Mercedes-Benz Servis paketləri
Mercedes-Benz Servis paketləri Sürprizlər olmadan şəffaf təmir xərcləri. Mercedes-Benz Xidmət Paketləri vasitəsilə biz bütün planlaşdırılmış texniki xidmət prosedurlarını əhatə edir və xidmət xərclərinizi şəffaf edirik. Paketin müddətindən və yürüş məsafəsindən asılı olaraq, bütün daxil edilmiş xidmətləri əhatə edən sabit qiymət mövcuddur. Beləliklə, siz şəffaf təmir xərclərinə arxalana və xoşagəlməz sürprizlərdən qaça bilərsiniz.
Premium Servis Mercedes-Benzin Azərbaycandakı Rəsmi Nümayəndəliyi olan «Avtokapital-Azərbaycan» şirkəti Mercedes-Benz markalı avtomobillərin xidməti üzrə xüsusi qiymətləri təklif edir.

Mercedes-Benz markalı avtomobillər üçün nəzərdə tutulan xidmət hər zaman öz unikallığı ilə seçilib. Müasir avadanlıq, cəld təmir, peşəkar işçi kollektivi. Mercedes-Benz markalı avtomobillərin servisi üçün işlənib hazırlanmış loyallığa dəstək proqramlarında müştəriyə qayğı məsələsi hər zaman əsas yeri tutub və tutacaq. «Premium-servis» proqramı – avtomobillər üçün nəzərdə tutulan bütün ehtiyat hissələrinə - 20% qədər, habelə rəsmi servisdə xidmət olunma şərti ilə, bütün xidmət növlərinə - 20% endirimin tətbiq edilməsinə şərait yaradır.

Servis mərkəzləri ən müasir avadanlıqlarla təchiz edilib: avtomobilin hərəkət hissəsinin texniki xidməti və təmiri. Həmçinin aqreqatların və detalların sökülməsi və quraşdırılması məqsədi ilə quraşdırılmış liftlər, təkərlərin razval / balansının tənzimlənməsi, şinlərin şökülməsi və quraşdırılması üçün stendlər. Bununla yanaşı, “Avtokapital” şirkətinin servis mərkəzləri - Mercedes-Benz markalı avtomobilin diaqnostikasını səhvsiz müəyyən etməyə imkan verən və yeganə elektron cihaz olan - XENTRY-Diagnose cihazının müştərilərini öz sərəncamında saxlayır.
Button
Premium servis plus Mercedes-Benz-in Azərbaycandakı baş nümayəndəliyi – “AvtoКapital-Azərbaycan” şirkəti diler şəbəkəsində yaşı 8-dən çox olan (01.01.2011-ci il tarixədək istehsal edilmiş) Mercedes-Benz avtomobillərinin sahibləri üçün loyallıq proqramı tətbiq edir və Mercedes-Benz avtomobillərinə xidmət üçün xüsusi qiymətlər təqdim edir. “Premium-Servis Plus” loyallıq proqramı orijinal ehtiyat hissələrinə 20%-ə qədər endirim, həmçinin, Azərbaycanda Mercedes-Benz-in rəsmi servis stansiyalarında olmaq şərti ilə işçilik üçün 30% endirim nəzərdə tutur.
Vaxtımıza və pulunuza bizimlə birlikdə qənaət edin!


Endirimlərdən Azərbaycanda Mercedes-Benz-in rəsmi servis stansiyaları şəbəkəsində yararlanmaq olar:

“Autostar Kaukasus” Ünvan: Babək pr. 1145,
Tel.: +994 12 496 51 31.
“Abşeron Avtomobil Мərkəzi” Ünvan: Bakı-Sumqayıt şossesi, 6-cı km.
Tel.: + 994 12 347 75 00.
Button
Loyal Tarif Azərbaycanda Mercedes-Benz-in Baş nümayəndəliyi – “AvtoKapital-Azərbaycan” rəsmi diler şəbəkəsində yaşı 2 ildən 4 ilə qədər olan Mercedes-Benz avtomobillərinin sahibləri üçün “Loyal Tarif”in tətbiq edildiyini elan edir. “Loyal Tarif” avtomobillərə xidmət Mercedes-Benz-in rəsmi servis mərkəzlərində xidmət göstərilməsi şərtilə orijinal ehtiyat hissələrinə 10%-ə qədər xüsusi endirimlər, həmçinin göstəriləcək xidmətlərə 10% endirim nəzərdə tutur.

Endirimləri Azərbaycanda Mercedes-Benz-in rəsmi servis stansiyaları şəbəkəsində əldə etmək olar:

“AvtoStar Kaukasus”- Ünvan: Babək pr., 1145.
Tel.: +994 12 496 51 31.

“Abşeron Avtomobil Mərkəzi” – Bakı-Sumqayıt şossesi, 6-cı km.
Tel.: + 994 12 347 75 00.
Button
Strapline Content Button
All categories Choose the right accessories for your Mercedes.