Tamamilə yeni Mercedes-AMG GT 4-Door Coupé modelini hamıdan əvvəl sifariş etmək imkanını qaçırmayın. Tezliklə.
Eksteryer Proporsiya və möhtəşəmliyin vəhdəti Mükəmməl, atletik siluetindən tutmuş heyranedici proporsiyalarına qədər – tamamilə yeni Mercedes-AMG GT 4-Door Coupé-nin hər bir detalı diqqət çəkmək üçün yaradılıb. Aktiv aerodinamika, fərqli işıqlandırma elementləri və idman avtomobili estetikası bir araya gələrək yüksək performansı və AMG xarakterini təcəssüm etdirir.
Növbəti
Əvvəlki
    Heykəltəraşlıq dizaynı Mükəmməl və idman üslublu silueti ilə Mercedes-AMG GT 4-Door Coupé göründüyü hər yerdə bütün diqqətləri üzərinə çəkir.
    AEROKINETICS elementləri Çoxsaylı AEROKINETICS elementləri[1] avtomobilinizi həm limitlərdə dəqiq idarəetmə, həm də daha çox yürüş məsafəsi və sabitlik üçün transformasiya edə bilər.
    İşıqlandırılmış ön hissə Unudulmaz ilk təəssürat. Ön işıq zolağı, işıqlandırılmış radiator barmaqlığı və ulduz loqosu olan işıq dizaynı bütün diqqəti cəlb edir.[1]
    İşıqlandırılmış arxa hissə Göz qırpımında uzaqlaşır, yaddaşlarda qalır. Zərif arxa fənərlər və işıq zolağı[1]hər yürüşdə unudulmaz imza buraxır.
    21 düymədək disklər 21 düymədək yüksək performanslı disklər[1]. Asfaltın heç bir şansı yoxdur. Daha çoxuna hazırsınız?
    Yüngülləşdirilmiş dam Karbon lifli dizayna malik yüngül konstruksiyalı dam ilə çəkini azaldın və həyəcanı artırın.[1]
    İnteryer Daxil olduqdan sonra çıxmaq istəməyəcəksiniz

    Sürücüyə yönəlmiş kokpit

    Close

    Sürücüyə yönəlmiş kokpit

    Hər şey sizin rahatlığınız və yüksək performans üçün bucaq altında yerləşdirilib. AMG RACE ENGINEER idarəetmə bloku sayəsində özünəməxsus və qeyri-adi sürücülük təcrübəsi yaratmaq istəyənlər üçün mükəmməldir.

    AMG Performance sükan çarxı

    Close

    AMG Performance sükan çarxı

    Seçin. Hiss edin. Arzulayın. Birbaşa əlinizin altında olan yarış tənzimləmələri ilə GT modelinizin DNT-sini bir anda dəyişdirin.

    AMG Performance oturacaqları

    Close

    AMG Performance oturacaqları

    Hər döngədə sizi rahatlıq və elə bir dəqiq nəzarətlə bədəninizə uyğunlaşdırır ki, sürəti artırmaqdan özünüzü saxlaya bilməyəcəksiniz. [1]

    SKY CONTROL və işıqlı naxışlı panoram dam

    Close

    SKY CONTROL və işıqlı naxışlı panoram dam

    Panoram dam salonu göy üzü ilə birləşdirərək hər bir səfəri sonsuz və heyranedici edir. Gecələr isə dam unikal işıq şousu nümayiş etdirən parıldayan kətana çevrilir.[1]

    Arxa oturacaqlar

    Close

    Arxa oturacaqlar

    Düzgün oturma mövqeyi və geniş ayaq zonası ilə tamamilə yeni Mercedes-AMG GT 4-Door Coupé-nin arxa hissəsi sizi salonda qalmağa məcbur edəcək.

    Burmester® High-End 4D-Surround səs sistemi

    Close

    Burmester® High-End 4D-Surround səs sistemi

    Yüksək performansın səsi. Sizi hər bir ritmin mərkəzinə yerləşdirən Dolby Atmos ilə yürüşlərinizi möhtəşəm səs atmosferinə daşıyın [1]

    [1] Fərdi konfiqurasiyadan asılı olaraq əlavə avadanlıq.
    [2] Qeyd olunan göstəricilər müəyyən edilmiş WLTP (Worldwide harmonised Light-duty vehicles Test Procedures) ölçmə metodologiyasına uyğun olaraq təyin edilmişdir. Minik avtomobilinin enerji istehlakı və CO₂ emissiyası təkcə yanacağın və ya müvafiq enerji daşıyıcısının səmərəli istifadəsindən deyil, həmçinin sürücülük üslubundan və digər qeyri-texniki amillərdən asılıdır.


    Texnologiya
    Hökmranlıq üçün yaradılıb Tamamilə yeni Mercedes-AMG GT 4-Door Coupé üstün güc, maksimum dözümlülük, qabaqcıl aerodinamika və hiper-sürətli şarj üçün qabaqcıl texnologiyaları birləşdirir. Üç aksial sel mühərriki (axial flux motors) və yüksək performanslı batareya ilə biz tamamilə yeni performans ölçüsü yaradan innovativ güc aqreqatı konsepsiyasını təqdim edirik. 860 kVt-a qədər güc və təxminən 700 km yüksək yürüş məsafəsi bu avtomobili gündəlik istifadə üçün mükəmməl yol yoldaşına çevirir.
    Növbəti
    Əvvəlki
      Güc aqreqatı konsepsiyası Yeni nəsil aksial sel mühərrikləri xalis AMG performans DNT-sini təcəssüm etdirərək, öz sinfində ən yaxşı elektrikli sürücülük gələcəyinə yol açır. Tamamilə yeni Mercedes-AMG GT 4-Door Coupé üç ədəd yüksək performanslı aksial sel mühərriki ilə təchiz olunub – biri öndə, ikisi arхada olmaqla, davamlı gücün tamamilə yeni səviyyəsini təklif edir.
      AMG yüksək performanslı batareya Birbaşa soyudulan silindrik elementlər texnologiyasına malik yüksək gərginlikli AMG yüksək performanslı elektrik batareyası tez-tez və ardıcıl olaraq əlçatan olan yüksək güc hasilatı ilə seçilir və avtomobilin ümumi davamlı gücünü təmin edir. Bu batareya həm yolda, həm də şarj stansiyasında qeyri-adi təssürat yaratmaq üçün layihələndirilib.
      Aksial sel mühərriki (Axial Flux Motor) Aksial sel mühərrikləri ənənəvi elektrik mühərrikləri ilə müqayisədə xeyli yığcam, yüngül və güclüdür. Bu innovativ mühərriklər təxminən üçdə iki qədər daha yüngüldür və eyni zamanda quraşdırılma sahəsinin yalnız üçdə birini tələb edir – bu isə təqribən üç dəfə daha yüksək güc sıxlığı deməkdir.
      AMG RIDE CONTROL+ Xüsusilə idman üslublu AMG RIDE CONTROL+ bir neçə asqı sisteminin üstünlüklərini birləşdirir. O, ən rahat və ən idman tənzimləmələri arasında keçid edə bilir və cari yükə uyğunlaşır. İstəyinizə uyğun olaraq, hər bir sürücülük şəraitində yüksək performans nümayiş etdirir.
      AMG ACTIVE RIDE CONTROL AMG ACTIVE RIDE CONTROL banın yalanmasını (gövdənin əyilməsini) kompensasiya etmək üçün ən müasir hidravlikadan istifadə edir. Asqı və sükan idarəetməsi sürücülük şəraitinə və yol səthinə dəqiqliklə reaksiya verir. Sükan arxasında siz dinamik AMG sürücülük təcrübəsindən həzz alacaq və eyni zamanda mükəmməl hərəkət rahatlığı əldə edəcəksiniz.
      AMG Sürücü Paketi (AMG Driver's Package) Daha çox dinamika hiss edin: AMG Sürücü Paketi [1] maksimum sürəti 260 km/saatdan 300 km/saata qədər artırır [2]. Buraya həmçinin maksimum tormozlama performansını və optimal soyutmanı təmin edən AMG yüksək performanslı keramika-kompozit tormoz sistemi və təkər arkalarının soyudulması daxildir.
      AEROKINETICS / Arxa spoyler Arxa hissənin qalxma qüvvəsini tənzimləyən AEROKINETICS arxa spoyleri çoxsaylı parametrləri nəzərə alaraq mövqeyini sürücülük şəraitindən asılı olaraq dəyişir. 80 km/saatdan yuxarı sürətlərdə spoyler hərəkət sabitliyini optimallaşdırmaq, aerodinamik müqaviməti azaltmaq və ya avtomobilin maksimum sürətini artırmaq üçün müxtəlif hündürlüklərə qalxır.
      AEROKINETICS / Arxa Diffuzor AEROKINETICS Arxa Diffuzoru[1], aerodinamik müqaviməti azaltmaq üçün avtomobilin uzunluğunu artıraraq damla formasına yaxın kontur yaradan innovativ bir funksiyadır. Sistem əvvəlcədən müəyyən edilmiş sürüş manevrlərinə uyğun şəkildə tənzimlənir və xüsusilə uzun və davamlı səfərlər zamanı böyük üstünlük təmin edir.
      AEROKINETICS / Venturi axını (Venturi Flow) AEROKINETICS Venturi axını ilə siz Mercedes-AMG-nin aerodinamika təcrübəsindən yararlanırsınız: Limitlərdə dəqiq idarəetmə üçün avtomobilinizin alt hissəsində 2 aktiv aerodinamik element quraşdırılıb. Tələb olunduqda, onlar avtomatik olaraq aşağı enir, hava axınını idarə edir və beləliklə, yerəbərkitmə qüvvəsini – yəni Venturi effektini nəzərəçarpan dərəcədə artırır..[1]
      AEROKINETICS / Hava paneli (Airpanel) Ön və yan tərəflərdəki aktiv hava çəpərləri aktiv hava idarəetmə sistemi rolunu oynayır. Onlar soyutma havasının axınını tənzimləyir, bununla da maksimum səmərəliliyi və tələbə uyğun soyutmanı təmin edir. Adətən, maksimum yürüş məsafəsi üçün bütün çəpərlər qapalı qalır.
      Boost rejimi Səs. Güc. Möhtəşəmlik. Emosional təcrübəyə çevrilən sürətlənmə. Boost rejimi gündəlik anları qeyri-adi bir şeyə çevirərək hər bir ötmə manevrini xüsusi edir.
      AMGFORCE Sports+ Elektrikləşdirilmiş irs. AMGFORCE Sports+ sürücülük proqramı orijinal mühərrik səsi və ötürücü reaksiyası ilə tamamlanaraq sizə yüksək performanslı AMG V8 idarəetməsi hissini yenidən yaşadır və sizi bu atmosferə qərq edir. Affalterbaxdan olan idman avtomobili məhz belə hiss etdirir.
      AMG RACE ENGINEER Yeni AMG RACE ENGINEER iki əsas komponent vasitəsilə güc aqreqatının və hərəkət dinamikası sistemlərinin bütün proqram və aparat təminatını idarə edir. AMG RACE ENGINEER Core yüksək performanslı çipi idarəetmə komponentlərinin strukturunu və istifadəsini optimallaşdırır. Mərkəzi AMG RACE ENGINEER idarəetmə bloki isə avtomobilin reaksiyasını, sürüşməsini (slip) və döngələrdəki davranışını idarə etməklə sürücülük həzzinin fərdi şəkildə tənzimlənməsinə imkan yaradır.
      AMG TRACK PACE AMG TRACK PACE [1] yarış trekinə hər səfərinizi peşəkar məşq sessiyasına çevirir. Dairə, sektor və sürətlənmə vaxtlarından, eləcə də seçilmiş canlı telemetriya məlumatlarından istifadə edərək siz sürücülük texnikanızı xüsusi olaraq təhlil edə və təkmilləşdirə bilərsiniz. AMG TRACK PACE eksklüziv olaraq qapalı yarış treklərində istifadə üçün nəzərdə tutulub.
      Drift rejimi Düz xətt üzrə sürməkdən imtina edənlər üçün layihələndirilib. Kəskin idarəetmə və arxa təkərlərin gücü ilə Drift rejimi hər bir döngəni özünüifadə vasitəsinə çevirir. Azadlığı hiss edin. Sürüşməyə hökm edin.
      Predictive Performance Manager (PPM) Uzun yarış treklərində və ya Qran-Pri dövrələrində bir çox dairələr boyu davamlı olaraq maksimum gücdən istifadə etmək ən sürətli dairə vaxtlarına nail olmağın ən yaxşı yolu deyil. Predictive Performance Manager (PPM) optimal dairə vaxtlarının əldə edilməsində əsas rol oynayır. "Endurance" (Dözümlülük) və ya "Hotlap" rejiminin seçilməsindən asılı olaraq, o, güc ötürülməsini optimallaşdırır.
      AMG Launch Control AMG Launch Control partlayıcı start üçün mükəmməl hazırlıq təmin edir. Xüsusi səs müşayiəti həyəcanı artırır, təhlükəsizlik kəmərləri isə optimal dəstək üçün avtomatik olaraq dartılır. Ambient işıqlandırması xüsusi rejimə keçir və avtomobil nəzərəçarpan dərəcədə vibrasiya etməyə başlayır – hərəkətə keçməyə hazırdır.
      Şarj və Yürüş məsafəsi / Şarj sürəti 600 kVt-a qədər hiper-sürətli şarj ilə siz cəmi 10 dəqiqəyə təxminən 500 km yürüş məsafəsi əldə edirsiniz. Başqa sözlə desək: Almaniyanın Ştutqart şəhərindən İtaliyanın Komo gölünə qədər olan məsafəni (400 km-dən çox) 10 dəqiqədən az müddətdə şarj etmək mümkündür. Elə sürətlidir ki, espressonuzu bitirməyə belə vaxtınız olmayacaq.
      Şarj və Yürüş məsafəsi / Soyutma Batareya elementlərinin birbaşa soyudulması xüsusi boru sistemi vasitəsilə optimal istilik ötürülməsini və bütün elementlərin bərabər soyumasını təmin edir. Elementlərin və güc xətlərinin optimallaşdırılmış istilik idarəetməsi şarj zamanı da mühüm rol oynayır, çünki bu, şarj performansında yeni standartların müəyyən edilməsi üçün ideal şərait yaradır.
      Şarj və Yürüş məsafəsi / AMG Şarj Rejimləri Avtomobili öz şərtlərinizlə şarj edin. Şarj prosesini qrafikinizə uyğun optimallaşdırmaq üçün "Fast", "Balanced", "Efficient & Silent" və ya "Sprint Ready" rejimlərindən birini seçin.
      Bizimlə əlaqə Tamamilə yeni Mercedes-AMG GT 4-Door Coupé modelinə doğru ilk addım Bu unikal fürsətdən yararlanın və tamamilə yeni Mercedes-AMG GT 4-Door Coupé modelinə marağınızı qeydiyyata alın. Əlaqə formasını doldurun və sorğunuzu seçdiyiniz Mercedes-Benz rəsmi dilerinizə göndərin. Əlçatan konfiqurasiya və bütün rezervasiya prosesinin təfərrüatları səlahiyyətli Mercedes-Benz şou-rumunuz tərəfindən sizinlə müzakirə olunacaqdır.