Mercedes-Benz

AMG GLS

İdman dinamikası. AMG üçün xas olan “genlərin” sayəsində əsl idmanyönümlü dinamika

Mercedes-AMG sadəcə yüksək dinamikalı avtomobilləri və sportkarları yaratmır, Mercedes-AMG-dən olan avtomobil ilə birgə, biz, həmçinin, hər zaman bir addım öndə olmağa, və, texniki baxımdan reallaşdırılanı müstəsna şəkildə həyata keçirməyə söz veririk. Qeyri-adi insanlar üçün qeyri-adi avtomobillərin əmələ gəlməsi məqsədi ilə.  Mercedes-AMG dünyasına xoş gəlmişsiniz!

Dizayn: avtomobil üstünlüyü yeni rakursda

Bu avtomobilin efektli, güc saçan dizaynı və ciddi görünüşü AMG dinamikasını vizual bxımdan məftunedici şəkildə ifadə edir. Kuzovun AMG dizaynlı və gücləndirilmiş işıqdiodlu faralı ön hissəsi ciddilik və eksklüzivlik hissini yaradır.

Mercedes AMG

AMG dizaynı ölçü baxımından xüsusi qaydada seçilmiş dizayn elementlərinin və idman aksentlərinin hesabına kuzovun profilindəki yol dinamikasını gücləndirir. AMG dizaynı kuzovun arxa hissəsinə dinamik və təkrarolunmaz xarici görünüşü bəxş edir.