Mercedes-Benz

AMG C-63-Kupe

Məftunedici ekspressivlik və idman dinamikası

Yeni Mercedes-AMG C 63 kupe öz zərif və olduqca güclü komponentləri ilə məftun edir. Sükan arxasındakı parlaq idman hissiyyatını avtomobilin güc mərkəzi təmin edəcəkdir – 4,0-litrlik, biturbo AMG V8 mühərriki. Bu həqiqi atlet istər adi yolda, istərsə də yarış trassasında əla nəticə nümayiş etdirəcəkdir.

Mercedes-AMG C 63 kupe ekstraordinar səviyyəli idman dinamikasını gerçəkləşdirmək üçün yaradımışdır.

Xarizmatik görünüşü yeni Mercedes-AMG C 63 kupenin ekspressiv dizaynı ilə, qabarıq tərəfli və “əzələli” dizaynlı dəqiq forma dilinin hesabına əldə olunur. AMG ruhunda genişləndirilmiş kuzov cinahları və daha enli şinlər bu avtomobilin idman xüsusiyyətini vurğulayır. Dizayn ilə əks olunan dinamika AMG loqotipi ilə bəzədilmiş radiator qəfəsinin simasında və AMG yüngül lehmli disklər ilə təchiz edilmiş kuzovun yan tərəfinin efektiv dizaynında davam etdirirlir.

Mercedes-AMG.

Ekspressiv görünüşü, ardıcıl qaydada bu fikri əks etdirir, və bu avtomobildə reallaşan olduqca yüksək texniki nailiyyətləri birbaşa hiss etməyə imkan yaradır. Bu, Sizin dünyaya heyranedici idman çıxışınızın zəmanətidir!