Giriş
Model
Eksteryer
İnteryer
Texnologiya
AMG
Bizimlə əlaqə saxlayın
    Selenite Grey
    Polar White
    Obsidian Black Metallic
    High-Tech Silver Metallic
    Emerald Green
    Sodalite Blue Metallic
    Content
    MANUFAKTUR Hyacinth Red Metallic
    MANUFAKTUR Alpine Grey Solid
    MANUFAKTUR Diamond White Bright
    Model GLE Coupé
    Başlayaraq 203 500 AZN ƏDV daxil
    Model cərgəsi
    LeftRight

    Mercedes-Benz

    Close X
    Növbəti
    Əvvəlki
      GLE 400 e 4MATIC Coupé
      Mercedes-AMG GLE 53 4MATIC+ Coupé
      Mercedes-AMG GLE 63 S 4MATIC+ Coupé

      Mercedes-AMG

      Close X
      Növbəti
      Əvvəlki
        Mercedes-AMG GLE 53 4MATIC+ Coupé
        Mercedes-AMG GLE 63 S 4MATIC+ Coupé

        Mercedes-EQ

        Close X
        Strapline Content

        Mercedes-Maybach

        Close X
        Strapline Content
        Eksteryer “GLE Coupé” avtomobilinin eksteryeri Heç vaxt olmadığı qədər güclü, dinamik və idman üslubunda: yeni “GLE Coupé” standart komplektasiyada “AMG Line” dizayn paketi ilə təqdim olunur və özündə yolsuzluq avtomobilinin özünəməxsus elementləri ilə kupenin eleqant xüsusiyyətlərini birləşdirir. Yeni ön hissə və kuzov rəngləri, həmçinin 22 düymədək ölçüləri olan təkərlər fərdi xarici görünüşü təmin edir. “GLE Coupé” avtomobilinin eksteryerinin özünəməxsusluqlarını kəşf edin.
        LeftRight

        Xətlər və üslub

        Dizayn və Avadanlıq əsas məqamları

        Close X
        Növbəti
        Əvvəlki
          Ön hissənin yeni dizaynı Güclü və idman üslubunda: “Mercedes-Benz” nişanının bəzədiyi rombşəkilli radiator qəfəsinə malik yenilənmiş ön hissə idman görünüşünü daha da artırır. Standart “AMG Line” paketinin ön önlüyünə həmçinin xromlanmış bəzək zolağı və yenilənmiş hava girişləri daxildir.
          22 düymədək ölçüləri olan yüngül lehimli disklər Yeni "GLE Coupé" avtomobilinin 53,3 sm-lik (21") disklərindən 55,8 sm-lik (22") disklərinədək (əlavə) istənilən diskləri sizi rahatlıqla təyinat nöqtəsinə çatdıracaq.
          Sürüşmə panoram lyuku Açıq və ya qapalı olmasından asılı olmayaraq, sürüşmə panoram lyuku sizə möhtəşəm azadlıq hissi bəxş edir, həmçinin salonda işıqlı və xoş atmosfer yaradır. Kənardan baxdıqda geniş sürüşmə lyuku həm də unikal vizual təəssürat yaratmaqla eksteryerə yüngüllük və eksklüzivlik bəxş edir.
          “Coupé”nin idman üslubunda dizaynı Özünəməxsus xarakterə malik siluet. “GLE Coupé” avtomobilinin idman üslublu və eleqant dizaynı düz ön şüşəsi, fərqli maili dam xətti və idman üslublu arxa hissəsi ilə xarakterizə olunur. “GLE Coupé” hər cəhətdən güclü və eleqantdır.
          "Mercedes-Benz" nişanının proyeksiyası Bu dizayn sayəsində hətta ulduzlar da ayağınızın altında olacaq. İstəsəniz, "GLE Coupé"yə minib-düşməyiniz özünəməxsus "Mercedes-Benz" ulduzunun təsviri ilə müşayiət oluna bilər. Belə ki, sürücü və ya sərnişin qapısı açıldıqda, təsvir yerə proyeksiya edilir və sizi "qırmızı xalı" kimi müşayiət edir.
          MULTIBEAM LED ön faralar Gözoxşayan, yeni dizayna malik MULTIBEAM LED ön faralar əla görünməni təmin edir. İşıq zolaqlı gündüz işıqlarını və dörd işıq nöqtəsini özündə birləşdirən işıqlanma avtomobilə əlavə çalarlar qatır. Arxa faraların yeni dizaynı yeni "GLE Coupé" avtomobilinə tamamlayıcı ştrixlər əlavə edir.
          “Night” paketi Əsas xüsusiyyətlər:
          - "Mercedes-Benz" nişanının əks olunduğu radiator qəfəsi, inteqrasiya olunmuş "Mercedes" ulduzu və parlaq qara rəngli, xrom əlavəli və qara haşiyəli tək element
          - Parlaq qara rəngli 5 qoşa mili olan, 50,8 sm (20'') diametrli AMG üslubunda yüngül lehimli disklər, həmçinin 55,9 sm (22'') diametrədək ölçüsü olan AMG üslubunda əlavə yüngül lehimli disklər
          - İdman üslubunda hava girişləri və parlaq qara rəngli dekorativ zolağı olan AMG üslubunda ön önlük
          - Ön bamperin hava girişlərində parlaq qara rəngli əlavələr
          - Qara rəngli, diffuzor əlavəli AMG üslubunda arxa önlük və parlaq qara rəngli dekorativ zolaq
          - Xarici güzgü korpusları parlaq qara rəngə boyanmışdır.
          - B sütununda istilik izolyasiya edən tünd şüşə
          - Donuq qara rəngli dam reylinqləri
          İnteryer Yeni “GLE Coupé” avtomobilinin interyeri Hər detalda keyfiyyətli dizayn. “GLE Coupé”nin interyeri yeni üzlük rəngləri və dekorativ elementləri, eləcə də idman üslubunda və eleqant atmosfer yaradan, yüksək keyfiyyətli materiallardan hazırlanan hava ventilyasiya girişləri ilə heyranlıq doğurur. Ən son nəsil çoxfunksiyalı sükan və geniş ekranlı panelə malik MBUX multimedia sistemi konsepti tamamlayır.
          LeftRight

          Xətlər və üslub

          Dizayn və Avadanlıq əsas məqamları

          Close X
          Növbəti
          Əvvəlki
            Yeni çoxfunksiyalı sükan Yeni çoxfunksiyalı dəri sükan sayəsində “GLE Coupé”ni idman üslubunda və rahat şəkildə idarə edə bilərsiniz. Belə ki, siz əllərinizi sükandan çəkmədən avtomobilin geniş funksiyalarını sensor idarəetmə panelləri vasitəsilə idarə edə bilərsiniz. Çoxfunksiyalı sükan müxtəlif variantlarda, məsələn, ağac/dəri versiyasında (əlavə) təqdim olunur ki, bu da vizual vurğunu təmin edir.
            Mərkəzi konsol Hər şeyi nəzarət altında saxlamaq çox asandır: iki tutacaqlı mərkəzi konsol sayəsində siz yolsuzluq təcrübəsinə maraqlı və funksional element əlavə etmiş olursunuz. İdeal erqonomikaya əlavə olaraq, sizə dəbdəbəli təəssürat bəxş edəcək zərif dəri səthi təklif olunur. Multimedia funksiyaları daxili sensor paneldən istifadə etməklə idarə oluna bilər.
            Rəngli dəri üzlüklər Yeni “GLE Coupé” avtomobilinin interyeri iki rəng kombinasiyasında hazırlana bilər: katalan beji/qarası və bahia qəhvəyisi/qarası. Yüksək keyfiyyətli üzlük sayəsində hər bir sərnişin səfər zamanı müstəsna komforla əhatə olunur.
            Dekorativ bəzək elementləri və hava girişləri "GLE Coupé" sürücünü daha eksklüziv atmosferlə qarşılayır. Bu, ilk növbədə, xrom elementləri olan yeni hava girişləri və cökə ağacından parlaq qəhvəyi rəngli yeni dekorativ bəzək elementləri ilə təmin edilir.
            MBUX MBUX multimedia sistemi hər səfərdə yeni məlumatlar öyrənir və sizi daha yaxından tanıyır. Ən son nəsil MBUX multimedia sistemi yeni istifadəçi interfeysinə malikdir və “GLE Coupé” avtomobilinin interyerini daha rəqəmsal və "ağıllı" edir. Səs, toxunuş və ya jestlər vasitəsilə idarəetmə imkanına malik məlumat-multimedia dünyasına səyahət sizi gözləyir.
            Standart avadanlıq Əsas xüsusiyyətlər:
            - Nappa dəri ilə üzlənmiş çoxfunksiyalı idman sükanı
            - Şəffaf-boz rəngli parçadan tavan
            - LED salon işıqlanması
            - THERMATIC 2 zonalı avtomatik iqlim nəzarəti
            - Sürücü və ön sərnişin üçün oturacaqların qızdırılması
            - Sensor ekranlı multimedia displeyi və alətlər displeyindən ibarət geniş ekranlı panel
            - LINGUATRONIC ilə MBUX multimedia sistemi
            - Mərkəzi konsolda sensor paneli
            - Smartfonla inteqrasiya
            “AMG Line” Əsas xüsusiyyətlər:
            - Sürücü və ön sərnişin üçün xüsusi üzlüklü idman oturacaqları
            - Standart komplektasiyaya daxil olan qara rəngli süni ARTICO dəridən/MICROCUT mikrolifdən üzlük
            - Yastı aşağı hissəyə və perforasiyalı tutacağa malik 3 milli konstruksiya
            - Qara rezin ucluqlara malik, paslanmayan poladdan hazırlanmış AMG idman üslubunda pedalı qrupu
            - Qara rəngli məxmər materialdan hazırlanan və üzərini AMG yazısı bəzəyən AMG ayaqaltıları
            - Qara parçadan dam örtüyü
            Avadanlıq “GLE Coupé” avtomobilinin avadanlığı
            Növbəti
            Əvvəlki
              Ön displey İdman üslubunda idarəetmə həzzinin və unudulmaz idarəetmə təcrübəsinin perspektivləri çox yüksəkdir: ön displey ön şüşəni gözəl rəqəmsal panelə çevirir. Vacib məlumatların daim gözünüzün qarşısında olması sizə diqqətinizi yola yönəltməyə imkan verir. Siz displeyin hündürlüyünü və parlaqlığını öz seçimlərinizə uyğun tənzimləyə bilərsiniz.
              “Smart Home” inteqrasiyası “Mersedes, evdə işığı söndür!”
              “Smart Home” sistemini “GLE Coupé”nizə qoşun və hərəkətdə olarkən temperatur, işıqlandırma, pərdələr və elektrik cihazları kimi “Smart Home” məhsullarına nəzarət edin. MBUX səs köməkçisi sayəsində bu, səs paneli vasitəsilə rahat şəkildə idarə olunur.
              Naviqasiya üçün "MBUX Augmented Reality” (MBUX əlavə reallıq) funksiyası Naviqasiya üçün “MBUX Augmented Reality” funksiyası virtual və real aləmi birləşdirir. Qrafik naviqasiya və yol hərəkəti barədə məlumatı ön kameranın canlı təsvirlərində əks olunur, bununla da oriyentasiyanı və məkanı müəyyənləşdirmək imkanlarını asanlaşdırır.
              Simsiz şarj sistemi və “Smartphone Integration” (Smartfon inteqrasiyası) funksiyası “Smartphone Integration” funksiyası Apple CarPlay™ və ya Android Auto™ vasitəsilə mobil telefonunuz və multimedia sistemi arasında simsiz əlaqəni təmin edir. Bu, smartfonunuzdakı ən vacib tətbiqlərə asanlıqla qoşulmağa imkan verir. Siz həmçinin “Spotify” kimi üçüncü tərəf tətbiqlərindən tez və asanlıqla istifadə edə bilərsiniz. Əşyaları qoymaq üçün nəzərdə tutulmuş ön bölmədə yerləşən simsiz şarj sistemi sayəsində siz avtomobili sürərkən smartfonunuzu rahat şəkildə şarj edə bilərsiniz.
              USB portları Smartfonunuzu və ya planşetinizi qısa müddətdə şarj edin: 5 ədəd USB-C portu ilə siz və sərnişinləriniz yolda olarkən mobil cihazlarınızı asanlıqla şarj edə bilərsiniz. Bundan başqa, 100 Vt şarj gücünə malik iki əlavə arxa USB portu əlavə seçim kimi təklif olunur.
              Burmester® həcmli səs sistemi Yeni miqyasda dinləmə həzzi. Burmester® 3D həcmli səs sistemi sayəsində yüksək keyfiyyətli səsdən akustik həzz alın! 13 ədəd yüksək performanslı dinamik və 590 Vt sistem gücü heyrətamiz səslənməni, o cümlədən Dolby Atmos® ilə əsl həcmli səslənmə üçün çoxkanallı formatların dəstəyini təmin edir. Səslənmədən daha çox həzz almaq üçün bu funksiyanı xüsusi olaraq ön və arxa oturacaqlar üçün optimallaşdıra bilərsiniz.
              “Traffic Sign Assist” Vəziyyətə tam nəzarət edin: kamera və xəritə məlumatlarının intellektual birləşməsi sayəsində “Traffic Sign Assist” icazə verilən maksimum sürəti, ötmə məhdudiyyətlərini və bu məhdudiyyətləri aradan qaldırmağın yollarını müəyyən etməyə imkan verir. O, həmçinin “Giriş qadağandır” nişanına reaksiya verir və yanlış dönmə zamanı sizi xəbərdar edir.
              360° kameralı parklanma paketi Gəlin parklama yerini tapmaqda sizə kömək edək. "Active Parking Assist" funksiyası və 360° kamera parklama, arxaya hərəkət və manevr zamanı sizə dəstək verir. Bu paket yaxınlıqda olan boş və ayrılmış parklanma yerlərini tapmaqda kömək edir, həmçinin dinamik təsvir və akustik əlaqə sayəsində avtomobili parklamağa imkan verir. 360° kamera sayəsində hərtərəfli görünüş, o cümlədən quş uçuşu hündürlüyündən görünüş xüsusilə heyranlıq doğurur.
              Driving Assistance Plus paketi Avtonom sürüşə təhlükəsiz yol: Driving Assistance Package Plus sizin sürətin tənzimlənməsi, sükan idarəsi və vəziyyətə uyğun toqquşma riski zamanı kömək edə bilər. Paketə Active Distance Assist DISTRONIC və Active Tailback Assist kimi çoxsaylı yardım sistemləri daxildir. Bu, qəzaların riskini azalda və sərnişinləri və yol istifadəçilərini effektiv şəkildə qoruya bilər. Beləliklə, təyinat yerinizə daha rahat və təhlükəsiz çata bilərsiniz.

              [1] Sürücülük və təhlükəsizlik sistemlərimiz yalnız köməkçilərdir və sürücü kimi sizin məsuliyyətinizi azaldmır. Xahiş edirik, istifadəçi təlimatındakı məlumatlara və orada təsvir olunan sistem məhdudiyyətlərinə diqqət yetirin.
              “Trailer Manoeuvring Assist” sistemi Manevr edərkən vaxtınıza qənaət edin və əsəblərinizi qoruyun: “Trailer Manoeuvring Assist” sistemi ilə hətta təcrübəsiz sürücülər də çətin vəziyyətlərdə belə arxaya hərəkət manevrlərini inamla və dəqiq yerinə yetirə bilirlər.
              Active Distance Assist DISTRONIC Sıx tıxacda Active Distance Assist DISTRONIC-in rahatlığını qaçırmaq istəməyəcəksiniz. O, avtomatik olaraq önünüzdəki avtomobilin sürətinə uyğunlaşır. Arzu olunan təhlükəsizlik məsafəsi bir neçə mərhələdə təyin edilə bilər. Bu o deməkdir ki, normal sürüş zamanı qarşıdakı trafik səbəbindən daima əyləci basmaq və ya sürəti artırmaq məcburiyyətində deyilsiniz. Nəticədə, daha rahat və sakit bir səfər edə bilərsiniz.

              [1] Sürücülük və təhlükəsizlik sistemlərimiz yalnız köməkçilərdir və sürücü kimi sizin məsuliyyətinizi azaldmır. Xahiş edirik, istifadəçi təlimatındakı məlumatlara və orada təsvir olunan sistem məhdudiyyətlərinə diqqət yetirin.
              Active Brake Assist Active Brake Assist sizi önünüzdə hərəkət edən və ya dayanan avtomobillərə çırpılmaqdan və ya piyadalar və velosipedçilərlə qəzaların qarşısını almağa kömək edə bilər. Bu sistem məsafə və toqquşma xəbərdarlığı ilə yanaşı, vəziyyətə uyğun əyləc yardımı da təklif edir – hətta avtonom fövqəladə əyləc qədər.[1]

              [1] Sürücülük və təhlükəsizlik sistemlərimiz yalnız köməkçilərdir və sürücü kimi sizin məsuliyyətinizi azaldmır. Xahiş edirik, istifadəçi təlimatındakı məlumatlara və orada təsvir olunan sistem məhdudiyyətlərinə diqqət yetirin.
              Adaptive Highbeam Assist Plus Daimi uzaq işıqlarla sürün. Bu demək olar ki, gecəni gündüzə çevirir və sürücülüyü asanlaşdırır. Uzağı görərkən qarşıdan gələn və ya önünüzdəki avtomobillər zərər görmür – Adaptive Highbeam Assist Plus bu prinsipə əsaslanır. Ağıllı sistem yüksək dəqiqlikli və ayrı-ayrı idarə olunan LED-lər vasitəsilə qarşıdan gələn və önünüzdəki avtomobilləri korlamadan işığı tənzimləyir. Beləliklə, daima qısa işığa keçməyə ehtiyac yoxdur.
              ENERGIZING Package Plus ENERGIZING Package Plus bütün hisslər üçün komfort təqdim edir. O, lüks xüsusi avadanlıqları birləşdirərək sürücünün sağlamlığını, təhlükəsizliyini və yaxşı olma hissini artıran komfort proqramları yaradır. On dəqiqəlik proqramlar klima, ətraf işıqları, musiqi və masaj, isitmə və ya ventilyasiya kimi oturacaq funksiyalarını idarə edir. Bu, sükan arxasında daha uzun müddət diqqətli qalmaq və rahat, xoş sürüş üçün nəzərdə tutulub.
              ENERGIZING AIR CONTROL Dərin nəfəs alın və rahatlaşın: ENERGIZING AIR CONTROL hava keyfiyyətini incə hissəcik və hava keyfiyyəti sensorları ilə izləyir. İki mərhələli filtr sistemi incə hissəcikləri və digər çirkləndiricilərin çox hissəsini yüksək səviyyədə azaldır. Ölçüm dəyərinə əsasən, Mercedes hava təzə hava və ya havanı təkrar dövr etmə rejimi arasında ağıllı şəkildə keçid edir.
              AIR-BALANCE Package AIR-BALANCE Package hisslər üçün təsirli bir təcrübə təqdim edir və rahatlığınızı artırır. Avtomobilinizin xarakterinə uyğun ətir və daxili havanın keyfiyyətinin yaxşılaşdırılmasına kömək edə bilər. Ətir generatorunu Mercedes-Benz Customer Solutions çeşidindən istədiyiniz ətirlərlə əlcəq qutusuna yükləyə bilərsiniz. Standart olaraq Mercedes-Benz SUV "Forest Mood" ətri ilə qarşılama olunur.
              Warmth Comfort Package Daxili mühitdə xoş istilik atmosferi yaradır: Warmth Comfort Package müəyyən interyer elementlərini qısa zamanda rahat temperaturda saxlayır. İsitmə oturacaqları, mərkəzi konsolun və ön qapıların qolaltı dəstəkləri, həmçinin qapı mərkəz panelləri əhatə edir.
              Multicontour oturacaqlar Sizə xüsusi uyğunlaşdırılmışdır: bu oturacaqlar çoxsaylı tənzimləmə variantlarını və eksklüziv rahatlıq funksiyalarını birləşdirir. Ergonomik detallar mükəmməl oturacaq mövqeyi yaratmağa kömək edir. Yenilikçi yan dəstəklər güclü lateral dəstək təmin edir. Addım-addım tənzimlənən oturacaq klimati və xoş masaj effektləri hər səfəri zövqlü edir.
              PRE-SAFE® Impulse Side PRE-SAFE® Impulse Side yan toqquşma zamanı sizi və ön sərnişini yan impuls vasitəsilə hazırlaya və yaralanma riskini azalda bilər. Sistem sizi toqquşmanın baş verəcəyi tərəfdən avtomobilin mərkəzinə doğru hərəkət etdirə bilər. Bu, yan toqquşma zamanı müsbət təsir göstərə bilər.
              GUARD 360° Vehicle Protection Plus GUARD 360° Vehicle Protection Plus avtomobil ətrafının tam nəzarətini təmin edir. Oğurluq əleyhinə siqnalizasiya və təcili açar deaktivasiya funksiyası sayəsində tez reaksiya vermək mümkündür. Yolda Mercedes me toqquşma aşkarlama tətbiqi vasitəsilə xəbərdarlıq edə bilər. Bundan əlavə, avtomobil oğurluğu halında mülkiyyətin bərpası ehtimalını artırır.

              [1] Mercedes me connect xidmətlərindən istifadə etmək üçün Mercedes me ID yaradılmalı və xidmətlərin istifadə qaydaları qəbul edilməlidir. Xidmətlərin mövcudluğu və funksiyaları avtomobil modelindən, istehsal ilindən, seçilmiş əlavə avadanlıqlardan və ölkədən asılıdır.
              Arxa tərəfdə yan hava yastıqları Arxa yan hava yastıqları sərt yan toqquşma zamanı arxa kənar oturacaq sərnişinlərinin döş qəfəsi sahəsini qoruya bilər. Standart pəncərə hava yastıqları ilə birlikdə, zədələnmələrin qarşısını almaq və ya yumşaltmaq üçün yüksək təhlükəsizlik potensialı təmin edir. Hava yastıqları qapı ilə sərnişin arasında açılır.
              AIRMATIC paketi AIRMATIC paketi adaptiv amortizasiya sistemini və müasir pnevmatik asqını özündə birləşdirir. Nəticədə, GLE yolsuzluq avtomobili mövcud vəziyyətə, sürətə və yükə avtomatik uyğunlaşa bilən "ağıllı", rahat asqı ilə heyranlıq doğurur. Bu, həm yaxşı, həm də pis yol şəraitində sabit hərəkətdən və ən yüksək səviyyəli komfortdan zövq almağa şərait yaradır.
              E-ACTIVE BODY CONTROL "Ağıllı" E-ACTIVE BODY CONTROL asqısı sürəti, yükü və yolun vəziyyətini qiymətləndirə və hər təkər üçün ayrıca dempfirləməni və səviyyəyə nəzarəti tənzimləyə bilər. Həm yolda, həm də yolsuzluq şəraitində, quru, yaş və sürüşkən səthlərdə hərəkət zamanı üstün komfortu və xüsusi sabitliyi təmin edir.
              DYNAMIC SELECT Avtomobili idarəetmə tərzinizə uyğunlaşdırır: DYNAMIC SELECT "GLE Coupé" avtomobilinin idarə olunmasını sizin idarəetmə tərzinizə uyğunlaşdırır. Bu proqramlar, məsələn, mühərrik, transmissiya, asqı və sükan idarəetməsi üçün parametrləri dəyişməyə imkan verir. GLE yolsuzluq avtomobili "Eco", "Comfort", "Sport", "Offroad" və "Individual" proqramlarından yararlanmağa imkan verir.
              4MATIC tam ötürücü sistemi Küləyə və hava şəraitinə meydan oxuyun. 4MATIC tam ötürücü sistemi yağışlı və rütubətli şəraitdə, dik yamaclarda və əyri döngələrdə yüksək dartma qabiliyyətli və sabit idarəetməni təmin edir. O, həmçinin idman üslubunda idarəetmədən həzz almaq üçün etibarlı zəmin yaradır.
              MERCEDES-AMG “Mercedes-AMG GLE Coupé” “GLE Coupé”nin dinamikliyi xüsusilə də AMG modeli üçün xarakterikdir: hər tərəfdən kəskin kupe dizaynı, AMG üslubunda xüsusi radiator qəfəsinə malik sərbəst ön önlük və 55,9 sm-dək (22'') ölçülərə malik disklər
              LeftRight

              Eksteryer Dizaynı

              İnteryer Dizaynı

              Eksteryerin əsas məqamları

              Close X
              Növbəti
              Əvvəlki
                AMG üslubunda yeni ön önlük (GLE 53 4MATIC+ Coupé) Maraqlı haşiyələnmə: xüsusi radiator qəfəsinə malik AMG üslubunda yeni ön önlük, “Jetwing” dizaynında yenilənmiş hava girişləri və yeni emblemli MULTIBEAM LED faraları
                Çarpaz milli döymə AMG diskləri (GLE 53 4MATIC+ Coupé) Əsl ilham mənbəyi: “Himalay bozu" rəngli, 55,9 sm (22") diametrli AMG döymə diskləri avtomobilinizin fərdi görünüşünü qabardır. Materialların özəl xüsusiyyətləri yüksək möhkəmlik fonunda zərif dizaynı və aşağı çəkini təmin edir ki, bu da hərəkət dinamikasını daha da artırmağa imkan verir.
                Üzərini AMG emblemi bəzəyən kapot (GLE 53 4MATIC+ Coupé) Fərdiliyin təcəssümü: avtomobilin kapotunu bəzəyən “AMG Affalterbach” emblemi brendinin fərdiliyini qabardır.
                AMG üslubunda arxa hissə (GLE 53 4MATIC+ Coupé) Dinamik çıxış: yeni arxa faralar, AMG üslubunda arxa önlük və standart komplektasiyaya daxil olan iki dəyirmi xaricetmə borusuna malik AMG xaricetmə sistemi avtomobilin idman görünüşünü vurğulayır.
                AMG üslubunda ön önlük (GLE 63 S 4MATIC+ Coupé) Gücün ifadəsi: Xüsusi radiator qəfəsinə malik AMG üslubunda yeni ön önlük, yeni işıq effektinə malik MULTIBEAM LED faralar, həmçinin "Night" paketində qara rəngli dekorativ elementli yenilənmiş hava girişləri.
                Çarpaz milli döymə AMG diskləri (GLE 63 S 4MATIC+ Coupé) Dəbli görünüş üçün: tutqun qara rəngli, 55,9 sm (22") diametrli AMG döymə diskləri avtomobilinizə xüsusi özəllik qatır. Materialların xüsusi ahəngi incə dizaynı, aşağı çəkini və son dərəcə yüksək möhkəmliyi təmin edir.
                Üzərini AMG emblemi bəzəyən kapot (GLE 63 S 4MATIC+ Coupé) Tarixin aydın ifadəsi: kapotu bəzəyən AMG emblemi “Mercedes-AMG GLE Coupé”nin AMG ailəsinə məxsusluğunu açıq şəkildə nümayiş etdirir
                AMG üslubunda arxa hissə (GLE 63 S 4MATIC+ Coupé) İdman interpretasiyası: diffuzorlu AMG arxa önlük, spoyler və standart komplektasiyaya daxil olan iki trapesiyaşəkilli xaricetmə borusuna malik "AMG Performance" xaricetmə sistemi “GLE 63 S 4MATIC+ Coupé” modelinin ən fərqləndirici xüsusiyyətləridir.
                “AMG Night” paketi "AMG Night" paketində eksteryerin bəzi elementləri parlaq qara rəngə boyanmışdır. Bu, seçilmiş boya rəngindən asılı olaraq ya güclü kontrastlara, ya da rəvan keçidlərə səbəb olur. Həyəcanverici ştrixlər və ya inamlı ifadələr: hər iki halda siz fərdi, dinamik dizayn haqqında anlayışınızı nümayiş etdirirsiniz.
                22" diametrli, çarpaz milli AMG döymə diskləri Eksklüziv dizaynı avtomobil idmanı texnologiyası ilə birləşdirin və avtomobilinizi diqqətlə hazırlanmış AMG döymə təkərləri ilə təkmilləşdirin. Materialın özəl xüsusiyyətləri incə dizayn yaratmağa imkan verir və eyni zamanda, xüsusi möhkəmliyi və aşağı çəkini təmin edir ki, bu da idarəetmə dinamikasını daha da artırır.
                AMG loqosunun animasiyalı proyeksiyası ilə ətraf işıqlandırma Duyğularınıza xitab edən funksiya. Ətraf işıqlandırma “Mercedes-AMG”nin giriş sahəsini heyranedici mənzərəyə çevirir: ön və arxa qapılar açıq olduqda, AMG-nin loqosu yerə animasiya olunur.

                İnteryerin əsas məqamları

                Close X
                Növbəti
                Əvvəlki
                  Yeni sükan dizaynı Sürücü ilə avtomobil arasında mükəmməl əlaqə: karbon lifləri və mikrofibər MICROCUT kimi lüks materiallarla bəzədilmiş, alt hissəsi yastılaşdırılmış sükan nəbzi yeni AMG Performance sükanını xarakterizə edir. AMG sükan düymələri vasitəsilə, standart AMG sürüş proqramlarını birbaşa idarə edə və digər AMG funksiyalarına sürücünün əli sükan üzərində olarkən rahatlıqla daxil ola bilərsiniz.
                  Widescreen Kokpit və AMG-yə xas displey dizaynları Zəka və intuitivlik: Instrument panel AMG-yə xas məzmunu — standart olaraq TRACK PACE[1] və AMG Başlanğıc menyusunu fərdi tərzdə göstərir. Bir neçə displey dizaynı arasında — o cümlədən AMG-yə xas “Supersport” dizaynı — rahatlıqla keçid edə bilərsiniz.

                  [1] Mercedes-AMG GLE 63 S 4MATIC+ modelində standart avadanlıq kimi mövcuddur.
                  Burmester® ətraf səs sistemi Əfsanəvi Burmester səsi ilə daha yüksək performans və eksklüzivliyi yaşayın. Yüksək performanslı dinamiklər birinci dərəcəli ətraf səs təqdim edir. Standart Burmester® ətraf səs sisteminin səs təcrübəsi indi şəxsi seçimlərə uyğunlaşdırıla və daha da aydın, dolğun səs effektləri ilə fərdiləşdirilə bilər.
                  Panoramik sürüşürlük tavanı Açıq və ya bağlı vəziyyətdə olsun, panoramik sürüşürlük tavanı interyerdə azadlıq hissi və işıqlı, xoş mühit yaradır. Xaricdən baxanda isə geniş sürüşürlük tavanı yüngüllük və eksklüzivlik əlavə edərək avtomobilin xarici görünüşünü unikal edir.
                  Sürücü və ön sərnişin üçün klimatik AMG idman oturacaqları Liderlik nümayişi: AMG-yə xas oturacaq örtüyü dizaynı ilə, sürücü və ön sərnişin üçün hava ilə soyudulan AMG idman oturacaqları, yaddaş paketi (Memory Package) standart olaraq daxildir, lateral dəstək optimallaşdırılıb və ön oturacaq arxasında AMG loqosu var. Modelə görə, GLE 53 4MATIC+ Coupé üçün AMG nappa dəri örtük və ya GLE 63 S 4MATIC+ Coupé üçün müxtəlif avadanlıq rənglərində AMG Exclusive Nappa dəri örtüyü mövcuddur.
                  İşıqlandırılmış AMG qapı eşik panelləri Avtomobilə daxil olmaq və çıxmaq da özlüyündə xüsusi təcrübəyə çevrilir. Yüksək keyfiyyətli paslanmayan poladdan hazırlanmış eşik panelləri “AMG” loqosu ilə işıqlandırılır. Dəyişdirilə bilən örtüklər sayəsində, qapı eşik panellərini Mercedes-AMG və ya Mercedes-Benz-in digər orijinal cəlbedici hissələri ilə əvəz etmək mümkündür.
                  AMG karbon lifli bəzək elementləri Motorsport dünyasından gələn yüksək texnologiyalı material avtomobilin interyerində aydın vurğular yaradır. Tipik səth strukturu performans xarakterini və texnoloji səviyyəni vurğulayır. Yüksək keyfiyyətli görünüş və diqqətlə işlənmiş detallarla bəzənmiş bəzəklər interyerə idman üslubunda premium ab-hava bəxş edir.
                  AMG Track Pace AMG TRACK PACE avtomobilinizi virtual yarış mühəndisinizə çevirir. Dövrə, sektor və sürətlənmə vaxtları ilə yanaşı, seçilmiş canlı telemetriya məlumatları sayəsində qapalı yarış yollarında sürücülük bacarıqlarınızı daha məqsədyönlü şəkildə təhlil edib inkişaf etdirə bilərsiniz.[1][2]


                  [1] Mercedes-AMG GLE 63 S 4MATIC+ modelində standart avadanlıq kimi mövcuddur.
                  [2] Bu funksiya əlavə aktivləşdirmə üçün isteğe bağlı olaraq avtomobildə əldə edilə bilər. Aktivləşdirmə üçün Mercedes me Portal-da qeydiyyat, Mercedes me connect xidmətlərinin istifadə şərtlərinə razılıq və avtomobilin istifadəçi hesabına müvəqqəti olaraq bağlanması tələb olunur. Aktivləşdirmə üçün həmçinin avtomobildə data əlaqəsi və uyğun avadanlıq olmalıdır. Seçilmiş əlavə funksiya avtomobildə daimi olaraq aktiv olur, hətta sonradan Mercedes me connect xidmətləri ləğv və avtomobil hesabdan ayrılsa belə. Texniki tələblər barədə ətraflı məlumat üçün Mercedes me və ya rəsmi Mercedes-Benz dilerinizə müraciət edə bilərsiniz.
                  Nappa dəri / MICROCUT mikrofibər AMG Performance sükanı Bu AMG sükanında incə nappa dəri yüksək tutumlu MICROCUT mikrofibərlə görüşür — mükəmməl tutuş və dəqiq idarəetmə üçün. İdman avtomobollarından götürülmüş AMG-yə xas yastılaşdırılmış forma kokpitin idman xarakterini vurğulayır. Erqonomik yerləşdirilmiş toxunma paneli istifadə rahatlığı təmin edir və sürücünün diqqətini daimi saxlayır.
                  Tam nappa dəridən AMG Performance sükanı Bu AMG sükanı tamamilə incə nappa dəridən hazırlanmış və tutuş sahəsində perforasiya olunub. İdman avtomobollarından götürülmüş AMG-yə xas yastılaşdırılmış forma kokpitin idman ruhunu artırır. Erqonomik yerləşdirilmiş toxunma panelləri istifadəni intuitiv edir və sürücünün konsentrasiyasına kömək göstərir.[3]

                  [3] Mercedes-AMG GLE 53 4 S MATIC+ modelində standart avadanlıq kimi mövcuddur.
                  AMG Style Exclusive nappa dəri örtük İncə nappa dərisi ilə möhtəşəm ab-havadan zövq alın. AMG Exclusive nappa dəri örtüyü, məsələn, panelin yuxarı hissəsini, mərkəzi və qapı qoltuqlarını əhatə edir. Yüksək keyfiyyətli detal həvəsi oturacaqlarda AMG-yə xas almaz naxış və dəqiqliklə hazırlanmış perforasiyada da əks olunur.
                  GLE Coupé-ni sınaqdan keçirin. Test Drayva yazıl GLE Coupé test sürüşü üçün bizə müraciət göndərin və biz tezliklə sizinlə əlaqə saxlayacağıq