qoltuqlar kimi yerləri örtür. Yüksək keyfiyyətli detallara sevgi, AMG-ə məxsus romb dizaynlı, müəyyən perforasiyalı oturacaqlarda da özünü göstərir.
                  Mercedes-Benz Azərbaycan Əlaqə üçün formu doldurun