Mercedes-Benz

SLC Roadster

SLC Roadster AMG

Yüksək dinamikanın və aşağı yanacaq sərfiyyatının biri-birilərinə zidd olmaları kimi məcuriyyəti yoxdur. Və bunu yeni Mercedes-AMG SLC 43 sübut edir: idman yönümlü, 270 kVt (367 a.g.) gücə malik, 3-litrlik biturbo V6 mühərrikinin 9G-TRONIC ASQ ilə birləşməsinin sayəsində. Müstəqil asqı və mühərrik ilə arxa ox reduktoru üçün nəzərdə tutulan xüsusi dayaqlar yüksək dərəcəli qarşılıqlı sürətlənməyə və kuzovun əyilməsinin azalmasına hesablanaraq hazırlanıb. Daha çox dinamikanı opsiya qismində təklif olunan və amortizatorların adaptiv nizamlanması funksiyası ilə təchiz edilən AMG RIDE CONTROL asqısı və mexaniki qapanma funksiyalı diferensiallı hərəkətin dinamikası paketi təmin edəcək.

İdman asqısının iki variantı

Mercedes-AMG SLC 43 avtomobili üçün iki variantda asqı təklif olunur: seriya ilə quraşdırılan idman asqısı vəopsiya qismində təklif olunan və nizamlayıcı amortizatorlar ilə təchiz edilən AMG RIDE CONTROL idman asqısı. Bu variantların hər ikisi yüksək qarşılıqlı sürətlənməyə  və kuzovun yana əyilməsinin qarşısının alınmasına hesablanıb. Təkərlərin olduqca dəqiq istiqamətini təmin edən, və asqının elastik elementlərinin əyilməsi və arxaya doğru hərəkəti zamanı avtomobilin yüksək davamlılığını təmin edən müstəqil ön və arxa asqılar hər iki variant üçün ümumi hesab olunur. 

AMG ruhunda: həyəcanlandırıcı mühərrik akustikası 

Yeni SLC 43, həmçinin, akustika baxımından da, sürücülərin fərdi istəklərinə görə uyğunlaşır: seriya ilə quraşdırılan AMG tullantı sisteminin tullantı traktında, yükləmək dərəcəsindən asılı olraq, avtomatik idarəetməli iki ədəd qapaqla təchiz edilir. "Eko" və "Komfort" rejimlərində qapaqların hər ikisi , bir çox hallarda, qapalı vəziyyətdə qaalır, yəni, belə olan halda, 6-silindrli biturbo aqreqatı təmkinli akustikanı nümayiş etdirir. 

Broşur yüklə

Ətraflı məlumat üçün SLC Roadster broşur yükləyin.