Mercedes-Benz Azərbaycana xoş gəldiniz

Haqqımızda

"Avtokapital-Azərbaycan" MMC – Mercedes-Benz Group AG-nin Azərbaycandakı rəsmi distribyutoru və Mercedes-Benz markasının avtomobil bazarında eksklüziv təmsilçisidir.

Bizim əsas fəaliyyət istiqamətlərimizə yeni Mercedes-Benz avtomobillərinin satışı, zəmanətli və zəmanətdən sonrakı texniki xidmətlərin göstərilməsi, texniki və kuzov təmiri, həmçinin orijinal ehtiyat hissələrinin və aksesuarların satışı daxildir.

Müştərilərimizin məmnuniyyəti və etimadı bizim üçün prioritetdir. Biz, Mercedes-Benz-in keyfiyyətini və komfortunu təqdim edərək, müştərilərimiz üçün ən yüksək səviyyədə xidmət göstərməyə çalışırıq. Məqsədimiz müştərilərimizin ehtiyaclarını qarşılamaq və onlara rahat və etibarlı avtomobil təcrübəsi təqdim etməkdir.