Mercedes-Benz

Zəmanət xidməti

2011-ci il yanvarın 11-dən Azərbaycanda Mercedes-Benz-dən ümumdünya zəmanəti qüvvəyə minib!

İndi hər Mercedes-Benz avtomobilinin sahibinə Daimler AG zəmanət şərtlərinə əsasən keyfiyyətli və ödənişsiz xidmətlər göstərilir.

Zəmanət xidməti avtomobil sahibini qayğı və problemlərin yükündən sərfəli şəkildə azad etməklə yanaşı, onun ilkin sərmayələrini doğruldur. “Mercedes-Benz” avtomobillərinin yüksək keyfiyyətinə cavabdeh olmaqla, konsert müxtəlif növ zəmanətləri təqdim edir:

·                yeni minik avtomobilləri üçün - yürüşü məhdudlaşdırmadan 24 ay;

·               yeni kiçik tonnajlı avtomobillər üçün – 24 ay və ya 200 000 km yürüş;

·               yeni yük avtomobilləri üçün - yürüşü məhdudlaşdırmadan 12 aylıq əsas zəmanət;

Yük avtomobillərinin mühərriki və transmissiyasına zəmanət: Actros və Axor dartqıları üçün 36 ay və ya 450 000 km yürüş; Actros və Axor tikinti texnikası üçün 36 ay və ya 250 000 km yürüş; Atego avtomobilləri üçün 36 ay və ya 250 000 km yürüş.



Orijinal ehtiyat hissələri üçün zəmanət:

minik avtomobilləri üçün - yürüşü məhdudlaşdırmadan 24 ay; kiçik tonnajlı avtomobillər üçün – 24 ay  (qovşaq və aqreqatlar üçün – 24 ay və ya  200 000 km yürüş); yük avtomobilləri üçün - yürüşü məhdudlaşdırmadan 12 ay.

Bu  müddət ərzində nasazlıqların səbəbi keyfiyyətsiz materiallardan istifadə və ya istehsal texnologiyasının pozulması olduqda, nöqsanlar aradan qaldırılacaq, avtomobilin ehtiyat hissələri isə dəyişdiriləcək.

Zəmanət alış tarixindən 2 il ərzində birinci və sonrakı sahiblərə şamil olunur. Mercedes-Benz zəmanəti yalnız mexaniki və digər zədələr olmadıqda orijinal ehtiyat hissələri və aksessuarlara (avtomobilin istismarı zamanı təbii aşınmaya məruz qalan detal və materiallar istisna olmaqla) şamil olunur.

Zəmanət şərtləri:

rəsmi nümayəndənin möhürü ilə təsdiqlənmiş avtomobilin satıldığı tarix və yer, planlı TM barədə qeydlərlə servis kitabçasının olması; yürüşün yolverilən həddə aşılması ilə müəyyən vaxt aralıqlarında vaxtaşırı texniki xidmət, həmçinin cari təmirin həyata keçirilməsi; istehsalçı zavodun zəmanətlə bağlı müddəası, nəqliyyat vasitəsinin istismar norma və qaydaları, Azərbaycanda Mercedes-Benz mütəxəssisləri-rəsmi nümayəndələrinin tövsiyələrinə əməl olunması.

Aşağıdakı hallarda zəmanət təqdim olunmur:

sifarişçi istismara dair təlimata əməl etmədikdə; avtomobil birbaşa təyinatı üzrə istifadə olunmadıqda; servis kitabçasında göstərilən texniki baxış və TX Mercedes-Benz-in səlahiyyətə malik olmayan texniki xidmət stansiyasında aparıldıqda; avtomobilin yolverilən tam kütləsinin, ox yüklənmələri, faydalı yüklənmə və ya şassinin yükqaldırma qabiliyyətinin aşıldığı aşkar olunduqda;  avtomobilin səliqəsiz və ya yanlış istifadəsi, saxlanması və ya daşınması səbəbi ilə yaranan nöqsanlar.

Ehtiyat hissələri və aksessuarlara zəmanət

Mercedes-Benz-in Azərbaycanda rəsmi nümayəndəsinin servis mərkəzi tərəfindən satılan və quraşdırılan ehtiyat hissələri və aksessuarlar (məsarif olanlar istisna olmaqla) üçün 24 aylıq zəmanət müddəti müəyyən edilib.

Təmir işlərinə zəmanət

Qüvvədə olan qanunvericiliyə əsasən Mercedes-Benz-in Azərbaycanda rəsmi nümayəndələrinin servis mərkəzləri görülən iş və göstərilən xidmətlərin keyfiyyəti, sifarişlərin vaxtında yerinə yetirilməsi, həmçinin qorunma və komplektliyə görə tam məsuliyyət daşıyır.