Giriş
Model
Eksteryer
İnteryer
Texnologiya
AMG
Bizimlə əlaqə saxlayın
    High-Tech Silver Metallic
    Obsidian Black Metallic
    Polar White
    Selenite Grey Metallic
    Sodalite Blue Metallic
    Emerald Green Metallic
    Black
    MANUFAKTUR Alpine Grey Solid
    MANUFAKTUR Diamond White Bright
    Model EQE SUV
    Başlayaraq 165 000 AZN
    Model cərgəsi
    LeftRight

    Mercedes-Benz

    Close X
    Növbəti
    Əvvəlki
      EQE 300 SUV
      EQE 350+ SUV
      EQE 350 4MATIC SUV
      EQE 500 4MATIC SUV
      Mercedes-AMG EQE 43 4MATIC SUV
      Mercedes-AMG EQE 53 4MATIC SUV

      Mercedes-AMG

      Close X
      Növbəti
      Əvvəlki
        Mercedes-AMG EQE 43 4MATIC SUV
        Mercedes-AMG EQE 53 4MATIC SUV

        Mercedes-EQ

        Close X
        Növbəti
        Əvvəlki
          EQE 300 SUV
          EQE 350+ SUV
          EQE 350 4MATIC SUV
          EQE 500 4MATIC SUV
          EQE 43 4MATIC SUV
          EQE 53 4MATIC AMG SUV

          Mercedes-Maybach

          Close X
          Strapline Content
          Eksteryer EQE SUV avtomobillərinin eksteryeri İki fərqli avadanlıq xətti - "Electric Art Line" və "AMG Line" ilə EQE yolsuzluq avtomobilinin eksteryer dizaynının əsas məqamlarını kəşf edin[1]. Eleqant və dinamik dizayn EQE yolsuzluq avtomobilinə "Mercedes-Benz" modelləri üslubunda innovativ görünüş bəxş edir və elektriklə çalışan avtomobillərin dizaynı üslubunda yeni standartlar müəyyənləşdirir. [1] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
          LeftRight

          Xətlər və üslub

          Dizayn və Avadanlıq əsas məqamları

          Close X
          Növbəti
          Əvvəlki
            Üzərində "Mercedes-Benz" ulduzu əks olunmuş radiator qəfəsi İşıq zolağı ilə birləşən ön faralar və mərkəzində "Mercedes-Benz" ulduzunun əks olunduğu qara radiator qəfəsi EQE SUV avtomobilinin simasını formalaşdırır.
            55.9 sm (22”) diametrə malik yüngül lehimli disklər The EQE SUV avtomobillərinin standart komplektinə 48.3 sm (19”) diametrə və 5 ədəd ikiqat milə malik yüngül lehimli disklər daxildir. Seçimə görə 55.9 sm (22”) diametrədək müxtəlif ölçülü yüngül lehimli disklər[1], o cümlədən, cəlbedici çoxmilli dizayna malik yüngül lehimli AMG diskləri təklif olunur.
            [1] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
            DIGITAL LIGHT faraları Rahat və təhlükəsiz idarəetməni təmin etmək üçün yol şəraitinə uyğunlaşdırılmış işıqlandırma: DIGITAL LIGHT[1] yolun işıqlandırılmasını işıqlanma şəraitinə, yoldakı vəziyyətə, hərəkətin istiqamətinə və hava şəraitinə uyğunlaşdırır. HD sistemi proyektor kimi işləyir və işıqlandırmanı son pikselədək dəqiqliklə hesablayır.
            [1] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
            Arxa faranın 3D spiralvari dizayna malik elementləri Eleqant tərtibat: arxa faranın 3D spiralvari dizayna malik elementləri və işıq zolağı elektrik avtomobillərinə xas işıqlanmanı mükəmməl şəkildə tamamlayır.
            Dizayn Qısa çıxıntılar, uzun təkər bazası və 48.3 sm (19”) diametrə malik standart yüngül lehimli disklər yolsuzluq avtomobilinin idman proporsiyalarını əla tamamlayır. Böyük səthi əhatə edən optimallaşdırılmış dizayn aerodinamik effektivliyi, innovativ dizayn üslubunu və yüksək keyfiyyətli detalları ehtiva edən geniş sahənin ahəngini yaradır.
            İnteryer EQE SUV avtomobilinin interyeri EQE SUV avtomobilinin paneli haqqında daha ətraflı məlumat əldə edin. MBUX hiperekranı[1] və rəqəmsal rənglər sayəsində siz əsas diqqəti avtomobilin interyerində fərdiliyə yönəldə bilərsiniz. Yüksək keyfiyyətli dekorativ bəzək elementləri[1] geniş sahənin xoş atmosferini ön plana çıxarır. Oturacaqları, üzlükləri və digər avadanlıq elementlərini fərdiləşdirmək üçün "Electric Art" və ya "AMG Line"[1] avadanlıq xətləri təklif olunur. [1] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
            LeftRight

            Xətlər və üslub

            Dizayn və Avadanlıq əsas məqamları

            Close X
            Növbəti
            Əvvəlki
              Ön displey Əlavə seçim kimi təklif olunan ön displey[1] avtomobili idarə etmək təcrübəsini, eyni zamanda, həm komfortlu, həm təhlükəsiz edir: avtomobilin vəziyyəti haqqında məlumatlar və təlimatlar külək şüşəsində, bununla da gözünüzün qarşısında əks olunur. Nəticədə, heç bir vacib məlumatı nəzərdən qaçırmadan diqqətinizi tam olaraq yola yönəldə bilirsiniz.
              [1] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
              MBUX hiperekranı Əlavə seçim kimi təklif olunan MBUX hiperekranı[1] avtomobilin salonunu yüksək texnoloji komanda mərkəzinə çevirir. 3 möhtəşəm displey 1 şüşə səth altında birləşməklə alətlər paneli boyunca uzanan yüksək genişlənməyə malik vahid istifadəçi interfeysini əmələ gətirir.
              [1] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq.
              Transmissiya tunelindən imtina Avtomobilin innovativ arxitekturasına əsaslanan EQE yolsuzluq avtomobili tam elektrikli intiqal konsepsiyasının üstünlüklərindən istifadə edir: uzun təkər bazası və dizaynla əlaqədar transmissiya tunelindən imtina sayəsində sərnişinlər proqressiv atmosferdə xüsusilə geniş sahə hissindən zövq almaq imkanı əldə edirlər.
              Yüksək keyfiyyətli bəzək elementləri Müasir və ənənəvi materialların və rənglərin qarışığı interyerə özəl atmosfer bəxş edir. Bu, xüsusilə də innovativ görünüşə basmanaxışlı ağac[1], kiçik metal piqmentlərinə malik 3D relyef[1] və ya “Mercedes-Benz” nişanı şəklində lazerlə kəsilmiş arxa işıqlanma[1] kimi bəzək elementlərinə şamil edilir.
              [1] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
              Burmester® 3D həcmli səs sistemi Burmester® səs sistemi[1] ilə möhtəşəm səs performansı. Yüksək keyfiyyətli dinamiklər cəlbedici səslənməni təmin edir. Dinamiklər xüsusi olaraq ön və arxa oturacaqlar üçün optimallaşdırılmaqla mükəmməl dinləmə təcrübəsi bəxş edir. Dolby Atmos® səs sistemi EQE SUV avtomobilində səslənməni tamamilə yeni səviyyəyə çatdırır. Bu, səsli animasiyanın yeni növünü əlçatan edir: adi stereosistemlər adətən soldan sağa dinamika nümayiş etdirirsə, Dolby Atmos® 360 dərəcəlik təəssürat yaratmaq üçün bütün məkandan istifadə edə bilər.
              [1] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq.
              Sürücü və ön sərnişin üçün multikonturlu, masaj funksiyasına malik oturacaqlar Sürücü və ön sərnişin üçün multikonturlu oturacaqlar[1] yüksək səviyyəli erqonomikanı və komfortu təmin edir. Yan vallarda hava ilə doldurulmuş aktiv döşəkçələr əyləşmək üçün maksimum komfortu və intensiv yan dəstəyini təmin edir. Müxtəlif proqramlara və intensivlik səviyyəsinə malik ENERGIZING masaj funksiyası[1] hər səyahəti əsl həzzə çevirir.
              [1] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq.
              Avadanlıq EQE SUV avtomobilinin avadanlıqları
              Növbəti
              Əvvəlki
                MBUX Səs Köməkçisi Ağıllı MBUX Səs Köməkçisinin rahatlığını kəşf edin — sabit əmrlərə ehtiyac yoxdur. "Hey Mercedes" açar sözü ilə səsli giriş aktivləşir və siz xüsusi idarəetmə tələbi əlavə edə bilərsiniz, məsələn, naviqasiya, avtomatik iqlim nəzarəti və ya radio stansiyasının dəyişdirilməsi üçün.

                [1] Mercedes me connect xidmətlərindən istifadə etmək üçün Mercedes me ID yaratmalı və Mercedes me connect xidmətlərinin istifadə şərtlərini qəbul etməlisiniz. Göstərilən xidmətlər və onların mövcudluğu, xüsusilə, avtomobil modeli, istehsal ili, seçilmiş əlavə avadanlıq və ölkədən asılıdır.
                [2] Konfiqurasiyadan asılı olaraq seçimlə mövcud avadanlıq.
                Zero Layer OLED mərkəzi ekranın əsas görünüşü hər şeyi bir baxışda göstərir. İnnovativ Zero Layer istifadəçi interfeysi süni intellektdən istifadə edərək ən vacib funksiyaları birbaşa görmə sahəsində təklif edir, beləliklə, adətən menyulardan əlavə keçid olmadan birbaşa giriş etmək mümkündür.
                In-Car Office In-Car Office[1] ilə yolda olarkən həmişə məhsuldar və yeniliklərdən xəbərdar olursunuz. E-maillərin səsləndirilməsi funksiyası, səsli əmr vasitəsilə e-maillərin və təqvim qeydlərinin yaradılması, həmçinin telefon konfransları üçün avtomatik zəng xatırlatması sayəsində yol səfərinə tam diqqət yetirərkən işləməyə davam edə bilərsiniz.


                [1] Mercedes me connect xidmətlərindən istifadə etmək üçün Mercedes me ID yaratmalı və Mercedes me connect xidmətlərinin istifadə şərtlərini qəbul etməlisiniz. Göstərilən xidmətlər və onların mövcudluğu, xüsusilə, avtomobil modeli, istehsal ili, seçilmiş əlavə avadanlıq və ölkədən asılıdır.
                "MBUX Entertainment" "MBUX Entertainment"[1][2] ilə sevdiyiniz musiqidən həzz alın. Yeni EQE SUV avtomobilində "Hər şey daxil" məlumat paketinə qoşulmaqla siz seçilmiş kənar provayderdən musiqi axını və digər yayımlar üçün dəstək alacaqsınız.
                [1] "Mercedes me connect"in "MBUX Entertainment" xidmətindən istifadə etmək üçün seçilmiş yayım provayderi ilə müştəri arasında ayrıca müqavilə tələb olunur. Xidmətdən istifadə etmək üçün müştəriyə məxsus məlumat həcmi tələb olunur.
                [2] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq.
                “Smart Home” ilə inteqrasiya Yolda olarkən səsli əmrlər vasitəsilə “Smart Home”[1] ilə əlaqədə qalın. Məsələn, diqqətinizi yoldan ayırmadan sadəcə bir soğru ilə evin pəncərələrini bağlayıb-bağlamadığınızı yoxlaya bilərsiniz. Evə qayıdarkən isə qısa bir elan [2] vasitəsilə evi gəlişinizə hazırlaya bilərsiniz.
                [1] “Smart Home” ilə inteqrasiyadan istifadə etmək üçün siz "MBUX Voice Assistant"ı aktivləşdirməli və müvafiq "Smart Home" provayderi ilə müştəri hesabınızı "Mercedes me connect" hesabı ilə əlaqələndirməlisiniz.
                [2] "Mercedes me connect" xidmətlərindən yararlanmaq üçün fərdi "Mercedes me ID" yaratmalı və "Mercedes me connect" xidmətindən istifadə şərtlərinə razılıq verməlisiniz. Təqdim olunan xidmətlər, onların əlçatanlığı və funksionallığı avtomobilin modelindən, buraxılış ilindən, seçilmiş əlavə avadanlıqlardan və ölkədən asılıdır.
                “Sound Experience” Seçimə görə təklif olunan Burmester® 3D həcmli səs sistemi[1] ilə hər səyahət vahid səs tərtibatı sayəsində akustik təcrübəyə çevrilir. İdarəetmə tərzindən və rejimindən asılı olaraq, "Silver Waves", "Vivid Flux", "Serene Breeze" və hətta "Roaring Pulse" kimi səs mövzularını hiss edə bilərsiniz.
                [1] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq.
                "Traffic Sign Assist" Vəziyyətə tam nəzarət edin: kamera və xəritə məlumatlarının intellektual birləşməsi sayəsində "Traffic Sign Assist"[1] icazə verilən maksimum sürəti, ötmə məhdudiyyətlərini və bu məhdudiyyətləri aradan qaldırmağın yollarını müəyyən etməklə yanaşı, həm də işıqforun qırmızı işığına, dayanma nişanlarına, “Giriş qadağandır” nişanına reaksiya verir və dayanma, yaxud “Giriş qadağandır” nişanlarının tələblərinin pozulması barədə sizi xəbərdar edir.[2]
                [1] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
                [2] Sürücüyə dəstək və təhlükəsizlik sistemlərimiz yalnız köməkçi vasitələrdir və sürücü olaraq sizi məsuliyyətindən azad etmir. Zəhmət olmasa, təlimat kitabçasındakı məlumatlarla tanış olun və orada təsvir olunmuş sistem məhdudiyyətlərini nəzərə alın.
                "Driving Assistance Plus" paketi Təyinat məntəqəsinə sakit və təhlükəsiz çatın: ən müasir smart sensor sistemləri ilə stresdən azad olun. Çoxsaylı köməkçilər vəziyyətdən asılı olaraq sizə dəstək verir, toqquşma riski barədə məlumatlandırır və lazım gəldikdə müdaxilə edir.[1][2]
                [1] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
                [2] Sürücüyə dəstək və təhlükəsizlik sistemlərimiz yalnız köməkçi vasitələrdir və sürücü olaraq sizi məsuliyyətindən azad etmir. Zəhmət olmasa, təlimat kitabçasındakı məlumatlarla tanış olun və orada təsvir olunmuş sistem məhdudiyyətlərini nəzərə alın.
                “ECO Assist” "ECO Assist" qabaqlayıcı idarəetməni dəstəkləyir və ayağınızı qaz pedalından nə vaxt çəkməli olduğunuzu göstərir. Məsələn, təhlil qarşıda hərəkət edən nəqliyyat vasitələrini və ya sürət həddini, habelə müəyyən vəziyyətdə yayınmağın və ya sürəti azaltmağın daha məqsədəuyğun olub-olmadığını nəzərə ala bilər. [2]
                [2] Sürücüyə dəstək və təhlükəsizlik sistemlərimiz yalnız köməkçi vasitələrdir və sürücü olaraq sizi məsuliyyətindən azad etmir. Zəhmət olmasa, təlimat kitabçasındakı məlumatlarla tanış olun və orada təsvir olunmuş sistem məhdudiyyətlərini nəzərə alın.
                "Trailer Manoeuvring Assist" sistemi Seçimə uyğun təklif olunan "Trailer Manoeuvring Assist"[1] sistemi ilə hətta çətin vəziyyətlərdə belə arxaya hərəkət manevrlərini inamla və dəqiq yerinə yetirərək vaxtınıza qənaət edirsiniz, eyni zamanda, əsəblərinizi qorumuş olursunuz. Bu, həm təcrübəsiz, həm də təcrübəli sürücülər üçün əsl rahatlıqdır.[2]
                [1] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
                [2] Sürücüyə dəstək və təhlükəsizlik sistemlərimiz yalnız köməkçi vasitələrdir və sürücü olaraq sizi məsuliyyətindən azad etmir. Zəhmət olmasa, təlimat kitabçasındakı məlumatlarla tanış olun və orada təsvir olunmuş sistem məhdudiyyətlərini nəzərə alın.
                HEPA filtrli "ENERGIZING AIR CONTROL Plus" sistemi Yalnız allergiya xəstələri üçün deyil: HEPA filtri havanın çirklənməsini effektiv şəkildə azaldır. "ENERGIZING AIR CONTROL Plus"[1] sistemi həm də avtomobilin daxilində və xaricində havanın keyfiyyətinə nəzarət edir və nəticəni MBUX-da əks etdirir. Əldə olunan nəticələrdən asılı olaraq, "Mercedes" avtomatik olaraq təmiz hava rejimi və havanın sirkulyasiya rejimi arasında keçid edir.
                [1] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
                "Acoustic Comfort" paketi Geniş səs izolyasiya tədbirləri sayəsində bu əlavə paketlə akustik komfortu ən yüksək səviyyədə hiss edəcəksiniz. Xüsusi akustik köpük detalları sakit atmosferi təmin edir.[1]
                [1] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
                "Remote Parking" tətbiqi "Remote Parking" tətbiqi[1] ilə siz rahatlıqla pulsuz parklama yerlərinə daxil olub və oradan çıxa bilərsiniz - sistem giriş-çıxış zamanı "Mercedes"i avtomatik manevr etdirir. Siz parklanma prosesinə avtomobildən kənardan nəzarət edir və onu smartfonunuz vasitəsilə idarə edə bilirsiniz.[2][3]
                [1] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
                [2] "Mercedes me connect" xidmətlərindən yararlanmaq üçün fərdi "Mercedes me ID" yaratmalı və "Mercedes me connect" xidmətindən istifadə şərtlərinə razılıq verməlisiniz. Təqdim olunan xidmətlər, onların əlçatanlığı və funksionallığı avtomobilin modelindən, buraxılış ilindən, seçilmiş əlavə avadanlıqlardan və ölkədən asılıdır.
                [3] "Mercedes me connect" xidmətlərindən yararlanmaq üçün fərdi "Mercedes me ID" yaratmalı və "Mercedes me connect" xidmətindən istifadə şərtlərinə razılıq verməlisiniz.
                HANDS-FREE ACCESS funksiyasına malik "KEYLESS-GO Convenience Package" "KEYLESS-GO Convenience Package"[1] ilə siz sadəcə açarı üzərinizdə saxlamaqla avtomobilinizi işə sala və mühərriyi söndürə bilərsiniz. HANDSFREE ACCESS funksiyası arxa qapını təmassız, tam avtomatik açmağa və baglamağa imkan verir.
                [1] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
                360° kameralı parklanma paketi 360° kameralı "Active Parking Assist"[1] funksiyası yaxınlıqda olan boş və işarələnmiş parklanma yerlərini aşkar edir. Parklanma yerini seçdikdən sonra dinamik təsvir və səs əlaqəsi sayəsində arxayınlıqla avtomobili parklaya və ya parklanma dəstəyindən[2] istifadə edərək manevr edə bilərsiniz.
                [1] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
                [4] Sürücüyə dəstək və təhlükəsizlik sistemlərimiz yalnız köməkçi vasitələrdir və sürücü olaraq sizi məsuliyyətindən azad etmir. Zəhmət olmasa, təlimat kitabçasındakı məlumatlarla tanış olun və orada təsvir olunmuş sistem məhdudiyyətlərini nəzərə alın.
                Şəffaf kapot Hətta nahamar ərazilərdə belə inamla manevr etmək və maneələrdən təhlükəsiz yayınma imkanı: bu funksiya yolsuzluq şəraitində kapotu şəffaf edir. Kamera görüntüləri əsasında yaradılan virtual görünüş birbaşa "Mercedes"in qarşısındakı sahəni göstərir. Bundan əlavə, qarşıdakı yolun vizuallaşdırılması optimal hərəkət trayektoriyası seçməyə kömək edir.[1]
                [1] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
                DISTRONIC aktiv məsafə dəstəyi sistemi DISTRONIC aktiv məsafə dəstəyi sistemi [1] qarşıda hərəkət edən avtomobillə aranızdakı məsafəni avtomatik tənzimləməklə hərəkəti və dayanmanı asanlaşdırır. İstədiyiniz məsafə artan xətt üzrə tənzimlənə bilər.[2]
                [1] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
                [2] Sürücüyə dəstək və təhlükəsizlik sistemlərimiz yalnız köməkçi vasitələrdir və sürücü olaraq sizi məsuliyyətindən azad etmir. Zəhmət olmasa, təlimat kitabçasındakı məlumatlarla tanış olun və orada təsvir olunmuş sistem məhdudiyyətlərini nəzərə alın.
                "Active Lane Keeping Assist" sistemi İntellektual sistem hərəkət zolağınızda qalmağınıza daim nəzarət edir. Potensial təhlükə aşkar edildikdə, "Active Lane Keeping Assist" sistemi[1] aktiv müdaxilə edə və sükanı düzgün idarə etməyinizi təmin edə bilər.[2]
                [1] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
                [2] Sürücüyə dəstək və təhlükəsizlik sistemlərimiz yalnız köməkçi vasitələrdir və sürücü olaraq sizi məsuliyyətindən azad etmir. Zəhmət olmasa, təlimat kitabçasındakı məlumatlarla tanış olun və orada təsvir olunmuş sistem məhdudiyyətlərini nəzərə alın.
                DIGITAL LIGHT texnologiyası DIGITAL LIGHT[1] sistemi parlaq işıqlandırma şəraitini ifadə edir. Əlavə olaraq təklif olunan HD sistemi proyektor kimi işləyir və yolun işıqlandırılmasını nəqliyyatın hərəkəti, yolun hərəkət hissəsi və ya hava şəraiti kimi daim dəyişən ətraf mühit amillərinə uyğunlaşdıraraq istənilən vəziyyətdə reaksiya verir.[2]
                [1] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
                [2] Sürücüyə dəstək və təhlükəsizlik sistemlərimiz yalnız köməkçi vasitələrdir və sürücü olaraq sizi məsuliyyətindən azad etmir. Zəhmət olmasa, təlimat kitabçasındakı məlumatlarla tanış olun və orada təsvir olunmuş sistem məhdudiyyətlərini nəzərə alın.
                “PRE-SAFE® Impulse Side” sistemi “PRE-SAFE® Impulse Side”[1] sistemi sürücünü və ön sərnişini yan zərbəyə hazırlaya və xəsarət riskini azalda bilər. Sistem sürücünü və ya ön sərnişini avtomobilin içinə doğru çəkərək təhlükəli zonadan uzaqlaşdırır.[2]
                [1] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
                [2] Sürücüyə dəstək və təhlükəsizlik sistemlərimiz yalnız köməkçi vasitələrdir və sürücü olaraq sizi məsuliyyətindən azad etmir. Zəhmət olmasa, təlimat kitabçasındakı məlumatlarla tanış olun və orada təsvir olunmuş sistem məhdudiyyətlərini nəzərə alın.
                GUARD 360° avtomobil qoruması GUARD 360° avtomobil qoruması avtomobilin ətrafını tam nəzarətdə saxlayır — məsələn, genişlənmiş oğurluq əleyhinə siqnal sistemi və çəkilmə əleyhinə qoruma ilə. Avtomobilin içində hərəkətlər vizual və akustik xəbərdarlıqlara səbəb olur.
                Rear-axle steering Arxa ox idarəetməsi
                Arxa ox idarəetməsi[1] üstün yol tutumu, artan çeviklik və daha yaxşı manevr qabiliyyəti kimi üstünlüklər təqdim edir — məsələn, dayanarkən. Sürətə görə, arxa təkərlər ön təkərlərlə əks və ya eyni istiqamətdə idarə olunur.[2]

                [1] Konfiqurasiyadan asılı olaraq seçimlə mövcud avadanlıq.
                [2] Sürmə köməkçi və təhlükəsizlik sistemlərimiz sadəcə köməkçi vasitələrdir və sürücü olaraq sizin məsuliyyətinizi azaldmır. Xahiş olunur, istifadəçi təlimatındakı məlumatlara və orada təsvir edilən sistem məhdudiyyətlərinə diqqət yetirin.
                AIRMATIC AIRMATIC hava süspansiyonu[1] çətin ərazilərdə belə mükəmməl sürüş təklif edir. Adaptiv sönüm sistemi hər təkər üçün ayrı-ayrılıqda tənzimlənir və rahat və komfortlu səfərin əsasını təşkil edir.[2]


                [1] Konfiqurasiyadan asılı olaraq seçimlə mövcud avadanlıq.

                [2] Sürmə köməkçi və təhlükəsizlik sistemlərimiz sadəcə köməkçi vasitələrdir və sürücü olaraq sizin məsuliyyətinizi azaldmır. Xahiş olunur, istifadəçi təlimatındakı məlumatlara və orada təsvir edilən sistem məhdudiyyətlərinə diqqət yetirin.
                4MATIC tam ötürmə sistemi 4MATIC tam ötürmə sistemi[2] torpaq yollarda belə dinamik sürmə zövqü və üstün idarəetmə xüsusiyyətləri təmin edir. Sistem dartmanı və sürmə sabitliyini yaxşılaşdırır — hətta yaş, qar və buzlu şəraitdə əlavə təhlükəsizlik üçün.

                [2] Sürmə köməkçi və təhlükəsizlik sistemlərimiz sadəcə köməkçi vasitələrdir və sürücü olaraq sizin məsuliyyətinizi azaldmır. Xahiş olunur, istifadəçi təlimatındakı məlumatlara və orada təsvir edilən sistem məhdudiyyətlərinə diqqət yetirin.
                MERCEDES-AMG Mercedes-AMG EQE SUV. “Mercedes-AMG EQE” yolsuzluq avtomobilinin eksteryer dizaynı “Mercedes-EQ” modellərinin unikal estetikasını xarakterik “Mercedes-AMG” dizayn elementləri ilə birləşdirərək onu daxiliyanma mühərrikli avtomobillərdən aydın şəkildə fərqləndirir. “Mercedes-AMG EQE” yolsuzluq avtomobilinin xüsusi görünüşü üçün AMG avtomobillərinə xas arxa hissə və xromlanmış şaquli dayaqlara malik radiator qəfəsi səciyyəvidir. Kapotun üzərindəki AMG nişanı da diqqətdən yayınmır.
                LeftRight

                Eksteryer Dizaynı

                İnteryer Dizaynı

                Eksteryerin əsas məqamları

                Close X
                Növbəti
                Əvvəlki
                  Üzərində AMG yazısı əks olunan AMG-yə xas qara panel radiator qəfəsi Xromlanmış şaquli dayaqlara malik, üzərində "Mercedes" ulduzu və AMG hərfləri əks olunmuş AMG-yə xas qara panel radiator qəfəsi avtomobilin ön hissədən görünüşü xarakterizə edir.
                  Kapotun üzərində əks olunan AMG gerbi Kapotun üzərində əks olunan AMG gerbi yeni "Mercedes-AMG EQE" modelinin ənənəvi AMG ailəsinə mənsub olduğunu göstərir.
                  Çoxmilli yüngül lehimli AMG diskləri Yüngül lehimli AMG disklərinin dəbli dizaynı yeni “Mercedes-AMG EQE” yolsuzluq avtomobilinin görünüşünü nəzərə çarpdırır.
                  "AMG Night" paketi Qara və parlaq qara dizayn elementləri olan əlavə "AMG Night" paketi kimi cəlbedici dizayn elementləri avtomobilin ifadəli xarakterini nəzərə çarpdırır.
                  "AMG Night II" paketi "AMG Night II" paketi [1] elementləri ilə "AMG Night" paketinin ahəngi avtomobilinizin ifadəliliyinə zəriflik qatır - modelin gerbi və arxa hissədə yerləşən "Mercedes" ulduzu qara xromla işlənib.
                  [1] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
                  AMG qırmızı əyləc kaliperləri "AMG" yazısı ilə qırmızı əyləc kaliperləri[1] avtomobilinizin dinamik və eksklüziv təbiətini hər zaman göstərir. Qırmızı əyləc kaliperləri əyləc sisteminin və mühərrikin performansını vurğulayan vizual elementdir.

                  [1] Konfiqurasiyadan asılı olaraq seçimlə mövcud avadanlıq.
                  Aerodinamik olaraq optimallaşdırılmış AMG çoxşüalı yüngül lehimli disklər 55.9 sm (22 düym) ölçülü, yüksək parlaq mat qara səthli AMG çoxşüalı yüngül lehimli disklər[1] Mercedes-AMG EQE SUV-nin gələcəyə yönəlmiş dizaynını önə çıxarır.

                  [1] Konfiqurasiyadan asılı olaraq seçimlə mövcud avadanlıq.

                  AMG çoxşüalı yüngül lehimli disklər Aerodinamik 55.9 sm (22 düym) ölçülü AMG çoxşüalı yüngül lehimli disklər[1] AMG performans avtomobilinin tələblərinə uyğun hazırlanmışdır

                  [1] Konfiqurasiyadan asılı olaraq seçimlə mövcud avadanlıq.

                  İnteryerin əsas məqamları

                  Close X
                  Növbəti
                  Əvvəlki
                    AMG sükan düymələri ilə təchiz olunmuş AMG Performance sükanı Hər şey sizin nəzarətiniz altında: AMG Performance sükanı yüksək keyfiyyətli nappa dərisi ilə örtülüb və tutacaq hissəsində perforasiya olunub. Sükan üzərində intuitiv şəkildə idarə olunan AMG düymələri və gümüş rəngli alüminium sürət dəyişmə qanadcıqları yerləşdirilib. Bu qanadcıqlar enerji rekuperasiyasının müxtəlif səviyyələrini seçməyə imkan verir və sizə sürüş dinamikasına aid funksiyaları tez və əminliklə idarə etməyə şərait yaradır.
                    AMG DYNAMIC SELECT sürüş rejimləri Sürüş xüsusiyyətlərini vəziyyətə və ya şəxsi seçimlərinizə uyğun olaraq sadəcə bir düymə ilə dəyişə bilərsiniz. Beş AMG DYNAMIC SELECT sürüş rejimi — "Slippery" (Sürüşkən), "Comfort" (Rahat), "Sport" (İdman), "Sport+" (İdman+), və "Individual" (Fərdi) — yüksək komfortdan tutmuş güclü idman xarakterli sürüşə qədər geniş bir spektri əhatə edir.
                    Xüsusi döşəmə dizaynına malik AMG idman oturacaqları Salonun idman üslubunu AMG loqolu AMG idman oturacaqları və ARTICO süni dəridən MICROCUT mikrofiber materialla hazırlanmış, qırmızı tikişli AMG-yə məxsus xüsusi oturacaq döşəməsi tamamlayır. Alternativ olaraq, qara və ya neva boz rəngində nappa dəridən hazırlanmış oturacaq döşəməsi də seçim kimi təqdim olunur. Bu variantda da AMG-yə xas döşəmə və baş dayağında AMG loqosu mövcuddur.
                    MICROCUT mikrofiberlə işlənmiş dekorativ üzlük Kokpit idman üslubunda, həyəcanverici kontrastlarla zəngin bir interyer atmosferi təqdim edir. Bel xətti, qapıların mərkəz panelləri, alətlər paneli və mərkəzi konsol yüksək keyfiyyətli MICROCUT mikrofiber materialla üzlənib və bəzi hissələrdə qırmızı dekorativ tikişlərlə tamamlanıb.
                    AMG idman üslublu pedal dəsti Fırçalanmış paslanmayan poladdan hazırlanmış və qara rezin çıxıntılarla təchiz olunmuş AMG idman pedal dəsti həm görünüş, həm də funksionallıq baxımından motosportun ruhunu əks etdirir. Rezindən olan çıxıntılar idman üslubunda sürüş və çətin sürüş vəziyyətlərində lazım olan əlavə tutumu təmin edir.
                    AMG TRACK PACE AMG TRACK PACE\[1] avtomobilinizi sizin öz virtual yarış mühəndisinizə çevirir. Dövrə, sektor və sürətlənmə vaxtları ilə seçilmiş canlı telemetriya məlumatlarının köməyi ilə bağlanmış yarış traslarında sürücülük bacarıqlarınızı dəqiq analiz edib inkişaf etdirə bilərsiniz.

                    \[1] Konfiqurasiyaya görə seçimlə təklif olunan avadanlıqdır.
                    AMG Performance sükanı nappa dərisi/MICROCUT mikrofiber materialından hazırlanmışdır İncə nappa dərisi tutumu yaxşılaşdıran MICROCUT mikrofiberlə\[1] birləşərək mükəmməl tutuş və dəqiq idarəetmə təmin edir. AMG-yə xas yastılaşdırılmış forma salonun idman üslubunu vurğulayır, praktiki AMG sükan düymələri isə diqqətli sürüşü asanlaşdırır.

                    \[1] Konfiqurasiyaya görə seçimlə təklif olunan avadanlıqdır.
                    AMG Performance sükanı karbondan hazırlanmış/MICROCUT mikrofiber dizaynında Göz oxşayan karbondan hazırlanmış dizayn tutumu artıran MICROCUT mikrofiberlə\[1] birləşərək həm görmə, həm də toxunma baxımından önə çıxır. AMG-yə xas yastılaşdırılmış forma motosportdan ilhamlanıb və erqonomik yerləşdirilmiş AMG sükan düymələri rahat və intuitiv idarəetməni təmin edir.

                    \[1] Konfiqurasiyaya görə seçimlə təklif olunan avadanlıqdır.
                    AMG karbondan hazırlanmış dekorativ üzlük Yüksək keyfiyyətli AMG karbondan hazırlanmış dekorativ elementlər\[1] salonun fərdi görünüşünü təmin edir. Onlar mərkəzi konsolla harmonik şəkildə birləşərək maraqlı və eksklüziv kontrastlar yaradır.

                    \[1] Konfiqurasiyaya görə seçimlə təklif olunan avadanlıqdır.
                    Mercedes-Benz Azərbaycan Əlaqə üçün formu doldurun