Guard
Mercedes-Benz Guard
Mercedes-Benz – bizləri yol hərəkətinin gündəlik risklərindən qoruyan təhlükəsizlik üzrə innovasiya texnologiyaları sahəsində pionerdir. Lakin, digər xüsusi təhlükə növü üçün də bizim effektli cavabımız var - Mercedes-Benz Guard avtomobili.
Sizin şəxsi təhlükəsizliyiniz üçün
Bizim xüsusi təhlükəsizliyi və eyni zamanda unikal tərzi özündə cəmləşdirən avtomobillərimiz insanların surətli idarəetməyə və tühlükəsizliyə olan həvəsini nəzərə alır və quraşdırma sexindən artıq bu şəkildə buraxılır. Seriyalarla buraxılan zirehli limuzinlərdə olduğu kimi, avtomobilin xüsusi təhlükəsizlik sistemi ilə təchiz edilməsi prosesi hələ rənglənməmiş kuzov mərhələsində başlayır. Sizin şəxsi istəklərinizə uyğun unikal təhlükəsizlik səviyyəsinə malik avtomobil bu cür yaranır. Təhlükəsizliyə aid elementlərinin yaradılmasına bu cür orijinal yanaşmanı biz birləşdirilmiş təhlükəsizlik sistemi adlandrırırıq.
Mercedes-Benz Guard: 80 illik liderliyin tarixi
Müdafiə elementlərinin istehsal mərhələsində birləşdirilməsi bizim əsas prinsipimizdir. Bir qədər tarixə müraciət edək. 1928-ci ildə biz xüsusi təhlükəsizlik sistemi ilə təchiz edilmiş ilk “Mercedes”i işləyib hazırladıq və həmin vaxtdan daima artan təhlükəni nəzərə almaqla, bir çox nailiyyətlər əldə etdik.
Beynəlxaq səviyyədə tanınmış institutlarla sıx əməkdaşlıq edərək, keçmiş 80 il ərzində Mercedes-Benz brendi sizləri maksimal müdafiə ilə təmin etməkdən ötrü bu cür avtomobillərin istehsalında və işlənib hazırlanmasında öz peşəkarlığını daima qabaqcıl səviyyədə qoruyub saxlamışdır.
Biz gələcəyi bü günə çevirən xüsusi təhlükəsizlik sistemi ilə təchiz edilmiş avtomobilləri yaradırıq.
Xüsusi müdafiəmizin effektivliyi onun tətbiqindədir.
Səliqəli əl işinin ən müasir texnologiyalar ilə mürəkkəb birləşməsi nəticəsində, şəxsi istehsal xətti olan qapalı sexdə gələcəkdəki Mercedes-Benz Guard avtomobilinizin kuzov dəliyini qorunan məkana çevirəcək polad karkas yaranır. Beləliklə, hələ rənglənməmiş kuzov mərhələsində qeyri-adi və ekstremal yüklənməyə tab gətirə biəcək tamamilə yeni, unikal avtomobil əmələ gəlir. Bununla yanaşı, gələcəkdə girişi qadağan olan yerlər üçün nəzərdə tutulmuş əngəlləri gücləndirə biləcək effektiv müdafiə elementləri konstruksiyaya köçürülür.
Hər bir mərhələdə mütəxəssislər nəzarət edirlər ki, avtomobil, təchiz edilən xüsusi təhlükəsizlik sisteminin və eyni zamanda Mercedes-Benz brendinə uyğun olan yüksək dərəcəli rahatlığın və keyfiyyətin tələblərinə cavab versin.
Ən birinci cizgidən ilk Mercedes-Benz Guard avtomobilinə təkamül etməklə, Mercedes-Benz Guard şöbəsi xüsusi təhlükəsizlik sistemi ilə təchiz edilmiş avtomobillərin köməyi ilə ideal təhlükəsizlik anlayışının öyrənilməsinə 80 ildən artıq bir vaxt sərf edib.
Avtomobillərin xüsusi təhlükəsizlik sistemi ilə təchizatına istehsal mərhələsindən başlanması fikri 80 il əvvəl Daimlerdə əmələ gəlmişdir. Eskizlər və layihələr bu fikri 1927-ci ildə xüsusi təhlükəsizlik sistemi ilə təchiz olunmuş ilk avtomobilə çevirdi.
O vaxtdan etibarən, zavod, istehsal prosesinin bir hissəsi olan qabaqcıl texnologiyaları və peşəkar əl işini xüsusi təhlükəsizlik sistemi konsepsiyasında birləşdirmişdir. Bu konsepsiya daima inkişaf edir və muasir silah texnologiyalarına uyğunlaşdırılır, bununla biz, sifariş əsasında assortimentimizdən ayrı – ayrılıqda buraxılan hər bir modelin təhlükəsizliyə və rahatlığa malik olacağına zəmanət verə bilərik.
Biz öz komplektasiya növlərimizi bütün Mercedes-Benz Guard məhsullarımızdakı ən yüksək səviyyədə olan təhlükəsizliyə və rahatlığa ehtiyac duyanlara təklif edirik.