Giriş
Model
Eksteryer
İnteryer
Texnologiya
Night Series
Bizimlə əlaqə saxlayın
    Emerald Green / Mojave Silver
    Obsidian Black / MANUFAKTUR Kalahari Gold
    Obsidian Black / Rubellite Red
    Polar White
    Black
    Selenite Grey
    Emerald Green
    High Tech Silver
    Sodalite Blue
    Obsidian Black
    MANUFAKTUR Alpine Grey Solid
    MANUFAKTUR Hyacinth Red Metallic
    MANUFAKTUR Diamond White Bright
    Model Mercedes-Maybach GLS FL
    Başlayaraq 316 078 AZN ƏDV daxil
    Model cərgəsi
    LeftRight

    Mercedes-Benz

    Close X
    Mercedes-Maybach GLS 600 4MATIC

    Mercedes-AMG

    Close X
    Strapline Content

    Mercedes-EQ

    Close X
    Strapline Content

    Mercedes-Maybach

    Close X
    Mercedes-Maybach GLS 600 4MATIC
    Eksteryer “Mercedes-Maybach GLS” avtomobilinin eksteryeri “Mercedes-Maybach GLS” avtomobilinin dizaynı ən yüksək səviyyəli dəbdəbəni təcəssüm etdirir. Səciyyəvi “Maybach” eleqantlığının “Mercedes-Benz” yolsuzluq avtomobilinə xas üstün xüsusiyyətlərlə ahəngi. Böyük ölçülər dəyərli görünüşü təmin edir. Yeni hava girişi dizaynı, iki çalarlı kuzov rəngi[2] və ya “Maybach” loqosunun animasiyalı proyeksiyası ilə yenidən işlənmiş radiator qəfəsinə həkk olunmuş “Maybach” yazısını kəşf edin.
    LeftRight

    Xətlər və üslub

    Dizayn və Avadanlıq əsas məqamları

    Close X
    Növbəti
    Əvvəlki
      Yeni dizayna malik ön hissə Yenilənmiş radiator qəfəsinə və üzərində "Maybach" yazısına, eləcə də eleqant ön bamperə malik ön hissənin yeni dizaynı heyranlıq doğurur. Avtomobilin daha bir diqqətçəkən məqamı hava girişlərini bəzəyən eksklüziv “Mercedes-Maybach” emblemidir.
      58,4 sm (23") diametrli yeni döymə disklər Ən kiçik detallarına qədər dəbdəbə: 58,4 sm (23") diametrli yeni döymə disklər keçmiş ikonik modellərin məşhur disklərindən ilhamlanaraq yaradılıb və eleqant dizaynı ideal şəkildə tamamlayır.
      Ayaqaltılar “Mercedes-Maybach GLS” avtomobilinin avtomatik qatlanan yan ayaqaltıları minib-düşərkən sabitliyi təmin edir və onun eleqant görünüşünü vurğulayır.
      Arxa faralar və xaricetmə borusunun bəzəyi Xaricetmə borusunun bəzək elementləri modelin “Mercedes-Maybach” sinfinə məxsusluğundan xəbər verir. Avtomobilin fərqli yerlərində yerləşən markanın embleminə də aiddir.
      İki çalarlı kuzov rəngi “Mercedes-Maybach GLS” avtomobilinin rəng seçiminə həm də modelin istehsal xarakterini önə çıxaran incə ayırıcı xətti olan iki rəng çaları[2] daxildir.
      Loqonun proyeksiyası Avtomobilə minib-düşərkən mükəmməl LCD texnologiyası sayəsində “Mercedes-Maybach” brendinin embleminin yerə animasiyalı proyeksiyası vizual olaraq heyrətamiz effekt yaradır və sizi salamlayır.
      İnteryer “Mercedes-Maybach GLS” avtomobilinin interyeri “Ağıllı” texnologiyalar və diqqətlə düşünülmüş detallar komfortun ən yaxşı formasıdır: yeni “Mercedes-Maybach GLS” avtomobilinin geniş salonu öz sinfində mükəmməl rahatlığı təklif edir. “Mercedes-Maybach”a xas olan yüksək keyfiyyətli oturacaq üzlüyü və rombşəkilli tikişləri fərdi çalarları təmin edir. Müasir sükan avtomobili idarə etməkdən əlavə həm də naviqasiyadan əyləncəyə qədər müxtəlif funksiyaların idarəetməsini təmin edir. Yüksək keyfiyyətli dekorativ elementlər ümumi estetik təəssüratı artırır.
      LeftRight

      Dizayn və Avadanlıq əsas məqamları

      Close X
      Növbəti
      Əvvəlki
        Ən son nəsil sükan Dəbdəbə ən son nəsil sükanın yeganə üstünlüyü deyil: əsl çoxfunksiyalı istedadı sayəsində o, həm də innovativ istifadəçi komfortu təklif edir. Erqonomik şəkildə yerləşdirilmiş “Touch-Control” düymələri sürücüyə dəstək sistemlərinə, naviqasiyaya, telefoniyaya, sürətə nəzarət sisteminə və əyləncəyə intuitiv nəzarəti təmin edir.
        Salon işıqlandırması Avtomobilinizin salonunu şəxsi istəklərinizə və ya ovqatınıza uyğun işıqlandırın. Salonun 64 işıqlandırma rəngi havalandırma girişlərini, qapıları və ya idarəetmə paneli kimi müxtəlif sahələri fərqli rənglərlə işıqlandırmaq üçün tənzimlənə bilən maraqlı rəng sxemləri yaradır.
        Üzlüklər və oturacaq yastıqları üçün dəbli rənglər “Mercedes-Maybach GLS” avtomobilinin dəbli üzlük rəngləri və yüksək keyfiyyətli oturacaq üzlükləri interyerin eksklüzivliyini vurğulayır. Öz rənginizi seçin və şəxsi dəbdəbə atmosferinizi yaradın. “Mercedes-Maybach”a xas rombşəkilli tikiş interyerin eksklüzivliyini vurğulayır
        Şampan qədəhləri “Mercedes-Maybach GLS” şampan içmək üçün bol-bol səbəblər təklif edir. 4 nəfərlik versiyada iki arxa oturacaq arasında soyuducu kamera üçün yer var. Avadanlığı gümüşü rənglə üzlənmiş şampan qədəhləri ilə tamamlaya bilərsiniz.
        Dekorativ elementlər Dəbdəbəli estetikanın və yolsuzluq avtomobilinin heyranedici xarakterinin ahəngi: “Mercedes-Maybach GLS” avtomobilinin zərif interyer dizaynı parlaq qara piano rəngli axıcı cizgiləri olan dekorativ elementlərlə mükəmməl şəkildə tamamlanır. Ekstravaqant forması və xrom kimi zərif materiallar sayəsində bəzək elementləri yüksək keyfiyyətli interyer konseptinə mükəmməl şəkildə uyğunlaşır.
        Premium keyfiyyətli arxa hissəyə malik 4 yerlik salon Yüksək keyfiyyətli arxa hissəyə malik 4 yerlik salon ilə mobil sağlamlıq spası daim əlinizin altında olacaq ki, bu da sizə düyməyə bir dəfə toxunuş etməklə yarıuzanmış halda rahat əyləşməyə imkan verir. Bundan əlavə, sizə çox enli ayaqaltı təklif olunur. Sizin həmçinin isti daş oturacaq masajı və oturacaq kondisioneri ilə qayğınıza qalmaq imkanınız var.
        Arxa hissədə soyuducu kamera Sərin içkilər və yeməklər daim əlinizin altındadır. 9,6 litr həcmə malik soyuducu kamera[2] arxa qoltuqaltıya ahəngdar şəkildə uyğunlaşdırılır. Bu, hətta yüksək temperatur şəraitində belə təravətləndirici soyuq içkilərdən həzz almağa imkan verir.
        ENERGIZING AIR CONTROL sistemi Rahat nəfəs alın: ENERGIZING AIR CONTROL[2] hava keyfiyyəti və toz zərrəcikləri sensorlarından istifadə edərək havanın keyfiyyətinə nəzarət edir. İki mərhələli filtr konsepsiyası toz zərrəciklərini və tənəffüs edilə bilən digər çirkləndiriciləri əhəmiyyətli dərəcədə azaldır. Əldə olunan nəticələrdən asılı olaraq, “Mercedes” avtomatik olaraq təmiz hava rejimi və havanın sirkulyasiya rejimi arasında keçid edir.
        Geniş ayaqaltı sahə Azadlıq özünü məhdudlaşdırmaq demək deyil: “Mercedes-Maybach GLS” ön sərnişinə geniş ayaqaltı sahə və 43,5 dərəcəyə qədər söykənəcək bucağı təklif edir. Bu, söykənəcəyə rahat söykənməyə və hər səfərdən həzz almağa imkan verir.
        MBUX Bütün hisslər üçün dəbdəbə: “Mercedes-Benz User Experience” sizə hər baxış, hər söz və hər toxunuşla istifadə rahatlığını yenidən kəşf etməyə imkan verir. İnnovativ geniş ekranlı idarəetmə paneli cəlbedici iş və ekran təcrübəsi üçün dilə, jestlərə və ya toxunuşlara reaksiya verir.
        MANUFAKTUR dəri paketi MANUFAKTUR dəri paketi[2] zərif materiallar sayəsində “Maybach”ın interyerinin möhtəşəm estetikasını artırır. Sizi əlavə tikişlərə malik olan dam örtüyünə qədər böyük sahəni zərif nappa dərisi əhatə edir. Eksklüziv yumşaq oturacaq yastıqları və ayaqaltılar arxa oturacaqların rahatlığını ən yüksək səviyyəyə çatdırır.
        "MANUFAKTUR Exclusive" dəri paketi "MANUFAKTUR Exclusive" dəri paketi[2] bu avtomobil şedevrini mükəmməl şəkildə tamamlayır. Hətta pəncərə çərçivəsi də çox zərif nappa dərisi ilə işlənmişdir. Sürücü və ön sərnişin tərəfdən alətlər panelinin yan üstlükləri bəzəklə eyni rənglərlə işlənib ki, bu da MAYBACH-ın müstəsna üstünlüyündən xəbər verir.
        “Exclusive” dekorativ elementlər paketi Dekorativ paket avtomobilinizin interyerinə fərdi görünüş bəxş edir. Ön oturacaqların söykənəcəklərindəki əlavə dekorativ elementlər interyerə təbii şəkildə uyğunlaşır və unikal kontrast yaradır. Bu, arxada əyləşən sərnişinlərə yüksək keyfiyyətdən xoş təəssürat almağa imkan verəcək.
        “Chrome” paketi “Chrome” paketi ilə elenqantlığın sizin üçün nə dərəcədə vacib olduğunu göstərə bilərsiniz. Seçilmiş dizayn elementləri üçün nəzərdə tutulmuş bu paket standart interyerə əlavə çalarlar qatır: çoxsaylı çərçivələr dəbli gümüşü xromla işlənib. Bu, salona daha keyfiyyətli atmosfer bəxş edir.
        Avadanlıq “Mercedes-Maybach GLS” avtomobilinin avadanlığı
        Növbəti
        Əvvəlki
          “Maybach” üslubunda displey Yeni “Mercedes-Maybach GLS” avtomobilinin tam rəqəmsal alətlər paneli bu avtomobil üçün xüsusi olaraq işlənib hazırlanmış “Maybach” dizaynına malikdir. Məlumat qızılgül qızılının və tünd mavinin eksklüziv çalarlarında təqdim olunur və həm rəqəmlər, həm də göstəricilər üçün metal elementlərlə tamamlanır.
          MBUX + NTG7 telematikası Yeni yolsuzluq avtomobili dəbdəbəsi: ən son nəsil MBUX sayəsində siz səs düyməsi vasitəsilə multimedia displeylərini sensor ekranı, naviqasiyanı əlavə reallıq və "ağıllı" səs idarəetməsi ilə mükəmməl şəkildə birləşdirə bilərsiniz.
          “MBUX Music Streaming” MBUX multimedia sistemi sizə istənilən vaxt sevimli musiqinizi dinləmək imkanı təklif edir. Siz müvafiq musiqi yayımı provayderiniz vasitəsilə pleylistlərinizi dinləyə və bütün musiqi kataloqlarına çıxış əldə edə bilərsiniz. Məsələn, “MBUX Voice Assist” vasitəsilə idarəetmə çox rahatdır.
          Yüksək keyfiyyətli Burmester® 4D həcmli səs sistemi Yüksək keyfiyyətli Burmester® 4D həcmli səs sisteminin[2] dinamikləri unikal premium səs təcrübəsinə zəmanət verir. Oturacağa inteqrasiya olunmuş əlavə səsgücləndiricilər sayəsində musiqini təkcə qulaqlarınızla deyil, bütün bədəninizlə hiss edəcəksiniz.
          Əlavə rəqəmsal imkanlar Elə ilk andan "Mercedes-Benz" düşündüyünüzdən daha çox şey təklif edir. Avtomobilinizin modelindən, seçdiyiniz xüsusi avadanlıqdan, buraxılış ilindən və ölkədən asılı olaraq, "Remote", "Navigation", "Charging", "Guard 360° “Vehicle Protection" və "Entertainment" kimi bir çox rəqəmsal əlavə xidmətlər satınalma tarixindən 36 aylıq müddətə xidmətlər siyahısına daxil edilir[7]. Rəqəmsal əlavə xidmətlərin üstünlüklərindən ilkin müddət başa çatdıqdan sonra da istifadə etmək istəyirsinizsə, istifadə müddətini "Mercedes me Store"da cəmi bir neçə kliklə yeniləyə bilərsiniz.
          Sürüşmə panoram lyuku Açıq və ya qapalı olmasından asılı olmayaraq, sürüşmə panoram lyuku sizə möhtəşəm azadlıq hissi və interyerdə işıqlı xoş atmosfer bəxş edir. Kənardan baxdıqda, geniş sürüşmə lyuku həm də unikal vizual təəssürat yaratmaqla eksteryerə yüngüllük və eksklüzivlik bəxş edir.
          Akustik komfort paketi Avtomobili idarə edərkən maksimum səs keyfiyyətindən zövq alın: akustik komfort paketinin səs izolyasiyası avtomobildən kənardakı qıcıqlandırıcı səs-küyü xeyli azaldır. Artıq yüksək sürət zamanı belə heç nə sakit söhbətinizə mane olmayacaq. Bundan başqa, sakit atmosfer diqqətinizi tamamilə yola yönəltməyinizə və təyinat nöqtəsinə rahat çatmağınıza şərait yaradır.
          Arxa sərnişinlər üçün "MBUX High-End" multimedia sistemi 11,6 düymlük 2 ədəd tam inteqrasiya olunmuş yüksək genişlənməli displeydə əks olunan kontent sayəsində premium səviyyəli əyləncədən həzz alın. Bununla siz həm də avtomobilin funksiyalarına birbaşa çıxışla arxada tam MBUX təcrübəsinə sahib olmuş olursunuz.
          Elektriklə çalışan rulonşəkilli günəş pərdələri Görmək, amma görünməmək: iki arxa qapıda elektriklə idarə olunan rulonşəkilli pərdələr sərnişinləri kənar gözlərdən, yayda isə gün işığından qoruyur. Hər bir şəraitdə siz avtomobildən kənarda baş verənləri görə bilərsiniz.
          Komfortlu təkyerli oturacaqlar Komfortlu təkyerli oturacaqlar arxa sərnişinlərinizə daha çox yer və şəxsi məkan təklif edir. Bundan əlavə, hər bir sərnişin oturacaq mövqeyini öz istəyinə uyğun tənzimləyə bilər.
          “ENERGIZING Plus” paketi Unikal “ENERGIZING Plus” paketi bütün hissiyyat orqanları üçün komfort vəd edir. Bu paket premium keyfiyyətli müxtəlif funksiyaları innovativ zəka ilə bir araya gətirir. “Mercedes” müxtəlif vasitələrlə sükan arxasında uzun və gümrah vaxt keçirməyiniz, yaxud xoş səyahətlərdən zövq almağınız üçün sizi həm ruhlandıracaq, həm də qayğınıza qalacaq.
          MULTIBEAM LED faraları İstər magistrallarda olsun, istər şosse yollarında, istərsə də şəhərdaxili yollarda: "ağıllı" işıqlandırma funksiyaları sayəsində adaptiv MULTIBEAM LED faraları yol səthini ətraf vəziyyətə uyğun işıqlandırır və bununla da, əla görmə qabiliyyətini təmin edir. Fərdi tənzimlənən LED işıqlar sayəsində faralar yoldakı mövcud vəziyyətə reaksiya verir.
          “Adaptive High Beam Assist Plus” sistemi “Ağıllı” uzaq işıqlara malik faralar. Gecəni gündüzə çevirir və sizi yorucu idarəetmədən xilas edir. “Uzağı görmək, amma gözləri qamaşdırmamaq” şüarını rəhbər tutan “Adaptive High Beam Assist Plus” sistemi qarşıdan gələn nəqliyyat axının və ya qarşıdakı nəqliyyat vasitələrinin qarşısını almaq üçün yüksək dəqiqlikli LED-lərdən istifadə edir ki, nəticədə, yaxın işığa keçməyinizə ehtiyac qalmır.
          “Driving Assistance Plus Package” “Driving Assistance Plus Package”[6] avtonom idarəetməyə gedən yolda maksimum komfortu və təhlükəsizliyi təmin edir. Paketə həmçinin yolda hərəkət edərkən sürücünü stresdən azad edən “Active Traffic Jam Assist” funksiyası da daxildir. Digər üstünlük: “PRE-SAFE® Impulse Side” digər avtomobillərlə toqquşma zamanı əlavə qorunmanı təmin edir.
          “PRE-SAFE® Impulse Side” Təhlükəsizlik düz yanınızda: “PRE-SAFE® Impulse Side”[2] sizi və ön sərnişininizi yan zərbəyə hazırlaya və bununla da xəsarət riskini azalda bilər. Sistem sizi zərbə tərəfdən avtomobilin mərkəzinə doğru çəkir. Bu, yandan baş verə biləcək qəza zamanı müsbət təsir göstərə bilər
          360° kameralı parklanma paketi Optimal "Valet Service" funksiyası. 360° kameralı “Active Parking Assist”[6] boş parklama yerlərini tapmağı, ora daxil olub-çıxmağı asanlaşdırır. Sizin seçim imkanınız var: hərtərəfli görmə sayəsində avtomobilinizi arxayınlıqla park etmək və ya sizin əvəzinizə park edilməsini xahiş etmək.
          E-ACTIVE BODY CONTROL İstənilən şəraitdə üstün idarəetmə komfortu: komfort, dəqiqlik və dinamikanın sintezi olan E-ACTIVE BODY CONTROL[2] unikal yolsuzluq keyfiyyətlərini özündə birləşdirir. Yol və yolsuzluq şəraitində müstəsna sürmə komfortunu və əla sabitliyi, həmçinin quru, yaş və düz səthlərdə rəvan hərəkəti təmin edir.
          Naviqasiya üçün "MBUX Augmented Reality” (MBUX Əlavə Reallıq) funksiyası Mürəkkəb yol şəraitində istiqaməti rahat müəyyənləşdirə bilməyinizi təmin etmək məqsədilə naviqasiya üçün "MBUX Augmented Reality” funksiyası virtual dünyanı real dünya ilə birləşdirir. Texnologiya qrafik naviqasiyanı və yoldakı hərəkət haqqında məlumatları canlı təsvirlərə çevirir. Təyinat nöqtəsinə tez, təhlükəsiz və stressiz çatın.
          MAYBACH idarəetmə proqramı Xüsusilə işlənib hazırlanmış MAYBACH idarəetmə proqramı yalnız idarəetmə komfortu üçün nəzərdə tutulub. Klassik COMFORT proqramını əvəz edən bu proqram hərəkət zamanı arxa sərnişinlər üçün maksimum komfortu təmin edir. Bu proqram arxa oturacaqların arxasında kuzovun minimal tərpənməsinə zəmanət verir. Rəqs mərkəzinin orada yerləşməsi amplitudanın minimum olmasını təmin edir. MAYBACH avtomobili idarəetmə proqramı standart funksiyalara daxildir.
          Kondisionerli masaj kresloları İsti günlərdə sərinlik - soyuq günlərdə istilik. Arxa oturacaqların iqlim nəzarətinin üstünlüklərini məhz belə xarakterizə etmək olar. Oturacaqların ikinci cərgəsinin kənar oturacaqlarında əyləşən sərnişinlər sürücü və ön sərnişin kimi eyni xoş iqlimdən həzz alırlar. Kondisionerli masaj oturacaqları sayəsində siz dəbdəbəli yolsuzluq avtomobilinin salonunda olarkən istənilən yerdə və istədiyiniz zaman istirahət edə və rahatlana bilərsiniz.
          “Night Series” “Mercedes-Maybach GLS Night Series” “Night Series” avadanlıq paketi sayəsində “Mercedes-Maybach GLS” yolsuzluq avtomobili eksklüzivliyi[5] ilə valeh edir. Xüsusi üzlük rəngləri, parlaq kontrastlar və eksklüziv dekorativ elementləri ilə tamamlanan qara və ya qara xrom rəngli detalları ilə heyrətamiz dərəcədə zərif tünd estetikadan həzz alın. İnamlı xarici görünüş “Maybach”ın cəlbedici disk dizaynı ilə tamamlanır.
          LeftRight

          Eksteryer Dizaynı

          İnteryer Dizaynı

          Eksteryerin əsas məqamları

          Close X
          Strapline Content

          İnteryerin əsas məqamları

          Close X
          Strapline Content
          Bunu yolda yaşayın Mercedes-Maybach GLS-i sınaqdan keçirin Mercedes-Maybach GLS-i sınaqdan keçirmək üçün bizə sorğu göndərin və biz tezliklə sizinlə əlaqə saxlayacağıq.