Mercedes-Benz

MercedesTrophy CEE & Africa Final 2019

01.09.2019

Bolqarıstanda qolf üzrə regional MercedesTrophy CEE & Africa Final 2019 turniri keçirilib. Ümumi komanda hesabında turnirin qalibi Azərbaycan komandası olub.
İki gün ərzində Şərqi Avropanın, Asiyanın və Afrikanın altı ölkəsindən yerli Mercedes Trophy turnirinin qalibi olan qolfçular öz ölkələrini bu ilin oktyabr ayında Ştutqartda keçiriləcək Mercedes Trophy Dünya finalında təmsil etmək hüququ uğrunda mübarizə aparıblar. Qolfçular üçün turnir, oyunun səviyyəsinə görə müxtəlif kateqoriyalarda keçirilib.  Turnirin yekunlarına görə güclü oyunçuların “A” kateqoriyasında 0-dan 12-dək handikapla Azərbaycan komandasının qolfçusu Devid Seo, “B” qrupunda (handikaplar 13-dən 24-dək) qızıl medalı Elman Rzayev qazanıb, qross qrupunda isə ikinci mükafat yerini Azərbaycan komandasının üzvü Endrü Halston tutub.
Turnirin qaydalarına görə, hər bir qrupun qalibi öz ölkəsinin şərəfini 2019-cu ilin sentyabrında Almaniyanın Ştutqart şəhərində keçiriləcək Mercedes Trophy Dünya finalında - MercedesBenzTrophy World Final-da qoruyacaq.
Azərbaycanı çempionatda “B” kateqoriyasında qalib olmuş Elman Rzayev və “A” kateqoriyasının qalibi Devid Seo təmsil edəcəklər.
Eyni zamanda, qeyd etmək istərdik ki, Azərbaycan yığmasının qolfçusu Stiv Beyker Drive to the Major-da da qalib gəlmiş və İrlandiyadə keçiriləcək ən qədim və dünya üzrə ən yaxşı dörd nüfuzlu qolf turnirinə - The Open Royal Portrush Club-a vəsiqə qazanıb.
MercedesTrophy CEE & Africa Final 2019 turnirinin qalibi olmuş Azərbaycan komandası Bakıda 2015-ci ildə Azərbaycanda qolfun inkişafı və yayılması üçün açılmış yeganə qolf-klub - Dreamland Golf Clubun ərazisində 2019-cu ilin mayında keçirilmiş seçim turnirinin nəticələri üzrə formalaşmışdır. Dünya üzrə müxtəlif səviyyəli MercedesTrophy turnirlərinin iştirakçılarının ümumi sayı 60 min nəfərdir.
Bu turnirin keçirilməsi tarixində Azərbaycan ilk dəfə finalda təmsil olunacaq.
Bütün oyunçularımıza oktyabr ayında Ştutqartda uğurlar arzulayırıq!