Mercedes-Benz

AMG E-43 Sedan

Dizayn

Malik olduğu təkmilləşdirilmiş yan tərəfinin dayağının hesabına idman üslublu oturacaqlar sürücü və qabaqdakı sərnişin üçün, hətta yüksək surətli idarəetmə rejimində belə, təhlükəsiz və etibarlı vəziyyəti təmin edəcək. Salonun ARTİCO / DİNAMİCA mikrofibrası ilə işlənməsi (və yaxud opsiya qismində - nappa dərisi ilə) oturacaqların özünəməxsus dizaynlı və qırmızı rəngli dekorativ sırığı ilə səciyyələnir. 

Texnika

DYNAMIC SELECT- 5 cür hərəkət rejiminin köməyi ilə – «Eko», «Komfort», «Sport», «Sport Plüs» və «Fərdi» –Е 43 4MATIC avtomobilinin xüsusiyyətlərini daha geniş diapazonda və sadəcə bir barmaq toxunuşu ilə dəyişmək mümkündür. Beləliklə, avtomobilin xüsusiyyətini qənaətçil və rahat rejimdən ekstremal surətli rejimə qədər dəyişmək mümkündür. Bu zaman, mühərrikin reaksiyası, ötürücü qutusu, sükan idarətməsinin asqıları kimi mühum parametrlər dəyişir. Seçilmiş DYNAMIC SELECT rejimindən asılı olmayaraq, sürücü “M” düyməsini basaraq , yalnız sükanaltı keçirici mexanizmlərinin köməyi ilə,bilavasitə rejimin əl ilə dəyişdirilməsi rejimini işə sala bilər.əlavə olaraq, asqı variantının seçimini də həyata keçirmək mümkündür. 

Mercedes-AMG.

Ekspressiv görünüşü, ardıcıl qaydada bu fikri əks etdirir, və bu avtomobildə reallaşan olduqca yüksək texniki nailiyyətləri birbaşa hiss etməyə imkan yaradır. Bu, Sizin dünyaya heyranedici idman çıxışınızın zəmanətidir!