Eksteryer
EQS avtomobilinin eksteryeri
Avtomobilin dizaynı mükəmməlliyin təcəssümüdür: elektrik intiqalı sistemi tamamilə yeni məkan konsepsiyasını reallaşdırmağa imkan verir. Adi sedanlarla müqayisədə daha çevik və yüngül, eyni zamanda son dərəcədə eleqant: vahid burun hissəsi bütün avtomobili əhatə edir. Bundan əlavə, "Mercedes-Benz" üçün səciyyəvi ön hissədə yerləşən qara panel üzərində elektrik radiator qəfəsi, həmçinin ön və arxa işıq zolaqları zərif müasirliyi əks etdirir.