Yeni Mercedes-AMG GLE 53 4MATIC+ Coupe -nin təqdimatı
15.05.2020

Mercedes-Benz-in Azərbaycandakı Baş nümayəndəliyi - “Avtokapital-Azərbaycan”, yeni Mercedes-AMG GLE 53 4MATIC+ Coupe -nin “Rəqəmsal” təqdimatını keçirib.
“Qafqazinfo” xəbər verir ki, yeni Mercedes-AMG GLE 53 4MATIC+ Coupe idman, yolsuzluq keyfiyyətlərini və gücü unikal gözəl formada özündə birləşdirir. Eyni zamanda avtomobil daha geniş və uzundur. Onun uzunluğu təxminən 5m təşkil edir, eni isə 2m-dən çoxdur.
Kupenin eleqant – idman profili dinamikliyi və temperamenti nümayiş etdirir. Avtomobilə profildən nəzər salarkən dinamik siluet və damın eleqant xəttini görürük
Oturacaqların ikinci sırası səviyyəsində maili ön şüşə bu modeli standart versiyadan kəskin şəkildə fərqləndirir: biz anında onun idman ruhunu “sezirik”. Həmçinin daha yumru arxa tağlar və kifayət qədər aqressiv fənərləri olan tamamilə yeni arxa hissə yaradılıb. Bundan başqa, belə maşını hava bacaları ilə birlikdə daha aqressiv bamperlər və xüsusi dizaynla hazırlanmış 22 düym ölçülü təkər diskləri ilə də tanımaq olur. Həmçinin Mercedes-AMG GLE 53 4MATIC+ Coupe modelini boru sisteminin dörd dairəvi borucuğundan və arxa bamperdə üst tərəfində gümüşü başlığın yerləşdiyi diffuzordan tanımaq olar.
İnteryerin AMG üçün səciyyəvi olan komplektasiyası və idarə etmə elementləri, məsələn, AMG DYNAMIC SELECT hərəkət rejimi və AMG düymələri olan AMG Performance sükan çarxı salonda yarış avtomobili atmosferi yaradır və idarə etməyə idman dəqiqliyi ilə kömək edir. Modifikasiyanın kapotu altında güclü 3.0 litlik turboüfürməli R6 mühərriki yerləşir: 320+ 16 kVt (435 a.g.) və maksimal fırlatma momenti 520 Nm əla sürət yığma göstəricisi və sözlə ifadə olunmayacaq həzz vəd edir.
Ən güclü krossover olan Mercedes-AMG GLE 53 4MATIC birinci “yüzü” 5.3 saniyə ərzində yığır. Maksimal sürət – saatda 250 km.
Sifariş üçün Azərbaycanda Mercedes-Benz rəsmi diler şəbəkəsinə müraciət etməyiniz xahiş olunur:
Abşeron Avtomobil Mərkəzi
Тel.: + 994 12 347 78 00
Autostar Kaukasus
Tel.: +994 12 496 50 50 / +99412 976