Mercedes-AMG CLA-Class kupe
Sonsuzluq

Mercedes-AMG CLA 45 S 4MATIC+
Ən güclü seriyalı 4 silindrli mühərrik olan yeni yüksək texnoloji 2,0 litrlik AMG aqreqatı əvvəlki modelin ənənəsini davam etdirir. Qırmızı altlıqlarla yüksək səmərəli AMG əyləc sistemi bu qeyri-adi qüvvəni cilovlamağa kömək edir.
2,0 litrlik 4 silindrli turbomühərrik
Mercedes-AMG CLA 45 S 4MATIC+ kupenin 310 kVt [1] (421 a. g.) olan yüksək texnoloji 4-silindrli mühərriki 4.0 saniyə ərzində 0-dan 100 km/saata qədər sürətini artırır.
AMG Performance 4MATIC+
AMG Performance 4MATIC+-un AMG TORQUE CONTROL sistemi ilə yeni hərəkət hissəsi yarış avtomobilləri səviyyəsində hərəkət xüsusiyyətlərini təmin edir. Arxa oxda iki ayrı-ayrı işə düşən muftalar dartma qüvvəsini hər arxa təkərə lazımi miqdarda ayrıca paylayır. Mercedes-AMG CLA 45 S 4MATIC+ modelində bu güc seriyalı drift rejimində xüsusilə hiss olunur.
AMG SPEEDSHIFT DCT 8G
RACE START funksiyası yerdən maksimal tez sürətlənməni təmin edir. Daha yüksək sürət pilləsinə keçmə zamanı alışmanın qismən kəsilməsi və daha aşağı sürət pilləsinə keçmə zamanı avtomatik təkrar qazlama funksiyası mühərrikin daha emosional səslənməsini yaradır.

Mercedes-AMG CLA 35 4MATIC
AMG radiatorunun səciyyəvi üzlüyü. Ön splitter və yan hava qəbuledicilərinin lövhələrində dekorativ elementlər
Səciyyəvi dekorativ diffuzor ilə AMG arxa önlüyü
Yüksək səmərəli AMG əyləc sistemi

Ekteryer dizaynı
AMG üçün səciyyəvi olan radiator üzlüyü ilə orijinal qabaq önlük
Səciyyəvi dekorativ diffuzor və yük yerinin qapağında gövdənin rənginə uyğun AMG haşiyə-spoyler ilə AMG arxa önlüyü
Seçimə görə xaçvarı millərlə 48,3 sm (19 düym) diametrli döymə təkər diskləri və qırmızı rəngli əyləc altlıqları

İnteryer dizaynı
Ani sürətlənmə
Təsirli güc