Mercedes-Benz

SL Roadster.

Efektli və mənalı: eksteryer dizaynı 

Efektli xarici dizayn hər iki yüksək dinamikalı rodsterin görünüşündəki özünə inamlılığıvurğulayır. Kuzovun ön hissəsi tamamilə yeniləndi və daha da mənalı oldu. Artıq burada radiator qəfəsi yeni “ikiqat tiyə” (Twin Blade) üslubunda hazırlanmış və aşağı hissəsi genişlənən görünüşü ilə səciyyələnir. Avtomobilin genişliyini, həmçinin, "A-Wing" üslubuna malik ön bamper, soyuducu hava axınının əlavə istiqaməti üçün nəzərdə tutulan deflektorlar ilə təchiz edilmiş nəhəng arakəsmələr və ön spoyler vurğulayır. Yenilənmiş kapot özündə dizaynı və funksionallığı birləşdirərək, klassik “güc” qabırğalarını və texniki baxımdan zəruri hesab edilən havalandırma dəliklərini nümayiş etdirir. 

Nəcib materiallar, zəngin seriya komplektasiyası: interyer  

Dəbdə ilə təchiz edilmiş salon bütün istəkləri təmin edəcək. Digələri ilə yanaşı, baza komplektasiyasının tərkibinə təkmilləşdirilmiş yan dayaqlı və nappa dərisi ilə işlənmiş idman yönmülü AMG oturcaqları daxil edilir hər hansı konkret modeldən asılı olaraq – səciyyəvi dizaynı, multikonturlu funksionallığının və qızdırıcı funksiyanın mövcudluğu. Aşağı hissəsi kəsilmiş, 3-dəndəli dizayna malik, qara nappa dərisi ilə işlənmiş, və alüminiumdan hazırlanmış gümüşü rəngli sükanaltı ötürücü dəyişdiriciləri ilə təchiz edilmiş AMG SL avtomobili hər zaman sürücüsünün etibarlı nəzarəti altında olacaqdır. Karbondan hazırlanmış bəzək elementi və IWC-dən olan dizayna məxsus analoji saat bu yüksək dinamikalı rodsterin xüsusi mövqeyini vurğulayır. Əldə olunması sifariş əsasında mümkün olan, alüminiumdan hazırlanan, və karbon üslubunda cilalanan bəzək elementi bu açıq 2-yerli avtomobilə daha da yüksək fərdiyyət notunu bəxş edəcək.   

Optimal dartı qüvvəsi: seriya əsaslı qapanan arxa təkərarası diferensial

Dartı qüvvəsinin və hərəkət dinamikasının səviyyəsinin artıtırılması məqsədi ilə SL 65 avtomobilləri seriya əsasında müxaniki bloklaşma funksiyasına malik arxa təkərarası diferensial ilə komplektləşdirilir. 

Broşur yüklə

Ətraflı məlumat üçün SL Roadster broşur yükləyin.