Mercedes-Benz

Dünya detallardan ibarətdir

Və ən yaxşı şərait, bu hissələrin harmoniyada və biri-biriləri üçün yaranmış olduqları yerlərdə yaranır.

Texniki baxımdan mürəkkəb hesab edilən «Mercedes-Benz» avtomobili də, həmçinin, efektiv fəaliyyətin təminatı məqsədi ilə, yüksək peşəkarlığa malik mütəxəssislərin əlləri ilə yaradılan bir dünyadır.
Çoxillik sınaqların nəticəsində yığılmış aşağıda göstərilən faktlar bunun ən yaxşı sübutudur:

Fakt 1: Keyfyyətsiz detal özü ilə əlaqəli olan mexanizmlərin sıradan çıxmasına gətirib çıxara bilər
Pazşəkilli "Mercedes-Benz" kəməri generatorun, su pompasının, kondisioner kompressorunun fasiləsiz qaydada çalışması üçün müvafiq qaydada yaradılmışdır. Kəmərin zədələnməsi və ya cırılması ona bağlı mexanizmlərin düzəlməsi mümkün olmayayan zədələnmələrə gətirib çıxara bilər.

Fakt 2: Hər 10-cu qəza avtomobillərin texniki nasazlığı ucbatından baş verir.
Saxta detallar yeksək risk mənbəyidir. “Mercedes-Benz” əyləc sisteminin orijal elementlərinin müqayisə sınaqları onu göstərdi ki, 4000 C dən artıq orta hərarətli sınaqlar zamanı 500 uzunmüddətli tormozlama əməliyyatından sonra, nə güzgünün, nə də əyləc silindrinin porşeninin üzərində hər hansı defekt aşkar olunmamışdır.

Kontrofakt detalların analoji testləri detalların 7000 C-dən daha artıq qızmasını göstərdi, və bunun sayəsində də, artıq 150 tormozlama əməliyyatından sonra sınaqlar dyandırıldı. Sıaqların nəticəsində kolodkaların və əyləc disklərinin üzərində dərin çatlar və vaxtından xeyli əvvəl köhnəlmələr meydana gəldi. Kritik vəziyyətdə bu, Sizin təhlükəsizliyinizə, əyləc sisteminin imtinasınadək, əhəmiyyətli dərəcədə təsir edə bilər.

Fakt 3: “Mercedes-Benz” markalı avtomobillərin detallarının hazırlanması zamanı həyata keçirilən çoxsaylı bahalı tədqiqatlar yalnız avtomobil istismarının efektivliyinə və təhlükəsizliyinə yönəlmir. Alimlər daima orijial ehtiyat hissələrinin istismar müddətinin artırılması yollarının axtarışındadırlar.
Məsəsən, kağızdan hazırlanmış filtr elementinin, qatların miqdarının və dərinliyinin, məsamə ölçülərinin sayəsində, orijinal “Mercedes-Benz” hava filtrinin imkanları, saxta analoqu ilə müqayisədə, çox daha yüksəkdir.  Kontrafakt filtrinin tamamilə çirkli hissəçiklərlə dolu olduğu halda, “Mercedes-Benz” filtri öz funksiyalarını efektiv şəkildə yerinə yetirməyə davam edir.

Fakt 4: “Mercedes-Benz” markalı avtomobillərin detallarının quraşdırılma xüsusiyyətləri bunlardır: bu detallara etinadsız yanaşdıqda, bu, avtomobil sistemlərinin düzgün fəaliyyətinin pozulmasına gətirib çıxarır.
Rəsmi TXS-nin bütün mütəxəssisləri, yeni modelin bazara çıxmasına minimum 6 ay qalmış, lazımi təlimləri keçirlər. Bundan başqa, bura həmçinin avtomobilin ehtiyat hissələrinin öyrənilməsi və quraşdırma üsulları da aid edilir. Məhz bu səbəbdən də, zəmanət yalnız “Mercedes-Benz”in rəsmi servis məntəqələrində əldə edilmiş və quraşdırılmış ehtiyat hissələrinə aid edilir.
 

Fakt 5: Orijinal ehtiyat hissələrinin çoxu yalnız bir tipə aid avtomobil kuzovuna və ya mühərrik növünə uyğun gəlir.
«Mercedes-Benz» mühəndisləri ehtiyat hissələrinin qarşılıqlı əvəzolunma prinsipindən bilərəkdən uzaqlaşırlar. Hər bir detal konkret avtomobilin bütün mümkün ola bilən istismar şərtlərinin nəzərə alınması ilə hazırlanır.  Kontrafakt detalların istehsalında istifadə olunan ehtiyat hissələrinin “universallığı” prinsipi bu detalların ucuzlaşmasına səbəb olsa da, eyni zamanda istismar xüsusiyyətlərinə özünün mənfi təsirini göstərir, bu isə “Mercedes-Benz” avtomobilləri üçün yolverilməzdir.

Fakt 6: Bütün «Mercedes-Benz» orijinal ehtiyat hissələri ciddi keyfiyyət nəzarətində keçirlər.
Orijinal ehtiyat hissələri məhz Mercedes-Benz Group AG konserni tərəfindən istehsal olunmaqla yanaşı, həm də partnyor-şirkətlərin köməyi ilə də sifariş oluna bilir. Belə olan halda, həmin ehtiyat hissələri çoxsaylı ciddi keyfiyyət nəzarətindən keçməli olurlar. Ehtiyat hissəsi sınaqdan keçmədiyi halda, “Mercedes-Benz” loqotipli nomrə həmin detala vurulmur. Konsern tərəfindən çıxdaş edilmiş bu tpi detal partiyası istehsalçıya geri göndərilir və sonradan satışa çıxarıla bilər.  

Fakt 7: Hələ orijinal ehtiyat hissələrinin layihələşdirilməsi mərhələsində onların uzunmüddətli perspektivdə iqtisadi faydası nəzərə alınır.
Optimal istismar şəraitində “Mercedes-Benz” orijinal əyləc diskləri 100 000 kilometrədək qulluq edə bilər. Köhnəlməyə meyilli detalları mümkün qədər az dəyişdirmək lazımdır, texniki xidmətin göstərilməsi zamanı vaxta qənayət olunur, istifadə olunan materialların yüksək keyfiyyətə malik olması və orijinal “Mercedes-Benz” ehtiyat hissələrinin quraşdırılması isə özünü uzunmüddətli perspektivdə doğruldur. Hər ötən kilometrdə daha da artıq.