Mercedes-Benz

Mercedes-AMG C-Class kupe

Peşəkar idmançı gücü.

Mercedes-AMG C-Sinif kupesi özündə ruhlandırıcı dizaynı, inkişaf etmiş idman təbiətini və ən yeni texnikanı birləşdirir. Mükəmməlliyə çatdırılmış hərəkət dinamikası və ekspressiv dizayn avtomobilin atletik təbiətini vurğulayır.

Eksteryer dizaynı

Baxışları cəlb edir.

Mercedes-AMG C 43 4MATIC

Mercedes-AMG C 43 4MATIC idman avtomobilləri yeni C-Sinif nəslini tamamlayır. Təkmilləşdirilmiş dizayn və AMG Line seriyasından daha güclü fərqlənmə bu restaylinqi səciyyələndirir.

Mercedes-AMG eksteryeri

AMG C 43 4MATIC modelinin təkmilləşdirilmiş eksteryeri Mercedes-AMG prinsiplərinə güzəştsiz sadiqliyi əks etdirir. Avtomobilin idman təbiətinə birmənalı olaraq dinamik detalları ilə təkrarolunmaz AMG üslubu dəlalət edir. Bu, Mercedes-AMG C 43 modelinin fərdiliyini istənilən baxış nöqtəsindən gözəçarpan edir.

Yüngül lehimli AMG təkər diskləri

48,3 sm (19") diametrli qara rəngli yüngül lehimli çoxmilli AMG təkər diskləri, mat, laklanmış, təkər diskinin çənbərinin cilalanmış kənarı, PM: 7,5 J x 19 H ET33 üçün 225/40 R19 və ZM: 8,5 J x 19 H ET52 üçün 255/35 R19

Tənzimlənən AMG Performance İQ emissiya sistemi

Qoşulan AMG Performance İQ emissiya sistemi xüsusi eşitmə hisslərini bəxş edir. Emissiya yolunda üç tənzimlənən qapaq bir düyməyə basmaqla avtomobilin səsini dəyişməyə imkan verir. Hərəkət rejimindən asılı olaraq, səslənmənin xarakteristikası təmkinli rahatdan maksimal emosionala qədər dəyişir.

İnteryer dizaynı

Avtoidmanın maddiləşdirilmiş ruhu.

Mercedes-AMG C 63 S

Mercedes-AMG C 63 S aydın və hiss olunan güc və dinamikanın ən yüksək səviyyəsi ilə assosiasiya olunur. Ən yüksək dinamika hər bir detalda vizual olaraq tanınır - restaylinqdən sonra mükəmməlliyə çatdırılmış dizayn daha gözə çarpan və ekspressiv olmuşdur.

Mercedes-AMG eksteryeri

Eksteryerin ekspressiv elementləri Mercedes-AMG C 63 S-in güclü təbiətini vurğulayırlar. Ənənəvi AMG üslubu avtomobilin dinamikasını birmənalı şəkildə nümayiş etdirir - onun sayəsində C 63 S modeli istənilən baxış nöqtəsindən öz təkrarolunmaz fərdiliyi ilə fərqlənəcək. Yüksək texnoloji komponentlər hərəkətin təsirli dinamik tərzi üçün əsas yaradır.

Yüngül lehimli AMG təkər diskləri

48,3 sm (19") / 50,8 sm (20") ölçüsündə 5 ədəd ikiqat mil ilə, mat-qara rənglə boyanmış, çənbərin kənarı metala qədər itilənmiş, qabaqdan 9,0J x 19 ET25 disklərində 255/35 R19 şinləri ilə, arxadan 285/30 R20 10,5J x 20 ET57 şinləri ilə döymə AMG Performance diskləri.

Tənzimlənən AMG Performance İQ emissiya sistemi

Qoşulan AMG Performance İQ emissiya sistemi xüsusi eşitmə hisslərini bəxş edir. Emissiya yolunda üç tənzimlənən qapaq bir düyməyə basmaqla avtomobilin səsini dəyişməyə imkan verir. Hərəkət rejimindən asılı olaraq, səslənmənin xarakteristikası təmkinli rahatdan maksimal emosionala qədər dəyişir.

İnteryer dizaynı

İnteryerdə AMG duyğusu hər bir detalda izlənilir - nəticəsi isə birinci sinif materialların və idman ab-havasının üstün ahəngidir.

Mercedes-AMG interyeri

Mercedes-AMG avtomobilinin interyeri Sizin üçün idman avtomobilinin orijinal ab-havasını təmin edir. Salonun bütün üzlərində AMG dinamikasının fəlsəfəsi əks olunur. Bir-birinə mükəmməl uyğunlaşan elementlərə, səciyyəvi məqamlara və ən xırda detallarına qədər idman ruhuna yönəldilmiş salona tamaşa edin.

AMG Performance sükan çarxı

Bu AMG sükan çarxı tamamilə nappa dərisi ilə işlənmişdir və tutma zonasında perforasiyası var. AMG-nin səciyyəvi hamarlaşdırılmış formaları avtomobil idmanından götürülmüşdür və ön panelin idman xarakterini vurğulayır. Erqonomik şəkildə yerləşdirilmiş sensor düymələri intuitiv asan idarəetməni və diqqəti cəmləşmiş halda sürücülüyü təmin edir.

AMG DYNAMİC SELECT sistemi

AMG DYNAMİC SELECT dəyişdirici açarı və beş AMG hərəkət rejimi ilə avtomobilin xüsusiyyətlərini fərdi şəkildə tənzimləmək olar. Sürücü əvvəlcədən konfiqurasiya edilmiş "Comfort", "Sport", "Sport+", "Buz" və "Race" (yalnız C63 S üçün mövcuddur) rejimlərindən birini seçə və ya "İndividual" rejimində avtomobilin konfiqurasiyasını müstəqil şəkildə tərtib edə bilər.