V-Class VIP

V-Class VIP banın nəzərə çarpan və unikal dizaynı ilə diqqətinizi cəlb edəcək, habelə həm işgüzar, həm də ailə səfərləri üçün uyğun gələcək. Çoxsaylı köməkçi sistemlərlə, müasir multimedia texnologiyaları ilə və güclü dörd silindrli dizel mühərriki ilə təchiz edilmiş yenilənmiş V-Class mükəmməl hərəkət xüsusiyyətləri ilə, aşağı yanacaq sərfiyyatı ilə və yüksək hərəkət rahatlığı ilə sevindirəcək. Bu avtomobil özündə geniş salon və manevrləmə qabiliyyəti, qənaətcillik və güc kimi kontrast xüsusiyyətlərdəki üstünlükləri birləşdirir, V-Class VIP-in salonunun eksklüziv tərtibatı sayəsində isə, Sizin onunla həyata keçirdiyiniz səfərlər daha da xoş olacaq.

Mercedes-Maybach oturacaqlı V-Class VIP
Sürücü ilə sərnişin arasında aşağıdakı opsiyalara malik arakəsmə:
• Elektrik intiqallı 43” monitor
• Elektrik intiqallı pərdələr
• Elektrik intiqallı ikiqat şüşə
• Quraşdırılmış saatlı taxta şponundan dekorativ moldinq
• Arakəsməyə birləşmiş ayaqaltı
• Avtomobilə daxil olmaq üçün tutacaqlar, taxta şponundan işləmə
• Arakəsmədən çıxan çətir

Bir-birindən ayrı arxa oturacaqlar:
• Mercedes-Maybach-dan başaltılara, oturacaqların elektrik tənzimlənməsinə, qızdırma və havalandırma funksiyasına malik 2 oturacaq
• Oturacaqlar üçnöqtəli təhlükəsizlik kəmərləri ilə təchiz edilib
• Sağ oturacaq altında elektrik ayaqaltı

Alkantardan hazırlanmış, aşağıdakı opsiyalara malik tavan:
• İnteryer işıqlandırmasına malik hava boruları
• İnteryer işıqlandırmasına və inteqrasiya edilmiş Mercedes-Maybach güzgülərinə malik dekorativ element
• Arxa sərnişinlər üçün iki fərdi çilçıraq
Aşağıdakı opsiyalarla geniş yan dirsəkaltıları:
• Taxta şponundan dekorativ moldinqlər
• Arxa oturacaqların vəziyyətinin tənzimlənməsi üçün coystiklər
• Xromlu stəkanaltılar, dirsəkaltılarına inteqrasiya edilib
• Telefonun enerji yığması üçün simsiz stansiyalar
Multimedia kompleksi:
• Həcmli səsə malik 5 kanallı audio sistem
• Dörd sim kartlıq yüksək sürətli Wi-Fi router
• Apple TV internet cihazı
• Rəqəmsal TV-tuner
• Sürücü ilə danışıq üçün hands-free funksiyalı
Intercom sistemi
• Smartfon və elektron qurğuların qoşulması üçün
Car Play funksiyası
• Kənar istifadəçilərin qoşulması üçün 12 V-u 220 V-a çevirmə cihazı (150 Vt gücündə)
• Qabaq müşahidə kamerası
Əlavə:
• Salonun arxa hissəsinin təbii dəri və taxta şponu ilə işlənməsi. Müxtəlif rəng həlləri mümkündür
• Ştat plastiki dəri rənginə boyanır
• Avtomobil salonunun bir neçə qat səs izolyasiyası materialları ilə tam səs izolyasiyası
• Salon perimetri boyunca işıq buraxmayan pərdələr
• Arxa salona təmiz havanın verilməsi üçün əlavə künc filtri
• Arxa oturacaqların başaltıları üçün alkantardan yastıqlar
• Salon üçün Mercedes-Maybach yastığı
İstehsal müddəti avtomobil ban istehsalçısına daxil olduğu gündən etibarən 3.5 ay.
Ban istehsalçısından mümkün əlavə opsiyalar:
1) Elektrik intiqallı pərdələrin quraşdırılması (1 şüşəyə)
2) Tavanda Maybach üslubunda cihazların quraşdırılması
3) Mərkəzi konsolda elektrik intiqallı seyf
4) Mercedes-Maybach aromatizatoru və hava ionizatoru
5) "Ulduzlu səma" tavanı
6) Mərkəzi konsolda elektrik intiqallı bar
7) Sürücünün yanında kompressorlu soyuducu
8) Mərkəzi konsolda elektrik intiqallı içki soyuducusu
9) İkinci oturacağın elektrik ayaqaltısı
10) Sony Playstation 4 Pro quraşdırılması
11) Yük yeri bölməsində saxlama sistemi
12) Bana qoruyucu örtüyün yapışdırılması
13) Konfrans əlaqə üçün kameranın quraşdırılması
14) İrəli çıxan elektrik ayaqaltıları