Mercedes-Benz

AMG GLE

Özünüz üçün tabe olmayan idman dinamikasını kəşf edin.

Öz eşitmə qabiliyyətinizə azadlığa buraxılmış avtomobilin surətyığma səsi ilə həzz verin. Təbiətin qoynunda alınan hər bir nəfəsdən unudulmaz ləzzəti alın. Özünüzdə idman yönümlü dinamikaya qarşı ehtiras hissini kəşf edin. Özünüz üçün yeni Mercedes-AMG GLE 63 4MATIC avtomobilini kəşf edin.

İntelligent Drive konsepsiyası

Bu gün avtomobil nə dərəcədə ağıllı ola bilər? Bir sıra datçik, videokamera və köməkçi sistemi yoldakı vəziyyətləri müəyyən edə bilir, və beləliklə də, sürücüyə yardım edə, bəzən isə müstəqil qaydada hərəkət edə bilir. Bunun sayəsində, sürücünün həyatı hiss olunacaq qədər asanlaşır, təjlükəli vəziyyətlərin bir çoxu isə neytrallaşdırılır, bəzi hallarda isə, tamamilə aradan qaldırıla bilir. Təhlükəsizliyin xeyrinə olan bu, son dərəcə mühum müsbət cəhət – Intelligent Drive от Mercedes-Benz konsepsiyasının məqzini təşkil edir. Lakin, intelektual və qabaqcıl xüsusiyyətə malik avtomobil hərəkəti daha artığını da reallaşdıra bilir – ilk növbədə, insan, avtomobil və ətraf aləm arasındakı qarşılıqlı qlobal təsiri və qlobal əlaqəni. Artıq bu gün Siz, jestlərin və səsin köməyi ilə idarəolunan intuitiv köməkçi sistemlərinə valeh ola, və ya innovativ işıqdiodlu texnologiyaları generasiya edən təkrarolunmaz işıq şousundan həzz bilərsiniz.Özünüz üçün Mercedes-Benz-dən bütöv bir Intelligent Drive dünyasını kəşf edin! Siz təəccüblənəcəksiniz – biz isə avtomobil hərəkətini daha rahat, ən əsası isə - təhlükəszi etmək üçün yeni-yeni tədqiqatları həyata keçirəcəyik. Təchizat paketinin əlverişliliyi avtomobil modelindən və seçilmiş konfiqurasiyadan asılıdır. Bu cür məlumatları Siz avadanlığa dair müvafiq bölmələrdən əldə edə bilərsiniz.

İnteryer: avtomobil – təkamül nəticəsi qismində

Burada artıq heç nə yoxdur: bütün tərtibat elementləri, habelə, idarəetmə elementləri və indikasiya instrumentləri yeni Mercedes-AMG GLE 63 4MATIC avtomobilinin idman yönümlü dinamikasını vizual baxımda vurğulayır. Bu avtomobil təkamülün nəticəsi kimidir.