Mercedes-Benz

S-Class Sedan

Dizayn

Yeni S-Klass avtomobilinin formaları, eyni zamanda, qeyri-adi üsluba və idman eleqantlığına məxsus əzmli üstünlüyü təcəssüm etdirir. Artıq statikada belə effektiv xəttlər bu avtomobilin xüsusi güc və dinamikasının hissini yaradır. Avtomobilin interyeri eksteryerinin vəd etdiyini həyata keçirir: genişlik, gözəllik və komfort ekstra-sinifə xas olan atmosferdə birləşir. Bunların hamısı yalnız S-Klass avtomobilində mövcuddur.   

Eksteryer – heyranedici görkəmlilik

Yeni S-Klassı görməmək mümkün deyil. Onun xarici dizaynı, eyni zamanda, qeyri-adi üsluba malik əzmli üstünlük və idman eleqantlığı saçır. Heyranedici “xüsusiyyət” xətti, həcmli radiator qəfəsi, müasir işıqdiodlu texnologiyaya ilə hazırlanmış həmçinin əsas işıqlandırma sisteminin innovatif fənərləri və arxa fənərlər S-Class avtomobilinin sedan dünyasındalı liderliyini vurğulayaraq, bu avtomobilin yüksək texnologiyalı xüsusiyyətini ideal şəkildə çatdırır.

İnteryer: ekstra-sinif rahatlığına məxsus atmosfer.

Bu dəbdəbəli salonun atmosferi, sanki rahatlıqdan həzz almaq, istirahət və diqqətli iş üçün yaradılmışdır. Materialların və rəng həllərinin həmahəng birləşməsinin sayəsində, bu eksklüziv interyer sanki metaldan tökülmüş kimi görünür. Detalların əsaslı işlənməsi, həmçinin, materialların yüksək keyfiyyətə malik olması salondakı bəzək elementinə manufaktura xüsiyyətini bəxş edir və diqqəti özünə cəlb edir. 

Broşur yükləyin

Ətraflı məlumat üçün S-Class broşur yükləyin