Mercedes-Benz

Bakıda yeni Mercedes-Benz GLE-nin təqdimatı keçirildi

30.04.2019

Bakıda aprel ayı möhtəşəm hadisə ilə - Formula 1 yarışı ilə başa çatdı. Azerbaijan Grand Prix-nindaimi iştirakçıları - pilotu Valtteri Bottas Bakıda yarışın qalibi olan Mercedes-Benz komandasınaAzərbaycanda Mercedes-Benz-in nümayəndəliyi tərəfindən hər bir dəstək göstərilir.Mercedes-Benz-in Azərbaycandakı Baş nümayəndəliyi - "Avtokapital-Azərbaycan",Mercedes-Benz-in Azərbaycandakı rəsmi dilerləri "Autostar Kaukakasus GmbH" və  "AbşeronAvtomobil Mərkəzi" yeni Mercedes-Benz GLE-nin möhtəşəm təqdimatını keçiriblər.2019-cu il aprelin 25-də paytaxtın ən lüks otellərindən biri olan "Fairmont Baku"-da  Mercedes-BenzGLE-nin təqdimat mərasimi baş tutmuşdur. Qlamur ab-hava, həyəcanlı musiqi tədbirə xüsusi gözəlllikqatırdı.  Bu gecə çərçivəsində Mercedes-Benz GLE-nin yeni modelinin təqdimatı keçirildi. Dəbdəbəli,tərzli Mercedes-Benz GLE-ni brend komandanın pilotu Lyüis Hemilton təqdim edirdi. Beşqat çempioncoşqun alqışlarla qarşılanıb. Bir neçə suala cavab verən və qısa fotosessiya zamanı gülümsəyənHemilton xoş arzulara səmimi cavablar verirdi. Növbəti mühüm günün onu olduqca gözəl olan bugecəni tərk etməyə məcbur etdiyini qeyd edərək, o bir daha yeni GLE-nin əla keyfiyyətlərindəndanışaraq, həlledici gedişlər ərəfəsində dincəlməyə getdi.Yeni GLE kuzovun güclü və zərif ön hissəsi ilə qarşınızdadır. Radiatorun xromla işlənmiş lamellərikuzovun ön hissəsinin yeni dizaynının ürəyidir və diyirlənməyə qarşı xromlanmış müdafiə kimi çıxışedərək avtomobillərin özünə xas SUV xarakterini bir daha vurğulayır. Seriyalı işıq diodluHigh Performance faralarının yeni dizaynı avtomobilə yüksək texnoloji xarakter verir və onun müasirzahiri görünüşünü vurğulayır. AMG Line icra xətti sayəsində eksteryer daha çox idman xarakteridaşıyır, Night paketi sayəsində isə daha ekspressiv görünür. AMG Line eksteryerinin ifadəli staylinqiSizin avtomobilinizə qeyri-adi dinamik rəng qatacaq. Baza modelindən aydın fərqlənmək üçün bu,təsirli dizaynın yaradılmasının parlaq təzahürüdür.İnteryer mütərəqqi xarakterli dəbdəbəli-zərif gözəlliyi özündə birləşdirir. Böyük azad məkan, ayrıcaqurulmuş elementlər sayəsində, eləcə də detalların keyfiyyətli işlənməsi sayəsində interyereksklüzivlik və əmin-amanlıq hissi yaradır. Təsirli dizayn təsvirin çevik imkanlarına malik rəqəmliindeksasiya ilə tam vəhdətdədir.  Lazım olan məzmunu öz istəyinizlə yerləşdirə bilərsiniz, rəngarəng funksiyalar isə sensortexnologiyası sayəsində intuitiv olaraq idarə olunur.
ECO Start-Stop və ya kondisionerləşmənin ayrıca sistemi kimi funksiyalarlamühərrikdən asılı olmadan tələblərə müvafiq idarə etmək, həmçinin, xərci azaltmaq da mümkündür.Texniki mükəmməllik bir paketdə: E-ACTIVE BODY CONTROL-un aktiv gediş hissəsi istənilən şəraitdə tərəddüdsüz hərəkəti təmin edir. O, yolda və yolsuzluqda rahatlığı, hərəkətin dəqiqliyini vədinamikasını təmin edir. Yüksək effektiv əyləc sistemi böyüdülmüş əyləc diskləri ilə istənilən yolsuzluqşəraitində əyləc qüvvəsinə nəzarəti təmin edir.