Yeni Mercedes-AMG GLE 53 HYBRID 4MATIC+ SUV
Mercedes-AMG hər zaman üstün performans və maksimum
sürücülük dinamikasının rəmzi olub. Məhz buna görə də biz hibrid
texnologiyasına dair öz unikal yanaşmamızı yaratdıq. Mercedes-AMG GLE 53 HYBRID
4MATIC+ SUV modelində qabaqcıl güc aqreqatı arxitekturası bizim yüksək
performanslı 3,0 litrlik sıralı 6 silindrli (R6) turbo mühərrikimizi səmərəli
elektrik ötürücü sistemi ilə birləşdirir. Nəticədə həm güclü performans təklif
edən, həm də müəyyən vəziyyətlərdə yalnız elektrik enerjisi ilə hərəkət etmək
imkanına malik olan bir avtomobil ərsəyə gəlib.