Heading


Mercedes-Benz S-Class: Lüks və İnnovasiyanın Yeni Dövrü
29 yanvar 2026-cı il tarixində Mercedes-Benz Muzeyində baş tutan möhtəşəm dünya premyerasında yeni S-Class beynəlxalq auditoriyaya təqdim olunub.
Brendin yeni flaqmanı hesab olunan Mercedes-Benz S-Class, innovasiya, texniki mükəmməllik, təhlükəsizlik və zərif dizaynı vahid konseptdə birləşdirərək, "Welcome home" (Evə xoş gəldiniz) fəlsəfəsini ən yüksək səviyyədə təcəssüm etdirir.
Bir model nəsli çərçivəsində indiyədək reallaşdırılmış ən genişmiqyaslı təkmilləşdirmə layihəsi olan bu avtomobil, şirkətin 140 illik zəngin irsini və qabaqcıl texnoloji ruhunu gələcəyin ən arzulanan mobillik həllinə çevirir. Yeni S-Class təkcə lüks seqmentin standartlarını müəyyən etmir, həm də Mercedes-Benz-in avtomobil mühəndisliyindəki liderliyini yenidən təsdiqləyir.