Mercedes-Benz

Mercedes-AMG GLA-Class yolsuzluq

Avtomobilin əsas xüsusiyyətləri

Qarşınızda təxmin etmədiyiniz belə imkanları açacaq.

Dayanmayın və fərdi azadlığınızdan zövq alın. Yeni GLA-nın Mercedes-AMG modelləri sizi hədəfə çatdıracaq - istənilən yolla, bəzən də dərə-təpəli ərazi ilə. Və bütün bunlar dərhal güclü AMG avtomobilləri ailəsinə mənsubiyyətin hiss olunduğu heyranedici ekspressiv xarakterlə birləşmişdir.

Mercedes-AMG GLA 35 4MATIC

Başqa heyranedici biri: Mercedes-AMG GLA 35 4MATİC Sizi xalis güc dünyasına dəvət edir və həm də vizual şəkildə yarış idmanının cazibəsini təcəssüm etdirir. Eksteryerin inamlı dizaynı birmənalı olaraq ilk baxışdan modelin parlaq AMG ailəsinə məxsus olduğunu göstərir.

AMG radiatorunun səciyyəvi üzlüyü

AMG radiatorunun şaquli lamellərlə ifadəli spesifik üzlüyü və AMG üçün səciyyəvi olan gümüşü xromlanmış dekorativ elementləri olan yan lamellərlə və splitterlə qabaq önlük artıq ilk baxışdan yeni Mercedes-AMG GLA 35 4MATIC-in inamlı, dinamik dizaynını vurğulayır. Və bu, yalnız başlanğıcdır.

AMG-nin arxa önlüyü və AMG haşiyə-spoyleri

Hətta avtomobilə rakursu dəyişdikdən sonra Siz yenə də müsbət emosiyalar alacaqsınız. Mercedes-AMG GLA 35 4MATIC-in ifadəli eksteryeri arxadan da, işlənmiş qaz borularının iki dəyirmi üstlüyü ilə AMG-nin arxa önlüyü və damda AMG haşiyə-spoyleri şəkilndə təsirli görünür. Və bu, hələ son deyil.

Yüngül lehimli AMG təkər diskləri

Siz dinamik yeni Mercedes-AMG GLA 35 4MATIC-ə baxmaqdan doya bilmirsiniz? Biz Sizi anlaya bilirik. AMG-nin yüngül lehimli disklərindən başqa bu təəssüratı maksimum dərəcədə nə gücləndirə bilər? 48,3 sm-dən (19") 53,3 sm- ə (21") qədər bir sıra gözəl dizaynlardan seçiminizi edin.

İnteryer dizaynı

Sadəcə iş yerindən daha çoxu.

Öz adının olmağına layiq olan kokpit. AMG-nin səciyyəvi cihazlarından və indikasiyalarından idman oturacaqlarına və sükanaltı alüminium ötürücü açarları olan, Nappa dərisindən işləməli, aşağıda qısaldılmış çoxfunksional idman sükan çarxına qədər. Onu əlinizdə saxlayaraq Siz avtomobilinizi şəhərinizin istənilən dalanları ilə intuitiv və inamla idarə edəcəksiniz.

AMG-nin qabaq paneli

AMG menyusu qoşma cihazlarının kombinasiyası ilə MBUX multimedia sistemi, həmçinin multimedia ekranı AMG üçün səciyyəvi olan dizaynda indikasiya ilə idman əlavə məlumatları ilə təchiz edir. Güclü təbiəti həm də AMG üçün səciyyəvi olan əl üçün dayaqlı AMG Mərkəzi konsolu və ötürmə qutusunun quraşdırılmış əl rejimi düymələri ilə AMG DRİVE UNİT, 3-pilləli ESP® və istəyə görə AMG RİDE CONTROL hərəkət hissəsi vurğulayır.

Nappa dərisindən üzlüklə çoxfunksiyalı AMG idman sükan çarxı

Aşağıda kəsilmiş AMG Performance sükan çarxı 3-milli hazırlanma şəklində sensorlu idarəetmə düymələri və alüminium dəyişdirici açarları ilə üç versiyada mövcuddur. Hər zaman avtomobilin diqqətlə idarə edilməsi üçün. AMG sükan çarxında əlavə düymələrin köməyi ilə xüsusi yarış ab-havası yaradılır.

İdman oturacağı və designo təhlükəsizlik kəmərləri

Qırmızı məqamlar seriyalı idman oturacaqları ilə interyerdə üstünlük təşkil edir. Qara rəngdə ARTİCO süni dərisinin / DİNAMİCA mikrolifinin kombinasiyasında üzlük, təzadlı qırmızı ikiqat tikiş və qırmızı designo təhlükəsizlik kəmərləri ilə ifadəli təbiəti vurğulayır. Möhtəşəm gücü hiss edin.

Mercedes-AMG GLA 45 S 4MATIC+

GLA 45 4MATIC + hətta avtomobil dayandıqda belə son dərəcə idman görünüşü ilə təsirlidir. Fərqləndirici xüsusiyyətləri iki cütləşdirilmiş qol borusu ilə AMG İQ emissiyası sistemi, dam haşiyəsində diffuzor və spoyler ilə arxa önlükdür. GLA 45 S 4MATİC+ qırmızı əyləc altlıqları və daha böyük İQ emissiyası sistemi ilə təchiz olunmuşdur.

AMG arxa antiqanadı

Aerodinamik boruda istəyə görə AMG aerodinamik paketindən işlənib hazırlanmış xarici elementlər yüksək sürətdə sıxıcı qüvvəni yaxşılaşdırır və bu da sürməkdən daha çox həzz almağa imkan verir. Parlaq qara rəngli AMG stasionar arxa antiqanadı güzəştsiz dinamikaya meyli aydın şəkildə nümayiş etdirir.

AMG İQ emissiya sistemi

Artırılmış güc ilə GLA 45 S 4MATİC+ Mercedes-AMG GLA ailəsində, hər şeydən əlavə, hər birisi 90 mm diametrli iki dəyirmi xromlanmış cütləşdirilmiş qol boruları, "AMG" yazısı və borunun daxilində rifləmə ilə AMG İQ emissiya sistemi ilə təchiz edilmiş top modeldir.

Böyüdülmüş ön splitterlə və əlavə üzgəclərlə qabaq önlük

AMG aerodinamika paketinə daxil olan böyüdülmüş ön splitter və parlaq qara rəngli əlavə "üzgəclər" sıxıcı qüvvəni və buna görə də Mercedes-AMG GLA 45 S 4MATİC+-da hərəkət dinamikasını artırır.

Qırmızı əyləc altlıqları

Qara rəngin "AMG" yazısıyla qırmızı əyləc altlıqları təkcə öz görünüşü ilə sistemin yüksək effektivliyini nümayiş etdirir. 6-porşenli əyləc altlıqları və qabaqda 360 mm diametrli geniş perforasiya olunmuş əyləc diskləri sizə daimi yüksək yüklənmədə də əmin yavaşlamanı və maksimal dəqiqliyi hiss etməyə imkan verəcək.

Yarış təbiətli interyer: sürücünü zərif ARTICO/DİNAMİCA üzlüklü idman oturacaqları, inteqrasiya edilmiş sükanaltı ötürücü açarları və hərəkət dinamikasının funksiyaları üçün düymələri olan idman sükanı qarşılayır. "Formula-1" üslubunda sürüşməyən AMG Performance sükan çarxı və AMG sükan çarxı düymələri GLA 45 S 4MATİC+-un seriyalı komplektasiyasına daxildir.

AMG sükan çarxında düymələr

GLA 45 S 4MATİC +-da AMG sükanı üzərindəki düymələr, sizə özünüzü gündəlik həyatda yarış yolunda olduğu kimi hiss etməyə, hərəkət dinamikasının xüsusi funksiyalarını tez və dəqiq şəkildə idarə etməyə imkan verəcək. Sürmə zamanı diqqətli və gücə istiqamətlənmiş hissi təmin etmək, həmçinin salonda autentik yarış avtomobili ab-havasını yaratmaq üçün.

AMG Real Performance Sound-u idarə etmək üçün düymələrlə mərkəzi konsol

Sizin GLA 45 (S) 4MATİC+-niz artıq zavod komplektasiyasında ehtiraslı səslənir. İstəyə görə təchiz edilən AMG Real Performance Sound sistemi ilə mühərrikin səslənməsi daha emosional olur və turboüfürmə ilə mühərrikin salonda necə səslənəcəyinə özünüz qərar verə bilərsiniz. Bir düymə basmaqla səs təmkinli-idman (BALANCED) və ya emosional-yarış (POWERFUL) arasında tənzimlənə bilər.

RACE hərəkət rejimi

RACE hərəkət rejimində GLA 45 S 4MATİC+-in hərəkət xüsusiyyətləri əlavə olaraq təkmilləşir. Daha qısa ötürmə vaxtı, çox yüksək qəbuledicilik və hərəkət hissəsinin maksimal idman parametrləri ilə avtomobiliniz istənilən çətinliklərə hazırdır.

Boz titan pearl/qara rəngli dəri işlənməsi ilə AMG dəri işlənmə paketi

AMG dəri işlənmə paketi ilə incə idman üslubundan zövq alın. İdman oturacaqlarının ikirəngli dəri üzlüyü və cihazlar panelində və bort haşiyəsində dekorativ tikiş eksklüzivliyi artırır. GLA 45 S 4MATİC+ üçün komplektasiya paketi, əlavə olaraq, sarı təzadlı dekorativ tikişlə sifariş verilə bilər.