“Mercedes-Benz” avtomobilləri üçün xüsusi qiymətlər. “Mercedes-Benz Group AG”nin Azərbaycandakı rəsmi nümayəndəliyi olan “Avtokapital Azərbaycan” MMC qiymət dəyişikliyi elan edir. İstehlakçılara GLE sinfinin avtomobilləri üçün xüsusi qiymətlər təklif olunur:

Yeni CLA “2026-cı ilin Avtomobili” seçildi

  • Möhtəşəm, intuitiv, çevik və indi mükafatlı: yeni CLA artıq dünya üzrə qazandığı 10-dan çox mükafata “2026-cı ilin Avtomobili” titulunu da əlavə etdi.
  • Yeni CLA yalnız test sürüşlərində və mükafat tədbirlərdinə deyil, avtomobil alıcıları arasında da böyük rəğbət qazanır.

Ştutqart. Yeni Mercedes-Benz CLA Belçikada keçirilən Brüssel Avtomobil Sərgisi çərçivəsində European Car of the Year münsiflər heyəti tərəfindən “2026-cı ilin Avtomobili” seçilib. O, eksklüziv dizaynı, qabaqcıl təhlükəsizlik sistemləri və dinamik performansı bir araya gətirərək öz seqmentində yeni standartlar müəyyən edir. Müştərilər tam elektrikli və ya yüksək texnologiyalı hibrid versiyalar arasında seçim edə bilərlər. Geniş salonu ilə seçilən CLA Shooting Brake modeli də hər iki ötürücü texnologiya ilə təqdim olunur.

CLA indiyədək istehsal olunmuş ən ağıllı və ən çevik Mercedes-Benz modelidir və hər səfəri xüsusi bir təcrübəyə çevirir. O, intellekt, səmərəlilik və dizayn sahəsində yeni meyarlar müəyyən edir. İnqilabi MB.OS əməliyyat sistemi və süni intellektlə dəstəklənən MBUX-un yeni nəsli sayəsində yeni CLA intuitiv sürüş təcrübəsi təqdim edir - Mercedes-ə xas “Welcome home.” hissi ilə.

Tam elektrikli versiya 792 kilometrədək yürüş məsafəsi təqdim etməklə hər səfəri rahat və qayğısız edir. Yükləmə zərurəti yarandıqda isə 800 voltluq texnologiya cəmi on dəqiqə ərzində 325 kilometrədək əlavə yürüş imkanı yaradır.

Elektrikli CLA 2025-ci ilin ortalarından etibarən Avropada satışdadır və yaxın zamanda ABŞ-də və bir çox digər ölkələrdə də bazara çıxacaq. Artıq model olduqca uğurlu nəticələr göstərir: beynəlxalq media tərəfindən böyük maraqla qarşılanır, müştəri tələbi gözləntilərimizi xeyli üstələyir və sifariş portfeli artıq 2026-cı ilin ikinci yarısınadək dolub. Karl Benzin 1886-cı ildə avtomobili ixtira etməsindən bəri 140 illik innovasiya tarixini qeyd etdiyimiz yubiley ilinin əvvəlində bu mükafat olduqca zəngin tədbirlər təqvimimizin ilk zirvə nöqtəsi oldu.

“Yeni CLA-in “2026-cı ilin Avtomobili” seçilməsi bütün Mercedes-Benz komandası üçün qürurverici bir məqamdır. Avropanın hər yerindən olan münsiflər müştərilərimizdən aldığımız rəyləri təsdiqləyir: CLA yeni standartlar müəyyən edir və yüksək səmərəliliyi rəqəmsal intellektlə birləşdirir.”

Ola Källenius, Mercedes-Benz Group AG İdarə Heyətinin sədri

Son dərəcə aşağı enerji sərfiyyatı və öz seqmenti üzrə olduqca yüksək yürüş məsafəsi ilə CLA gündəlik elektromobilliyi yeni səviyyəyə qaldırır. WLTP üzrə 792 kilometrədək yürüş məsafəsi təqdim edən (CLA 250+ EQ texnologiyası ilə, kombinə edilmiş enerji sərfiyyatı: 14,1-12,2 kWh/100 km | kombinə edilmiş CO₂ emissiyaları: 0 g/km | CO₂ sinfi: A) 200 kW gücündə olan bu versiya, məsələn, Berlin - Brüssel və ya Bremen - Münhen marşrutlarını yükləməsiz qət edə bilir. Elektrik dövrünün “bir litrlik avtomobili”.

Hibrid ötürücülü CLA smart texnologiyasını yüksək səmərəliliklə birləşdirir. Təxminən 100 kilometrə beş litr və daha az yanacaq sərfiyyatı ilə CLA 180 (kombinə edilmiş yanacaq sərfiyyatı: 5,4-4,9 l/100 km | kombinə edilmiş CO₂ emissiyaları: 123-111 g/km | CO₂ sinfi: D-C) bu seqmentdə daxili yanma mühərrikinə malik ən səmərəli Mercedes-Benz modelidir. İnteqrasiya olunmuş elektrik mühərriki olan yeni elektrikləşdirilmiş səkkizpilləli ikiqat muftalı transmissiya kompakt və yerə qənaət edən quruluş təmin edir, yeni 48 voltluq litium-ion batareya isə elektrik mühərrikini səmərəli şəkildə enerji ilə təmin edir.

CLA Shooting Brake uğurlu CLA-in zərifliyini, idman xarakterini və intellektini daha geniş sərnişin və baqaj sahəsi ilə birləşdirir. O, aktiv həyat tərzi sürənlər, gənc ailələr və çoxlu istirahət avadanlığı olan şəxslər üçün ideal seçimdir.

Mercedes-Benz CLA-nın 23 ölkədən 59 aparıcı avtomobil jurnalisti tərəfindən “2026-cı ilin Avtomobili” seçilməsi modelin innovasiya gücünü bir daha təsdiqləyir. CLA 34 yeni model və altı finalçı ilə rəqabətdə 320 xal toplayaraq qalib gəlib - ikinci yeri tutan avtomobildən 100 xal fərqlə.