Giriş
Model
Eksteryer
İnteryer
Texnologiya
Night Series
Bizimlə əlaqə saxlayın
    MANUFAKTUR Opalite White Bright / Obsidian Black
    Mojave Silver Metallic
    Black Metallic
    Emerald Green Metallic
    MANUFAKTUR Opalite White Bright
    MANUFAKTUR Night Black Magno
    MANUFAKTUR Vintage Blue Metallic
    MANUFAKTUR Patagonia Red Metallic
    Emerald Green / Mojave Silver Metallic
    High Tech Silver / Selenite Gray Metallic
    MANUFAKTUR Rubellite Red / Kalahari Gold Metallic
    Mojave Silver / Onyx Black Metallic
    Onyx Black / Kalahari Gold Metallic
    Nautic Blue / High Tech Silver Metallic
    Obisidan Black / High Tech Silver Metallic
    Model Mercedes-Maybach S-Class MY
    Başlayaraq 334 937 AZN ƏDV daxil
    Model cərgəsi
    LeftRight

    Mercedes-Benz

    Close X
    Növbəti
    Əvvəlki
      Mercedes-Maybach S 580
      Mercedes-Maybach S 680

      Mercedes-AMG

      Close X
      Strapline Content

      Mercedes-EQ

      Close X
      Strapline Content

      Mercedes-Maybach

      Close X
      Növbəti
      Əvvəlki
        Mercedes-Maybach S 580
        Mercedes-Maybach S 680
        Eksteryer “Mercedes-Maybach S-Class” avtomobilinin eksteryer avadanlığı Yeni "Mercedes-Maybach S-Class"ın eksteryerində misilsiz eleqant və lakonik dəbdəbə ideal harmoniya təşkil edir. Avtomobilin daha artıq uzunluğu, daha uzun təkər bazası, daha geniş arxa qapılar və arxa dayaqda üçüncü yan pəncərə sayəsində "Maybach S-Class" hər zaman maksimum komforta zəmanət verir.
        LeftRight

        Xətlər və üslub

        Dizayn və Avadanlıq əsas məqamları

        Close X
        Növbəti
        Əvvəlki
          Statusun ifadəsi "Mercedes-Maybach"ın eksteryeri ifadəliliyi və yüksək keyfiyyəti aydın şəkildə təcəssüm etdirir. Radiator qəfəsinin nazik şaquli xrom sütunları isə bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.
          Eksklüziv: "Mercedes-Maybach" təkərləri Üsluba uyğun gələn təkərlər avtomobilin dizaynının ayrılmaz elementidir. "Mercedes-Maybach S-Class"ın eksklüziv təkərləri də bu baxımdan istisna deyil.
          Əzəmətli görünüşə malik arxa hissə Səciyyəvi arxa hissə diskret mövqeyə və misilsiz gecə dizaynına malik arxa faralarla tamamlanır.
          MANUFAKTUR MANUFAKTUR eksklüziv səthlər və interyer üçün yüksək keyfiyyətli təchizat təklif edən fərdiləşdirmə proqramıdır. Seçilmiş materiallar və ustalıq “Mercedes-Benz”in dizaynını mükəmməl səviyyəyə çatdırır və xüsusi hisslər bəxş edir. Beləliklə, siz öz ideya və istəklərinizə uyğun hazırlanmış son dərəcə dəyərli avtomobil əldə etmiş olursunuz.
          İnteryer “Mercedes-Maybach S-Class” avtomobilinin interyer avadanlığı Yeni "Mercedes-Maybach S-Class" geniş çeşiddə eksklüziv materialları və bəzək elementlərini, həmçinin fərdi konfiqurasiya üçün müxtəlif oturacaq modifikasiyalarını özündə birləşdirir. O, həmçinin idarəetmə mərkəzi qismində və informasiya-multimedia sistemini idarə etmək üçün innovativ texnologiyaların və yüksək genişlənməyə malik displeylərin mükəmməl ahəngini təşkil edir.
          LeftRight

          Dizayn və Avadanlıq əsas məqamları

          Close X
          Növbəti
          Əvvəlki
            Yüksək səviyyəli arxa salon Yüksək səviyyəli arxa salonda siz özünüzü şəxsi təyyarədə hiss edəcəksiniz. Biznes sinif mərkəzi konsolu həm vizual, həm də funksional baxımdan arxa sərnişinlər üçün böyük tapıntı hesab etmək olar. Onun temperatur tənzimlənməsi funksiyasına malik stəkanaltıları və qapağı elektrik intiqalı ilə açılıb-bağlanan saxlama bölmələri göz oxşayır. Qoltuqaltının altında siz smartfonunuzu induktiv və simsiz şarj edə bilərsiniz.
            "Exclusive" paketi "Exclusive" paketi ilə fantastik atmosferdən zövq alın. Demək olar ki, bütün sərthlər zərif nappa dərisi, tavan üzlüyü isə yüksək keyfiyyətli DINAMICA mikrolifi ilə işlənib. Yüksək keyfiyyətli bu gözəllik bəzək elementləri ilə mükəmməl şəkildə tamamlanır.
            Yüksək səviyyəli interyer paketi Mükəmməlliklə uzlaşan avtomobil dəbdəbəsini hiss edin. Elektrik intiqalı ilə idarə olunan komfortlu qapılar avtomobilin 4D həcmli səs imkanlarına malik “Burmester” audio sistemindən zövq ala biləcəyiniz salonun arxa hissəsinə yüksək səviyyəli çıxışı təmin edir. Aktiv salon işıqlandırması və ya arxa oturacaqlar üçün premium keyfiyyətli MBUX multimedia sistemi kimi innovativ avadanlıq funksiyası zərif atmosferi tamamlayır.
            “Exclusive” dekorativ elementlər paketi Dekorativ paket avtomobilinizin interyerinə fərdi gözəllik bəxş edəcək. Ön oturacaqların söykənəcəklərinin və salonun arxa hissəsində qatlanan qoltuqaltının əlavə dekorativ elementləri yüksək keyfiyyət atmosferini daha da gücləndirir. Bu, arxada əyləşən sərnişinlərə yüksək keyfiyyətdən xoş təəssürat almağa imkan verəcək.
            MANUFAKTUR dəri paketi MANUFAKTUR dəri paketi "Mercedes-Maybach"ın salonunda xoş əhvali-ruhiyyəni və zərifliyi yeni səviyyəyə qaldırır. Hiss edə, toxuna və hətta qoxulaya biləcəyiniz dəbdəbə sizi gözləyir. Zərif nappa dərisi yastıqların və oturacaqların üzlənməsindən tutmuş, nəzərəçarpan bəzək elementlərinə qədər hər yerdə sizi əhatə edir.
            “Maybach” loqunun əks olunduğu yumşaq yastıq Bütün oturacaqlarda komfort hər zaman avtomobillərimizin fərqləndirici xüsusiyyəti olub. Ayrı-ayrı yastıqlar, məsələn, dəri üzlüklü, romb tikişli və üzərində "Maybach" loqosu əks olunan iki yumşaq yastıq (MANUFAKTUR paketinin bir hissəsi) uzun səfərlər zamanı komfort hissini əla şəkildə tamamlayacaq.
            Salonun arxa hissəsində qatlanan masalar Salonun arxa hissəsində iki masa olan mobil ofis yaradın. İki qatlanan masa yüksək keyfiyyətli biznes konsolunu rahat iş sahəsinə çevirir. Saxlama qabları noutbuk və ya sənədlər üçün yer təmin edir.
            Texnologiyalar
            Texnologiyalar “Mercedes-Maybach S-Class”ın texnoloji xüsusiyyətləri
            Növbəti
            Əvvəlki
              MBUX əlavə reallıq funksiyasına malik displey Ən müasir proyeksiya texnologiyaları sürücü üçün vacib məlumatların nümayiş olunduğu virtual təsvirləri görmə sahənizdə əks etdirir. Məsələn, istiqaməti göstərən böyük ölçülü oxlar harada dönməli olduğunuza işarə edir. Bu isə sizə ani qərarlar verməyə şərait yaradır.
              *Yalnız bəzi bazarlar üçün əlçatandır. Yerli dilerinizdən dəqiqləşdirmək tövsiyə olunur.
              "Driving Assistance" paketi Təyinat məntəqəsinə sakit və təhlükəsiz çatın: ən müasir smart sensor sistemləri ilə stresdən azad olun. Çoxsaylı sürücüyə dəstək sistemləri vəziyyətdən asılı olaraq sizə dəstək verir, toqquşma riski barədə məlumatlandırır və lazım gəldikdə müdaxilə edir.
              Məsafədən parklanma funksiyasına malik parklanma paketi* "Valet Service" (parklayıcı) tətbiqi: avtomobili rahatlıqla parklanma yerinə yerləşdirməyə və oranı tərk etməyə imkan verir – sistem “Mercedes”inizi avtomatik şəkildə manevr etdirir. Siz bu prosesi kənardan izləyə və smartfonunuzla idarə edə bilərsiniz. Nəticədə, parklanma xeyli rahat həyata keçirilir və qapıların açılması zamanı meydana gələ biləcək kiçik zədələnmələrin qarşısını alır.
              * "Mercedes me connect" xidmətlərindən yararlanmaq üçün fərdi "Mercedes me Portal"da qeydiyyatdan keçməli (yalnız BƏƏ-də aktivdir) və "Mercedes me connect" xidmətindən istifadə şərtlərinə razılıq verməlisiniz. Bundan başqa, avtomobili müvafiq istifadəçi hesabı ilə əlaqələndirmək tələb olunur. İlkin müddət bitdikdən sonra xidmətlər ödənişli yenilənə bilər. Müştəri tərəfindən xidmətlərin ilk aktivləşdirilməsi avtomobilin ilkin qeydiyyata alındığı və ya istismara verildiyi tarixdən (hansının daha əvvəl baş verməsindən asılı olaraq) 1 il ərzində mümkündür.
              DIGITAL LIGHT DIGITAL LIGHT ilə siz digər yol istifadəçilərini və ətraf şəraiti nəzərə alaraq optimal şəkildə tənzimlənən ideal işıqlandırma şəraitindən həzz ala bilərsiniz. DIGITAL LIGHT həm də yolda mesajlar şəklində sizə dəstək verə bilər.
              “Active Noise Control” sistemi İnnovativ səs-küyün azaldılması sistemi qıcıqlandırıcı səsləri unutmağa imkan verir və yeni "Mercedes-Maybach S-Class" avtomobilini sakitlik vahəsinə çevirir. İstər şəhərdə olun, istərsə də uzun səyahətlərdə, əlavə yüksək keyfiyyətli Burmester® 4D həcmli səs sistemi sayəsində siz yalnız eşitmək istədiyinizi eşidəcəksiniz
              “Maybach” idarəetmə rejimi Xüsusi işlənib hazırlanmış "Maybach" idarəetmə rejimi bütövlükdə arxa sərnişinlər üçün idarəetmə komfortunu təmin etmək üçün nəzərdə tutulub, COMFORT idarəetmə rejimi isə ön və arxa sərnişinlər üçün balanslaşdırılmış komfortu təmin edir. “Maybach” rejimində əsas diqqət avtomobilin hərəkətinin arxa oturacaqlarda minimum hiss olunmasına ayrılır. Digər tənzimləmələrə “sürücü” rejimində son dərəcə rəvan sürətləndirici xüsusiyyətləri, daha az keçirici sayı və ikinci ötürmədə hərəkətə başlama imkanı ilə transmissiya kökləməsi daxildir.
              Night Series The “Mercedes-Maybach S-Class Night Series” “Mercedes-Maybach S-Class” avtomobilinin “Night” seriyası[4] qeyri-adi və sirli tünd rəngli estetikanın xüsusilə cəlbedici ahəngini özünə cəlb edir. Xüsusi üzlük rənginə malik tünd xrom və qara rəngli detallar, unikal kontrastlar və eksklüziv dekorativ elementlərlə minimalizmi hiss edin. Etibarlı görünüşü "Maybach" təkərlərinin heyrətamiz dizaynı tamamlayır. [4] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
              LeftRight

              Eksteryer Dizaynı

              İnteryer Dizaynı

              Eksteryerin əsas məqamları

              Close X
              Strapline Content

              İnteryerin əsas məqamları

              Close X
              Strapline Content
              Bunu yolda yaşayın Mercedes-Maybach S-Class-ı sınaqdan keçirin Mercedes-Maybach S-Class-ı sınaqdan keçirmək üçün bizə sorğu göndərin və biz tezliklə sizinlə əlaqə saxlayacağıq.