Mercedes-Benz

Rəsmi servis – istehsalçının müştəri qarşısındakı öhdəliyidir.

Mercedes-Benz avtomobilini “AvtoKapital” MMC-nin rəsmi diler şəbəkəsindən əldə etməklə, 

Siz avtomobilinizə hər zaman qayğı göstəriləcəyinə dair zəmanəti əldə etmiş olursunuzSiz, həmçinin, bu avtomobillərin texniki xidmət mərkəzinin harada yerləşməsindən asılı olmayaraq, bütün ölkələrdə eyni olan – Daimler AG-nin xüsusi tələbləri ilə nizamlanan, avtomobilin xidmətini də əldə edirsiniz!

Hər hansı servis mərkəzinə baş çəkdikdə Siz görəcəksiniz ki, burada uzun zaman növbədə dayanmalı olmalı, səs-küylü və darısqal yerlər mövcud deyil. Mercedes-Benz markalı minik və yük avtomobillərinin, mikroavtobus və avtobusların servis mərkəzləri böyük əraziləri əhatə edir. Müsair dizayn, həmçinin, tərtibat zamanı istifadə olunan yeni materiallar və texnologiyalar stansiyalara Avropa görünüşünü, xüsusi təlim keçmiş personalın işi isə  - avropasayağı xidmət mədəniyyətini bəxş edir.

Bütün servis mərkəzləri müasir avadanlıqla təchiz edilib: texniki xidmətlərin göstərilməsi və işlək hissənin təmiri, həmçinin, aqreqatların və detalların çıxarılması və quraşdırılması məqsədi ilə qaldırıcı mexanizmlər, təkərlərin nizamlanması və balanslaşdırılması, şinlərin quraşdırılması və sökülməsi üçün stendlər, Hermann benzin mühərriklərinin yoxlanılması üçün stendlər, elektriklər üçün lazımi avadanlıqla təchiz edilmiş iş yerləri. Bununla yanaşı, STAR Diagnose – Sizin Mercedes-Benz avtomobilinizin səhvsiz diaqnostikasını həyata keçirməyə imkan yaradan yeganə alət, qəzalı avtomobillərin kuzov həndəsəsinin bərpası və yoxlanılması üçün Celette stapelləri, habelə mikroavtobusların və kiçik tonnajlı yük avtomobillərinin rənglənməsi üçün nəzərdə tutulan rəngləmə kameraları haqqında da xatırlatmaq lazımdır.

Mercedes-Benz avtomobillərinin istənilən rəsmi TSX-də Sizə aşağıdakı imkanlar verilir:

Zəmanət müddətli və zəmanət müddətindən sonrakı texniki xidmətin göstərilməsi,Avtomobilinizin xidmətinə, istismarına və əlavə avadanlıqla təchiz edilməsinə dair məsləhətlərin alınması.

Stansiyaya gələrkən, müştəri dərhal müntəzəm təlim keçən peşəkar məsləhətçilərin qayğısı ilə əhatə olunur. Yalnız rəsmi servis stansiyalarında avtomobilinizə ixtisaslı yardımın göstərilməsinə zəmanət verilir, ona görə ki, avtomobil texnikasının durmadan artan mürəkkəbliyi, avtomobilə qeyri-ixtisaslı müdaxiləni istisna edən, müəyyən təmir və xidmət mədəniyyətini tələb edir.

Layiqli avtomobilə – layiqli xidmət!

Bu gün Azərbaycanda rəsmi servis xidmətinin regional şəbəkəsi rəsmi dilerlər tətəfindən təqdim olunur.