Giriş
Model
Eksteryer
İnteryer
Texnologiya
AMG
Bizimlə əlaqə saxlayın
    Spectral Blue Metallic
    Polar White
    Obsidian Black Metallic
    High-Tech Silver Metallic
    Mojave Silver
    Red Metallic
    Nautic Blue
    Graphite Grey Metallic
    Diamond White Bright
    Selenite Grey Metallic
    Model GLC SUV
    Başlayaraq 88 519 AZN ƏDV daxil
    Model cərgəsi
    LeftRight

    Mercedes-Benz

    Close X
    Növbəti
    Əvvəlki
      GLC 200 4MATIC
      GLC 300 4MATIC
      Mercedes-AMG GLC 63 S E PERFORMANCE

      Mercedes-AMG

      Close X
      Mercedes-AMG GLC 63 S E PERFORMANCE

      Mercedes-EQ

      Close X
      XXX Content

      Mercedes-Maybach

      Close X
      Strapline Content
      Eksteryer Yeni GLC yolsuzluq avtomobilinin eksteryeri "Mercedes-Benz EQS" yolsuzluq avtomobilinin eksteryeri haqqında daha ətraflı məlumat əldə edin. Müxtəlif avadanlıq xətləri avtomobilə geniş standart avadanlıqdan "AMG Line"dək özünəməxsus xarakter bəxş edir.
      LeftRight

      Xətlər və üslub

      Dizayn və Avadanlıq əsas məqamları

      Close X
      Növbəti
      Əvvəlki
        Sürüşmə panoram lyuku Açıq və ya qapalı olmasından asılı olmayaraq sürüşmə panoram lyuku sizə möhtəşəm azadlıq hissi, həmçinin salonda işıqlı və xoş atmosfer bəxş edir. Kənardan baxdıqda, geniş sürüşmə lyuku həm də unikal vizual təəssürat yaratmaqla eksteryerə yüngüllük və eksklüzivlik bəxş edir.
        İki hissəli arxa faralar Yeni iki hissəli arxa faralar yüksək keyfiyyətli 3D tam LED dizaynına malikdir. Praktik iki hissəli konstruksiya arxa qapını genişləndirməyə, həmçinin baqaj yerini artırmağa imkan verir. Eyni zamanda, faraların müasir, daha incə konstruksiyası, hətta avtomobil hərəkətsiz vəziyyətdə olduqda belə, daha çox dinamiklik yaradır.
        Arxa körpü sükanına malik AIRMATIC AIRMATIC pnevmatik asqı və arxa körpü sükanı ilə sizi nəzərəçarpacaq dərəcədə daha artıq sürmə rahatlığı və çeviklik gözləyir. Pnevmatik asqı idman dinamikası və ya yüksək komfortu ilə valeh edir. Arxa körpü sükanı sayəsində siz sürətdən asılı olaraq xüsusilə çevik və ya arxayın idarəetmədən və daha kiçik manevr dairəsindən faydalanırsınız
        Rezin ucluqlara malik alüminium görünüşlü ayaqaltılar Alüminium effektinə malik əlavə ayaqaltılar GLC-nin yolsuzluq avtomobili xarakterini vurğulayır. Yan kandarları hündürlüyündə quraşdırılan ayaqaltılar avtomobilə minib-düşməni asanlaşdırır. İdman üslubunda dizayn edilib. Belə ki, qapılar tərəfdə daha dar olan ayaqaltılar arxaya doğru genişlənir
        45,7 sm (18") - 50,8 sm (20") aralığında diametrə malik yüngül lehimli disklər Yeni GLC hər tərəfdən cəlbedicidir, lakin yan tərəfdən baxdıqda idman dizaynının və yolsuzluq avtomobili detallarının ahəngi ona xüsusilə ifadəli görünüş bəxş edir. Bu, əsasən, ölçüləri 45,7 sm (18") - 50,8 sm (20") arasında dəyişən iri qabaritli, yüngül lehimli disklərin geniş çeşidi sayəsində mümkün olur.
        İdman üslubunda ön hissə Yeni GLC-nin yolsuzluq avtomobilinə xas ön hissəsi xrom haşiyəli və şaquli elementli radiator qəfəsi, eləcə də ön hissənin enini qabardan bir-birinə yaxın yerləşən ön faralar sayəsində avtomobilin idman görünüşünü vurğulayır. Mərkəzdə yerləşən “Mercedes” ulduzu isə, əlbəttə ki, ön hissənin heyrətamiz dizaynının tanış elementlərindən biridir.
        İnteryer Yeni GLC yolsuzluq avtomobilinin interyer avadanlığı İstər sürücüyə doğru maili mərkəzi displey, istər çoxfunksiyalı idman sükanı, istərsə də hər səfər zamanı hiss edə biləcəyiniz dəbdəbəli rahatlığı təmin edən yüksək keyfiyyətli bəzək elementləri sayəsində yeni GLC yolsuzluq avtomobilinin interyeri standartlar müəyyənləşdirir.
        LeftRight

        Xətlər və üslub

        Dizayn və Avadanlıq əsas məqamları

        Close X
        Növbəti
        Əvvəlki
          Çoxfunksiyalı idman sükanı Nappa dəri ilə üzlənmiş çoxfunksiyalı idman sükanı düzxətli aşağı hissəyə və perforasiyalı tutacağa malikdir ki, bu da avtomobili idman üslubunda idarə etmək üçün əla şərait yaradır. Yüksək keyfiyyətli, yumşaq nappa dərisi öz-özlüyündə keyfiyyət göstəricisidir. Dəyişdiricilərin sensor panelləri əllərinizi sükandan çəkmədən avtomobilin ən vacib funksiyalarını idarə etməyə imkan verir.
          Mərkəzi displeyə malik MBUX multimedia sistemi Sizinlə avtomobiliniz arasındakı rəqəmsal interfeys rolunu oynayan MBUX multimedia sistemi avtomobilin bir çox vacib funksiyalarını intuitiv və asan idarə etməyə imkan verir.
          Eksklüziv səs təcrübəsi: Burmester® 3D həcmli səs sistemi (əlavə) Burmester® 3D həcmli səs sistemi sayəsində yüksək keyfiyyətli səsdən həzz alın! Yüksək keyfiyyətli dinamiklər heyrətamiz səslənməyə zəmanət verir. Səslənmənin ön və ya arxa oturacaqlar üçün optimallaşdırılması dinləmədən parlaq təəssüratlar almağa imkan verir. Unikal Burmester® dinamik örtükləri həm də interyerin vizual görünüşünü yaxşılaşdırır.
          “ENERGIZING Plus” paketi (əlavə) Bütün hissiyyat orqanları üçün komfort: bu paket premium keyfiyyətli müxtəlif avadanlıqları innovativ zəka ilə bir araya gətirir. "Mercedes" 7 müxtəlif komfort proqramı və multikontur oturacaqlar kimi cəlbedici əlavələr sayəsində sükan arxasında uzun və gümrah vaxt keçirməyiniz, yaxud xoş səyahətlərdən zövq almağınız üçün sizi həm ruhlandıracaq, həm də qayğınıza qalacaq
          Yük baqajının həcmi Yeni GLC yolsuzluq avtomobilinin standart komplektasiyasına EASY-PACK arxa qapı daxildir. Geniş və funksional bu qapı ən yüksək standartlara uyğun təchiz olunub. Standart komplektasiyaya daxil olan "Boot Comfort Package" yeni GLC avtomobilini daha komfortlu edir.
          Texnologiyalar Yeni GLC yolsuzluq avtomobilinin avadanlığı
          Növbəti
          Əvvəlki
            Ön displey Əlavə ön displey bütün vacib məlumatları birbaşa ön şüşədə əks etdirir. Siz isə bütün diqqətinizi yola və qarşınızdakı nəqliyyat vasitələrinə yönəldə bilirsiniz. Dəqiq və komfortlu. Yeni "Mercedes-Benz GLC" avtomobilində ön displey daha böyükdür.
            Mərkəzi displey Sizinlə avtomobiliniz arasındakı rəqəmsal interfeys rolunu oynayan, sürücüyə doğru maili və sensor idarəetməsinə malik mərkəzi displey avtomobilin bir çox vacib funksiyalarını intuitiv və asan idarə etməyə imkan verir.
            Naviqasiya üçün "MBUX Augmented Reality” (MBUX Əlavə Reallıq) funksiyası (əlavə) Mürəkkəb yol şəraitində istiqaməti rahat müəyyənləşdirə bilməyinizi təmin etmək məqsədilə naviqasiya üçün "MBUX Augmented Reality” funksiyası virtual dünyanı real dünya ilə birləşdirir. Texnologiya qrafik naviqasiyanı və yoldakı hərəkət haqqında məlumatları canlı təsvirlərə çevirir. Təyinat nöqtəsinə tez, təhlükəsiz və stressiz çatın.
            Qoşqulu avtomobillər üçün naviqasiya MBUX naviqasiya sistemi marşrutu hesablayarkən GLC-nin qoşqu rejimində hərəkət etdiyini nəzərə ala bilər. Marşrutun hesablanması zamanı hətta qoşqunun növü (velosiped qoşqusu, kiçik qoşqu və böyük qoşqu) də nəzərə alınır. Məsələn, avtomobilin və qoşqunun komfortlu kominasiyasını təmin etmək üçün marşrutunuzda dik yoxuşlardan və ya sərt döngələrdən yayına bilərsiniz.
            Fərdi istifadəçi profilləri Profilinizdən daxili işıqların rəngi və ya oturacağın vəziyyəti kimi müəyyən fərdi parametrlərin ilkin aktivasiyası üçün istifadə edilə bilər.
            360° kameralı parklanma paketi (əlavə) Yaxınlıqda olan boş və ayrılmış parklanma yerlərini aşkar edir. Parklanma yerini seçdikdən sonra dinamik təsvir və akustik əlaqə sayəsində arxayınlıqla avtomobili parklaya və ya parklanma dəstəyindən faydalanaraq manevr edə bilərsiniz. (Sürücüyə dəstək və təhlükəsizlik sistemlərimiz yalnız köməkçi vasitələrdir və sürücü olaraq sizi məsuliyyətdən azad etmir. Zəhmət olmasa, təlimat kitabçasındakı məlumatlarla tanış olun və orada təsvir olunmuş sistem məhdudiyyətlərini nəzərə alın).
            “Driving Assistance Plus Package” (əlavə) Avtonom idarəetməyə gedən yolda maksimum komfortu və təhlükəsizliyi təmin edir. "Active Stop-and-Go Assist" sistemi magistral yollarda üzərinizdəki təzyiqi azaltmağa imkan verir. Digər üstünlük: “PRE-SAFE® Impulse Side” digər avtomobillərlə toqquşma zamanı əlavə qorunmanı təmin edir. (Sürücüyə dəstək və təhlükəsizlik sistemlərimiz yalnız köməkçi vasitələrdir və sürücü olaraq sizi məsuliyyətdən azad etmir. Zəhmət olmasa, təlimat kitabçasındakı məlumatlarla tanış olun və orada təsvir olunmuş sistem məhdudiyyətlərini nəzərə alın).
            DISTRONIC aktiv məsafə dəstəyi sistemi (əlavə) DISTRONIC aktiv məsafə dəstəyi sistemi qarşıda hərəkət edən avtomobillə aranızdakı məsafəni avtomatik tənzimləməklə hərəkəti və dayanmanı asanlaşdırır. Sistem, sürətinizi qarşıdakı daha ləng hərəkət edən avtomobillərin sürətinə avtomatik uyğunlaşdıraraq üzərinizdəki təzyiqi azaltmağa imkan verir. İstədiyiniz məsafə müxtəlif səviyyələr üzrə tənzimlənə bilər. (Sürücüyə dəstək və təhlükəsizlik sistemlərimiz yalnız köməkçi vasitələrdir və sürücü olaraq sizi məsuliyyətdən azad etmir. Zəhmət olmasa, təlimat kitabçasındakı məlumatlarla tanış olun və orada təsvir olunmuş sistem məhdudiyyətlərini nəzərə alın).
            KEYLESS-GO KEYLESS-GO bitib-tükənməyən açar axtarışlarına son qoyur. Fərqi yoxdur, avtomobilin içindəsiniz, yaxud yanında, əsas odur açar üzərinizdə olsun: qapıları sadəcə dəstəyə toxunmaqla aça və bağlaya bilərsiniz.
            “KEYLESS-GO Convenience Package” ilə əlavə təqdim olunur.
            “ENERGIZING Plus” paketi (əlavə) Bütün hissiyyat orqanları üçün komfort: bu paket premium keyfiyyətli müxtəlif avadanlıqları innovativ zəka ilə bir araya gətirir. “Mercedes” 7 müxtəlif komfort proqramı və multikontur oturacaqlar kimi cəlbedici əlavələr sayəsində sükan arxasında uzun və gümrah vaxt keçirməyiniz, yaxud xoş səyahətlərdən zövq almağınız üçün sizi həm ruhlandıracaq, həm də qayğınıza qalacaq.
            Proyeksiya funksiyasına malik DIGITAL LIGHT (əlavə) Yenilikçi fara texnologiyası MULTIBEAM LED işıqlanmanı və innovativ yüksək genişlənməli işıqlandırma texnologiyasını özündə birləşdirir. HD işıq proyeksiyaları birbaşa yol səthinə proyeksiya edilir və sürücünü məlumatlandırır.
            “GUARD 360° Vehicle Protection” “URBAN GUARD Vehicle Protection Plus” avtomobilinizin ətrafında hərtərəfli monitorinqi təmin edir. Müdaxilə və oğurluq barədə xəbərdarlıq sistemi, həmçinin açarın qəza deaktivasiyası sizə ani hərəkət etməyə imkan verir. Yolda olduqda toqquşmaların aşkarlanması sistemi sizi tətbiq vasitəsilə məlumatlandırır. “Avtomobilin qaçırılması zamanı yardım” xidməti isə oğurluq hadisəsi baş verdikdə avtomobilinizi geri qaytarmaq şanslarını artırır.
            “PRE-SAFE® Impulse Side” sistemi Yeni GLC avtomobili qaçılmaz yan toqquşmanı aşkar edərsə, "PRE-SAFE® Impulse Side" sistemi sizi zərbə tərəfdən avtomobilin mərkəzinə doğru çəkir. Bu, yandan baş verə biləcək qəza zamanı müsbət təsir göstərə bilər.
            “Driving Assistance Plus Package” ilə əlavə təqdim olunur.
            AIRMATIC Hər bir ayrıca təkərdə demfperləmənin davamlı tənzimləmə imkanına malik AIRMATIC xüsusilə rəvan hərəkəti təmin edir. Bu, sizə misilsiz komfortla hərəkət etməyə və ünvana rahat çatmağa imkan verir. Bundan əlavə, lazım olduqda pnevmatik asqı 15 mm qaldırıla və avtomatik olaraq müxtəlif yükləmə şərtlərinə uyğunlaşa bilər.
            “Technology Package” ilə əlavə təqdim olunur.
            12/48 V ikili gərginlikli bort elektrik sistemi Yeni "Mercedes-Benz GLC" daxili yanma mühərrikli avtomobillər üçün 12/48 V ikili gərginlikli bort elektrik sistemi təklif edir. Elektrikləşdirmə yolunda növbəti addım olan əlavə 48 V-luq enerji sərfiyyatı idarəetməsi səmərəlilik, istehlak və komfort baxımından üstünlüklər yaradır.
            “Off-Road” proqramı Siz DYNAMIC SELECT vasitəsilə yolsuzluq şəraitində sürmə proqramını seçə bilərsiniz: dartı qabiliyyəti, tormoz idarəetməsi və sürmə davranışı yol vəziyyətinə uyğunlaşdırılıb. Yeni GLC avtomobiliniz DIGITAL LIGHT ilə təchiz olunubsa, yolsuzluq fara işıqları da aktivləşir.
            “Off-Road Cockpit” Mərkəzi displeyi cəlbedici yolsuzluq ekranına çevirmək üçün düyməyə bir toxunuş etmək kifayətdir. Yolsuzluq şəraiti üçün nəzərdə tutulmuş displeylər, parametrlər və funksiyalar burada və sürücü displeyində aydın şəkildə təqdim olunur ki, bu da vizual qavramanı asanlaşdırır.
            MERCEDES-AMG Yeni “Mercedes-AMG GLC” avtomobili
            LeftRight

            Eksteryer Dizaynı

            İnteryer Dizaynı

            Eksteryerin əsas məqamları

            Close X
            Növbəti
            Əvvəlki
              AMG üslubunda ön hissə (GLC 43) Nəzərəçarpacaq idman görünüşü: proyeksiya funksiyalı DIGITAL LIGHT və AMG üslubunda ön hissə ilə çərçivələnmiş, xromlanmış şaquli dayaqlara malik AMG radiator qəfəsi
              AMG üslubunda qoşa milə malik yüngül lehimli disklər (GLC 43) “Tantal boz” rəngli, 50,8 sm (20") diametr ölçüyə və 10 qoşa milə malik yüngül lehimli AMG diskləri ifadəli idman görününüşü ön plana çıxarır.[3]
              [3] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
              AMG üslubunda arxa hissə (GLC 43) Fərqli cizgi: AMG spoylerinə, LED arxa faralara, diffuzorlu arxa önlüyə və xromlanmış iki ədəd dəyirmi qoşa xaricetmə borusuna malik AMG üslubunda arxa hissə
              AMG üslubunda uzununa elementlər (GLC 43) Avtomobilin rəngində AMG-yə xas uzununa elementlər dinamik yan görünüşü vurğulayır. Təkər tağının bəzəyi eleqant qara və ya sifariş əsasında avtomobilə uyğun rəngdə təqdim olunur.
              Xüsusi AMG radiator üzlüyü (GLC 63 S E PERFORMANCE) İfadəli görünüş: Tünd xrom rəngli şaquli dirəkləri olan xüsusi AMG radiator üzlüyü və böyük hava girişlərinə malik heyrətamiz AMG ön önlüyü.
              53,3 sm (21″) diametrli, çarpaz milli AMG döymə diskləri (GLC 63 S E PERFORMANCE) 53,3 sm (21″) diametrli, çarpaz milli, tutqun qara rəngə boyanmış AMG döymə diskləri[3] Mercedes-AMG GLC 63 S E PERFORMANCE avtomobilinə dinamik görünüş bəxş edir və onun idman üslubunu vurğulayır.
              AMG üstlüklərinə malik qanadlar (GLC 63 S E PERFORMANCE) AMG üstlüklərinə malik qanadlar (GLC 63 S E PERFORMANCE)
              Sadəcə əla görünüş deyil: Fərqləndirici AMG üstlüklərinə malik və yan tərəflərini TURBO E PERFORMANCE yazısı bəzəyən qanadlar
              AMG üslubunda arxa hissə (GLC 63 S E PERFORMANCE) Ekstravaqant və ultradəbli: AMG spoyleri, diffuzorlu AMG arxa önlüyü və iki trapesiyaşəkilli qoşa xaricetmə borusuna malik AMG xaricetmə sistemi

              İnteryerin əsas məqamları

              Close X
              Növbəti
              Əvvəlki
                AMG-specific instrument cluster The optimised MBUX multimedia system provides numerous AMG-specific displays and useful functions. Discover the individual displays in the instrument cluster and in the multimedia central display in the centre console or in the head-up display[3]. These help to ensure that all the important information you need is with you at all times.

                [3]Optionally selectable equipment depending on configuration.
                AMG Performance seats Optimal in every respect: AMG Performance seats[3]for the driver and front passenger in black with yellow contrasting topstitching. You can see their unmistakable motorsport origins, the seating position conveys maximum sportiness as an ideal basis for commanding handling. Not to mention the excellent lateral support provided during dynamic driving maneuvers.

                [3]Optionally selectable equipment depending on configuration.
                AMG carbon trim elements The optional AMG carbon trim elements give your interior compartment an individual radiance. It blends in harmoniously, while also creating dramatic contrasts. It serves to intensify and emphasize the sporty interior design.

                Illuminated AMG door sill panels with "AMG" lettering Let that performance feeling start all your journeys thanks to the illuminated AMG door sill panels, complemented by the iconic "AMG" lettering.

                AMG Performance steering wheel in carbon design / MICROCUT microfibre On this AMG steering wheel, a striking carbon design teams up with MICROCUT microfibre, providing a good grip[3]– a visual and tactile highlight. The hallmark AMG flattened shape has been adopted from motorsport and underlines the sportiness of the cockpit. Ergonomically positioned touch control panels ensure intuitive user-friendliness, and promote focused driving.

                [3]Optionally selectable equipment depending on configuration.
                Bunu yolda yaşayın GLC SUV-u ı sınaqdan keçirin GLC SUV-u sınaqdan keçirmək üçün bizə sorğu göndərin və biz tezliklə sizinlə əlaqə saxlayacağıq.