Giriş
Model
Eksteryer
İnteryer
Texnologiya
AMG
Bizimlə əlaqə saxlayın
    MANUFAKTUR Patagonia Red Metallic
    Polar White
    Night Black
    Spectral Blue Metallic
    High Tech Silver Metallic
    Mountain Gray Metallic
    Cosmos Black Metallic
    MANUFAKTUR Mountain Gray Magno
    Model EQA FL
    Başlayaraq 91 944 AZN ƏDV daxil deyil
    Model cərgəsi
    LeftRight

    Mercedes-Benz

    Close X
    Növbəti
    Əvvəlki
      EQA 300 4MATIC
      EQA 350 4MATIC

      Mercedes-AMG

      Close X
      Strapline Content

      Mercedes-EQ

      Close X
      EQA 350 4MATIC Starting from XXX or XXX per month

      Mercedes-Maybach

      Close X
      Strapline Content
      Eksteryer Yeni EQA avtomobilinin eksteryeri Möhtəşəm görünüşü təmin edir. Yeni EQA harmoniyalı proporsiyaları, avtomobilin qısa çıxıntılarını və güclü çiyinlərini kupeyə bənzər yan xətlərlə birləşdirir. Səthin ön plana çıxardığı səliqəli konturlar minimal xətlər və dəqiq birləşmələrlə birlikdə idman müasirliyinin mahiyyətini ustalıqla əks etdirir. Ən xırda detallarına qədər düşünülmüş dizayn yüksək keyfiyyəti və eksklüzivliyi əyani nümayiş etdirir. Müasir təkər dizaynı funksional görünüşü tamamlayır ki, bu da tam elektrikli idarəetməyə keçidi daha da asanlaşdırır.
      LeftRight

      Xətlər və üslub

      Dizayn və Avadanlıq əsas məqamları

      Close X
      Növbəti
      Əvvəlki
        Radiatorun qapağı Yeni radiator qəfəsi "Progressive Line" [6] üçün ulduz formalı parlaq qara naxışlı qara paneli, "Electric Art" [6] və "AMG Line" [6] üçün isə ulduz formalı parlaq xrom naxışlı qara paneli ilə xoş təsir bağışlayır.

        [6] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq

        Yeni təkər dizaynı Zamanla ayaqlaşan təkərlər: xarici kontur üzrə tarazlanmış və əzələli görünüşə malik kənarları sayəsində yeni təkər dizaynı EQA modelinə inamlı görünüş bəxş edir.
        Fasiləsiz LED işıq zolaqları Daim işıq saçan model: Avtomobilin arxa hissəsinə xüsusi cəlbedicilik qatan yeni LED arxa işıqlar yüksək keyfiyyətli daxili işıqlandırma ilə fasiləsiz LED zolağına rəvan keçid edir.
        LED arxa faralar EQA-nın standart komplektinə daxil olan LED arxa işıqları yeni daxili dizayna malik fasiləsiz LED zolağına rəvan keçid edir. Arxa işıqların kənarlarına quraşdırılmış daxili spoylerlər həm də aerodinamikanı yaxşılaşdırır.
        Sürüşmə panorama lyuku Yeni EQA avtomobilinin yüksək keyfiyyətli sürüşmə lyuku [6] böyük şüşə səthi sayəsində salona bol işıq daxil olmasına şərait yaradır və avtomobilə işıqlı, səmimi və xoş atmosfer bəxş edir.
        [6] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
        İnteryer Yeni EQA avtomobilinin interyeri Məkan haqqında ilkin təəssüratlar çox böyük əhəmiyyətə malikdir: EQA-nın daxili dizaynı geniş salonun, yüksək texnoloji avadanlığın və idman xarakterinin uğurlu ahəngi ilə heyrətləndirir. Bu, tamamilə elektrikli idarəetməyə keçidin nə dərəcədə cəlbedici ola biləcəyindən xəbər verir. Burada individualizasiya ilə bağlı heç bir çatışmazlıq tapmaq mümkün deyil: salonun işıqlandırması və zövqünüzə uyğun olaraq adaptasiya edə biləcəyiniz müxtəlif bəzək elementləri [5] kimi özünəməxsus xüsusiyyətlər hesabına yeni EQA-nı ürəyiniz istədiyi avtomobilə çevirin. Komfortlu oturacaqlar [5] və yeni sükan səfərinizə xüsusi rahatlıq qatacaq.
        [5] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
        LeftRight

        Xətlər və üslub

        Dizayn və Avadanlıq əsas məqamları

        Close X
        Növbəti
        Əvvəlki
          Yeni sükan Gələcək əlinizin altındadır - yeni sükan sizi avtomobilə bağlayır və idarəetmə mərkəzinə çevrilir. Müxtəlif idarəetmə elementləri naviqasiya, telefoniya və ya multimedia funksiyalarını idarə etməyə imkan verir. Tıxac zamanı rahat hərəkəti təmin etmək üçün kruiz-kontrol və ya məsafədən idarəetmə funksiyalarını kökləyə bilərsiniz. [7]
          [7] Displeydəki məzmun seriya versiyasına əsasən dəyişə bilər.
          Mərkəzi konsola malik panel Avtomobilin ruhunu hiss edin: optimallaşdırılmış mərkəzi konsola malik panel proqressiv və üslubyönümlü dizaynı ilə seçilir. Əşyaları qoymaq üçün daha çox yer və idarəetmə düymələrinin intuitiv yerləşməsi diqqəti yayındırmadan bütün funksiyaları idarə etməyə imkan verir. [15]
          [15] Displeydəki məzmun seriya versiyasına əsasən dəyişə bilər.
          Yaddaş funksiyasına malik komfortlu oturacaqlar Yaddaş funksiyası [6] sayəsində siz müxtəlif oturacaq yerlərini qura və rahat şəkildə seçə bilərsiniz. Oturacaqları elektrik vasitəsilə asanlıqla tənzimləyə bilərsiniz.
          [6] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
          Salonun işıqlandırması Salonun işıqlandırmasını istəklərinizə və ya əhvali-ruhiyyənizə uyğun tənzimləyin. Salonun 64 işıqlandırma rəngi dinamik olaraq bir-birini əvəz edən və ya müxtəlif sahələri fərqli rənglərlə işıqlandırmaq üçün tənzimlənə bilən maraqlı rəng sxemləri yaradır.
          Dolby Atmos® ilə yeni Burmester® həcmli səs sistemi Yeni səs dünyasına səyahət edin - Burmester® həcmli səs sistemi [6] ilə birlikdə Dolby® Atmos® texnologiyası ən yüksək səviyyədə hisslərinizə toxunur və musiqiyə daha çox məkan, aydınlıq və dərinlik bəxş edən misilsiz səs təcrübəsi təklif edir.
          [6] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
          Bəzək elementləri və "Mercedes-Benz" loqosu Detallara sevgi ilə: sizə məxsus EQA-nın görünüşünü də özününküləşdirin. "Progressive Line" 3 rəng variantında əlçatandır: qara, bej makiato və boz adaçayı. "Electric Art" [6] və "AMG Line" [6] qara paneli və xromlaşdırılmış ulduz naxışı ilə diqqətləri özünə çəkəcək.
          [6] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
          Avadanlıq Yeni EQA avadanlıqlarının əsas xüsusiyyətləri
          Növbəti
          Əvvəlki
            "Zero layer" interfeysi Proaktiv "zero layer" istifadəçi interfeysi sizin qərarlarınızdan “öyrənir” əsaslanır: altmenyulara keçid etmək əvəzinə siz lazımi anda lazımi məlumatlar əldə etmiş olursunuz. Bu, MBUX multimedia sistemi ilə işləməyi daha da asanlaşdırır. [15]
            [15] Displeydəki məzmun seriya versiyasına əsasən dəyişə bilər.
            Naviqasiya üçün "MBUX Augmented Reality” (MBUX əlavə reallıq) funksiyası Mürəkkəb yol şəraitində istiqaməti rahat müəyyənləşdirə bilməyinizi təmin etmək məqsədilə naviqasiya üçün "MBUX Augmented Reality” funksiyası [6] virtual dünyanı real dünya ilə birləşdirir. Texnologiya qrafik naviqasiyanı və yoldakı şərait haqqında məlumatları canlı təsvirlərə çevirir. [15]
            [6] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
            [15] Displeydəki məzmun seriya versiyasına əsasən dəyişə bilər.
            “MBUX Voice Assistant” (MBUX Səs Assistenti) “MBUX Voice Assistant” [6] sayəsində yeni EQA yolda sizi dinləyən partnyorunuza çevrilir. Onun diqqətini cəlb etmək üçün sadəcə “Hey Mercedes” demək kifayətdir. Onun vasitəsilə, məsələn, salon işıqlandırmasını və ya temperaturu idarə edə bilərsiniz. [15][17][16]
            [15] Displeydəki məzmun seriya versiyasına əsasən dəyişə bilər.
            [17] Displeydəki məzmun seriya versiyasına əsasən dəyişə bilər.
            [16] "MBUX Voice Assistant" xidmətindən istifadə etmək üçün fərdi "Mercedes me ID", həmçinin "Mercedes me connect" xidmətindən istifadə şərtlərinə razılıq verməyiniz tələb olunur. Bundan başqa, avtomobili müvafiq istifadəçi hesabı ilə əlaqələndirmək tələb olunur. İlkin 1 illik müddət başa çatdıqdan sonra əlavə ödəniş müqabilində xidmətlərin müddəti uzadıla bilər, bir şərtlə ki, xidmət məhz həmin avtomobilə göstərilmiş olsun. Müştəri tərəfindən xidmətlərin ilk aktivləşdirilməsi avtomobilin ilkin qeydiyyata alındığı və ya istismara verildiyi tarixdən (hansının daha əvvəl baş verməsindən asılı olaraq) 1 il ərzində mümkündür.
            “MBUX Interior Assistant” (MBUX İnteryer Assistenti) Toxunuşsuz idarəetmənin rahatlığından həzz alın: bu innovativ sistem sizin əl və qol hərəkətlərinizi “oxuyur” və interpretasiya edir. Bu o deməkdir ki, seçdiyiniz funksiyaları cəmi bir neçə saniyə ərzində aktivləşdirə bilərsiniz. Sistem sürücü ilə ön oturacaqda əyləşən sərnişini ayırd edə bilir ki, bu da məhz istədiyiniz menyuya qoşulmağınıza imkan yaradır. [15][6]
            [6] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
            [15]Displeydəki məzmun seriya versiyasına əsasən dəyişə bilər.
            PARKTRONIC funksiyası ilə parklama zamanı aktiv dəstək sistemi Geniş olmayan yerlərdə parklama zamanı keçirdiyiniz stresi rəvan və rahat prosedura çevirin. PARKTRONIC funksiyası ilə parklama zamanı aktiv dəstək sistemi [6] parklama yerini tapir, həmçinin parklama yerinə daxil olmaqda və oranı tərk etməkdə sizə kömək edir. Sistem sükanı idarə etməkdə, həmçinin sürətlənmə və tormozlama zamanı kömək edir. [9]
            [6] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
            [9] Sürücüyə dəstək və təhlükəsizlik sistemlərimiz yalnız köməkçi vasitələrdir və sürücü olaraq sizi məsuliyyətindən azad etmir. Zəhmət olmasa, təlimat kitabçasındakı məlumatlarla tanış olun və orada təsvir olunmuş sistem məhdudiyyətlərini nəzərə alın.
            360° kamera ilə parklama paketi Avtomobilinizi arxayın və rahat parklayın və manevrlər edin: 360° kamera hərtərəfli və quş uçuşu hündürlüyündən görünüşü təmin edir. Bu, dar, narahat və çətin parklama yerlərinin öhdəsindən inamla gəlməyə imkan verir. PARKTRONIC funksiyası ilə parklama zamanı aktiv dəstək sistemi parklama yerini tapmaqda, həmçinin parklama yerinə daxil olmaqda və oranı tərk etməkdə sizə kömək edir. [6][9]
            [6] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
            [9] Sürücüyə dəstək və təhlükəsizlik sistemlərimiz yalnız köməkçi vasitələrdir və sürücü olaraq sizi məsuliyyətindən azad etmir. Zəhmət olmasa, təlimat kitabçasındakı məlumatlarla tanış olun və orada təsvir olunmuş sistem məhdudiyyətlərini nəzərə alın.
            “GUARD 360° Vehicle Protection” (GUARD 360° avtomobil mühafizəsi) “GUARD 360° Vehicle Protection” [6] yedəkləmədən qorunma ilə oğurluğa qarşı siqnalizasiya kimi funksiyalarla avtomobilinizin ətrafında hərtərəfli monitorinqi təmin edir. Salondakı hərəkətlər vizual və səsli xəbərdarlıqları işə salır. "Mercedes me" tətbiqi toqquşma riski barədə sizi məlumatlandırır.
            [6] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
            Adaptive Highbeam Assist Activate the system once and continually benefit from the long headlamp range. Whenever Adaptive Highbeam Assist [6] does not register any vehicles in front of you or any oncoming traffic, it switches on the high beam. This means that you can see the roadway or any hazards more clearly. Furthermore, there is no need for you to keep switching between high beam and dipped beam. [9]

            [6]Optional selectable equipment depending on configuration.

            [9]Our driving assistance and safety systems are merely aids, and do not relieve you of your responsibility as the driver. Please take note of the information in the owner's manual and the system limits which are described therein.
            "Active Steer Assist" (Aktiv Sükan Assistenti) sistemi "Active Steer Assist" [6] sükan arxasında komfort səviyyəsini əhəmiyyətli dərəcədə artırır: sistem sükana incə müdaxilələr vasitəsilə avtomobili zolağın mərkəzində saxlamağa kömək edir. Bu, xüsusilə uzun düz hissələri və ya kiçik döngələri olan monoton yollarda yüklənməni əhəmiyyətli dərəcədə azaldır. [9]
            [6] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
            [9] Sürücüyə dəstək və təhlükəsizlik sistemlərimiz yalnız köməkçi vasitələrdir və sürücü olaraq sizi məsuliyyətindən azad etmir. Zəhmət olmasa, təlimat kitabçasındakı məlumatlarla tanış olun və orada təsvir olunmuş sistem məhdudiyyətlərini nəzərə alın.
            Ön displey Avtomobili idarə etməkdən idman zövqü almaq və möhtəşəm hisslər yaşamaq üçün ideal imkan: ön displey [6] ön güzgünüzü gözəl rəqəmsal panelə çevirir. Nəticədə, əsas məlumatlar daim gözünüzün qarşısında olur. Siz isə bütün diqqətiniz yola və qarşınızdakı nəqliyyat vasitələrinə yönəldə bilirsiniz. [15]
            [6] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
            [15] Displeydəki məzmun seriya versiyasına əsasən dəyişə bilər.
            DISTRONIC aktiv məsafə dəstəyi sistemi DISTRONIC aktiv məsafə dəstəyi sistemi [6] üzərinizdəki yükü xeyli azaldır və qarşıdakı avtomobillə aranızdakı məsafəni avtomatik tənzimləyir. Marşrut əsaslı sürət tənzimləməsi həm də istifadə diapazonunu əhəmiyyətli dərəcədə genişləndirir. Məsələn, əgər avtomobil döngəyə yaxınlaşırsa, sistem qabaqlayıcı tədbir kimi sürəti azaldır, döngəni keçdikdən və öndəki sürücü ilə kifayət qədər məsafəni saxladıqdan sonra avtomatik olaraq əvvəlcədən müəyyən etdiyiniz sürətə qədər sürətlənir. [9]
            [6] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
            [9] Sürücüyə dəstək və təhlükəsizlik sistemlərimiz yalnız köməkçi vasitələrdir və sürücü olaraq sizi məsuliyyətindən azad etmir. Zəhmət olmasa, təlimat kitabçasındakı məlumatlarla tanış olun və orada təsvir olunmuş sistem məhdudiyyətlərini nəzərə alın.
            Speed Limit Assist Speed Limit Assist makes it easy for you to follow the rules and avoid unnecessary speeding tickets. The system shows what is permitted: it uses the camera to detect the current speed limit and displays it in the driver display. It also detects additional restriction signs in specific weather situations such as wet conditions. [9]

            [9]Our driving assistance and safety systems are merely aids, and do not relieve you of your responsibility as the driver. Please take note of the information in the owner's manual and the system limits which are described therein.
            Active Brake Assist (Aktiv tormoz dəstəyi sistemi) Bu sistem qarşıda hərəkət edən və ya hərəkət etməyən avtomobillər, dönmə zamanı qarşıdan gələn nəqliyyat vasitələri, piyadalar və hərəkətdə olan velosipedçilərlə toqquşmanın qarşısını almağa kömək edir. Bunun üçün sistem təhlükəsiz məsafənin pozulması və toqquşma təhlükəsi barədə xəbərdarlıq etməklə yanaşı, ehtiyac olduqda, təcili tormozlamaya qədər tormoz dəstəyi göstərə bilir.[9]
            [9] Sürücüyə dəstək və təhlükəsizlik sistemlərimiz yalnız köməkçi vasitələrdir və sürücü olaraq sizi məsuliyyətindən azad etmir. Zəhmət olmasa, təlimat kitabçasındakı məlumatlarla tanış olun və orada təsvir olunmuş sistem məhdudiyyətlərini nəzərə alın.
            Active Lane Keeping Assist Active Lane Keeping Assist is an attentive observer: if you unintentionally leave your lane or get dangerously close to other road users, the system can bring you back into your lane by means of a steering intervention. If you still leave the lane, however, an additional warning will follow in the form of a steering wheel vibration. [9]

            [9]Our driving assistance and safety systems are merely aids, and do not relieve you of your responsibility as the driver. Please take note of the information in the owner's manual and the system limits which are described therein.
            "Blind Spot Assist" (Kor zonalara nəzarət sistemi) Xüsusən də dönmə işığını yandırdığınız zaman "Blind Spot Assist" [6] sistemi ətrafa diqqətlə nəzarət edir. Sistem "kor zonalarda" digər yol iştirakçıları ilə mümkün yan toqquşma barədə sizi vizual və səsli şəkildə xəbərdar edə bilir. Səfəriniz başa çatdıqdan sonra sistem aktiv qalır və əlverişsiz məqamda qapını açmaq istədiklə sizə xəbərdarlıq edir. [9]
            [6] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
            [9] Sürücüyə dəstək və təhlükəsizlik sistemlərimiz yalnız köməkçi vasitələrdir və sürücü olaraq sizi məsuliyyətindən azad etmir. Zəhmət olmasa, təlimat kitabçasındakı məlumatlarla tanış olun və orada təsvir olunmuş sistem məhdudiyyətlərini nəzərə alın.
            ESP® qoşqu stabilizasiyası sisteminə malik qoşqu qurğusu Daşıma imkanlarınızı genişləndirin: bu praktiki avadanlıq funksiyası sayəsində siz qoşqu və ya furqon qoşa, həmçinin velosiped baqajı quraşdıra bilərsiniz. Qoşqu qurğusunu [6] qısa zamanda istifadəyə hazır edə, ehtiyac olmadıqda isə yığışdırıb arxa bamperin arxasında yerləşdirə bilərsiniz.
            [6] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
            DYNAMIC SELECT keçiricisi Avtomobili ürəyiniz istədiyi kimi idarə etmək imkanı. DYNAMIC SELECT sayəsində düyməyə bir dəfə toxunmaqla enerjiyə qənaət etməyə imkan verən ECO idarəetmə proqramını aktivləşdirə, bununla da gediş ehtiyatını artıra bilərsiniz. Sükandakı sürət keçiricilərindən əyləc enerjisinin rekuperasiyasını tənzimləmək üçün də istifadə edilə bilər. "Sport" rejimi isə daha da dinamik idarəetməni təmin etmək üçün elektrik mühərriklərinin heyrətamiz gücündən istifadə etməyə imkan verir.
            Aşağı təzyiqli şinlər Təkərlərinizin birinin və ya bir neçəsinin təzyiqi azaldıqda belə, hərəkəti davam etdirə bilərsiniz. Şinlərin gücləndirilmiş yan hissələri sayəsində siz tunellər və ya avtomagistrallar kimi təhlükəli zonaları tərk edə və ən yaxın təmir emalatxanasına çata bilərsiniz. Yükdən asılı olaraq, maksimum 80 km/saat sürətlə 80 kilometrə qədər məsafə qət edə bilərsiniz. [6]
            [6] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
            4MATIC tam intiqal sistemi 4MATIC tam intiqal sistemi
            Tənzimlənə bilən 4MATIC tam intiqal sistemi [6] hətta mürəkkəb yol şəraitində belə əla hərəkət keyfiyyətini təmin edir. Sistem avtomobilin dartı qabiliyyətini və dayanıqlığını yaxşılaşdırır, əlavə təhlükəsizliyi təmin edir.
            [6] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq
            MERCEDES-AMG Mercedes-AMG C-Class. The Mercedes-AMG C-Class models represent an ideal point of entry to the world of Mercedes-AMG as well as absolute peak performance.
            LeftRight

            Eksteryer Dizaynı

            İnteryer Dizaynı

            Eksteryerin əsas məqamları

            Close X
            Strapline Content

            İnteryerin əsas məqamları

            Close X
            Növbəti
            Əvvəlki
              AMG Performance steering wheel in nappa leather Content
              Strapline Content
              Strapline Content
              Strapline Content
              Bunu yolda yaşayın EQA-nı sınaqdan keçirin EQA-nı sınaqdan keçirmək üçün bizə sorğu göndərin və biz tezliklə sizinlə əlaqə saxlayacağıq.