Mercedes-Benz

Mercedes-AMG GLC-Класс kupe

Təsirli üslubun ekstremal idmanla simbiozu.

GLC-Sinfinin yeni Mercedes-AMG kupesi vizual və texniki cəhətdən əyani şəkildə göstərir ki, o, Mercedes-AMG ailəsinə aiddir. Dinamiklik, idman ruhu və müstəsna güc xüsusiyyətləri yeni Mercedes-AMG GLC kupelərini fərqləndirir.

Mercedes-AMG GLC 43 4MATIC

İlk baxışdan AMG Performance.

Yeni Mercedes-AMG GLC kupesində eksteryerinə görə də yanılmadan AMG-nin mənşəyi izlənilir: AMG radiatorunun A-şəkilli üzlüyünün yeni dizaynından, ön bamperdə hava qəbuledicilərindən, arxadan AMG İQ emissiya sisteminin iki xromlanmış cütləşdirilmiş qol boruları olan diffuzora qədər.

Xaçvarı millərlə 53,3 sm (21") diametrli döymə AMG təkər diskləri

53,3 sm (21") diametrli mat-qara rəngli xaçvarı millərlə döymə AMG təkər diskləri təkər diskinin çənbərinin cilalanmış kənarı ilə işlənmişdir. Bundan başqa, eksklüziv olaraq GLC-Sinfinin yeni Mercedes-AMG 43 4MATIC kupeləri üçün həmçinin 53,3 sm (21") diametrli 5 ədəd ikiqat millərlə AMG yüngül lehimli təkər diskləri təklif olunur.

Mercedes-AMG GLC 63 S 4MATIC+

Mercedes-AMG GLC 63 4MATİC+-u həmçinin AMG üçün səciyyəvi olan aerodinamik formalı radiatorun üzlüyü də bəzəyir. Eyni zamanda, o, 43-cü seriya modellərindən daha güclü və təsirlidir. Mercedes-AMG GLC 63 S 4MATIC+ modelində öz sinfində ən güclü 4,0 litrlik ikiqat turboüfürmə ilə V8 AMG mühərriki 700 Nm maksimal fırlanma anı zamanı möhtəşəm 375 kVt (510 a. g.) istehsal edir. Bu inanılmaz gücün cilovunu kompozit materiallardan hazırlanmış yüksək effektiv AMG əyləc sistemi bacarıqla öz əlində saxlayır.

AMG radiatorunun səciyyəvi üzlüyü

AMG üçün səciyyəvi olan qara rəngli şaquli lamellərlə radiator üzlüyü və parlaq xromlama ilə dekorativ tamasa GLC-Sinfinin Mercedes-AMG kupesinin mənşəyinin harda olduğunu əvvəldən aydın şəkildə göstərir. AMG-nin daha geniş qanadları və trapesiyaşəkilli dizaynda işlənmiş qaz borularının taxmaları isə yeni Mercedes-AMG GLC kupesinin idman genlərini əyani şəkildə vurğulayır.

Trapesiyaşəkilli dizaynlı işlənmiş qaz borularının taxmaları

Başdan sona qədər Mercedes-AMG GLC MATIC kupesi - orijinal AMG avtomobili. Çünki gövdənin arxa hissəsində də AMG İQ emissiya sisteminin işlənmiş qaz borularının trapesiyaşəkilli dizaynı olan taxmaları ilə təmsil olunan səciyyəvi AMG dizaynı sezilir.

53,3 sm (21") diametrli çoxmilli yüngül lehimli AMG təkər diskləri

Eksklüziv olaraq yeni Mercedes-AMG GLC 63 S 4MATİC+ kupesi üçün mövcud 53,3 sm (21") diametrli çoxmilli yüngül lehimli AMG təkər diskləri mat-qara rəngli xaçvarı millərlə və təkər diskinin çənbərinin cilalanmış kənarı ilə döymə AMG təkər diskləri qədər dinamik görünürlər.

Mercedes-AMG GLC 63 S 4MATİC+ kupesi kimi idman alətini həmişə əldə etibarlı şəkildə saxlamaq lazımdır. Xüsusi olaraq bunun üçün nappa dərisindən işləməli və sükanaltı ötürmə açarları ilə AMG Performance sükan çarxı və AMG DYNAMİC SELECT hərəkət rejimləri üçün istəyə görə təchiz olunan AMG DRİVE UNIT sistemi işlənib hazırlanmışdır. Gözəl əyləncələri seriyalı şəkildə TRACK PACE proqram əlavəsiylə təchiz edilmiş intuitiv anlaşılan idarəetməsi olan MBUX multimedia sistemi təmin edəcək.

RACETİMER ilə multimedia ekranı

Mercedes-AMG GLC kupesində yüksək həll ilə multimedia ekranı sensor düymələri ilə tənzimlənir və smartfonunuz və ya planşetiniz kimi asanlıqla və intuitiv şəkildə idarə oluna bilər. Təsvirin üstün keyfiyyəti sayəsində istənilən multimedia məzmunu mükəmməl aydın şəkildə əks olunur. Mükəmməl keyfiyyət üçünsə uyğun dizayn tələb oldunduğuna görə, böyük ekran bütün səthi boyunca şüşənin arxasında gizlənir.

AMG sükan çarxında düymələr

AMG ailəsindən olan avtomobildə tələb olunduğu kimi, Mercedes-AMG GLC kupesinin salonunda Siz əsl yarış avtomobilinin ab-havasını yarada bilərsiniz: AMG sükan çarxında düymələrlə təchiz olunması sayəsində Sizin sükanınız son dərəcə idman görünüşü əldə edir, müxtəlif dinamik funksiyaların idarə edilməsi isə tez və dəqiq həyata keçirilir. Bu arada, Siz diqqətinizi tam olaraq yolda cəmləşdirə və idman sürətli sürmədən həzz ala bilərsiniz.

MBUX multimedia sistemi

MBUX naviqasiya şəbəkələri üçün tamamlanmış reallıq ilə virtual dünyanı real dünya ilə əlaqələndirir və qrafik naviqasiyanı və canlı şəkillərlə trafik haqqında məlumatla birləşdirir. Qabaq şüşədə kamera avtomobilinizin qarşısındakı ərazinin çəkilişini aparır və ev nömrələri və küçə adları kimi əlavə qeydləri fərqləndirərək video görüntüləri multimedia ekranına çıxarır. Bu, istiqaməti tapmağı asanlaşdırır və Siz hədəfinizə tez, təhlükəsiz və həyəcan olmadan gəlib çatırsınız.

İnteryer dizaynı

Daxili əqidəsinə görə idmançı.

GLC-Sinfinin yeni Mercedes-AMG kupesinin interyeri öz sərnişinlərini AMG üçün səciyyəvi formalı idman oturacaqları və qara rəngli nappa dərisindən işləməli AMG Performance sükan çarxı ilə qarşılayır. Yerinizi tutaraq, Siz intuitiv anlaşılan idarəetmə konsepsiyası olan MBUX multimedia sistemi ilə məşğul ola bilərsiniz.

AMG Performance oturacaqları

AMG Performance oturacaqları xüsusi olaraq idman idarəetmə tərzi üçün işlənib hazırlanmışdır: onlar dinamik manevrlərin idarə edilməsi zamanı maksimum nəzarət və uzun səfərlərdə daha çox rahatlıq üçün vəziyyəti mükəmməl şəkildə sabitləşdirirlər. Oturacaqların unikal dizaynı həmçinin yeni Mercedes-AMG GLC kupesinin idman və müstəqil təbiətini də vurğulayır.

Yeni nəsil AMG sükan çarxı

AMG Performance sükan çarxı tam şəkildə xoş təsir bağışlayan DİNAMİCA mikrolifi ilə işlənmişdir. Beləliklə, Siz, idman manevrləri zamanı heç vaxt nəzarəti itirmirsiniz və avtomobili etibarlı bir şəkildə idarə edirsiniz. Ön panelin idman ruhu həmçinin sükan çarxının AMG üçün tipik kəsilmiş formasında əks olunur. Ergonomik olaraq yerləşdirilmiş sensor düymələri bir çox funksiyaların intuitiv anlaşılan şəkildə idarə edilməsini təmin edir və diqqəti tam olaraq yolda cəmləşdirməyə imkan verir.

MBUX multimedia sistemi

Yenilikçi Mercedes-Benz User Experience MBUX sistemi ilə GLC-Sinfinin Mercedes-AMG kupesi yenidən şəxsən Sizin GLC-Sinif Mercedes-AMG kupenizə çevriləcəkdir. Genişləndirilmiş MBUX funksiyaları tamamilə sizə uyğunlaşdırılır və Sizinlə avtomobiliniz arasında emosional əlaqə yaradır. Sadəcə "Salam, Mersedes" kifayət edər ki, Sizin MBUX sisteminiz Sizin üçün şəxsi profil yaratsın və ya qabaqlayıcı funksiyanı yerinə yetirsin, avtomobilin şəbəkə inteqrasiyasını isə daxilə quraşdırılmış Wi-Fi giriş nöqtəsi tamamlayır.

Eksteryer dizaynı

AMG xarici görünüş paketi

Siz həmçinin yeni Mercedes-AMG GLC 43 4MATIC kupesinin idman ruhunu daha da vurğulaya bilərsiniz. AMG xarici görünüşünün paketindən əlavə parlaq qara elementlərdən istifadə edin, məsələn, qara parlaq rəngli qabaq önlük və ya parlaq qara rəngli dekorativ tamasa ilə arxa spoylerin diffuzor paneli. AMG Night paketinin çoxsaylı tünd detalları ilə birlikdə ahəngdar və təsirli bir şəkil yaradılır.

Cütləşdirilmiş qol borularla diffuzor

Yeni Mercedes-AMG GLC 43 4MATIC kupesi başdan sona qədər - orijinal AMG avtomobili. Çünki gövdənin arxa hissəsində də diffuzorla, eləcə də AMG İQ emissiya sisteminin iki dəyirmi cütləşdirilmiş qol boruları ilə təmsil olunan səciyyəvi AMG dizaynı sezilir.