Qorden Vagener - "Mercedes-Benz" Qrupunun dizayn üzrə direktoru
Qorden Vagener - "Mercedes-Benz" Qrupunun dizayn üzrə direktoru
"Mercedes-Benz" şirkəti "IAA Mobility 2023" sərgisində “Concept CLA Class” modelini təqdim etdi. İstehsala yaxın olan konseptual model "Mercedes Benz Modular Architecture" (MMA) və özünün MB.OS əməliyyat sistemi əsasında gələcək avtomobillər ailəsi haqqında ümumi təsəvvür yaratmış olur. Bu, şirkətin 2039-cu ildə yeni avtomobil parkının bütün dəyər zəncirində xalis karbon neytrallığına nail olmağı hədəflədiyi "Ambition 2039" təşəbbüsünü dəstəkləmək üçün sıfırdan işlənib hazırlanmış ilk modedir. “Concept CLA Class” modeli həmçinin şirkətin material seçiminə "Ətraf mühit üçün dizayn" və "Dövrilik üçün dizayn" yanaşmalarının üstünlüklərindən faydalanır. "Ətraf mühit üçün dizayn"ın tətbiqinə məhsulun işlənib hazırlanmasının ən erkən mərhələlərindən başlanılır. Bütün materiallar və proseslər ekoloji cəhətdən daha təmiz variantlar baxımından yoxlanılır. "Dövrilik üçün dizayn" materialların dövriliyi, daha səmərəli proseslər və təkrar emal edilmiş materialların nisbətinin artırılması hesabına resurs sərfiyyatının azaldılması deməkdir.
Texnologiyalarımızı və dizaynımızı nümayiş etdirmək üçün nəzərdə tutulmuş bu futuristik avtomobil 1970-ci illərdə "Mercedes-Benz" tərəfindən istehsal edilən əfsanəvi C111 eksperimental avtomobillərinin yolu ilə gedir. Avtomobil təkqövslü konstruksiyası sayəsində atletik, çox düz profilə malikdir, avtomobilin interyeri isə idman avtomobilləri tarixində ilk dəfə olaraq istirahət zonası hissi yaradır.
Texnoloji yeniliklər sırasında yeni kimyəvi tərkib və soyuducu maye ilə yüksək performanslı silindrik elementlərə malik yeni akkumulyator konseptini göstərmək olar.
Bundan əlavə, "Vision One-Eleven" YASA-dan iki ədəd son dərəcə güclü və effektiv mühərriklə təchiz edilmişdir. Bu mühərrik oxşar radial mühərriklərdən daha yığcam və yüngül olmaqla yanaşı, həm də daha güclüdür.
Bu əməkdaşlıq sayəsində "Mercedes-Benz" unikal brend təcrübəsi yaratmağa və həmçinin, adətən avtomobillərlə aktiv məşğul olmayan incəsənət, mədəniyyət və həyat tərzi dünyasından tanınmış şəxslərlə təmasda olmağa çalışır.Yol və yolsuzluq şəraitində səyahətlər üçün nəzərdə tutulmuş bu eksklüziv avtomobil, təbiətə yaxınlığın və kəşf sevgisinin dəbdəbə ilə necə birləşə biləcəyini göstərir. Dizaynerlərimiz Virgil Ablohun komandası ilə birlikdə lüks avtomobillərin dizaynında yeni, son dərəcə kreativ yol salmış oldular. Bununla yanaşı onlar "Mercedes-Maybach" ilə indiyə qədər bağlı olan hər şeyi qəsdən sual altına qoymuş oldular. Məqsəd gələcək tendensiyalar və formalar haqqında müzakirələri stimullaşdırmaqdır.
"Vision AMG" avtomobilinin qeyri-adi dizaynı ilə Qorden Vagener və komandası vizual istiqamət müəyyənləşdirir və AMG-nin 2025-ci ildən başlayaraq öz performans DNT-sini gələcəyə necə daşımaq istədiyini nümayiş etdirirlər. Öz növündə yeganə olan bu avtomobilin proporsiyaları radikal və güclüdür. Avtomobil monolit heykəl kimi bütöv və rəvan axıcı səthə malikdir. Eyni zamanda, "Vision AMG" altişıqlanmalı rəqəmsal radiator qəfəsi kimi proqressiv yüksək texnoloji elementləri ilə təəccübləndirir.
Akkumulyatoru bir dəfə şarj etməklə 1000 kilometr məsafə qət etmək imkanı: yeni işlənib hazırlanmış akkumulyatoru sayəsində VISION EQXX bir vaxtlar mövcud olan texnoloji maneələri aradan qaldırır. 50% kiçik və 30% daha yüngül olmasına baxmayaraq, bu akkumulyator EQS avtomobilinin akkumulyatoru ilə demək olar ki, eyni səviyyədə enerji saxlamağa imkan verir. Bu və bir çox digər yeniliklər sayəsində sözügedən avtomobil yeni düşüncə metodlarının və komanda işinin elektrik avtomobillərinin effektivliyinin və gediş məsafəsinin necə yaxşılaşdırıla biləcəyini nümayiş etdirir. "Vision EQXX" avtomobili "Mercedes-Benz" tərəfindən indiyə qədər yaradılmış ən effektiv elektrik avtomobilidir.
Həmişə ən yüksək standartları müəyyən edən “G”nin tamötürücülü keyfiyyətləri təkcə elektromobillər dövründə təcəssüm tapmayacaq, həm də müəyyən sahələrdə öz inkişafını davam etdirəcək. Beləliklə, EQG konsepti elektrik ötürücülü "Mercedes-Benz G-Class"ın nəyə qadir olacağına ilk baxış təklif edir.Tamötürücülü avtomobildən "Landaulet"ə qədər "G-Class" indiyədək bir çox təcəssümlərə malik olsa da, heç vaxt yarış avtomobili olmayıb. Hazır dizayn eyni zamanda mənşəyini də unutmur və yarış avtomobili hissini çatdırır. Vagener və Abloh "G-Class"ı şəxsən təcrübədən keçirdikdən və onun “Mercedes-AMG” xarakterini maksimum dərəcədə artırmaq imkanlarını müəyyən etdikdən sonra dizaynın yaradılması qərarına gəliblər. Onlar dəbdəbəni cilalanmış və qüsursuz estetikadan xam, təbii və daha dürüst məhfuma köçürməklə tamaşaçıların "Mercedes-Benz"in dizaynına yeni baxışla baxmasını necə təmin edəcəyi qərarına gəliblər.