Giriş
Model
Eksteryer
İnteryer
Texnologiya
AMG
Bizimlə əlaqə saxlayın
    Polar White
    Black
    High-tech Silver
    Graphite Grey Metallic
    Velvet Brown
    Nautic Blue Metallic
    Obsidian Black Metallic
    Verde Silver
    MANUFAKTUR Alpine Grey Solid
    MANUFAKTUR Hyacinth Red Metallic
    MANUFAKTUR Opalite White Bright
    Model E-Class Sedan
    Başlayaraq 136 000 AZN ƏDV daxil
    Model cərgəsi
    LeftRight

    Mercedes-Benz

    Close X
    Növbəti
    Əvvəlki
      E 200
      E 300 e
      E 300 e 4MATIC
      E 400 e 4MATIC

      Mercedes-AMG

      Close X
      Strapline Content

      Mercedes-EQ

      Close X
      Strapline Content

      Mercedes-Maybach

      Close X
      Strapline Content
      Eksteryer Dinamik eksteryer. İşıqlandırılmış radiator qəfəsindən tutmuş, valehedici işıqlandırma detalları ilə zərif dinamik arxa dizayna qədər, yeni “E-Class Sedan” maraqlı dizayn nümayiş etdirir və innovativ dinamizmə xas olan mütərəqqi stilistik elementləri izləyir. Split arxa fənərlər yeni konturları və mükəmməl ulduz görünüşlü interyeri ilə heyran edir.
      LeftRight

      Xətlər və üslub

      Dizayn və Avadanlıq əsas məqamları

      Close X
      Növbəti
      Əvvəlki
        Proyeksiya funksiyasına malik DIGITAL LIGHT Təhlükəsizliyiniz üçün optimal görmə dərəcəsi: “E-Class” proyeksiya funksiyasına malik DIGITAL LIGHT[5] ilə sizə ən yüksək səviyyədə görmə və rahatlıq təklif edir. İşıq dəyişən yol şəraitinə, yolun hərəkət hissəsinə və havaya reaksiya verir ki, hər zaman geniş görmə sahəsi üçün uyğunlaşdırılmış optimal işıqlandırma təmin olunsun. Proyeksiya funksiyası həmçinin işıqlandırılmış görmə sahəsini animasiyalarla zənginləşdirir.
        [5] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq.
        KEYLESS-GO komfort paketi Daha çox rahatlıq üçün açarınız: Siz KEYLESS-GO komfort paketi[10] ilə sadəcə olaraq əlinizdə açar və ya uyğun smartfon olmaqla avtomobilinizi işə sala və kilidləyə bilərsiniz. Müvafiq KEYLESS-GO paketinə daxil olan qapı səthi ilə eyni səviyyəli qapı tutacaqları siz avtomobilə yaxınlaşanda avtomatik olaraq önə çıxır və yenidən kilidləyən kimi içəri çəkilir.
        [10] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq.
        AIRMATIC asqı və arxa ox sükanı daxil olan texnoloji paket AIRMATIC pnevmatik asqı və arxa ox sükanı[10] ilə sizi nəzərəçarpacaq dərəcədə daha artıq sürmə rahatlığı və çeviklik gözləyir. Pnevmatik asqı idman dinamikası və ya yüksək komfort seçiminizlə valeh edir. Arxa ox sükanı sayəsində siz sürətdən asılı olaraq xüsusilə çevik və ya əmin idarəetmədən və daha kiçik manevr dairəsindən faydalanırsınız.
        [10] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq.
        İşıqlandırılmış radiator qəfəsi ilə nəzərəçarpıcı yeni dizayn Yeni “E-Class” zərif dizaynda ənənə və müasirliyi birləşdirir: hamar formalar, dinamik proporsiyalar və işıqlandırılmış radiator qəfəsi[10] kimi innovativ detallar əfsanəvi sedanın unikal xarakterini itirmədən yeni görünüşünü təcəssüm etdirir.
        [10] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq.
        Dinamik arxa hissə “E-Class”ın zərif arxa hissəsi öz sözünü deyir. Split LED arxa fənərlər xüsusilə qaranlıqda innovativ konturları ilə heyran edir. Mərkəzdə birləşərək, arxa hissənin enini daha da vurğulayır və heyrətamiz parlaq ulduz görünüşü ilə həm gündüz, həm də gecə dizaynına diqqəti cəlb edir. Təkrarolunmaz “Mercedes-Benz E-Class”.
        “Driving Assistance Plus Package” (Sürücüyə Yardım Plus Paketi) Təhlükəsizliyi tamamilə yeni səviyyədə təcrübədən keçirin: “E-Class” “Driving Assistance Plus Package” [10] ilə sizə hər səyahət üçün mümkün olan ən üstün komfortu və sadəliyi təklif edir. Siz ən müasir sürücüyə yardım sistemləri sayəsində sürətin tənzimlənməsi, sükan idarəetməsi, zolaq dəyişməsi və ya toqquşma riski halında yüksək səviyyəli dəstək ala bilərsiniz.[6]
        [10] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq.
        [6] Sürücüyə dəstək və təhlükəsizlik sistemlərimiz yalnız köməkçi vasitələrdir və sürücü olaraq sizi məsuliyyətindən azad etmir. Zəhmət olmasa, təlimat kitabçasındakı məlumatlarla tanış olun və orada təsvir olunmuş sistem məhdudiyyətlərini nəzərə alın.
        İnteryer İlk baxışdan heyran edən interyer keyfiyyəti. Yeni “E-Class Sedan” təkcə dizayn baxımından yeni standartlar müəyyən etmir. Ən son nəsil MBUX multimedia sistemi avtomobildə daha da fərdiləşdirilmiş təcrübəni təmin edir. Rahat funksiyalar, əyləncə və gündəlik biznes funksiyaları intuitiv və qüsursuz şəkildə əlaqələndirilib. Yeni “E-Class” multikontur oturacaqda rahat səhər sürüşündən başlamaqla işdən sonra DOLBY ATMOS ilə pleylisti dinləməyə qədər sizə daha xoş və zövqverici əhvali-ruhiyyə bəxş edir.
        LeftRight

        Xətlər və üslub

        Dizayn və Avadanlıq əsas məqamları

        Close X
        Növbəti
        Əvvəlki
          MBUX selfi və videokamera ilə super ekran Heyranedici rəqəmsal ekran: estetik cəhətdən yüksək texnologiyalı görünüşü olan super ekran[10] interyerin diqqətəlayiq yeridir. İnteqrasiya edilmiş kamera, əsaslı şəkildə dizayn edilmiş ekran və əməliyyat, eləcə də məxfilik rejimi ilə ön sərnişin ekranı sayəsində, “E-Class” mobil əyləncə və videokonfrans otağına çevrilir.
          [10] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq.
          Yeni nəsil MBUX MBUX yeni əyləncə nəsli [10] bir sıra yeni funksiyalar və xidmətlər, həmçinin sizinlə “E-Class” arasında qarşılıqlı əlaqə imkanları təklif edir. Bütün ekranlar (istək əsasında sərnişin ekranı) inteqrasiya olunmuş estetik təcrübə yaradır və ekran üslubu, rejimləri və rəng çalarları ilə fərdiləşdirilə bilər.
          [10] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq.
          Dolby® Atmos məkan səs ilə Burmester® 4D səs sistemi “E-Class”ı bütün hisslərinizlə yaşayın: Burmester® 4D məkan səs sistemi[10]17 fərdi dinamiki ilə Dolby® Atmos keyfiyyətində unikal premium səs təcrübəsinə zəmanət verir. Əlavə dörd səsgücləndirici ön oturacaqların söykənəcəklərinə quraşdırılmış korpus səs konverterləri ilə dəst təşkil edir və sizə nəinki musiqini eşitməyə, həm də onu hiss etməyə imkan yaradır.
          [10] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq.
          Aktiv multikontur oturacaqlar Hiss edə biləcəyiniz dəbdəbə: Yaddaş və masaj funksiyaları olan multikontur oturacaq paketi[10] sürücü və ön sərnişin üçün ayrı panellərə malikdir. Siz ENERGIZING komfort paneli ilə[10] daha yaxşı dərin masaj üçün müxtəlif masaj proqramlarını seçə bilərsiniz.
          [10] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq.
          Akustik komfort paketi Sükutun səsi: “E-Class” akustik comfort paketi ilə optimallaşdırılmış səs izolyasiyasını təmin edir. Korpusdakı akustik şüşə və əlavə izolyasiya tədbirləri son dərəcə sakit interyeri təmin edir, istənilən vaxt istirahət edə bilməyiniz üçün hər səyahətdə üstün səs mühiti yaradır.
          Fərdiləşdirmə Mükəmməl şəkildə sizə uyğunlaşdırılmış fərdi komfort: ilk dəfə olaraq, “E-Class” sürücünün daxiletməsindən sonra sizin xüsusi əyləncə və komfort seçimlərinizi yadda saxlayır. Temperaturdan tutmuş oturacağın masaj funksiyasına qədər hər şey optimallaşdırıla və avtomatik olaraq sizə uyğunlaşdırıla bilər.
          MANUFAKTUR bəzək elementləri MANUFAKTUR hamar xətlər, qara laklı bəzək elementləri interyerinizə fərdi cəzbedici hisslər bəxş edir. Bu elementlər yeni “E-Class Sedan”ın interyer dizaynı ilə harmonik uyğundur və son dərəcə yüksək keyfiyyətli bəzək görüntüsü yaradır.
          MANUFAKTUR tavan örtüyü Qara MICROCUT mikrofiberdən olan MANUFAKTUR tavan örtüyü interyerdə nəzərə çarpacaq dərəcədə mükəmməl harmoniya yaradır.
          Avadanlıq Yeni “E-Class Sedan”ın avadanlığının xüsusiyyətləri
          Növbəti
          Əvvəlki
            Head-up display İdman sürücülüyü zövqünün və asanlıqla üstün sürmə hissinin maksimum potensialı: head-up displey[10] ön şüşənizi rəqəmsal kokpitə çevirir. Tam rəngli virtual görüntü ilə ən vacib məlumatları birbaşa görürsünüz. Bütün diqqətiniz yol və qarşıdakı nəqliyyat vasitələrində qalır.
            [10] Konfiqurasiyadan asılı olaraq seçimli avadanlıq.
            Üz tanıma E-Class sizi tanıyır: üz tanıma funksiyası sayəsində sürücü kamerası sürücünün identifikasiyasını və həmçinin informasiya, multimedia və kommunikasiya sisteminin parametrlərini dəstəkləyir.
            3D sürücü displeyi Ən vacib məlumatları 3D sürücü displeyində[10] izləyin. Üçölçülü xəbərdarlıqlar və sürücüyə kömək sistemlərinin funksiyaları öz cəlbedici 3D və kölgəli effektləri ilə dərhal nəzərə çarpır. Qarşınızdakı avtomobil, yük maşını, avtobus və ya motosikletin təsirli 3D görüntüsü özünüzə uyğunlaşdırıla bilər.


            [10] Konfiqurasiyadan asılı olaraq seçimli avadanlıq.
            Rəqəmsal Səyahət Jurnalı Rəqəmsal Səyahət Jurnalı[10] səyahətlərinizin avtomatlaşdırılmış sənədləşməsini aparır və onları Logbook tətbiqində kateqoriyalaşdıra bilərsiniz. Vergi bəyannaməsi üçün rəqəmsal jurnal məlumatları bir kliklə əlçatan olur.

            [10]Konfiqurasiyadan asılı olaraq seçimli avadanlıq.
            Rəqəmsal əlavələr Sizin “Mercedes-Benz”iniz ilk andan təsəvvür etdiyinizdən daha çox şey təklif edir. Avtomobilinizin modelindən, seçdiyiniz xüsusi avadanlıqdan, istehsal ilindən və ölkədən asılı olaraq, uzaqdan idarəetmə, naviqasiya, şarj imkanı, GUARD 360° avtomobil mühafizəsi və bir çox multimedia rəqəmsal əlavələri artıq yeni avtomobilin satınalınma tarixindən etibarən 36 ay müddətinə daxil edilib[8]. Siz ilkin müddətdən sonra rəqəmsal əlavələrin üstünlüklərindən yararlanmağa davam etmək istədiyiniz təqdirdə, onları “Mercedes me Store”da bir neçə kliklə yeniləyə bilərsiniz.
            [8] "Mercedes me" xidmətlərindən istifadə etmək üçün fərdi "Mercedes me ID" yaratmalı və "Mercedes me connect" xidmətindən istifadə şərtlərinə razılıq verməlisiniz. Bundan başqa, avtomobili müvafiq istifadəçi hesabı ilə əlaqələndirmək tələb olunur. İlkin 1 illik müddət başa çatdıqdan sonra əlavə ödəniş müqabilində xidmətlərin müddəti uzadıla bilər, bir şərtlə ki, xidmət məhz həmin avtomobilə göstərilmiş olsun. Müştəri tərəfindən xidmətlərin ilk aktivləşdirilməsi avtomobilin ilkin qeydiyyata alındığı və ya istismara verildiyi tarixdən (hansının daha əvvəl baş verməsindən asılı olaraq) 1 il ərzində mümkündür.
            Park sistemi Park sistemləri dəqiq ətraf sensorları ilə diqqəti cəlb edir. Memory Parking Assist[10] öyrənilmiş yerlərdə avtomatik olaraq park etməyə imkan verir. İlk dəfə olaraq Remote Parking Assist[10] tətbiq vasitəsilə smartfonla park etmə və Automated Valet Parking[10] tam avtomatik şəkildə həyata keçirilir.
            .


            [8] [8] Mercedes me ID hesabı və Mercedes me connect xidmətlərinin istifadə qaydalarına razılıq tələb olunur. Avtomobil müvafiq istifadəçi hesabı ilə cütləşdirilməlidir. Xidmətlərin ilkin müddətinin bitməsindən sonra onlar ödəniş qarşılığında yenilənə bilər, əgər həmin vaxt həmin avtomobil üçün hələ də mövcuddursa. Xidmətlərin ilk aktivləşdirilməsi müştərinin avtomobili ilk dəfə qeydiyyatdan keçirməsindən və ya istifadəyə verməsindən sonra 1 il ərzində mümkündür.

            [10] Konfiqurasiyadan asılı olaraq seçimli avadanlıq
            “Active Emergency Stop Assist” (Aktiv təcili dayandırma dəstəyi) Birinci dərəcəli yardım: “Active Emergency Stop Assist” uzun müddət sürücü müdaxiləsinin olmamasını aşkar edir və maşını hərəkətsiz vəziyyətə gətirənə qədər tormozlama və avtomatik təcili yardım zəngi vasitəsilə sizi və digər yol istifadəçilərini qoruya bilir.[8]
            “Evasive Steering Assist” (Aktiv yayındırma dəstəyi) Təhlükəsizlik tələblərini nəzərə alaraq: xarici sensorları sayəsində aktiv yayındırma köməkçisi[10] piyada, velosipedçi və ya nəqliyyat vasitəsi ilə toqquşma riskinin aşkar edildiyi hallarda maşını yayındırmağa və qəzaların qarşısını almağa kömək edə bilər.[8]
            [8] "Mercedes me" xidmətlərindən istifadə etmək üçün fərdi "Mercedes me ID" yaratmalı və "Mercedes me connect" xidmətindən istifadə şərtlərinə razılıq verməlisiniz. Bundan başqa, avtomobili müvafiq istifadəçi hesabı ilə əlaqələndirmək tələb olunur. İlkin 1 illik müddət başa çatdıqdan sonra əlavə ödəniş müqabilində xidmətlərin müddəti uzadıla bilər, bir şərtlə ki, xidmət məhz həmin avtomobilə göstərilmiş olsun. Müştəri tərəfindən xidmətlərin ilk aktivləşdirilməsi avtomobilin ilkin qeydiyyata alındığı və ya istismara verildiyi tarixdən (hansının daha əvvəl baş verməsindən asılı olaraq) 1 il ərzində mümkündür.
            [10] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq.
            “Active Brake Assist” (Aktiv tormoz dəstəyi) sistemi Döngə və qovşaq funksiyası ilə standart “Active Brake Assist” sistemi piyadalar, velosipedçilər və ya nəqliyyat vasitələri kimi digər yol istifadəçiləri ilə toqquşmaların qarşısını almağa və ya təsirini azaltmağa kömək edə bilər.[8]
            [8] "Mercedes me" xidmətlərindən istifadə etmək üçün fərdi "Mercedes me ID" yaratmalı və "Mercedes me connect" xidmətindən istifadə şərtlərinə razılıq verməlisiniz. Bundan başqa, avtomobili müvafiq istifadəçi hesabı ilə əlaqələndirmək tələb olunur. İlkin 1 illik müddət başa çatdıqdan sonra əlavə ödəniş müqabilində xidmətlərin müddəti uzadıla bilər, bir şərtlə ki, xidmət məhz həmin avtomobilə göstərilmiş olsun. Müştəri tərəfindən xidmətlərin ilk aktivləşdirilməsi avtomobilin ilkin qeydiyyata alındığı və ya istismara verildiyi tarixdən (hansının daha əvvəl baş verməsindən asılı olaraq) 1 il ərzində mümkündür.
            “Active Stop-and-Go Assist” (Aktiv yaxın məsafəli dayanma-durma dəstəyi) “Active Stop-and-Go Assist” [10] yaxın məsafəli dayanma-durma hərəkəti zamanı 60 saniyəyə qədər avtomatik hərəkət və orta zolaq bələdçiliyi ilə sizi gərginlikdən azad edə bilər. O, avtomatik olaraq öndəki avtomobillə və araya daxil olan avtomobillərlə təhlükəsiz məsafə saxlayır.[8]
            [8] "Mercedes me" xidmətlərindən istifadə etmək üçün fərdi "Mercedes me ID" yaratmalı və "Mercedes me connect" xidmətindən istifadə şərtlərinə razılıq verməlisiniz. Bundan başqa, avtomobili müvafiq istifadəçi hesabı ilə əlaqələndirmək tələb olunur. İlkin 1 illik müddət başa çatdıqdan sonra əlavə ödəniş müqabilində xidmətlərin müddəti uzadıla bilər, bir şərtlə ki, xidmət məhz həmin avtomobilə göstərilmiş olsun. Müştəri tərəfindən xidmətlərin ilk aktivləşdirilməsi avtomobilin ilkin qeydiyyata alındığı və ya istismara verildiyi tarixdən (hansının daha əvvəl baş verməsindən asılı olaraq) 1 il ərzində mümkündür.
            [10] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq.
            Rəqəmsal Avtomobil Açarı Rəqəmsal Avtomobil Açarı[6] uyğun smartfonunuzla fiziki açar daşımadan E-Class avtomobilinizi açmağa, işə salmağa və bağlamağa imkan verir.

            [6] Mercedes me ID hesabı və Mercedes me connect xidmətlərinin istifadə qaydalarına razılıq tələb olunur. Avtomobil müvafiq istifadəçi hesabı ilə cütləşdirilməlidir. Bazara çıxarılma zamanı rəqəmsal açar iPhone 11 və sonrası (iPhone SE istisna olmaqla) və Apple Watch 6 və sonrası (Apple Watch SE istisna olmaqla) ilə uyğun gəlir. Ultra-wideband (UWB) dəstəyi tələb olunur. Mercedes-Benz uyğunluq siyahısını davamlı genişləndirir.
            Rəqəmsal ventilyasiya paneli Sürücü və ön sərnişin üçün avtomatik ventilyatorların müxtəlif ilkin parametrləri mövcuddur, məsələn, “baş”, “bədən” və ya “bərabər paylanma”. Sizin “Mercedes” hava axınını müvafiq olaraq yönləndirir. Siz həmçinin istifadəçi profillərində fərdi iqlim parametrlərini yaddaşda saxlaya bilərsiniz. Siz ventilyatorlarını əl ilə də tənzimləyə bilərsiniz. Siz əl ilə tənzimlədiyiniz zaman pilləli mühərrik avtomatik olaraq sərbəst hərəkətə keçir.
            Sürüşmə panoram lyuku Açıq və ya qapalı olmasından asılı olmayaraq, sürüşmə panoram lyuku[10] sizə möhtəşəm azadlıq hissi və interyerdə işıqlı xoş atmosfer bəxş edir. Kənardan baxdıqda, geniş sürüşmə lyuku həm də unikal vizual təəssürat yaratmaqla eksteryerə yüngüllük və eksklüzivlik bəxş edir.
            [10] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq.
            “Smart Home” (Ağıllı ev) “Mersedes, evdə işığı söndür!” “Smart Home” sistemini[7] “E-Class Sedan”ınıza qoşun və hərəkətdə olarkən temperatur, işıqlandırma, pərdələr və elektrik cihazları kimi “Smart Home” məhsullarına nəzarət edin. Bu, MBUX səs köməkçisi vasitəsilə səs paneli ilə rahat şəkildə idarə olunur.
            [7] “Smart Home”İnteqrasiyası "Mercedes me connect" xidmətinin "MBUX Voice Assistant" xüsusiyyətidir. "Mercedes me connect" xidmətlərindən yararlanmaq üçün fərdi "Mercedes me ID" yaratmalı və "Mercedes me connect" xidmətindən istifadə şərtlərinə razılıq verməlisiniz. Təqdim olunan xidmətlər, onların əlçatanlığı və funksionallığı avtomobilin modelindən, buraxılış ilindən, seçilmiş əlavə avadanlıqlardan və ölkədən asılıdır.
            PRE-SAFE® Impulse Side sistemi PRE-SAFE® Impulse Side[10] sistemi passiv müdafiə konsepsiyasını təqdim edir. Digər yol istifadəçilərinin səbəb olduğu gözlənilən yan toqquşmalar təkmilləşdirilmiş sensor sistemi tərəfindən aşkar edilə bilər. Zərbənin yan tərəfində olan ön sərnişinlər daha sonra oturacaqların arxa hissəsindəki pirotexniki aktivləşdirilmiş yastıq vasitəsilə avtomobilin mərkəzinə doğru hərəkət etdirilir.
            [10] Avtomobilin komplektasiyasından asılı olaraq əlavə seçilən avadanlıq.
            PRE-SAFE® PLUS Sizin hərəkətdə olan qoruyucu mələyiniz: arxadan toqquşma təhlükəsi olduqda PRE-SAFE® PLUS[10] arxadakı sürücüləri sürətlə yanıb-sönən xəbərdarlıq lampaları ilə xəbərdar edir. Ters yönlü təhlükəsizlik kəməri sıxıcı aktivləşərək sərnişini qarşıdan gələn toqquşmaya hazır vəziyyətə gətirir və zərbəni azaldır.


            [10] Konfiqurasiyadan asılı olaraq seçimli avadanlıq.
            Active Distance Assist DISTRONIC Active Distance Assist DISTRONIC sistemi axıcı və dayanan tıxaclı trafiklədə rahatlığı təmin edir və gələcəkdə onsuz sürmək istəməyəcəksiniz. Sistem önünüzdə yavaş hərəkət edən nəqliyyat vasitələrinin sürətinə avtomatik uyğunlaşaraq gərginliyi azaldır. Lazımi məsafə bir neçə addımda tənzimlənə bilər.

            [8] Mercedes me ID hesabı və Mercedes me connect xidmətlərinin istifadə qaydalarına razılıq tələb olunur. Avtomobil müvafiq istifadəçi hesabı ilə cütləşdirilməlidir. Xidmətlərin ilkin müddətinin bitməsindən sonra onlar ödəniş qarşılığında yenilənə bilər, əgər həmin vaxt həmin avtomobil üçün hələ də mövcuddursa. Xidmətlərin ilk aktivləşdirilməsi müştərinin avtomobili ilk dəfə qeydiyyatdan keçirməsindən və ya istifadəyə verməsindən sonra 1 il ərzində mümkündür.
            GUARD 360° GUARD 360° Avtomobil Qoruması[10] avtomobilin ətrafını tam nəzarət edir — məsələn, genişlənmiş oğurluq əleyhinə siqnal və avtomobilin çəkilməsi qorunması ilə. Daxildə hərəkətlər vizual və səsli xəbərdarlıqlar yaradır. Mercedes me toqquşma aşkarlama funksiyası tətbiq vasitəsilə sizi məlumatlandırır. [9]



            [9] Mercedes me ID hesabı və Mercedes me connect xidmətlərinin istifadə qaydalarına razılıq tələb olunur. Avtomobil müvafiq istifadəçi hesabı ilə cütləşdirilməlidir. Xidmətlərin ilkin müddətinin bitməsindən sonra onlar ödəniş qarşılığında yenilənə bilər, əgər həmin vaxt həmin avtomobil üçün hələ də mövcuddursa. Xidmətlərin ilk aktivləşdirilməsi müştərinin avtomobili ilk dəfə qeydiyyatdan keçirməsindən və ya istifadəyə verməsindən sonra 1 il ərzində mümkündür.

            [10] Konfiqurasiyadan asılı olaraq seçimli avadanlıq.
            Akustik mövcudluq göstəricisi Elektrikli avtomobiliniz demək olar ki, səssiz sürərkən piyada və velosiped sürücüləri üçün təhlükə yaratmaması üçün akustik mövcudluq göstəricisi avtomobilin xaricində Mercedes-Benz-ə xas səslər yaradır, təxminən 30 km/saat sürətə qədər. Bu sistem irəli və geri sürməyi fərqləndirir.
            AGILITY CONTROL AGILITY CONTROL asqısı və avtomobilin aşağı salınması sizə rahatlıqdan imtina etmədən optimum yol tutuşu təqdim edir. Passiv selektiv sönümə sistemi yol səthindən asılı olmayaraq üstün sürmə təcrübəsi təmin etmək üçün avtomatik olaraq anti-roll, sönüm və stabilizasiyanı optimallaşdırır.
            MERCEDES-AMG Mercedes-AMG C-Class. The Mercedes-AMG C-Class models represent an ideal point of entry to the world of Mercedes-AMG as well as absolute peak performance.
            LeftRight

            Eksteryer Dizaynı

            İnteryer Dizaynı

            Eksteryerin əsas məqamları

            Close X
            Strapline Content

            İnteryerin əsas məqamları

            Close X
            Strapline Content
            Mercedes-Benz Azərbaycan Əlaqə üçün formu doldurun