Giriş
Model
Eksteryer
İnteryer
Texnologiya
AMG
Bizimlə əlaqə saxlayın
    MANUFAKTUR Rubellite Red Metallic
    Black
    Selenite Gray Metallic
    Emerald Green Metallic
    High Tech Silver Metallic
    Mojave Silver Metallic
    Graphite Gray Metallic
    Nautic Blue Metallic
    Onyx Black Metallic
    Obsidian Black Metallic
    MANUFAKTUR Graphite Gray Magno
    MANUFAKTUR Kalahari Gold Metallic
    MANUFAKTUR Opalite White Bright
    Model S-Class MY
    Başlayaraq 240 562 AZN ƏDV daxil
    Model cərgəsi
    LeftRight

    Mercedes-Benz

    Close X
    Növbəti
    Əvvəlki
      S 450 4MATIC
      S 500 4MATIC
      S 580 4MATIC
      Mercedes-Maybach S 580 Starting from XXX


      or XXX per month
      Learn More
      Mercedes-Maybach S 680

      Mercedes-AMG

      Close X
      Strapline Content

      Mercedes-EQ

      Close X
      Strapline Content

      Mercedes-Maybach

      Close X
      Növbəti
      Əvvəlki
        Mercedes-Maybach S 580
        Mercedes-Maybach S 680
        Eksteryer “S-Class” avtomobilinin avadanlıqları Möhtəşəm estetikanın və dəbdəbəli genişlik hissinin mükəmməl harmoniyası: son dərəcədə təmiz dizaynın ən müasir formada təcəssümü. Mükəmməl proporsiyalara və qapı səthi ilə eyni səviyyədə tutacaqlara malik uzun yan görünüş. İlk dəfə tətbiq olunan DIGITAL LIGHT ön faraları sayəsində ön hissə də üslub və xarakter nümayiş etdirir, iki hissəli faralar isə arxa tərəfin enini qabardır.
        LeftRight

        Xətlər və üslub

        Dizayn və Avadanlıq əsas məqamları

        Close X
        Növbəti
        Əvvəlki
          "S-Class"ın eksteryerinin mükəmməl dizaynı The exterior design represents the design idiom of sensual purity in its most contemporary form - with perfect proportions, flush door handles and new wheels.
          Xarizmatik xarici görünüş: "S-Class"ın siması Radiator qəfəsi, uzun kapot, həmçinin üzərində ulduz və innovativ DIGITAL LIGHT faraları quraşdırılmış özünəməxsus şaquli ön hissə heyranlıq doğurur.
          “AMG Line” "AMG Line" avtomobilinizin həm daxilinə, həm də xaricinə idman xarakteri bəxş edir. “A-wing” formalı AMG ön önlük avtomobilin dinamik xarakterini vurğulayır.
          ULTRA RANGE uzaq işıqlanmalı MULTIBEAM LED faralar Mükəmməl görünüş üçün: adaptiv MULTIBEAM LED ön faraları fərdi idarə olunan LED-lər sayəsində yoldakı vəziyyətə reaksiya verir. Uzaq işıqlar göz qamaşdırmadan digər hərəkət iştirakçılarını xəbərdar etməyə imkan verir. ULTRA RANGE uzaq işıqlar işıqlanma məsafəsini icazə verilən maksimuma qədər artırır. Dönmə işıqları görmə sahəsini optimal şəkildə işıqlandırır.
          “Night” paketi "Night" paketi idman üslubunda xarici görünüşü daha da ifadəli edir. Bir çox element qara və ya parlaq qara rəngdədir. Rəngdən asılı olaraq, bu, kontrastlar və ya rəvan keçidlər yaradır. İstənilən halda, "Night" paketinin detalları fərdiliyinizi vurğulamağa imkan verir.
          Sürüşmə panoram lyuku Açıq və ya qapalı: panoram lyuku ilə siz valehedici azadlıq hissi yaşayır və salonda xoş, parlaq atmosferdən həzz alırsınız. Böyük lyuk kənardan unikal təəssürat bağışlayır, belə ki, avtomobilin xarici görünüşünə yüngüllük və eksklüzivlik qatır.
          MANUFAKTUR MANUFAKTUR eksklüziv səthlər və interyer üçün yüksək keyfiyyətli təchizat təklif edən fərdiləşdirmə proqramıdır. Seçilmiş materiallar və ustalıq "Mercedes-AMG"nin dizaynını mükəmməl səviyyəyə çatdırır və xüsusi hisslər bəxş edir. Beləliklə, siz öz ideya və istəklərinizə uyğun hazırlanmış son dərəcə dəyərli avtomobil əldə etmiş olursunuz.
          İnteryer “S-Class” avtomobilinin interyer avadanlığı “S-Class” geniş çeşiddə eleqant materialları və zərif səthləri özündə birləşdirir. İnnovativ texnologiyalar və yüksək genişlənməyə malik ekranlar avtomobilə proqressiv xarakter bəxş edir. Bundan başqa, yüksək texnologiyalar və informasiya-multimedia sistemləri istifadəçi üçün asan anlaşılan arxitekturaya malikdir.
          LeftRight

          Xətlər və üslub

          Dizayn və Avadanlıq əsas məqamları

          Close X
          Növbəti
          Əvvəlki
            “Şəxsi sürücü” paketi "Şəxsi sürücü" paketi ön sərnişin oturacağını xeyli qabağa çəkməyə, dəbdəbəli EASY ADJUST başaltısını isə qatlamağa imkan verir. Bu, həmin tərəfdən arxada əyləşən sərnişinə yolu daha yaxşı görməyə, eləcə də ayaqlarını ön sərnişin oturacağının arxasındakı qatlanan ayaqaltıya qoymağa şərait yaradır.
            "Exclusive" paketi "Exclusive" paketi ilə fantastik atmosferdən zövq alın. Demək olar ki, bütün sərthlər zərif nappa dərisi, tavan üzlüyü isə yüksək keyfiyyətli DINAMICA mikrolifi ilə işlənib. Yüksək keyfiyyətli bu gözəllik bəzək elementləri ilə mükəmməl şəkildə tamamlanır.
            “Exclusive” dekorativ elementlər paketi Dekorativ paket avtomobilinizin interyerinə fərdi gözəllik bəxş edəcək. Ön oturacaqların söykənəcəklərinin və salonun arxa hissəsində qatlanan qoltuqaltının əlavə dekorativ elementləri yüksək keyfiyyət atmosferini daha da gücləndirir.
            Ağac/dəri işlənməli çoxfunksiyalı sükan Ağac/dəri işlənməli çoxfunksiyalı sükan zərif materialları innovativ idarəetmə komfortunu özündə birləşdirir. Yumşaq dərinin və ağacın ahəngi toxunuş zamanı xoş təsir bağışlayır və eksklüziv görünüşə malikdir. Dəyişdiricilərin sensor panelləri əllərinizi sükandan çəkmədən avtomobilin ən vacib funksiyalarını idarə etməyə imkan verir.
            Texnologiyalar “S-Class”ın texnoloji xüsusiyyətləri
            Növbəti
            Əvvəlki
              Arxa sərnişinlər üçün "MBUX High-End" multimedia sistemi İstədiyiniz musiqini istədiyiniz vaxt dinləyin: tam inteqrasiya olunmuş MBUX sistemi avtomobilinizi birbaşa yayım servisləri ilə əlaqələndirir. Mahnıları və pleylistləri dəyişmək radiokanalları dəyişmək qədər asandır. Bunu həm mərkəzi displeydən, həm sükandan, həm də səsli idarəetmə vasitəsilə həyata keçirə bilərsiniz.
              MBUX əlavə reallıq funksiyasına malik displey Ən müasir proyeksiya texnologiyaları sürücü üçün vacib məlumatların əks olunduğu virtual təsvirləri görmə sahənizdə əks etdirir. Məsələn, istiqaməti göstərən böyük ölçülü oxlar harada dönməli olduğunuza işarə edir. Bu isə sizə ani qərarlar verməyə şərait yaradır.
              *Yalnız bəzi bazarlar üçün əlçatandır. Yerli dilerinizdən dəqiqləşdirmək tövsiyə olunur.
              Salonun arxa hissəsində MBUX planşeti Qatlanan qoltuqaltıya inteqrasiya olunmuş MBUX planşeti ilə ön mərkəzi displeyi və "MBUX High-End" multimedia sistemini idarə edə bilərsiniz. Onun vasitəsilə həmçinin arxa klimat-kontrol sistemi, kondisionerli arxa oturacaq, oturacaq masajı və salon işıqlanması kimi funksiyaları tənzimləyə bilərsiniz.
              "Driving Assistance" (köməkçi sistemlər paketi) Təyinat nöqtəsinə daha az stres keçirməklə çatmağınıza kömək edir: müasir, "ağıllı" sensor sistemlər şəbəkəsi sayəsində siz yarımavtomatlaşdırılmış idarəetmənin bir çox üstünlüklərindən faydalana bilərsiniz. Çoxsaylı köməkçi sistemlər sizi dəstəkləyir, toqquşma riski barədə xəbərdarlıq edir və bütün yol istifadəçilərinin rihafı naminə lazım gəldikdə müdaxilə edir.
              Aktiv multikontur oturacaqlar paketi İnteqrasiya edilmiş hava yastıqları sayəsində geniş tənzimləmə imkanları oturacaq mövqeyini optimallaşdırmağa imkan verir. Ürəyiniz istəsə, tonusverici və ya rahatlaşdırıcı masajdan həzz ala bilərsiniz. İdman üslubunda idarəetmə zamanı dinamik yan çıxıntılar ən yüksək səviyyəli yan dəstəyini təmin edir.
              Arxa təkərlərin idarəetməsi Dönmə bucağının 4,5° tənzimlənməsi ilə arxa təkərlərin standart sükan idarəetməsi sürücüyə eyni zamanda 3 üstünlük qazandırır: yol səthi ilə daha etibarlı ilişmə, daha yüksək dönmə qabiliyyəti və məsələn, parklanma zamanı heç də az əhəmiyyət kəsb etməyən manevr qabiliyyəti. Hərəkət sürətindən asılı olaraq, arxa təkərlər ön təkərlərlə əks və ya eyni istiqamətdə çevrilir.
              10 dərəcəyədək dönmə bucağına malik arxa təkərlərin idarəetməsi dönmə radiusununu 2 metrədək azaltmağa imkan verir. Bununla da, “S-Class”ınız manevr zamanı kompakt avtomobil kimi görünür. Digər tərəfdən, daha yüksək sürət zamanı siz uzun təkər bazasını inamla idarə edə bilərsiniz.
              MERCEDES-AMG Mercedes-AMG S 63 E PERFORMANCE Yeni Mercedes-AMG S 63 E PERFORMANCE modelini sırf vizual baxımdan heç bir "S-Class" modeli ilə qarışdırmaq mümkün deyil, çünki AMG-yə xas radiator qəfəsini bəzəyən ulduzu "S-Class"ın başqa heç bir variantında tapmaq mümkün deyil. "Mercedes-AMG S-Class" həmçinin böyük ölçülü AMG yüngül lehimli disklər və heyrətamiz səsə malik "AMG Performance" xaricetmə sistemi kimi onun AMG ailəsinə məxsusluğunu açıq şəkildə nümayiş etdirən kuzov detalları ilə heyranlıq doğurur.
              LeftRight

              Eksteryer Dizaynı

              İnteryer Dizaynı

              Eksteryerin əsas məqamları

              Close X
              Növbəti
              Əvvəlki
                AMG-yə xas ön hissə Şaquli dayaqlara malik AMG-yə xas radiator qəfəsi avtomobilin üstün idarəetmə dinamikasının əyani göstəricisidir. AMG-yə xas ön önlük hərəkət zamanı avtomobilin idman görünüşünü vurğulayır. Yeni S 63 E PERFORMANCE həm də radiator qəfəsinin mərkəzində ulduza malik ilk “S-Class”dır ki, bu da onun xüsusi rolunu bir daha təsdiqləyir.
                AMG döymə diskləri Müxtəlif dizayn və rənglərdə yüngül lehimli AMG diskləri eksteryerin dizaynını vurğulayır. Standart komplektasiyaya "tantal boz" rəngli, parlaq, 50,8 sm (20") diametr ölçüyə və 10 milli yüngül lehimli AMG diskləri daxildir. Seçimə görə 53.3 sm (21”) diametrədək 5, 10 və ya çoxmilli dizayna malik yüngül lehimli AMG diskləri avtomobilin xarici görünüşünü və universallığını qabardır.
                AMG yan kandar panelləri Avtomobilin rənginə boyanmış xüsusi yan kandar panelləri yeni "Mercedes-AMG S 63 E PERFORMANCE" modelinin ifadəli görünüşünü dəstəkləyir və güclü hibrid potensialını göstərir. Bundan əlavə, ön qanadlarda gözoxşayan “V8 BITURBO E PERFORMANCE” nişanı hibrid ötürücünün əyani göstəricisidir.
                Xüsusi dizayna malik ikiqat trapeziyaşəkilli AMG xaricetmə boruları Adətən yolda "Mercedes-AMG S 63 E PERFORMANCE" modelini arxa tərəfdən görürük. Bu zaman tənzimlənən qapaqları olan "AMG Performance" xaricetmə sisteminin xüsusi dizayna malik ikiqat trapeziyaşəkilli AMG xaricetmə boruları diqqəti cəlb edir. Borular həm vizual, həm də idarəetmə proqramından asılı olaraq akustik cəhətdən cəlbedicidir.

                İnteryerin əsas məqamları

                Close X
                Növbəti
                Əvvəlki
                  "AMG Performance" sükanı Nappa dəri ilə üzlənmiş yeni “AMG Performance” sükanı sayəsində avtomobili idarə etdiyiniz hər anın dadını çıxara bilərsiniz. Bu sizə təkcə vizual deyil, həm də toxunuş həzzi yaşadacaq. AMG sürücülük proqramları üçün AMG sükan düymələrindən istifadə etməklə hər şeyə nəzarət edə bilərsiniz.
                  Dekorativ elementlər Yeni Mercedes-AMG S 63 E PERFORMANCE üçün idman interyerinə daha fərdi görünüş verəcək yüksək keyfiyyətli dekorativ elementlərin maraqlı seçimini təklif edirik. Ağac və karbon materialdan hazırlanan fərqli variantlar interyerin seçilmiş rənginə uyğun maraqlı kontrastları vurğulayır.
                  Alətlər panelinə və AMG üslubunda displeyə malik MBUX multimedia sistemi İkinci nəsil MBUX multimedia sistemi idman dizaynını, innovativ idarəetmə və təsvir konsepsiyasını özündə birləşdirir. O, AMG üslubunda ayrı-ayrı displeylərdən istifadə edərək dinamik oriyentasiyanı vizuallaşdırır və hibrid avtomobillərə xas olan bir sıra informativ displeylər və funksiyalarla tamamlanır.
                  AMG-yə xas displeylərə malik ön displey AMG-yə xas displeylərə malik ön displey dinamik və inamlı idarəetmə həzzi yaşamağınız üçün əla perspektivlər vəd edir. O, ön şüşənizi gözəl rəqəmsal panelə çevirir. Nəticədə, əsas məlumatlar daim gözünüzün qarşısında olur.
                  Mərkəzi OLED displeydə AMG menyusu AMG menyusu vasitəsilə siz mühərrik məlumatları, aktiv ötürmə indikatoru, isitmə, parametrlər, G-metr və yarış taymeri kimi AMG ilə bağlı müxtəlif məlumatları idarə edə bilərsiniz. Mərkəzi OLED displeyinin sensor ekranı həmçinin avtomobili idarəetmə proqramlarının və ya telemetriya məlumatlarının vizuallaşdırılması kimi ayrı-ayrı AMG displeylərinin dinamik yanaşmasını vurğulayır.
                  AMG idman oturacaqları Avtomobili komfortlu şəkildə idarə etmək üçün mükəmməl şərait: dəbdəbə və komfortla ahəng təşkil edən dinamik manevrlər üçün ideal yan dəstəyi - qara rəngli "AMG Exclusive" nappa dəri üzlüyə malik AMG idman oturacaqları xüsusi oturacaq mövqeyi, kontrast tikişlər və söykənəcəkləri bəzəyən AMG yazısı ilə hətta uzun səfərlərdə belə optimal oturmanı təmin edir.
                  Yüksək keyfiyyətli 4D Burmester® həcmli səs sistemi 31 ədəd yüksək keyfiyyətli dinamik və 1350 Vt sistem gücü sayəsində unikal 4D formatında musiqidən həzz alın. Səsgücləndiricilər kimi cihazlar qeyri-adi səs masajı vasitəsilə səsin bu yeni ölçüsünü əyani şəkildə nümayiş etdirir. Oturacaqlara inteqrasiya olunmuş həcmli səs dinamikləri səslənməni optimallaşdırır.[7]



                  [7] Optimal əlavə kimi təqdim olunur. .
                  Siyirməli panoram lyuku Açıq və ya qapalı olmasından asılı olmayaraq siyirməli panoram lyuku sizə möhtəşəm azadlıq hissi, həmçinin salonda işıqlı və xoş atmosfer yaradır. Kənardan baxdıqda, geniş siyirməli lyuk həm də unikal vizual təəssürat yaratmaqla eksteryerə yüngüllük və eksklüzivlik bəxş edir.
                  Strapline Content
                  Bunu yolda yaşayın S-Class-ı sınaqdan keçirin S-Class-ı sınaqdan keçirmək üçün bizə sorğu göndərin və biz tezliklə sizinlə əlaqə saxlayacağıq.