Mercedes-Benz

Premium Servis

Mercedes-Benzin Azərbaycandakı Rəsmi Nümayəndəliyi olan «Avtokapital-Azərbaycan» şirkəti Mercedes-Benz markalı avtomobillərin xidməti üzrə xüsusi qiymətləri təklif edir.

Mercedes-Benz markalı avtomobillər üçün nəzərdə tutulan xidmət hər zaman öz unikallığı ilə seçilib. Müasir avadanlıq, cəld təmir, peşəkar işçi kollektivi. Mercedes-Benz markalı avtomobillərin servisi üçün işlənib hazırlanmış loyallığa dəstək proqramlarında müştəriyə qayğı məsələsi hər zaman əsas yeri tutub və tutacaq. «Premium-servis» proqramı – avtomobillər üçün nəzərdə tutulan bütün ehtiyat hissələrinə - 20% qədər, habelə rəsmi servisdə xidmət olunma şərti ilə, bütün xidmət növlərinə - 20% endirimin tətbiq edilməsinə şərait yaradır.

Servis mərkəzləri ən müasir avadanlıqlarla təchiz edilib: avtomobilin hərəkət hissəsinin texniki xidməti və təmiri. Həmçinin aqreqatların və detalların sökülməsi və quraşdırılması məqsədi ilə quraşdırılmış liftlər, təkərlərin razval / balansının tənzimlənməsi, şinlərin şökülməsi və quraşdırılması üçün stendlər. Bununla yanaşı, “Avtokapital” şirkətinin servis mərkəzləri  - Mercedes-Benz markalı avtomobilin diaqnostikasını səhvsiz müəyyən etməyə imkan verən və yeganə elektron cihaz olan - XENTRY-Diagnose cihazının müştərilərini öz sərəncamında saxlayır.